Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə15/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

40.2-1. Elektron satınalma vasitəsilə açıq tenderin və kotirovka sorğusunun keçirilməsinə münasibətdə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır.
40.2-2. Bu Qanunun 40.2-1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.70
40.3. Tenderin qalibinin tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və tender təklifi təminatının geri qaytarılmaması ilə nəticələnir.
40.4. Satınalma müqaviləsi malgöndərən (podratçı) ilə satınalan təşkilat tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin (bu Qanunun 6.2.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat belə icazələrin müqavilənin icrasına başlanana qədər əldə olunmasını təmin edir. Satınalan təşkilat satınalma müqaviləsində başqa hal nəzərdə tutulmadıqda müqavilə imzalandıqdan sonra 5 bank günü ərzində malgöndərənə (podratçıya) müqavilənin icrasına başlama tarixi, habelə tələb olunduğu halda əldə edilmiş icazələr barədə bildiriş göndərir. Satınalma müqaviləsini imzalamış tərəflər arasında münasibətlər bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir. 71
40.5. Satınalma müqaviləsi ilə tender qalibinin üzərinə qoyulan öhdəliklər tenderin əsas şərtlər toplusunda göstərilməmiş müddəalar və şərtlər hesabına artırıla bilməz.
40.6. Satınalma müqaviləsini imzalayarkən satınalan təşkilat malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb - azalda bilər.
40.7. Tenderdə qalib gəlmiş podratçılar satınalan təşkilatın razılığı və tenderin əsas şərtlər toplusunda nəzərdə tutulması şərti ilə, işin icrası üçün bu Qanunun 28.2-1-ci maddəsində nəzərdə tutulan subpodratçılarla müqavilə imzalaya bilər. Bütün digər hallarda satınalan təşkilatın yazılı icazəsi olmadan müqavilənin icrası subpodratçı təşkilatlara həvalə edilə bilməz. İşlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar subpodrat müqaviləsinin (müqavilələrinin) dəyəri satınalma müqaviləsinin ümumi məbləğinin 50 faizindən çox olmamalıdır. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.72
40.8. Tenderin əsas şərtlər toplusunda satınalma müqaviləsinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın təsdiqinədək qüvvəyə minmir. Yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini 5 bank günündən gec olmayaraq təsdiq edir.73
40.9. Satınalma müqaviləsi qüvvəyə mindikdən və əgər tələb olunarsa, malgöndərən (podratçı) müqavilənin icrası üçün təminat təqdim etdikdən sonra həmin müqavilə barədə digər malgöndərənlərə (podratçılara) bildiriş göndərilir. Bildirişdə müqaviləni bağlamış malgöndərənin (podratçının) adı, ünvanı və müqavilənin qiyməti göstərilir.

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə