Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

25 

 

     Onun başqa bir vuruşması çaxır tuluqlarını div sayıb tuluğu 



deşməsi  ilə başlamışdır. Açılan deşiklər artdıqca  qırmızı çaxır 

Don  Kixotun  gözündə  div  qanına,  boşalıb  yapıxan  tuluqlarsa 

ölməkdə olan divlərə oxşayırdı. 

    II Oxucu:  Don Kixot kənardan gördüyü karvansaranı da qəsr 

saymış, qəsr də, guya, əsil-nəcabətlilərə məxsus olmalı idi. Don 

Kixot  bu  qəsri  ziyankarlardan  qorumaq  şərəfini  öhdəsinə 

götürüb, gecə sabaha qədər qəsrin  keşiyini çəkmiş, nə cidasını, 

nə  qılıncını  bir  an  əlindən  buraxmamışdır.  Bu  sayaq 

sərgüzəştləri  saymaqla  qurtarmaq  olmaz.  Romanda  Don 

Kixotun sərgüzəştləri zəncir halqaları kimi bir-birinə bağlanıb, 

getmişdir. 

    Don Kixot iki dəfə öz malikanəsinə dönmüşdür. Birinci dəfə 

himayəsində olan bacısı qızı və qulluqçusu, Don Kixotun dəlləyi 

və bakalavrı bu biçarənin bir də səfərə çıxmağına imkan vermək 

istəmirdilər.  Yalnız  bakalavr  Karrasqo  dönüb  Don  Kixotun 

tərəfini saxlamışdır. Nəyə  görə? Evdəkilərdən  yalnız Karrasqo 

başa  düşmüş  ki,  Don  Kixotu  cəngavərlik  səfərindən 

döndərməyin bircə çarəsi var: onunla təkbətək vuruşub məğlub 

etmək  və  dəbə  görə,  məğlub  kimi  onu  cəngavərlikdən 

çəkindirmək. Belə də olur. Don Kixot tanımadığı bir cəngavərlə 

vuruşanda  özünün  “üz  qırxanı”  bakalavr  Karrasqoya  məğlub 

olmuşdur.  Don  Kixot  ölməyincə  dirilə  bilməzdi,  onun  ölümü 

cəngavərlik romanlarının təsiri ilə hidalqoluğu da, şəxsən özünü 

də rüsvay etmişlərin ölümüdür. 

   III Oxucu:    Bu eybəcər qeyri-adilikləri nəzərə alan Servantes 

əsərin  “İthaf”ında  Lamançlı  Don  Kixotu    Behar  hersoqu, 

Hibrallon  markizi,  Benares  qrafı,  Alkoser  vikontu,  kapilyas, 

kurel və buzqilos senyoruna “ağıl dəryası əsilzadə” kimi təqdim 

etmişdi.“Ağıl  dəryası”  epitetini  həm  istehza  kimi,  həm  də 

müsbət mənada qəbul etmək olar. O ağıllı fikirləri ki, Servantes 

öz  dövrünün  intibah  ideyaları  baxımından  təzə  və  mütərəqqi 



26 

 

sayırdı və bu fikirləri mütləq yaymalıydı, onları hidalqonun dili 



ilə  verməliydi.  Əlbəttə,  buna  görə  ispan  hidalqosunu  “ağıl 

dəryası” saymamaq olmazdı. Amma Don Kixot nə qədər ağılsız 

işlər  görür  və  özü  də  bunların  əzabını  çəkirdi;  bir  əkinçini  də 

ailəsindən, torpağından didərgin salmışdı, bunların heç biri Don 

Kixota “ağıl dəryası” demək haqqı vermir. Don Kixot ürəklidir

qorxmazdır, xeyirxahdır, bacısı qızını himayəsinə götürüb onu 

böyüdən yaxşı dayıdır, ürəyi təmizdir, neçə-neçə adama yaxşılıq 

etmiş,  bunlar  da  onun  nəcibliyinə  yazılmalıdır.  Bununla  belə, 

rast  gəldiyi  zorakılığa, zalımlığa nifrət  edib,  nökəri olan oğlan 

uşağını döyən bir ağaya tövbələtmə vermişdir. Bəs sonu nə olur? 

Don Kixotun  bu sonluqdan xəbəri  yox idi. O bilmirdi ki,  Don 

Kixot çıxıb gedəndən sonra zalım ağa uşağı ağaca bağlayıb elə 

döymüşdü,  yazığın  öfkəsi  ağzına  gəlmişdi.  Don  Kixot  özünü 

ədalət  bərpaçısı  saysa  da,  ədalətsizlik  İspaniyada  baş  alıb 

gedirdi. 

     IV  Oxucu:    Bütün  bunları  cəmləşdirib  bir  yerdə  götürərək 

təhlil  edəndə  donkixotluğun  nə  olduğu  aydınlaşırdı:  içərisində 

yaşadığı  cəmiyyəti  tanımayıb  hər  zülmü,  haqsızlığı  ortadan 

götürmək iddiası Don Kixotluqdur, arzusu, niyyəti və əməli ilə 

gördüyü  qəribə  işlərin  qeyri-reallığı  donkixotluqdur.  Qız 

görmədən  onun  xülyasına  qanadlanmaq  da  donkixotluqdur. 

Donkixotluq  həmişə    hər  ölkədə,  hər  cəmiyyətdə  olub,  ola  da 

bilər. Don Kixot  milliyətcə ispandır, o,  İspaniya  hidalqosudur, 

donkixotluğunsa nə vətəni var, nə milliyəti. 

     Migel  de  Servantesin  “Lamançlı  Don  Kixot”  romanı 

ispanlara  məxsus  olmaqla  yanaşı,  onun  hər  fəslində  görünən 

donkixotluq  ümumbəşəri  anlayışdır.  Don  Kixot  surəti  timsala 

dönmüş  ümumbəşəri  surətdir.  Onu  tanımağın  hər  yerdə,  hər 

zaman tərbiyəvi, həm də idraki əhəmiyyəti vardır. 

 



27 

 

Əsərləri: 

Lamançlı Don Kixot. – Bakı : Şərq-Qərb, 2013. – 624 s. 

Qaraçı qızı ; Valyadolid hospitalının keşikçi itləri - Sipion və 

Berqansa ; Möcüzələr teatrı : hekayələr // İspan ədəbiyyatı 

antologiyası. - Bakı : Şərq-Qərb, 2007. - S. 13-29.  

 

Haqqında:                              

Мигел де Сервантес // ru.wikipedia.org 

Мигел де Сервантес // www.calend.ru 

 

                    

                               Ketrin Paterson – 85 

 

     Müasir Amerika yazıçısı Ketrin Paterson 31 oktyabr 1932-ci 

ildə  Çində  dünyaya  gəlmişdir.  O,  1966-1983-cü  illərdə  bədii 

yaradıcılıqla  məşğul  olub,    çin  və  ingilis  dillərini  mükəmməl 

öyrənmişdir.  O,  uşaqların  sevimli  yazıçısı  olmuş,  onlar  üçün 

maraqlı  əsərlər  yazmışdır.  K.Patersonun  uşaqlar  üçün 

“Terabitiyada körpü” (1977), “Mən İakovu sevdim” (1981) adlı 

kitabları  nəşr  olunmuşdur.  O,  bu  kitablara  görə  “Andersen” 

mükafatı (1998), “A. Lindqren” mükafatı (2006) və iki Nyuberi 

medalı  ilə  təltif  olunmuşdur.  K.Paterson  uşaq  ədəbiyyatına 

böyük töhfələr vermişdir. 

Kitabxanada Ketrin Patersonun yaradıcılığını oxuculara təbliğ 

etmək  məqsədi  ilə  yazıçının  kitablarından,  dövrü  mətbuatda 

onun haqqında  çap olunmuş materiallardan ibarət sərgi təşkil 

olunur, biblioqrafiq icmallar hazırlanır. 

Əsərləri : 

Патерсон, К.  Великолепная Гилли Хопкинс : Повесть. - М. 

:Детская литература, 1982. - 127 с.  

 

 




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə