Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə3/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   2   3   4   5   6   7   8   9   ...   216

ərazisinin müxtəlif yerlərində qarşılıqlı əlaqəli dəyişməsini göstərmişlər. 

P.S.Pallas özünün çox mühüm «Zoocoğrafiya» əsərində 151 məməli və 425 

quş  növünün  həyat  tərzini,  həmçinin  miqrasiya,  qış  (yay)  yuxusu,  qohum 

növlərin qarşılıqlı əlaqələri və s. bioloji hadisələrin təsvirini verir. 

Pransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına 

çevrilməsinin  əsas  səbəbləri  «İqlimin  temperaturu,  qidanın  keyfiyyəti  və 

əhlilləşdirmənin təsiridir». İlk təkamül təliminin müəllifi Lan- Batist-Lamark 

(1744-1829) orqanizmlərin uyğunlaşma dəyişkənliyinin, heyvan və bitkilərin 

təkamülünün  ən  mühüm  səbəbi  «xarici  hadisələrin»  təsiri  olduğunu 

göstərmişdir. 

Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə 

olaraq insanların təbiətə təsirinin neqativ nəticələrinin mümkünlüyü haqqında 

bəşəriyyətə xəbərdarlıq edirdi. 

Hkoloji  təfəkkürün  sonrakı  inkişafı  XIX  əsrin  əvvəlində  biocoğra- 

llyanın  peyda  olmasına  səbəb  oldu.  Aleksandr  Qumboldtun  (1807)  əsərləri 

bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Qumboldt elmə belə 

təsəvvür  irəli  sürdü  ki,  landşaftın  «fızionomiyasını»  bitki  örtüyünün  xarici 

görkəmi müəyyənləşdirir. O, qeyd edir ki, zonal və şaquli qurşaqlıq coğarfi 

şəraitində  bitkilərin  müxtəlif  taksonomik  qruplarında  bənzər  «Fizionomik» 

formalar,  yəni  eyni  xarici  görünüş  yaranır;  bu  formaların  paylanması  və 

nisbəti ilə fiziki-coğrafi mühitin spesifikası haqda mühakimə  yürüdülür. Bu 

dövrdə iqlim faktorlarının heyvanların yayılmasına və biologiyasına təsirinə 

həsr  olunmuş  ilk  xüsusi  əsərlər  meydana  gəldi.  Alman  zooloqu  Q.Qloqerin 

(1833)  iqlimin  təsiri  ilə  quşların  dəyişməsi,  Danimarkalı  T.Faberin  (1826) 

şimal  quşlarının  bioloji  xüsusiyyətləri,  K.Berqmanm  (1848)  istiqanlı 

heyvanların ölçülərinin dəyişməsinin coğrafi qanunauyğunluğu əsərləri buna 

misal ola bilər. A.Dekandol «Bitkilərin coğrafiyası» (1855) əsərində mühitin 

ayrı-ayrı faktorlarının (temperatur, rütubətlik, işiq, torpaq tipi, yamacın cəhəti) 

bitkilərə təsirini ətrafiı təsvir etmiş və bitkilərin heyvanlara nisbətən yüksək 

ekoloji plastikliyinə diqqət yetirmişdir. 

1798-ci  ildə T.Maltus  populyasiyanın  eksponent  tənliyini təsvir etdi və 

onun  əsasında  özünün  demoqrafik  konsepsiyasını  qurdu.  L.B.La-  mark 

«Hidrogeologiya» əsərində biosfer haqqında faktiki təsəvvür yaratdı. Fransız 

həkimi V.Edvardsın (1824) «Fiziki faktorların həyata təsiri» kitabı ekoloji və 

müqayisəli  fiziologiyanın  başlanğıcını  qoydu,  L.Libix  (1840)  isə  məşhur 

«Minimum qanununu» yaratdı, o, müasir ekologiyada da hələ öz əhəmiyyətini 

itirməmişdir. 

İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə 

ekologiya, elmin müstəqil sahəsi kimi formalaşır. Mərhələnin başlanğıcı rus 

alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V. 






Dokuçayevin  (1846-1903)  osorləri  ilə  əlamətdar  oldu,  onlar  ilk  dəfə 

ekologiyanın  bir  sıra  prinsiplərini  və  anlayışlarını  əsaslandırdı,  onların 

tədqiqat  nəticələri  və  elmi  fikirləri  indiki  dövrə  kimi  öz  əhəmiyyətini 

itirməmişdir.  Təsadüfi  deyildir  ki,  Amerika  ekoloqu  Y.Odum  (1975) 

V.V.Dokuçayevi  ekologiyanın  banilərindən  biri  saymışdır.  XIX  əsrin  70-ci 

illərinin  sonunda  alman  hidrobioloqu  K.Mebius  (1877)  biosenoz  haqqında 

mühüm  anlayış  irəli  sürür  və  onu  müəyyən  mühit  şəraitində  orqanizmlərin 

qanunauyğun əlaqələnməsi (birləşməsi) hesab edir. 

Moskva Universitetinin professoru Kari Franseviç Rulye 1841- 1858-ci 

illər  ərzində  praktiki  olaraq  ekologiyanın  prinsipial  problemlərinin  tam 

siyahısını  vermiş,  lakin  bu  elmi  adlandırmaq  üçün  ifadəli  termini  tapa 

bilməmişdir.  O,  ilk  olaraq  orqanizm  və  mühitin  qarşılıqlı  əlaqəsi  prinsipini 

dəqiq təyin etmişdir. Heç bir üzvi canlı orqanizm öz-özünə yaşamır; hər biri 

onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa cəlb olunur 

və  yaşayır.  Bu  ünsiyyət  qanunudur  və  ya  həyat  başlanğıcının  ikiliyidir  (iki 

tərəfliliyidir),  bu  onu  göstərir  ki,  hər  bir  canlı  həyata  (yaşamağa)  imkanı 

qismən özündən, qismən də xaricdən alır. 

Bu  prinsipi  inkişaf  etdirərək  K.F.Rulye  mühitlə  qarşılıqlı  əlaqəni  iki 

kateqoriyaya bölür: «fərdi yaşayış hadisəsi» və «ümumi yaşayış hadisəsi», bu, 

orqanizm  səviyyəsində  və  populyasiya  və  biosenoz  səviyyəsində  ekoloji 

proseslərin  müasir  təsəvvürünə  uyğun  gəlir.  Rulye  çap  olunmuş 

mühazirələrində və məqalələrində dəyişkənlik, adaptasiya, miqrasiya, insanın 

təbiətə təsiri kimi  problemlər irəli sürürdü. Orqanizmlərin mühitlə qarşılıqlı 

əlaqə mexanizmlərini Rulye Ç.Darvinin klassik prinsiplərinə yaxın mövqedə 

müzakirə edirdi, ona görə də onu həqiqətən Darvinin sələfi hesab etmək olar. 

O,  zoologiyada  xüsusi  istiqamətin  -  heyvanların  həyatının  hərtərəfli 

öyrənilməsi, onların ətraf aləmlə mürəkkəb qarşılıqlı əlaqəsinin aşkar edilməsi 

məsələlərinin  tədqiqinin  inkişaf  etdirilməsini  geniş  təbliğ  edirdi.  Beləliklə, 

K.F.Rulye  heyvanların  geniş  ekoloji  tədqiqat  sistemini,  onun  əsasında 

«zoologiya»nı  işləyib  hazırlamış,  tipik  ekoloji  məzmunda  bir  sıra  əsərlər, 

məsələn,  su,  yerüstü  və  eşid  onurğalılarm  ümumi  xüsusiyyətlərinin  tiplərə 

ayrılmasını və b. yazmışdır. 

K.F.Rulyenin baxışları onun şagirdlərinin tədqiqatlarının istiqamətinə və 

xarakterinə  dərindən  təsir  göstərmişdir.  Onun  şagirdlərindən  biri  olan 

N.A.Seversov (1827-1885) ilk dəfə Rusiyada ayrıca bir regionun dərin ekoloji 

tədqiqatı  əsasında  «Voronej  quberniyasının  vəhşi  heyvan,  quş  və 

həşəratlarının həyatında dövri hadisələr» adlı əsər çap etdirdi. 

Üzvi  aləmin  əsas  təkamül  faktorlarının  aşkar  edilməsi  ilə  Ç.Darvin 

(1809-1882)  ekologiyanın  əsaslarının  inkişafına  mühüm  qiymətli  hədiyyə 

bağışladı.  Təkamül  mövqeyindən  Ç.Darvinin  «yaşamaq  uğrunda  mübarizə» 

ifadəsini canlı aləmin xarici aləmlə, abiotik mühitlə və bir-birləri 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə