Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə30/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

 
122 
çatmaqda  yardımçı  olsa,  Allah  onun  üçün  72-rəhmət 
yazar  ki,  birini  dünya  işlərinin  həllinə  ayırıb,  71-ni 
qiyamət qorxusu üçün ehtiyat saxlasın».
145
 
MƏZLUMA KÖMƏKDƏN ÇƏKİNMƏ 
Məzluma  yardım,  ona  kömək  əli  uzatmaq  İslam 
dinində o qədər əhəmiyyətli iş hesab olunur ki, Həzrət 
Əli  (ə)  ramazan  ayının  21-ci  gecəsi,  ömrünün  son 
dəqiqələrində  övladları  Həsənə  (ə)  və  Hüseynə  (ə)  
vəsiyyətində  buyurur:  «Zalıma  düşmən,  məzluma 
yardımçı  olun».
146
 Bəli,  bu  sözlər  zülm  və  məzlum 
qarşısında mö’minin ən gözəl şüarıdır. 
İslam  Peyğəmbəri  (s)  buyurur:  «Hər  kəs  zalımdan 
məzlumun  haqqını  alsa,  behiştdə  mənə  yoldaşdır».
147
 
Həzrət Əli (ə) buyurur: «Məzlum görəndə zalıma qarşı 
ona  kömək  et».
148
 «Ən  gözəl  ədalət  məzluma  yardım 
göstərməkdir».
149
 
İmam  Sadiq  (ə)  buyurur:  «Mö’minin  zülmə  düşmüş 
mö’minə  yardımı  bir  ayın  orucu,  Məscidül-həramda 
e’tikafdan  üstündür.  Yardım  etməyə  qüvvəsi  çatan 
mö’min  öz  mö’min  qardaşına  yardımçı  olarsa,  dünya 
və axirətdə Allah ona yardımçı olar. Gücü çatdığı halda 
mö’minə  yardım  etməyi  boşlayanı  Allah  dünya  və 
axirətdə boşlayar».
150
 
                                                 
145
 «Kafi», 2-ci cild, səh-199. 
146
 «Nəhcül-bəlağə» səh-421. 
147
 «Biharul-ənvar», 72-ci cild, səh-359. 
148
 «Ğürərul-hikəm», səh-450. 
149
 «Ğürərul-hikəm», səh-446. 
150
 «Səvabul-əmmal», səh-147. 


 
123 
İslam 
Peyğəmbəri 
(s) 
buyurur: 
Allah-Taala 
buyurmuşdur: «And olsun izzət və cəlalıma, dünya və 
axirətdə  zalımdan  hökmən  intiqam  alaram.  Məzlumu 
görüb,  gücü  çatdığı  halda  ona  yardım  etməyəndən  də 
intiqam alacağam».
151
 
ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MÜNKƏRİN 
TƏRKİ 
Qeyd  etdik  ki,  «əmr  be  mə’ruf  və  nəhy  əz  münkər» 
«yaxşıya  də’vət  və  pisdən  çəkindirmək»dir.  Bu  iki 
göstəriş dinin vacib buyruqlarındandır. Zəruri şəraitdə 
özü  pak  və  uyğun  hökmlərdən  xəbərdar  olan  insan 
üçün  bu  vəzifələr  vacibdir.  Vacib  olduğu  halda  bu  iki 
vəzifəni tərk etmək böyük günahdır və əzabı vardır. 
Bütün  peyğəmbərlər  dinin  əsasını  təşkil  edən  bu  iki 
əmri  yerinə  yetirmək  üçün  göndərilmişlər.  Bu  əmrlər 
pozularsa,  elm  və  elmə  əməl  etmək  məhv  olar,  din 
aradan qalxar, azğınlıq ayaq tutub yeriyər, nadanlıq baş 
qaldırar,  xalq  arasında  fəsad  yayılar,  şəhərlər  xaraba 
qalar, insanlar uçuruma yuvarlanarlar. 
«Ali-İmran»  surəsinin  104-cü  ayəsində  buyurulur: 
«İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr 
edən  və  pis  əməlləri  qadağan  edən  bir  camaat  olsun. 
Bunlar,  həqiqətən,  nicat  tapmış  şəxslərdir».  «Tövbə» 
surəsinin  71-ci  ayəsində  oxuyuruq:  «Mö’min  kişilərlə 
mö’min  qadınlar  bir-birlərinin  vəlisidirlər.  Onlar 
yaxşı  işlər  görməyi  əmr  edər,  pis  işləri  yasaqlayar, 
namaz  qılıb  zəkat  verər,  Allaha  və  Onun  rəsuluna 
itaət edərlər». 
                                                 
151
«Kənzul-əmmal», 7641. 


 
124 
İslam  Peyğəmbəri  (s)  buyurur:  «Siz  yaxşı  işləri  əmr, 
pis  işləri  qadağan  etməlisiniz.  Əks  təqdirdə  Allah 
pislərinizi  (şər  adamlarınızı)  sizə  qalib  edər.  Əgər  belə 
olarsa,  yaxşılarınız  dua  edər,  amma  duaları  qəbul 
olmaz».
152
 
Həzrət  (s)  başqa  bir  rəvayətdə  buyurur:  «Xalqın 
gediş-gəliş yolunda oturmaqdan çəkinin». Ərz edilir ki, 
«bu,  bizim  söhbət  yerimizdir,  çarə  nədir?»  Həzrət  (s) 
buyurur:  «Onda  yolun  haqqına,  qayda-qanuna  əməl 
edin ... Naməhrəmə baxmayın, xalqa əziyyət etməkdən 
çəkinin,  salama  cavab  verin,  yaxşını  əmr  və  pisi 
qadağan edin».
153
 «Yaxşını əmr  və pisi  qadağan etmək, 
Allahı  zikr  etməkdən  savayı  bütün  danışıqlar  insanın 
zərərinədir».
154
 
İmam  Baqir  (ə)  buyurur:  Allah  Şüeyb  peyğəmbərə 
belə vəhy etdi: «Sənin qövmündən yüz min nəfərə əzab 
edərəm.  Onların  qırx  mini  şər,  altmış  mini  yaxşı  insan 
olar».  Şüeyb  ərz  edir  ki,  bəs  yaxşılara  nə  üçün?  Allah 
buyurur:  «Yaxşılar  pislərə  əl  tutub  onları  pislikdən 
çəkindirmədilər,  onlara  e’tiraz  etmədilər,  mənim 
qəzəbimə xatir onlara qəzəblənmədilər».
155
 
Həzrət  Peyğəmbərdən  (s)  soruşdular  ki,  «İslamda  ən 
yaxşı  iş  nədir?»  Həzrət  (s)  buyurdu:  «Allaha  iman». 
«Sonra  nədir»-deyə  soruşdular.  Buyurdu  ki,  «sileyi-
rəhm.»  Dedilər:  «Bəs  sonra?»  Həzrət  (s)  buyurdu: 
«Yaxşını əmr və pisi qadağan etmək». Allahın qəzəbinə 
                                                 
152
 «Məhəccətul-bəyza», 4-cü cild, səh-99. 
153
 «Məhəccətul-bəyza», 4-cü cild, səh-99. 
154
 Həmən mənbə, səh-100. 
155
 «Kafi», 5-ci cild, səh-55. 


 
125 
səbəb  olan  əməl  haqqında  soruşdular.  Buyurdu: 
«Allaha şərik qoşmaq». Dedilər ki, bəs sonra? Buyurdu: 
«Sileyi-rəhimi  kəsmək».  Dedilər  ki,  sonra?  Buyurdu: 
«Pis işə əmr və yaxşı işə qadağa.»
156
  
 
«Allahumməğfirli  kullə  zənbin  əznəbtuhu  və  kullə 
xətiətin əxtə’tuha» 
(«Pərvərdigara,  batdığım  günahları  və  yol  verdiyim 
xətaları bağışla») 
 
İnsanın qəlbinə iz salmamış, sadəcə onu bə’zən səhvə 
düçar  edən  günahlar  «zənb»  adlanır.  Amma  qəlbdə  iz 
qoymuş,  xasiyyətə  çevrilmiş,  insanı  hər  yerdə  və  hər 
vaxt özünə cəzb edən günaha «xətiə» deyilir. 
İnsan  Allah  və  bəndə  arasında  hörmət  pərdəsini 
yırtan,  əzaba  düçar  edən,  ne’mətləri  dəyişən,  duanın 
qarşısını  alan  günahlarından  tövbə  etdikdən  sonra 
Allaha  belə  ərz  edir:  «Allahım,  istər  kiçik,  istər  böyük, 
bilərəkdən  və  ya  səhvən  yol  verdiyim,  istər  uşaqlıqda, 
istərsə  cavanlıqda  baş  vermiş,  istər  gizlin,  istər  aşkar 
günahlarımı və xətalarımı bağışla. Çünki səndən başqa 
bu günahları və xətaları bağışlaya biləcək kəs yoxdur.» 
Qur’ani-Kərimin  «Zumər»  surəsinin  53-cü  ayəsində 
Allah-Taala  buyurur:  «Allahın  rəhmətindən  naümid 
olmayın.  Heç  şübhəsiz,  Allah-Taala  bütün  günahları 
bağışlayar. O çox bağışlayan və həmişə mehribandır». 
 
Ya Rəbb, bədnam oldum min bir günahla,  
Günlərim ötüşür fəryadla, ahla. 
                                                 
156
 «Kafi», 58-5. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə