Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

nəticəsidir. 
Sunami dalğalarını qüvvətli külək dalğaları ilə müqayisə 
etmək  olar.  Onlar  yayılma  sürətlərinə  görə  bir-  birindən 
fərqlənirlər.  Fırtınalı  dalğanın  təyin  olunmuş  sürəti  0,8  küləyin 
sürətinə  bərabərdir.  Qüvvətli  küləyin  sürəti  (8-10  bal)  20-30 
m/saniyəyə  bərabərdir.  Deməli,  fırtınalı  dalğaların  sürəti  60-90 
km/saat  qiymətləndirilə  bilər.  Bu  böyük  sürətdir.  Lakin, 
Sunamilərin sürəti bundan xeyli çoxdur (700-1000 knı/s).Fırtınalı 
dalğanın  sürəti  100-150  nı-i  keçmir,  sunamilərin  sürəti  isə 
100-1000  dəfə  bundan  çoxdur.  Eyni  vaxtda  fırtınalı  dalğaların 
hündürlüyü  açıq  okeanda  10-20  m-ə  çatır,  amma  sunamilərin 
hündürlüyü  1-3  metrdən  hündür  olmur.  Deməli,  fırtınalı 
dalğaların meylliyi min və on minlərlə dəfə sunami dalğalarının 
hündürlüyündən  çoxdur.  ABŞ  və  Alyaska  ştatının  cənub- 
şərqində  Lutuyya  körfəzində  qeyri-adi  qüvvətli  fəlakət  baş 
vermişdir. Sahilə təqribən 11 km -dən çox soxulmuş bu körfəzdə 
geoloq  D.Müller  dağın  döşündəki  ağacların  müxtəlif  yaş 
fərqlərini  görmüşdür.  Ağacların  kötüklərindəki  dairələrlə  o 
hesablamışdır  ki,  son  100  ildə  bu  körfəzdə  ən  azı  dalğaların 
yüksəkliyi 100 metrdən çox olan 4 dəfə sunamilər baş vermişdir. 
D.Müllerin nəticələrinə az inanılsa da, 1958- ci il iyulun 9-da bu 
körfəzdə  baş  vermiş  dəhşətli  sunami  dalğaları  bu  şübhələri 
dağıtdı.  Fladisənin  şahidlərinin  söylədiklərinə  görə  bu  vaxt 
Körfəzdə  lövbər  salmış  gəmilərdəki  insanlar  dəhşətli  təkandan 
yatacaqlarmdan  yerə  atılmışlar.  Çölə  çıxdıqda  isə  dəhşətli  bir 
mənzərə görmüşlər: dənizin suyu qalxmış, Lituyya buzlağmdakı 
buzlar 900 m-ə qədər yüksəklikdən buz və torpaq (süxur) kütləsi 
ilə  sürüşərək  körfəzin  daxili  hissəsində  suya  düşmüşdür. 
Fəlakətin gəmilərin lövbər saldığı yerdən 10 km-lə aralı olmasına 
baxmayaraq əks tərəfdəki sahildə insanların gözü önündə 500 m-ə 
qədər  hündürlükdə  yaranmış  iri  dalğalar  şimal  tərəfdəki  dağın 
yamaclarını  altına  almış,  sonra  dalğa  körfəzdə  dövr  edərək 
yamaclarda ağacları kökündən 
72 


qoparmış,  dalğalar  Kenotafıya  adasının  50  m  olan  ən  hündür 
nöqtəsindən  aşmışdır.  Bütün  bu  qarışıq  kütlə  dar  körfəzə 
soxularaq nəhəng (17-35 m hündürlükdə) dalğa əmələ gətirərək, 
körfəz  boyu  yayılmış,  şimal  sahil  dağlarının  yamaclarını  əhatə 
etmişdir ki, nəticədə 600 m-ə qədər hündürlükdə qayalar bitkisiz 
çılpaq qalmışdır. 
Təhlükə  dərəcəsinə  görə  birinci  sunami  dalğaları 
fərqlənir.  Sahil  zolağında  fırtınalı  dalğalar  daha  az  dağıdıcı 
qüvvəyə  malikdir.  Sunami  dalğalarının  hündürlüyü  sahilə 
çatdıqda  40-50  m-ə  çatır,  fırtınalı  dalğaların  hündürlüyü  sahil 
zonasında 20-30 m-i ötür. Sunami dalğaları 10 m-ə çatdıqda daha 
çox  təhlükəlidir,  nəinki,  20  m  yüksəkliyə  malik  olan  fırtınalı 
dalğa. Məsələ burasındadır ki, fırtınalar sunamilərlə müqayisədə 
xeyli az uzunluğa və sürətə malikdir, bundan əlavə onlar sahilə 
dağınıq zərbələr vurur ki, onların da hər biri sahil zonasının xırda 
sahələrini əhatə edir. Sunami dalğaları çox böyük sürətlə vahid su 
axını (su divarı) valı sahilə on kilomertlərlə və daha çox enində 
yaxınlaşır və bunun nəticəsində sahilə bir anda nəhəng su kütləsi 
çırpılır. 
Sahil sunami dalğalarının monolit kütləsi onun yüksəkliyi 
ilə, çox uzunluğu ilə uyğunlaşan, həmçinin, böyük sürətli hərəkəti 
onun  zərbəsini  sahil  zonalarmdakı  tikililəri,  reyddə  durmuş 
gəmiləri  basmasına  imkan  verirdi.  Aydındır  ki,  insanlar  üçün 
dalğarm  sahilə  çatdığı  ərazilərdə  belə  fəlakət  törədən  hadisələr 
baş verir. 
Sürüşmələr.  Bu  tip  sunamilər  tez-tez  baş  verir,  (bütün 
sunamilərin  7%-ə  qədəri).  Belə  sunamilərin  baş  verməsini 
aşağıdakı hadisə ilə izah etmək olar. 
Belə hadisələr az hallarda baş verir və ona görə də buna 
etalon  kimi  baxılmır.  Lakin  çay  deltalarında  belə  sürüşmələr 
nisbətən tez-tez baş verir ki, onlar da xeyli təhlükəlidir. 
Vulkan püskürmələri ilə bağlı sunamilər 5%-i qədərdir. 
Nəhəng sualtı püskürmələr çox vaxt zəlzələ effekti 
73 


yaradırlar.  Qüvvətli  vulkan  püskürmələri  zamanı  püskürülən 
material suda yayılır, eyni zamanda güclü dalğa yaranır. 
Belə  sunamilərə  klassik  nümunə  kimi  1883-cü  ildə 
Krakatau  vulkanının  püskürməsi  nəticəsində  yaranmış  sunami 
dalğalarını  aid  etmək  olar.  Krakatau  vulkanın  püskürməsindən 
əmələ  gəlmiş  sunami  bütün  Hind  okeanı  sahillərində  müşahidə 
olunmuş,  ümumilikdə  5000  gəmi  məhv  olmuş,  36  min  insan 
ölmüşdür. 
İnsan fəaliyyəti. Hazırda atom əsrində insanın əlində elə 
bir vasitə yaranmışdır ki, o, öz istəyi ilə dəhşətli titrəyişlər yaradır. 
1946-cı  ildə  ABŞ-da  dəniz  laqunasında  60  m  dərinlikdə  sualtı 
atom  partlayışı  keçirmişdir.  Onun  gücü  20  min  ton  trotil 
ekvivalentinə bərabərdir. Bu partlayış nəticəsində yaranmış dalğa, 
partlayış  yerindən  300  m-lik  məsafədə  28,6  m  yüksəkliyə 
qalxmış,  episentrdən  6,5  km  məsafədə  isə  dalğanın  hündürlüyü 
1,8 m-ə çatmışdır. 
Meteoritin  və  astoreoidin  düşməsi  nəhəng  sunami 
əmələ gətirə bilə. Onlar böyük düşmə sürətinə malik olduğu üçün, 
çox böyük genetik enerjiyə malik olur, həmin enerji suya ötürülür 
ki, bu da sunami dalğası yaradır. 
Külək böyük dalğa əmələ gətirə bilər (təqribən 20 m- ə 
qədər), amma belə dalğalar sunami deyillər. Onlar qısamüddətli 
olur və sahildə su basması yarada bilməz. Amma meteosunaminin 
yaranması, təzyiqin kəskin dəyişilməsi şəraitində ola bilər. Belə 
hallar Boliar adalarında müşahidə olunur və buna oxşar hadisələr 
az-az hallarda Xəzər dənizində baş verir. 
Alimlər  Yaponiya  sahillərinə  hücum  edən  dağıdıcı 
sunamilərin yaranma səbəbini tapmağa çalışmışlar. Sakit okeanın 
qərbində  Nankay  çökəkliyinin  altında  indiyə  qədər  aktiv  olan 
nəhəng  çat  mövcuddur.  Bu  çat  yer  qabığına  sərt  bucaqla  daxil 
olaraq,  daim  onun  ətrafına  doğru  yerdəyişərək,  böyük  su 
kütləsinin  uçulmasma  səbəb  olur.  Bir  qrup  amerikan  və  yapon 
tədqiqatçıları Yaponiyanın Cənub -Qərb sahillərində dərin sualtı 
çökəklikdə dənizin 
74 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə