Diaqnostika və texniki xiDMƏT


Avadanlıqlara texniki xidmət növləri



Yüklə 4,01 Mb.
səhifə47/52
tarix26.05.2022
ölçüsü4,01 Mb.
#88064
1   ...   44   45   46   47   48   49   50   51   52
diaqnostika və texniki xidmət (1) (1)

Avadanlıqlara texniki xidmət növləri

Avadanlıqlara texniki xidmət sisteminin strukturu

 

Avadanlıqların istismarı zamanı müxtəlif daxili və xarici amillərin təsiri səbəbindən tədricən hissə və düyünlərin köhnəlməsi, dağılması və nəticə etibarilə iş qabiliyyətinin qismən və ya tamamilə itirilməsi prosesləri baş verir. Avadanlıqların iş qabiliyyətinin bərpası üçün təmir və texniki xidmət növləri tətbiq olunur.

Texniki xidmət sisteminin strukturu aşağıdakı bölmələri və təmir və texniki xidmət növlərini nəzərə alır.

1) Təmirlər arası texniki xidmət dövrü və tələbata görə xidmət növlərindən ibarətdir:

1) Təmirlər arası texniki xidmət dövrü və tələbata görə xidmət növlərindən ibarətdir:

a) Dövrü texniki xidmətə profilaktika (yağlama, tənzimləmə və təmizləmə). Hissə və düyünlərin texniki vəziyyətinin diaqnostik üsullarla müayinəsi və gündəlik texniki xidmət əməliyyatları daxildir.

b)Tələbata görə texniki xidmətə gündəlik texniki xidmət əməliyyatları, imtina və qaza zamanı aparılan təmir və texniki xidmət növləri daxildir.

2)Dövrü təmir: cari və əsaslı təmir növlərindən ibarətdir.

a) Cari təmir kiçik və orta təmir növlərinə ayrılır. Cari təmir bilavasitə avadanlıqların quraşdırıldığı yerdə (yəni, iş yerində aparılır, bu zaman avadanlığın vəziyyəti yoxlanılır, tez yeyilən hissələr dəyişdirilir, lazım gəldikdə yağ dəyişdirilir, mürəkkəb düyünlərin sökülməsini tələb etməyən qüsurlar aradan qaldırılır. Cari təmirdən sonra avadnlığın işi yoxlanılır, düyünlər və mexanizmlərin işi təmin olunur.

b) Əsaslı təmir daha mürəkkəb və əmək tutumlu təmir növüdür, bu təmir zamanı avadanlıq tam sökülür, yeyilmiş hissə və düyünlər təmir olunur və ya tamamilə dəyişdirilir və cari təmir əməliyyatları təkrar olunur. Əsaslı təmir nəticəsində avadanlığın texniki xarakteristikası tamamilə bərpa olunur.

b) Əsaslı təmir daha mürəkkəb və əmək tutumlu təmir növüdür, bu təmir zamanı avadanlıq tam sökülür, yeyilmiş hissə və düyünlər təmir olunur və ya tamamilə dəyişdirilir və cari təmir əməliyyatları təkrar olunur. Əsaslı təmir nəticəsində avadanlığın texniki xarakteristikası tamamilə bərpa olunur.


Yüklə 4,01 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə