Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
1   2   3   4   5   6   7   8   9   10   11

31 

 

müsbət təsir göstərmişdir. Azərbaycanda şairin əsərləri uzun bir 



müddət  məktəb  dərsliklərində  şərəfli  yer  tutmuş,  dərgi  və 

qəzetlərdə  çap  olunmuş,  onun  haqqında  müxtəlif  mülahizələr 

irəli sürülmüşdür.  

     Azərbaycan 

ziyalıları 

T.Fikrəti 

“Sərvəti-fünün” 

məcəlləsindən  tanımışlar.  Onların  bir  çoxu  “Rübabi-şikəstə”ni 

elə  nəşr  olunduğu  gündən  bəri  (1899)  oxumuş  olsalar  belə, 

T.Fikrətin şeirləri Azərbaycan mətbuatında ilk dəfə 1906-cı ildə 

“Füyuzat”  jurnalının  ikinci  nömrəsində  nəşr  olunmuşdur.  Bu 

jurnalda  şairin  "Köyün  məzarlığında”,  “Ramazan  sədəqəsi”, 

“Şəhidlikdə” adlı şeirləri mənsur şəkildə tərcümə edilmişdir.  

      T.Fikrətin öz sağlığında “Şəlalə”, “Birlik”, “Övraqi-nəfisə” 

kimi jurnal və qəzetlərdə, “Bürhani-həqiqət” məcəlləsində onun 

əsərləri  şəkli  ilə  birlikdə  nəşr  olunmuş,  haqqında  kiçik,  ancaq 

məzmunlu məlumatlar verilmişdir. 

    1903-cü  ildə  şairin  “Xəstə  çocuq”  adlı  şeirini  nəşr  edən 

“Şəlalə”  dərgisi  T.Fikrətin  əksinin  altında  onun  həyatına  dair 

qısaca  məlumat  verərək,  “Talein  kəndilərinə  yar  olmasını 

xalisanə təmənna edəriz” cümləsini də əlavə etmişdir. 

    Bu zaman T.Fikrət o qədər böyük şöhrət qazanmışdır ki, onun 

misraları bir çox ədəbi əsərlər və tərbiyəvi yazılarda epiqraf kimi 

verilərək istiqamətverici bir  rol oynamışdır. 

    T.Fikrətin  əsərləri  1912-ci  ildən  başlayaraq  dərs  kitablarına 

salınmış və uzun müddət orta məktəblərdə tədris edilmişdir.  

     Bu da maraqlıdır ki, T.Fikrətin “Tarixi-qədim” əsəri ilk dəfə 

1920-ci ildə Bakıda, yenə şairin “Tarixi-qədimə zeyl” adlı şeiri 

Naxçıvanda,  1923-cü  ildə  ilk  dəfə  Azərbaycan  alimləri 

tərəfindən  Moskvada  nəşr  olunmuş  və  geniş  oxucu  kütləsinə 

çatdırılmışdır. 

      Əli  Əjdər  Səidzadə  T.Fikrətin  “Tarixi-qədim”  şeirini 

Moskvada çap olunan “Qızıl Şərq” jurnalında nəşr etdirərək onu 

yüksək qiymətləndirmişdir. T.Fikrətin: 




32 

 

  



                   Torpaq vətənim, növi-bəşər millətim, insan 

                   İnsan olur ancaq buna izanla, inandım- 

 

misralarında da Azərbaycan alimləri onun geniş sənətkar qəlbini 



görmüş,  onun  insanlığın  səadətini  arzulayan  böyük  dühalarla 

yanaşı  durduğunu,  insana  və  insanlığın  gələcəyinə  inandığını 

iftixarla söyləmişlər. 

     T.Fikrət  böyük  bir  humanist  olaraq  xalqının  kədərini  daha 

dərindən  düşünmüş,  vətənini  ürəkdən  sevmiş  və  sözün  tam 

mənasıyla həqiqi bir vətənpərvər kimi yazıb yaratmışdır. Təkcə 

məşhur “Həsənin qəzası” və “Qılınc” kimi şeirlərində, eləcə də 

“Xaliqin  amantüsü”ndə  də  T.Fikrətin  misilsiz  vətənsevərlik 

duyğularının şahidi olmaqdayıq. Şairin “Sis” əsəri də onun vətən 

haqqındakı  düşüncələrini  əks  etdirmişdir.  Şair  “Sabah  olursa” 

şeirində vətənindəki  qaranlığın  aradan qalxacağına və millətin 

yenə üzü güləcəyinə  inandığını bildirmişdir. “ Fəzayi-fəryadın 

kiçik  günəşlərini”  oyanmağa  səsləyən  şair  vətəni  düşünmüş, 

gəncliyə müraciətlə yazmışdır: 

 

                Ümidimiz bu, ölürsək də biz yaşar mütləq 



                Vətən sizinlə şu zindan qaranlığından uzaq. 

 

     Şairin  “Fərda”,  “Xaluqin  vidai”,  “Prometey”,  “Göydən 



yerə”,  “Tarixi-qədim”  şeirləri  də  böyük  humanist  və 

vətənsevərlik duyğularının bir ifadəsidir. 

    Xalqını,  vətənini  dərin  məhəbbətlə  sevməyənlərin  insanlığı 

sevdiyi  tarixdə  görünməmişdir.  Əksinə,  T.Fikrət  kimi  xalqını 

sevənlər isə böyük insanpərvər olaraq, yüksəlmişlər.                                                                                      

    Tofiq  Fikrət  19  avqust  1915-ci  ildə  47  yaşında  İstanbul 

şəhərində vəfat etmişdir. 



33 

 

Kitabxanada T.Fikrətin müxtəlif adda olan kitablarından ibarət 



sərgi  təşkil  olunur,  kitabxanaçı  oxuculara  müəllifin  yazdığı 

kitablar  haqqında  məlumat  verir,  onların  suallarını 

cavablandırır. 

Əsərləri : 

Fikrət T. Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2006. – 176 s.        

Şermin. - İstanbul : Karanfil yayınları, 2005. - 64 s.  

 

Haqqında : 

Araslı H. Tofiq Fikrət və onun Azərbaycan ədəbiyyatı //   Fikrət 

T. Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2006. – S.4-16.        



                                                                                          

                                  Haynrix Hayne – 220 

 

      Haynrix Hayne (1797-1856) XIX əsr alman ədəbiyyatının ən 

görkəmli  simalarından  biridir.  Onun  bir  çox  şeirləri  sonradan 

xalqın dilində əzbər olan nəğmələrə çevrilmiş,  əsərlərinə dörd 

mindən  artıq  nəğmə  bəstələnmişdir.  Onun  poetik  dühasından 

doğan  sətirlər  Şubert,  Şuman,  Mendelson,  Brams,  Çaykovski 

kimi musiqi nəhənglərinə ilham vermişdir. Şairin əsərləri vətəni 

Almaniyanın  sərhədlərini  aşmış,  onun  adını  dünya  ədəbiyyatı 

tarixində  əhəmiyyətli  rol  oynamış  parlaq  söz  ustası  kimi 

dünyaya yaymışdır. 

     Hayne yalnız şair deyil, həm də parlaq publisist və görkəmli 

mütəfəkkir olmuşdur. Ancaq bununla yanaşı, onun şəxsiyyəti və 

ədəbi  irsi  ətrafında  mübahisələr  indiyədək  səngimək  bilmir. 

Hələ  1835-ci  ildə  İttifaq  Seymi  Haynenin  əsərlərinin 

Almaniyada  çapını  yasaqlamışdı.  Bu  yasaq  zaman-zaman 

pozulsa  da,  şairə  hücumlar  davam  edirdi.  XX  əsrdə  faşistlər 

onun kitablarını tonqallarda yandırırdılar.  

      Hayne yəhudi ənənələrinə riayət edən, lakin azad fikirliliyi 

ilə  fərqlənən  bir  ailədə  tərbiyə  almışdı.  Anadan  olduğu 



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə