Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə13/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   9   10   11   12   13   14   15   16   ...   78

 
38 
daşıyıjılarının  və  tərəfdarlarının  vahid  məqsədi  həyata  keçirmək 
uğrunda  səfərbər  edilməsi,  ümumi  ideya  və  çağırışlar  əsasında 
insanların birləşdirilməsi və s. ideologiyanın siyasi funksiyalarına 
daxildir. 
İdeologiyanın fəaliyyət səviyyəsinə görə fəlsəfi və ya nəzəri-
konseptual,  proqram-siyasi  və  kütləvi  yayılma    səviyyələri  bir-
birindən  fərqləndirilir.  Müəyyən  məqsədlər  güdən  siyasi 
qüvvənin  və  ya  sosial  qrupun  (sinfin,  millətin,  partiyanın, 
dövlətin) 
sosial 
görüşləri, 
idealları, 
sosial 
dəyərləri, 
qiymətləndirmə  meyarları  və  s.  onların  ideologiyalarının  fəlsəfi-
konseptual əsasını təşkil edir.  Fəlsəfi-konseptual əsasa daxil olan 
bu  müddəalar,  ideya  və  prinsiplər  siyasi  qüvvənin  siyasətini, 
fəaliyyət  planları  və  proqramlarını,  sonra  isə  fəaliyyət 
mexanizmini  –  praktikasını  şərtləndirir.  Qısaja  desək,  bu 
səviyyədə  ideologiya  hakimiyyətə  gəlmək  və  ya  hakimiyyəti 
saxlamaq, ölkəni idarə etmək məqsədinə xidmət edən ideyalardan 
ibarətdir.  Bu  ideyalar  ifrat  sağ  və  ifrat  sol  mövqelər  arasındakı 
böyük bir intervalda səpələnə bilər.  
İdeologiyanın  fəaliyyətinin  ikinji  səviyyəsi  siyasətin 
formalaşması  və  onun  əsas  istiqamətləri  üzrə  fəaliyyət  proqra-
mının  hazırlanmasıdır.  Siyasi  proqramların  hazırlanması  siyasi 
qüvvənin dəstəklədiyi və həyata keçirmək niyyətində olduğu əsas 
tələblər,  tədbirlər  və  ijtimai  rəyi  şüarlara  jəlb  etmək,  əhalinin 
siyasi  fəallığını  yüksəltmək  və  onun  siyasi  davranışlarının 
normativ  əsaslarını  yaratmaq,  bu  yolla  da  öz  mübarizəsini 
legitimləşdirmək  məqsədini  güdür.  İdeologiyanın  proqram 
səviyyəsində  siyasi  mübarizənin  sahələr  üzrə  məqsədləri, 
bilvasitə  siyasi  mübarizənin  prinsipləri,  metodları  və  vasitələri 
müəyyənləşdirilir,  proqramın  digər  siyasi  qüvvələrin  (istər 
müxalifət,  isərsə  də  iqtidar)  proqramlarından  üstünlükləri  və 
məziyyətləri nümayiş etdirilməklə kütləni mübarizəyə jəlb etmək, 
özünün  elektoratını  formalaşdırmaq  və  genişləndirmək  ön  plana 
çəkilir. 
İdeologiyanın  üçünjü  fəaliyyət  səviyyəsində  siyasi 
proqramların  reallaşması,  ideoloci  təbliğat  nətijəsində  bu 


 
39 
proqramların  tərəfdarları  və  təəssübkeşlərinin  fəal  mübarizəyə 
qoşulması  baş  verir.  Bunun  konkret  nümunələri  müxtəlif  seçki 
kampaniyalarında  (prezident,  parlament,  bələdiyyə  və  s. 
seçkilərində) siyasi qüvvələrin iştirakı, qanun  çərçivəsində və ya 
qanuna  zidd  olaraq  dəstək  və  ya  etiraz  aksiyalarının 
keçirilməsində  görürük  (mitinqlər,  piketlər,  küçə  yürüşləri, 
nümayişlər, dövlət çevrilişləri, süi-qəsdlər və s.). Bu formalardan 
hansının  seçilməsi,  bir  tərəfdən  ideologiyanın  tipindən,  digər 
tərəfdən  isə  konkret  məqam  üçün  yaranmış  vəziyyətdən, 
jəmiyyətdə  ekstremal  halların  mövjudluğundan  və  bir  sıra 
subyektiv amillərdən  asılıdır.  
İdeologiyaların təsnifatı müxtəlif meyarlar əsasında aparılır. 
Məlumdur  ki,    ideologiyalar  bu  və  ya  digər  qrupun,  təbəqənin 
mənafeyi  baxımından  müəyyən  funksiyaları  yerinə  yetirir.  Belə 
olduqda  fəhlə  sinfinin,  orta  və  imkanlı  təbəqələrin,  iri 
sənayeçilərin,  ziyalıların,  texnokratların  və  b.    mənafelərinə  
xidmət  edən  ideologiya  sistemləri  fərqləndirilir.  Deməli, 
ideologiyalar funksiyasına görə xarakterizə edilərkən ilk növbədə 
onun  jəmiyyətin  hansı  təbəqəsinin  mənafelərini  ifadə  etməsi 
müəyyənləşdirilir. 
Bu 
zaman 
ideologiyanın 
mütərəqqi, 
mühafizəkar və ya mürtəje formaları ayrılır.  
İdeologiyalar  sosial  bazaya  görə  də  formalara  bölünür
Aydındır  ki,  ideologiyaların  daşıyıjıları,  tərəfdarları,  ondan 
bəhrələnənlərin  tərkibi  müxtəlifdir.    İdeologiyanın  məzmunu  ilə 
sosial təbəqələrin mənafeləri arasında müəyyən funksional asılılıq 
olur.  Bu  və  ya  digər  qrupun  mənafelərinə  xidmət  göstərən  
ideologiyanın  tərəfdarları  məhz  həmin  sosial  qrupun  arasından 
çıxır.  Elə hallar da olur ki,  ideologiyanın funksional mahiyyəti 
ilə  onun  sosial  bazası  arasında  fərqlər  yaranır.  Belə  olduqda 
mümkündür  ki,  bu  və  ya  başqa  sosial  qrupun  mənafelərini 
müdafiə  edən  ideologiya  həmin  qrupa  daxil  olmayan  sosial 
təbəqələr tərəfindən də müdafiə olunsun.  
İdeologiyanın  praktik  göstərişlər    ünsürü  jəmiyyətdə 
insanların  fəaliyyətini  əsaslandırır  və    ideologiya  ilə  siyasət 
arasında  qarşılıqlı  əlaqələr    yaradılmasında  özünəməxsus  rol 


 
40 
oynayır.  Həm  ideologiyanın,  həm  də  siyasətin  konkret  sosial 
birliklərin  mənafelərinə  xidmət  göstərməsi  onlar  arasında 
oxşarlıqları  ortaya  çıxarır.  İdeologiya  siyasətdə  mühüm  rol 
oynayan  təbəqələrin  fəaliyyət  göstərdiyi  real  gerçəkliyi,  mövjud 
dəyərlər  sistemini    əks  etdirir,  bu  dəyərlərin  reallaşması 
vasitələrini  göstərir,  eyni  zamanda,    fəaliyyət  üçün  konkret 
göstərişlər  işləyib  hazırlayır.  Müxtəlif  siyasi  hərəkatlar  siyasi 
ideologiyanın  formulə  etdiyi  prinsip  və  göstərişlərdən  öz 
maraqlarına  uyğun  istifadə  edir.  Digər  tərəfdən,  ideologiya 
mənafeləri  üst-üstə  düşən  insanları  birləşdirir,  onlara  inam  və 
əqidə aşılamaqla siyasi hərəkatın birliyini təmin edir.  
İdeologiyanın mənbələrinə ideal ilə gerçəkliyin müqayisəsi,  
sosial  gerçəkliyin  ziddiyyətləri,    sosial  qrupların  güjünə  uyğun 
olaraq  onların  hakimiyyət  iddialarının  təmin  edilməsi  daxildir.  
İnsanlar  real  jəmiyyət  dəyərlərinə  tənqidi  münasibət  bəslədikjə, 
onlarda 
ideal 
jəmiyyət 
haqqında 
təsəvvürlər 
yaranır. 
Jəmiyyətdəki ziddiyyətlər aradan qalxmadıqja insanlarda mövjud 
qaydaları  dəyişdirə  biləjək  ideyalara  tələbat  yaranır.  Dəyişilmiş 
yeni sosial sistemdə real qüvvə kimi ortaya çıxan sosial təbəqənin 
hakimiyyət 
iddiaları  da  özünün  nəzəri  əsasını  yeni 
ideologiyalarda tapır.                                                              
İdeologiya  böyük  sosial  qrupların,  hər  şeydən  əvvəl 
siniflərin maraqları prizmasından ijtimai-siyasi reallığı əks etdirir. 
Bununla  yanaşı, ideologiya siyasi idealları, prinsipləri, normaları 
əsaslandıran  mövjud  ijtimai  qaydalara  münasibəti  ifadə  edən 
dəyərlər  sistemidir.  Bu  dəyərlər  sisteminə  isə  sosial  ədalət, 
azadlıq,  insan  hüquqları,  demokratiya  aiddir.  Sosial  reallığın 
qiymətləndirilməsi  ideologiyanın  ən  mühüm  funksiyasıdır.  
Reallığı,  siyasi  subyektlərin  fəaliyyətini,  onların  nətijələrini 
qiymətləndirərək  ideologiya  nizamlayıjı-istiqamətveriji  qüvvəyə 
çevrilir.  İdeologiya  praktik  fəaliyyəti  ilk  növbədə  jəmiyyətdə 
sosial qruplar üçün məqbul olan, digər təbəqələrin də əksəriyyəti 
tərəfindən inkar edilməyən  məqsədlərə doğru istiqamətləndirir.  
İdeologiyanın  köməyilə  siyasi  qüvvələr  öz  məqsədlərini  
əsaslandırır  və  onların  reallaşması  üçün  vasitələr  seçir.  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə