Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

 

 



Ədəbiyyat: 

Əsərləri: 

Я был однажды в доме : Стихи для детей для младшего 

школьного возраста. - Ленинград : Детская Литература

1987. - 108, [2] с.  

 

Винни - Пух и все- все- все : Для младшего и среднего 



возраста. - Баку : Гянджлик, 1984. - 138 с.  

 

Повести о Винни - Пухе : Стихи для детей. Сборник  - М. : 



Радуга, 1983. - 448 с. : ил. 

 

Haqqında: 

Милн Алан Александр // ru.wikipedia.org 

 

                                  Duqlas Adams – 65  

          Böyük  ingilis  yazıçısı,  dramaturqu,  ssenaristi,  bir  çox 

yumoristik, fantastik əsərlərinin müəllifi   Duqlas Noel Adams 

11  mart  1952-ci  ildə  Böyük  Britaniyanın  Kembric  şəhərində 

anadan  olmuşdur.  O,  Brentvudda  məktəbə  getmiş,  daha  sonra 

kollecdə  oxumuşdur.  1974-cü  ildə  bakalavr,  sonra  magistr 

təhsili    almışdır.  Onun  ixtisası  ingilis  ədəbiyyatı  olmuşdur. 

1982-ci ildə D. Adamsın kitabları ilk dəfə “Nyu York Tayms” 

qəzetində “Ən yaxşıların yaxşısı” siyahısına daxil olmuşdur. O, 

belə  böyük  bir  uğura  ilk  dəfə  böyük  ingilis  yazıçısı  Yan 

Fleminqdən sonra nail olmuşdur. 1984-cü ildə D. Adamsın Con 

Loydla birlikdə “Lifin mənası” adlı kitabı çapdan çıxmış,  böyük 

uğur qazanmış və buna görə də 1990-cı ildə kitabın ikinci hissəsi 

nəşr olunmuşdur. 1987-ci  ildə  D.Adams  başqa janrlarda da öz 

qüvvəsini  sınamışdır.    O,  mistik,  dedektiv,  yumor  janrının 

qarışığı  kimi    “Dedektiv  Dirk  Centliyinin  agentliyi”  kitabını 




 

yazmışdır. Kitab elə də böyük nailliyyət qazanmasa da, 1988-ci 



ildə  kitabın  ikinci  hissəsi    “Uzun  çay  süfrəsi”  adı  ilə  nəşr 

olunmuşdur.  D.Adams  1990–cı  ildə  nəsli  kəsilməkdə  olan 

heyvanlar haqqında “Görmək üçün son şans” kitabını yazmışdır. 

D.Adams həmçinin bir çox kompüter oyunlarının müəllifi kimi 

tanınmışdır. 

       D.Adams 11 may 2001-ci ildə ürək çatışmamazlığından  49 

yaşında öz evində Santa-Barbarada vəfat etmişdir. 

   Kitabxanaçı:  Uşaqları  Duqlas  Noel  Adamsın  yaradıcılığı, 



əsərləri  ilə    yaxından  tanış  etmək  məqsədilə  kitabxanada 

yazıçının kitablarından ibarət sərgi təşkil olunur, həmçinin bu 

sərgidə yazıçı haqqında  dövrü mətbuatda çıxan məqalələr də öz 

yerini alır. 

 

Haqqında: 

Адамс Дуглас // ru.wikipedia.org 

Дуглас Адамс // fantlab.ru 

 

 



 

 

 



 

 

 



 

                                  

 

 

 


 

                             Henri Fildinq – 310 

       XVIII  əsrin  böyük  ingilis  yazıçılarından  biri  olan  Henri 

Fildinq 22 aprel 1707-ci ildə İngiltərədə anadan olmuşdur. Onun 

atası  əsilzadə  zadəgan  idi,  orduda  xidmət  etmiş,  1711-ci  ildə 

general rütbəsində istefaya çıxmışdır.  

      H.Fildinq orta təhsilini (1719-1725) İngiltərənin  aristokratik 

məktəblərinin  birində  almışdır.  O,  Leyden  universitetində 

(1728-1730) iki il təhsil almış, lakin kifayət qədər maddi vəsaiti 

olmadığından  Londona  qayıtmağa  məcbur  olmuşdur.  Bir 

müddət sonra o, teatr üçün satiralar yazmağa başlamışdır. Lakin 

o dövrdə siyasi mövzuda satira yazmaq qadağan idi.  Buna görə 

də  Fildinq  teatrı  qoyub,  hüquq  sahəsində  karyerasını  davam 

etmişdir.  O,  1737-ci  ildə  Templ  universitetinə  daxil  olmuş, 

1740-cı ildə vəkil adını almışdır. Sonra o, Londonun baş hakimi 

seçilmişdir. H. Fildinq XVIII əsrdə Londonun ən yaxşı, ədalətli 

hakimlərindən biri  olmuşdur. 

       O,  XVIII  əsrin  40-cı  illərində  romanlar  yazmağa 

başlamışdır.  Böyük  yazıçıya  şöhrəti  onun  dramaturgiyası  və 

publisistik  əsərləri  deyil,  üç  əsas  romanı  gətirmişdir:  “Jozef 

Endryus  və  onun  dostu  Abraham  Adamsın  macəra  tarixi” 

(1742),  “ Tom Consun tarixi” (1749), “Amelia” ( 1751). İnsan 

təbiətinin problemi onun yaradıcılığında əsas yer tutmuşdur.  

      H. Fildinq öz ədəbi nailiyyətlərindən başqa hüquq-mühafizə 

orqanlarının  tarixində  əhəmiyyətli  yer  tutmuşdur.  O,  qardaşı 

Conla  birlikdə  londonluların  adlandırdığı  ilk  polis  bölməsi 

adlanan  Bou-Strit  təşkilatını  yaratmış,  məhkumların  saxlanma 

şəraiti  və  məhkəmə  sisteminin  yaxşılaşdırılması  üçün  bir  çox 

işlər görmüşdür. 

      Sağlamlıq vəziyyətinin sürətlə pisləşməsinə görə o, 1754-cü 

ildə  müalicə  üçün  Portuqaliyaya  getmişdir.  H.  Fildinq 



 

Lissabonda 2 ay yaşadıqdan sonra vəfat etmişdir. O  “Lissabona 



səfər” adlı əsərində  həyatının son günlərini qeyd etmişdir. 

     H. Fildinq dünya ədəbiyyatında  öz dramaturgiyası, yumor və 

satira sənətkarlığı  ilə  tanınmışdır.  O, həmçinin  realist  romanın 

banilərindən biri hesab olunurdu.     



Kitabxanada yazıçının yaradıcılığını oxuculara daha yaxından 

tanıtmaq  məqsədilə  onun  kitablarından  ibarət  sərgi  təşkil 

olunur.  Kitabxanaçı  sərgi  ətrafında  oxucularla  yazıçının 

kitablarını müzakirə edir.  

Haqqında: 

Генри Филдинг // ru.wikipedia.org 

Люди // 

www.peoples.ru

 

 

 



                                 Conatan Svift – 350 

 

     Conatan Svift (1667-1745)  əziyyətlər, həyəcanlar, məyusluq 



və əzablarla dolu uzun və ağır bir həyat keçirmişdir. 

     Yazıçının atası  çörək pulu qazanmaq üçün arvadı ilə birlikdə 

İngiltərədən  İrlandiyanın  paytaxtı  Dublin  şəhərinə  köçmüşdü. 

Hələ oğlu dünyaya gəlməmişdən bir neçə ay əvvəl amansız ölüm 

onu  qəbrə  aparmış  və  onun  xatirəsinə  oğlu  da,  Conatan 

adlandırılmışdır.  Yaşamaq  üçün  heç  bir  vəsaiti  olmayan  ana, 

körpəsilə tək qalmışdır. 

      Sviftin uşaqlığı ağır keçmişdi. Uzun illər boyu ehtiyac içində 

yaşamış,  varlı  qohumlarının  verdikləri  cüzi  yardım  ilə 

dolanmışdır.  Svift  on  dörd  yaşında  məktəbi  qurtarıb,  Dublin 

universitetinə daxil olmuşdu ki, həmin universitetdə hələ orta əsr 

qaydaları hökm sürürdü.  

     Universitet  yoldaşları  sonradan  xatırlayıb  göstərmişlər  ki, 

hələ o illərdə Svift öz hazırcavablığı, tutarlı söz deməsi, müstəqil 

və  qəti  bir  səciyyəyə  malik  olması  ilə  hamıdan  seçilirdi. 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə