Dürüstlüyə bağlılıq



Yüklə 212,15 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix20.10.2017
ölçüsü212,15 Kb.
#5699
  1   2   3   4   5   6   7   8


Dürüstlüyə bağlılıq 

Bizim Biznes Davranışı 

Kodeksimiz



Tam dürüstlüyə əsaslanan yüksək iş göstəriciləri 

daimi uğurun təməlidir.

Dürüst davranmaq etibar yaradır, bizim nüfuzumuzu 

qoruyur, biznes xərclərimizi azaldır və səhmdarlar 

üçün  dəyər yaradır.

Dürüst davranmaq hər zaman düzgün hərəkət 

etmək deməkdir və Kodeksimizə uyğun 

davranmaqla başlayır.

Dürüst davranmaq və başqalarının da dürüst 

davranmasını təmin etmək bizim borcumuzdur.



02

LafargeHolcim Biznes Davranış Kodeksi




Mündəricat

05 

BİD-dan ismarıc

06 

Təqdimat

09 

1. İş yerində dürüstlük

10 

1.1 Sağlamlıq və Təhlükəsizlik (S və T)



12 

1.2 Müxtəliflik, ədalətlilik və hörmət



14 

1.3 Şirkət aktivlərimizin qorunması



16 

1.4 Məlumat sistemləri, e-poçt və sosial media



19 

2. Biznes təcrübəsində dürüstlük

20 

2.1 Rüşvətxorluq və korrupsiyaya qarşı siyasət



22 

2.2 Hədiyyələr və qonaqpərvərlik



24 

2.3 Ədalətli rəqabət



26 

2.4 Dəqiq qeydlərin aparılması və hesabatların verilməsi



28 

2.5 Maraqların toqquşması



30 

2.6 İnsayder ticarəti



32 

2.7 Beynəlxalq biznes əlaqələri



33 

2.8 Çirkli pulların yuyulmasının qarşısının alınması



35 

3. İcmada dürüstlük

36 

3.1 Ətraf mühit



37 

3.2 İnsan hüquqları



38 

3.3 İcmanın həyatında iştirak



40 

Məsləhət, təlimat və hesabatlar

 03

LafargeHolcim Biznes Davranış Kodeksi




"Biz cəmiyyətin inkişaf edə biləcəyi 

bünövrəni qururuq. Bunu bir 

deyil, bir neçə yolla edə bilmək 

bacarığı bizim üstünlüyümüzdür."



04

LafargeHolcim Biznes Davranış Kodeksi




BİD-dan ismarıc

Əziz həmkarlar,

Biz yüksək nailiyyətlər qazanmış yeni və güclü inşaat materialları şirkəti olan LafargeHolcim-i 

dünyaya təqdim etmişik.  Biz daima inkişaf edən və artan şəhərlər və dünyanın tələblərinə 

cavab verən geniş çeşidli məhsul və xidmətlər təklif edirik.  Bizim hər baxışdan yeniliklər 

gətirmək və öz sənayemizdə lider olmaq üçün unikal imkanımız vardır.  Lakin, bu imkanın 

arxasında ciddi məsuliyyət dayanır.

90 ölkədə milyonlarla müştəriyə xidmət edən 115 000-dən çox əməkdaşımızın davranışı 

səhmdarlarımız, cəmiyyətimiz və biznesimizin sənayedəki yerinə ciddi təsir edir.

Dürüst davranmaq və düzgün hərəkət etmək bizim işlədiyimiz icmalarda yaxşı korporativ 

vətəndaş kimi rolumuzu yerinə yetirməyimiz və onların sağlam inkişafını dəstəkləməyimiz 

üçün çox vacibdir.

Dürüstlük kim olduğumuzu, nə etdiyimizi və necə davrandığımızı təsvir edən yeni korporativ 

mədəniyyətimizin qurulması üçün əsas bünövrə daşı kimi müəyyən etdiyimiz dəyərlərimizdən 

biridir.  Bir təşkilat kimi biz inanırıq ki, dürüstlük təşkilati uğurun təməlidir.  Bu Kodeks 

dürüstlüyün bizim təcürbəmizdəki rolunun təcəssümüdür.  Bu hər zaman dürüst, ədalətli 

və şəffaf davranmaq deməkdir.  Bu, başqasına hörmət etmək deməkdir.  Bu, fəaliyyət 

göstərdiyimiz icma və ətraf mühitə hörmət etmək və həyatlarına təsir etdiyimiz insanlara 

hörmət etmək deməkdir.

Biz cəmiyyətin inkişaf edə biləcəyi bünövrəni qururuq.  Bunu bir deyil, bir neçə yolla edə 

bilmək bacarığı bizim üstünlüyümüzdür.  Mən bu Kodeksi yerinə yetirirəm və Sizdən də bunu 

gözləyirəm.

Hörmətlə,

Eric Olsen

Qrupun Baş İcraçı Direktoru

 

05

LafargeHolcim Biznes Davranış Kodeksi




Təqdimat

Bizim Kodeksimiz təlimatdır və Sizə gündəlik işinizdəki tapşırıqların öhdəsindən gəlməyə kömək etmək 

üçün nümunələr göstərir.  Burada eyni zamanda LafargeHolcim siyasətləri, müvafiq qanunlar və 

təlimatlara istinadlar verilmişdir, çünki bu, bizim Kodeksimiz və Komplayens Proqramımıza daxil edilən 

bir çox mövzuların fonunu təmin edir.

LafargeHolcim gələcəkdə təlimat kimi 

istifadə edilə bilən yeni korporativ 

siyasətləri yeniləyir və inkişaf 

etdirir, odur ki, zəhmət olmasa, yerli 

intranetinizi, eləcə də LafargeHolcim-in 

qlobal saytının siyasətlər bölməsini 

mütəmadi olaraq yoxlayın.



Dürüst davranış

LafargeHolcim dürüstlük və 

məsuliyyətin ön planda olduğu və 

komplayensin əsas diqqət mərkəzinə 

alındığı bir mühit yaratmağa çalışır.  

Kodeksimiz və LafargeHolcim 

siyasətləri və bəyannamələri ilə 

bərabər ümumi hiss və müsbət 

mühakimədən istifadə etmək çox 

vaxt biznesin dürüstlük əsasda yerinə 

yetirilməsini təmin etmək üçün kifayət 

olacaq.  Bizim Kodeksimiz iş yerində 

yaranan hər bir vəziyyətə uyğun 

olmaya bilər, lakin bizə məsələni 

anlamaq və əxlaqi qərarlar verməyə 

kömək edəcək.  Biz əməkdaşlarımızın 

hətta təzyiq altında olduqda belə əxlaqi 

prinsiplərə əsasən düzgün qərarlar 

verə bilməsini gözləyirik.

Hər kəs, hər yerdə

LafargeHolcim şirkətlərinin hamısında 

və bizim birgə müəssisələrimizdə 

nəzarətimiz altında olan hər bir 

əməkdaş, direktor və məmurumuz 

("əməkdaşlar") LafargeHolcim adından 

çıxış etdikdə və ya işlədikdə hər 

zaman bu Kodeksə əməl etməlidir.  

Nəzarətimiz altında olmayan şirkətlərdə 

biz bu Kodeksə qeyd edilən davranış 

standartlarının tətbiq edilməsinə 

çalışırıq.  Xidmət təchizatçıları, 

podratçılar və biznes ortaqları kimi 

hər kəsdən bizim adımızdan çıxış edən 

zaman bu Kodeksə əməl etmək tələb 

ediləcəkdir. 

 

 

 



 

 

Təlim və tədris

Bütün əməkdaşlar giriş və ətraflı 

komplayens təlimlərinə cəlb edilir.  Bu 

sessiyalar Sizin üçün maraqlandığınız 

məsələləri qaldırmaq və bu Kodeksi 

gündəlik işinizin bir hissəsi etmək 

barədə müzakirələr aparmaq imkanıdır.



Rəhbərlər üçün daha yüksək 

standartlar

Hər səviyyədə rəhbərlərin bu Kodeksə 

əsasən əlavə məsuliyyətləri vardır ki, 

buraya da əməkdaşların sual verəcək

onları narahat edən məsələlər barədə 

danışacaq və pozuntular barədə 

məlumat verə biləcək mühit yaratmaq 

daxildir.  Dürüst rəhbərlərə dəyər verilir 

və onlar təşkilatda təşviq edilir. 

Kodeksimizin tələblərinin pozuntusu

Biz Kodeksimizə ciddi əməl etməliyik.  

Kodeksimizin, siyasətlərimizin, 

bəyannamələrimizin və ya qanunun 

pozuntusu intizam tədbiri və işdən azad 

edilmə daxil olmaqla ciddi nəticələrə 

gətirə bilər, eləcə də şirkət və fiziki 

şəxslər üçün mülki və ya cinayət 

məsuliyyəti yarana bilər.

Rəhbərlərdən aşağıdakılar 

gözlənir:

•  Nümunə olaraq rəhbərlik 

etmək - başqa sözlə desək

davranışı ilə dürüst olmağın nə 

demək olduğunu göstərmək.

•  Əməkdaşların Kodeksin 

tələblərini anlamasını təmin 

etmək üçün ona hesabat 

verənlərlə əlaqə saxlamaq 

və onları müvafiq vəsaitlərlə 

təmin etmək.

•  Dürüst şəkildə hər hansı sual 

qaldıran və ya narahatlığını 

bildirən əməkdaşları 

dəstəkləmək.

Kodeksi müvafiq şəkildə tətbiq 

etmək.

Addım atmazdan öncə həmişə 

özünüzə aşağıdakı sualları verin

•  Mənim davranışım qeyri-

dürüst, qeyri-əxlaqi və ya 

qeyri-qanuni ola bilərmi?

•  LafargeHolcim və ya onun 

nüfuzuna ziyan vura bilərmi?

•  LafargeHolcim şirkətinin 

əməkdaşları, müştəriləri, 

səhmdarları və ya icmanın 

hörmətini itirməsinə səbəb ola 

bilərmi?

•  Həmkarlar, müştərilər və 

ya səhmdarlar kimi başqa 

şəxslərə ziyan vura bilərmi?

Bu suallardan hər hansı birinin 

cavabı "BƏLİ" və ya hətta "OLA 

BİLƏR" olarsa, Siz potensial 

problemi müəyyən etmiş 

olursunuz və Sizin üçün mövcud 

olan bir sıra resurslardan 

(rəhbərlər, İnsan Resursları, 

Hüquq Departamenti, Daxili 

Nəzarət, Daxili Audit, Daxili 

Təhlükəsizlik, eləcə də yerli 

Komplayens mütəxəssisləri) 

təlimat almalısınız.



06

LafargeHolcim Biznes Davranış Kodeksi




Yüklə 212,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə