Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

13

yerlərə elçilər göndərib, Elladada və Liviyada kahinləri sınamağa başlayır. Elçilərin bəzisini Delfə, bəzilərini

Fokidadakı Abaya, bəzilərini də Dodonaya göndərir; elçilərin bir qismi də Amfiarayın və Trofoninin məbədlərinə,

nəhayət, Milet tərəflərindəki Branxidaya göndərilir. Bunlar Krezin rəmmaldan xəbər soruşmaq üçün göndərdiyi Ellin

kahinləri imiş. Bununla yanaşı o, Liviyada Ammon rəmmalına da elçilər göndəribmiş. Hökmdar əvvəlcə rəmmalların

gözüaçıqlığını sınamaq, əgər onların doğruçuluğu təsdiq olunarsa, bundan sonra "mən farsların üstünə müharibəyə

gedimmi?" sualı ilə elçilər göndərmək istəyirmiş.

47. Beləliklə, hökmdar lidiyalıları rəmmalları sınamağa göndərib, onlara belə əmr verir: Sardadan çıxan gündən

vaxtı hesaba almalı və yüzüncü gündə rəmmallardan soruşmalıdırlar: "Lidiyalıların hökmdarı Aliatt oğlu Krez indi nə

edir?" Elçilər gərək hər bir rəmmalın cavabını yazalar və hökmdara çatdıralar. Başqa rəmmalların cavabları haqqında

heç nə bildirilmir. Lidiyalılar isə Delfə gələn kimi buyrulan şeyləri Allahdan soruşmaq üçün müqəddəs aramgaha

girirlər.

Pifiya da onlara altı bölgülü şerlə belə bəyan verir:

Sahildəki qum danələrini sayar, dənizi ölçərəm,

Dilsizlərii danışığını anlar, səsi olmayanları duyaram,

Sərt çanaqlı bir zirehli bağanın qoxusunu duyaram,

Tunc bir qazanda quzu ətiylə qaynayıb duruyor,

Altındakı qazanı tuncdan, qapağı tuncdan.19

48. Lidiyalılar Pifiyanın bu bəyanını yazırlar, sonra da qayıdıb Sardaya gəlirlər. Elə ki, başqa elçilər də rəmmalların

bəyanlarını gətirib Sardaya çatırlar, onda Krez bürmələri açıb oxumağa başlayır. Lakin qeybdən verilmiş heç bir xəbər

hökmdarı qane etmir, yalnız Delf rəmmalının cavabını dinləyib ona dərin hörmətlə etimad göstərir. Hökmdarın

dediklərinə görə, yeganə doğruçu rəmmal Delf rəmmalı imiş, belə ki, yanında heç bir şahid olmayan Krezin o vaxt nə

ilə məşğul olduğunu ancaq bu rəmmal sezmişdir. Hökmdar elçiləri rəmmalların yanına göndərib, müəyyən olunmuş

günü gözləməyə başlayır və elə bir şey fikirləşir ki (onu heç cür açmaq və sezmək mümkün deyilmiş). O, tısbağanı və

quzunu doğrayıb onları bir yerdə, bir tunc qazanda özü bişirir, qazanın ağzını da tunc qapaqla örtür.

49. Krezə Delfdən gələn xəbər belə idi. Lidiyalılar Amfiaray ibadətgahına çatanda və adət üzrə ona sorğu verəndə

rəmmalın məhz nə cavab qaytardığına gəldikdə mən bunu bilmirəm, (axı, bu barədə heç bir məlumat verilmir). Mənə

bircə o məlumdur ki, Krez bu rəmmalın da qeybdən verdiyi xəbərin doğru olduğunu etiraf etmişdir.

50. Bundan sonra Krez Delf allahını təmtəraqlı nəzirlərlə rəhmə gətirməyə başlayır. Belə ki, o, hər cinsdən seçilmiş

3000 baş heyvan qurban verilməsini, sonra da böyük tonqal qalayıb, qızıldan və gümüşdən bəzək vurulmuş taxtın,

gümüş camların, al-qırmızı paltarların yandırılmasını əmr edir. Hökmdar bununla allahın daha böyük mərhəmətini

qazanacağına ümid bəsləyir. Hökmdar bütün lidiyalıların da öz malından (bu tonqala) nəzir gətirməsini buyurur. Sonra

Krez külli miqdarda qızıl əridib uzunu 6, eni 3, qalınlığı 1 əl içi həcmində yarımkərpic (şəklində) külçələr hazırlamaq

əmri verir. Yarımkərpiclərin ümumi sayı 117 olmuşdur; onlardan dördü xalis qızıldan tökülüb, hərəsinin 21/2 talant

çəkisi varmış, qalan yarımkərpiclərin çəkisi 2 talant olmaqla, qızıl-gümüş qarışığından düzəldilmişdi. Bundan sonra

hökmdar xalis qızıldan, çəkisi 10 talant olan şir heykəli tökməyi əmr etmişdir. Sonralar Delfdə baş verən yanğın

zamanı bu şir yarımkərpiclərdən quraşdırılmış (dayağın) üstündən düşmüşdür. Bu şir indiyə qədər də korinflilərin

xəzinəsində durur, lakin indi çəkisi 61/2 talantdır, çünki əridilmə zamanı 31/2 talantı azalmışdır.

51. Bu şeylər hazırlanandan sonra Krez onları, daha başqa şeyləri, məsələn, biri qızıl, biri gümüşdən olan və içində

çaxırla su qarışdırılan iki camı Delfə yollayır. Qızıl cam məbədin içində sağ tərəfə, gümüş cam isə sol tərəfə

qoyulmuşdu. Yanğından sonra bu camlar da özgə yerə qoyulmuşdur. Qızıl cam indi klazomenalıların xəzinəsində

saxlanır (onun çəkisi 81/2 talant, 12 minadır), gümüş cam isə pəncərə tərəfdə məbədin küncündədir. Onun 600 amfora

tutumu var. Bu camları delflilər Feofani bayramlarında su qarışdırılmış çaxırla doldururlar. Delfdə təsdiq edirlər ki, bu

camlar samoslu Feodorun məmulatıdır. Elə mən də belə düşünürəm, çünki görünür, bu nadircəsinə qəribə işdir. Sonra

hökmdar Delfə 4 gümüş qab yollamışdır ki, bunlar (indi) korinflilərin xəzinəsindədir, 2 dənə də qızıl və gümüş

suçiləyən göndərmişdir. Qızıl suçiləyənin üstündə bu məzmunda bir yazı həkk olunmuşdur: "Lakedemonluların

nəzirləri". Amma bu düz deyil, axı, bu suçiləyənlər Krezin hədiyyəsidir. Yazını isə lakedemonlulara yarınmaq istəyən

bir delfli həkk etmişdir. Mən bu adamın adını bilirəm, amma demək istəmirəm. Üstündə əlindən su axan oğlan həkk

olunmuş suçiləyən isə lakedemonluların hədiyyəsidir. O biri iki suçiləyən lakedemonluların deyil. Krez bunlarla

bərabər, üstündə yazı olmayan daha başqa çoxlu şeylər göndərmişdir. Onların içərisində şərab nəziri paylamaq ayini

üçün dəyirmi camlar, eləcə də üç dirsək hündürlüyündə qızıldan qadın heykəli vardır (delflilərin dediklərinə görə, bu

heykəldə hökmdara çörək bişirən qadın təsvir edilir). Krez, eləcə də, öz arvadının həmayillərini və kəmərini

bağışlamışdır.

52. Krez Delfə məhz belə nəzirlər göndərmişdir. İşləri və taleyi haqqında eşitmiş olduğu Amfiaraya isə hökmdar

qızıldan olan qalxan, sapı və ucluğu xalis qızıldan olan nizə nəzir etmişdir. Bu iki şey indi də binada İsmen Apollonu

ibadətgahındadır.

53. Sonra Krez nəzirləri ibadətgahlara aparan lidiyalılara əmr edir ki, rəmmaldan onun farslar əleyhinə müharibəyə

getməsinin və özünə müttəfiq, axtarmasının lüzumu haqqında soruşsunlar. Elçilər də ibadətgahlara çatandan və

gətirdikləri nəzirləri verəndən sonra rəmmaldan bu sözlərlə sorğu diləyirlər: "Lidiyalıların və başqa xalqların hökmdarı

Krez dünyada yeganə doğru xəbəri buradan eşitdiyini nəzərə alaraq, onun niyyətini sezdiyinizə görə mükafata layiq

olduğunuz üçün bu hədiyyələri sizə göndərmişdir. İndi hökmdar sizdən soruşur: "O, farsların üstünə yürüş etsinmi və

buna görə özünə müttəfiq tapsınmı?" Elçilər belə sual verirlər, hər iki rəmmal isə eyni cavab verib, Krezə bildirirlər:




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə