Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

daha da çətinləşir. 
Son  yüzilliklərdə  belə  hallar  11  dəfə  müşahidə  olunub. 
Lakin, bu halda bütün  göy cisimlərinin Günəş, Ay və s. təsirini 
düzgün hesablamaq lazımdır. Sunamilərin ani dağıdıcı nəticəsini 
hiss  etməmək  mümkün  deyil.  Sahilə  çataraq  dalğa  sözsüz  ki, 
sahildə yaşayan dəniz quşlarının yuvalarını belə yuyur. 
Belə  hallarda  bitki  örtüyü  daha  çox  təsirə  məruz  qalır. 
Mərcan rifləri daha çox dağılır. Kakos palması isə xeyli dözümlü 
olur. Çünki kakos qozu hətta okeanda üzə- üzə bitir. 
Sunamilər  haqqında  təsəvvür  yaratmaq  üçün  üzərində 
«Raketa» tipli katerlər üzən su anbarlarında bunu müqayisə etsək 
görərik ki, sahilə yaxınlaşarkən sahil nisbətən dayaz olduğu üçün 
sualtı  pərlər  (mühərriklər)  səthdən  dibə  qədər  bütün  başqa 
gəmilərin  əmələ  gətirdiyi  dalğadan  güclü  olduğu  üçün  sahilə 
birinci çatır. Bu dalğa çox hündür olmasa da çox uzundur. Belə 
çıxır ki, həmin o ilk dalğalar su anbarından aşaraq 2-3 m sahilə 
tökülür,  sonra  geri  çəkilir.  Ondan  sonra  isə  adi  dəniz  dalğaları 
gəlir. 
Sunamilərin gəlməsi haqqında xəbər edilməsi zəruri 
məsələdir. 
Bu  hadisələri  xəbər  verən  sistemlər  əsasən  seysmik 
məlumatların  araşdırılması  nəticəsində  mümkün  olur.  Əgər 
zəlzələ 7.0 və çox maqnitudaya malik olarsa (zəlzələ prosesində 
bu Rixter şkalası əsasən balla adlandırılır) və zəlzələnin episentri 
su  altmdadırsa,  onda  bu  sunamilərin  olacağını  xəbər  verir. 
Regionlarda  və  sahillərdə  əhalinin  yayılması  şəraitindən  asılı 
olaraq həyəcan siqnalının verilməsi müxtəlif ola bilər (şəkil 4). Bu 
işdə Azərbaycan alimlərinin də əməyi çoxdur (E.N.Xəlilov və b.) 
Sunamilərin  xəbər  verilməsinin  ikinci  imkanı  daha 
etibarlı olan «faktla» xəbərdarlığın edilməsidir, çünki bu 
78 


halda sözsüz ki, yalan xəbərlər olmur, amma belə xəbərdarlıqlar 
çox  gec  hazırlanmış  olur.  Baş  vermiş  fakta  əsasən  xəbərdarlıq 
telesunamilər  üçün  qiymətlidir.  2004-cü  ilin  dekabrında  baş 
vermiş  İndoneziyadakı  sunamilər  saat  ərzində  Afrikaya  çatmış, 
1960-cı  ildəki 
çili 
yaxınlığındakı  zəlzələ  nəticəsində  'yaranmış 
sunamilər bir neçə saatdan sonra Havay adalarına çatmış, daha altı 
saatdan sonra 6 metr hündürlüyə çataraq Yapon adalarına çatması 
telesunamilər vastəsilə xəbər verilmişdir (şəkil 2). 
Klassik  misal  kimi  -  Aleut  sunamisini  göstərmək  olar, 
çünki Aleutda baş verən ləpələr Havay adalarında özünü göstərir. 
Sunami dalğalarını okeanda təyin etmək üçün hidrostatiq təzyiqlə 
işləyən 
təbii 
siqnalvericilərdən 
istifadə 
olunur. 
Belə 
siqnalvericilərə  əsaslanan  xəbərvericilər  süni  peyklərlə  əlaqə 
saxlayan  ABŞ-da  hazırlanan  və  DART  (en.Deep  Ocean 
Assessment  and  Reporting  of  Tsunamis)  adlandırılan  cihazdır. 
Real dalğanı gördükdə onun haraya nə vaxt çatacağını müəyyən 
etmək olar. Bu məlumatlara əsasən ölkələr bu fəlakətin təsirinin 
azaldılmasına nail ola bilərlər. 
Xəbərdaredici sistemlərin əsas əhəmiyyəti əhali arasında 
aktual informasiyanın yayılmasıdır. Ən vacibi odur ki, əhali özü 
üçün  sunamilərin  necə  təhlükəli  olmasını  təsəvvür  etmiş  olsun. 
Yaponlar  təbii  kataklizmalar  haqqında  çoxlu  ümumtəhsil 
proqramlarına  malikdirlər,  amma  İndoneziya  və  başqa  sahil 
dövlətlərinin  əhalisi  əsasən  sunami  dalğaları  haqda  çox  az 
məlumatlara  malik  olmuşlar  ki,  bunun  da  nəticəsində  çoxsaylı 
insan tələfatı baş vermişdir. Çünki bu zonalarda belə hadisə çox az 
rast  gəlinəndir.  Həmçinin,  Sahil  zonalarının  tikilməsi  möhkəm 
qanunvericilik bazasına malik olmalıdır. 
Yyuxarıda  göstərilən  hadisələrlə  əlaqədar  Azərbaycanın  sahil 
zonalarında  yaşayan  əhalinin  kifayət  qədər  məlumatlı  olması 
vacibdir. Əgər Xəzər dənizində bu vaxta qədər belə təbii fəlakət 
baş verməmişsə də, bu əhaliyə sunamilər haqda 
79 


geniş  məlumatlar verməməyə  əsas vermir. Heç vəchlə unutmaq 
olmaz ki. Xəzər dənizinin xeyli hissəsi aktiv tektonik zona olan 
Alp-Himalay  dağəmələgəlmə  qurşağında  yerləşir.  Hesab  edirik 
ki, Azərbaycan əhalisi üçün, xüsusilə sahil zonalarında  yaşayan 
insanlar  üçün  bu  təbii  katoklizmlər  haqda  geniş  informasiyanın 
(lakin artıq qorxusuz) olması çox vacibdir. 
AMEA-nm  Geologiya  institutlarında  alimlər  Cənub- 
Şərqi  Asiyada  baş  vermiş  dəhşətli  zəlzələnin  əmələ  gəlməsi  və 
nəticələri barədə öz mülahizələrini söyləyirlər. Onlar qeyd edirlər 
ki, «belə qüvvətli sunami hətta Yerin ətrafında fırlandığı oxa da 
təsir  edir».  Yuxarıda  qeyd  etdiyimiz  kimi  İtaliyanın  Milli 
Geofizika  və  Vulkanologiya  İnstitutunun  direktoru  Enso  Boş 
yazır ki, əgər bizim planetin ölçülərini və kütləsinin böyüklüyünü 
nəzərə alsaq bu inanılmazdır. Onun sözlərinə əsasən belə dəhşətli 
hadisənin əsasında böyük kütlənin yerdəyişməsi durur ki, bu da 
Yer  üzərində  dəyişikliyin  əmələ  gəlməsinə  və  yer  oxunun  azda 
olsa yerdəyişməsinə səbəb olur. 
Son  100  ildə  belə  hadisələri  11  dəfə  müşahidə  etmək 
mümkün olmuşdur. Lakin bu halda hər şeyi düzgün hesablamaq 
çox çətindir, çünki.  Yerə Günəş və  Ay xeyli təsir edir. Bundan 
başqa bizim planetin oxu, 26 min il müddətində konusvari hərəkət 
edir. Amma xətti istiqamətdə yox, dalğavari istiqamətdə olur. 
Lakin  sunamilərin  bir  anlıq  dağıdıcıhq  fəaliyyətini  hiss 
etməmək  olmaz.  Ekologiya  institutunun  əməkdaşı  Alessandro 
Montemogjori  qeyd  edir  ki,  «Sahilə  çatdıqda  dalğalar  mütləq 
sahildə yaşayan dəniz quşlarının yuvalarını dağıdır». 
Bir  çox  növ  quşlar  bu  zaman  nəsil  artırırlar.  Sunamilər 
gəldikdə iri növlər xilas olsalar da, körpə balalar məhv olur və bu 
da  onu  göstərir  ki,  bu  il  burada  yeni  nəsil  olmayacaq.  Filippin 
pelikanlarına  daha  böyük  ziyan  dəymişdir,  çox  az  rast  gəlinən 
növdür. Onlar indi məhv 
80 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə