Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

28 

 

Haqqında :  

Кетрин Патерсон // ru.wikipedia.org 

Кетрин Патерсон // 



www.livelib.ru

   

 

 

                                  Vilhelm Hauf – 215 

 

    Alman yazıçısı və novellaçı  Vilhelm Hauf  29 noyabr 1802-

ci  ildə  Ştutqart  şəhərində  anadan  olmuşdur.  Vilhelmin  7  yaşı 

olarkən atası vəfat etmiş və anası uşaqlarını götürüb Tyubingen 

universitet  şəhərciyində  məskunlaşmışdır.  V.Haufun  gənclik 

illəri ana babasının evində keçmişdir. Burada o, babasının böyük 

və  zəngin  kitabxanasındakı  kitabları  mütaliə  etmişdir.  1818-ci 

ildə  o  monastr  məktəbinə  göndərilmişdir.  İki  ildən  sonra  gənc 

Vilhelm Tyubingen universitetinə daxil olmuşdur. Universitetin 

fəlsəfə  və  ilahiyyat  doktoru  dərəcəsi  ilə  bitirərək  o  vaxtkı 

müdafiə naziri baron fon Högelin ailəsinə repetitor işinə daxil 

olmuş  və  onun  uşaqlarına  dərs  demişdir.  Bu  ailə  ilə  birlikdə 

Fransaya  səfər  edən  Hauf  Almaniyanın  mərkəz  və  şimal 

hissələrini də gəzmişdir. Hauf məhz baron fon Högelin uşaqları 

üçün  sehrli  nağılları  qələmə  almışdır  və  bu  nağıllar  kübar 

ailələrin  oğulları  və  qızları  üçün  1826-cı  ilin  yanvar 

Almanaxında dərc olunmuşdur. Burada “Balaca Mukl”, “Xəlifə 

Hacıleylək”  kimi  əsərləri  vardı.  Bu  əsərlər  çap  olunduqdan 

dərhal 

sonra 


almandilli 

ərazilərdə  böyük  populyarlıq 

qazanmışdır.  1826-cı  ildə  “Şeytanın  xatirələrinin  vərəqləri” 

romanın  birinci  hissəsi  və  “Aydan  gələn  adam”  romanını 

yazmışdır.  Valter  Skotun  romanlarından  ilham  alan  Hauf 

“Lixtenşteyn” romanını qələmə almışdır. Bu roman Almaniyada 

böyük şöhrət qazanmışdır. 

    V.Hauf    “Karvan”,  “Kabus  gəmi  haqqında  əhvalat”, 

“Fatimənin  xilası”,  “Saxta  Şahzadə  haqqında  əhvalat”, 



29 

 

“İskəndəriyyə şeyxi və onun əsirləri”, “Əl Mənsurun əhvalatı” 



və  s  nağılları  və  digər  əsərləri  onun  adını  dünya  ədəbiyyatı 

tarixinə həmişəlik yazmışdır. 

    V.  Hauf  1827-ci  il  noyabrın  18-də  qarın  yatalığından  vəfat 

etmişdir.    



Kitabxanada  V.  Haufun  yaradıcılığını  məktəblilərə  yaxından 

tanıtmaq, əsərlərini oxucular  arasında təbliğ etmək məqsədilə 

sərgi  keçirilir.  Kitabxanaçı  sərgi  haqqında  oxuculara  geniş 

məlumat  verir.  Həmçinin  məktəblilər  arasında  yazıçının 

əsərlərindən bəhs edən rəsm müsabiqəsi də təşkil etmək olar.  

 

Haqqında: 

Вильгельм Гауф // www.livelib.ru 

Вильгельм Гауф // fantlab.ru                                                                                                                                                                                                                                                                                                                                                                                             

 

                                     Enn Fayn – 70 

 

      Britaniyanın  görkəmli  yazıçısı  Enn  Fayn  7  dekabr  1947-ci 

ildə  Lester  şəhərində  anadan  olmuşdur.  Enn  Fayn  Uorik 

universitetini bitirdikdən sonra qızlar məktəbində dərs demişdir. 

Onun  uşaqlar  üçün  yazmış  olduğu  “Qatil  pişiyin  gündəliyi”, 

“Qatil  pişiyin  qayıtması”  kimi  əsərləri  vardır.  Onun  kitabı 

əsasında “Xanım Dautfayer” filmi çəkilmişdir. 

     Uşaqlar  və  gənclərin  sevimlisi  olan  yazıçı  “Britaniya 

imperiyası  ordeninin  mükafatçısı”  (2003),  “Kral  ədəbi 

cəmiyyətinin üzvü (2003), həmçinin, “Karnegi medalının ikiqat 

qalibi” (1989, 1992) olmuşdur. 

Kitabxanada  böyük  oxu  zalında  Enn  Faynın  kitabı  əsasında 

çəkilmiş “Xanım Dautfayer” filmi uşaqlara təqdim olunur. 

Haqqında: 

Энн Файн: // 

www.livelib.ru

 

Энн Файн: // ru.wikipedia.org 




30 

 

        Tofiq Fikrət və onun Azərbaycan ədəbiyyatına təsiri 



 

      Osmanlı  dövründə  yaşamış  böyük  türk  şairi,  pedaqoqu  və 

jurnalisti,  türk  ədəbiyyatında  “Sərvəti-fünun”  və  ya 

“Ədəbiyyati-cədidə”  adlanan  cərəyanın  banisi  Tofiq  Fikrət  24 

dekabr 1867-ci ildə İstanbul şəhərində anadan olmuşdur.   



      T.Fikrət  1888-ci  ildə  Qalatasaray  liseyini  bitirmiş,  bir 

müddət  Xarici  İşlər  Nazirliyində  işləmiş,  1894-1915-ci  illərdə 

türk  dili  və  ədəbiyyatından  dərs  demişdir.  İlk  şeirlərini  və 

ədəbiyyatın  ictimai  roluna  dair  məqalələrini  redaktoru  olduğu 

“Sərvəti-fünun”  jurnalında  dərc  etdirmişdir.  O,  türk  şeirinə 

məzmun və formaca yenilik gətirmişdir. “Sənət həyat üçündür” 

prinsipini həm əməldə, həm də  nəzəriyyədə tətbiq edən ilk türk 

şairidir.  İnqilabi  ruhlu  şeirlərində  zülm,  fanatizm  və  istibdadı 

qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar 

dostluğunu 

tərənnüm 

etmişdir. 

Qadağan 

edilməsinə 

baxmayaraq,  əsərləri  gənclər  və  hərbçilər  arasında  əldən-ələ 

keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən 

ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa 

sadiq 


qalmışdır. 

Əsərlərində 

ərəb-fars 

kəlmələrinin, 

tərkiblərinin  sıx-sıx  işlədilməsi  Tofiq  Fikrətin  dilini  xeyli 

qəlizləşdirirdi.  Buna  baxmayaraq  onun  əsərləri  Azərbaycanda 

böyük rəğbət qazanmışdır.                                                                                                                          

    Böyük türk şairi Tofiq Fikrətin zəngin və mənalı yaradıcılığı 

yalnız türk xalqı üçün deyil, bütün bəşəriyyət üçün dəyərlidir. 

    Tofiq  Fikrətin  yaradıcılığının  əsas  mərhələləri,  mütəfəkkir 

şairin  dərin  fəlsəfəsi,  yaradıcılığının  zəngin  xüsusiyyətləri, 

bütün həyatını şeirə, sənətə sərf edən, xalqın dərdinə qalan, xalqı 

üçün və bəşəriyyət üçün xoşbəxt günlər istəyən sənətkarın türk 

ədəbiyyatının inkişafındakı yeri haqqında az yazılmamışdır. 

     Fikrət  hələ  öz  sağlığında  Yaxın    Şərq  ölkələrində  böyük 

şöhrət qazanmış, xüsusilə Azərbaycan ədəbiyyatının inkişafına 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə