Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə5/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   2   3   4   5   6   7   8   9   ...   216

lüyii) yarandı. 

Ümumi  biosenologiya  ideyasının  inkişafında  fitoscnoloji  tədqiqatların 

Rusiyada 

V.N.Şennikov, 

B.A.Kcller, 

V.V.Alexin, 

L.Q.Ramenski. 

A.I^.Şcnnikov,  Amerikada F.Klements, Danimarkada K.Raunkiyer.  İsveçdə 

Q.Dyu  Riye.  İsveçrədə  İ.Braun-Blanke  və  b.  böyük  rolu  olmuşdur. 

Qruplaşmaların  morfoloji  (fızionomik),  ekoloji-morfoloji,  dinamik  və  b. 

xüsusiyyətləri  əsasında  bitkilərin  müxtəlif  təsnifat  sistemi  yaradıldı, 

fitosenozların  strukturu,  məhsuldarlığı,  dinamik  əlaqələri  öyrənildi,  ekoloji 

indikatorlar haqqında təsəvvürlər (anlayışlar) hazırlandı. 

Bitki ekologiyasının fizioloji əsaslan üzrə K.A. Timiryazevin ənənəsini 

davam etdirərək N.A.Maksimov çox qiymətli yeniliklər irəli sürdü. 

1930-40-cı  illərdə  heyvanların  ekologiyası  haqqında  K.Fridcriksin 

(1930),  F.Bodenqeymerin  (1938),  D.N.  Koşkarovun  (1938)  və  b.  yeni 

məlumatları peyda oldu. 

V.N.Sukaçovdan  sonra  qlobal  ekologiyanın  inkişafında  biosenozların 

öyrənilməsi üzrə geobotaniki tədqiqatları  L.M.Lavrenko (1949, 1971 və  b.) 

aparmış,  müxtəlif  bitki  örtüyünün  bioloji  kütləsini  və  məhsuldarlığının 

öyrənilməsi  N.İ.Bazilyeviç  və  L.Y.Rodina  (1967  və  b.)  tərəfindən  yerinə 

yetirilmişdir. 

Torpaqşünaslıq sahəsində V.V.Dokuçayevin ideyalarını İ.P.Ge- rasimov 

(1945,  1960  və  b.)  inkişaf  etdirərək  torpaq  örtüyünü  biosferin  bir  elementi 

kimi  öyrənmişdir.  Bu  istiqamətdə  işlər  V.R.Volobuyevə  (1953  və  b.)  və 

V.A.Kovdaya  (1973  və  b.)  da  məxsusdur,  onlar  torpa-  qəmələgəlmə 

proseslərini xarici faktorlarla əlaqəli öyrənmişlər. 

Coğrafi  zonaların  formalaşmasının  təbii  proseslərin  qarşılıqlı  təsirinin 

nəticəsi  olduğunu  A.A.Qriqoryev  (1966  və  b.)  öz  əsərlərində  göstərmişdir. 

Onun  tədqiqatlarında  təbii  zonaların  iqlimin  elementlərindən  -  günəş 

radiasiyası və yağıntıların miqdarından asılılığı müəyyən edilmişdir. 

Biosferin təkamülünün qanunauyğunluğu A.P.Vinoqradov (1967 və b.), 

K.K.Markov (1960 və b.), A.İ.Oparin (1957 və b.) əsərlərində öyrənilmişdir. 

S.S.Şvars (1973) canlı orqanizmlərin təkamül mexanizmini tədqiq etmişdir. 

Biosferin antropogen dəyişməsi kimi aktual problem bir çox tədqiqatların 

diqqətini cəlb etmişdir. D.L.Armand (1966), Y.K.Fyodrov (1972), Y.A.İzrail 

(1974) və b. rus alimlərinin  monoqarfıyaları bu məsələyə həsr olunmuşdur. 

Xarici  tədqiqatçılardan  P.Dyuvino  Tanq  (Duvi-  gneand  et  Tanghe,  1968), 

B.Kommoner (Commoner, 1971), K.lJat (Watt, 1968) və b. monoqrafiyaları 

da bu problemə həsr edilmişdir. Qurunun və okeanların su balansı haqqında 

«Dünyanın su balansı və Yerin su ehtiyatları» adlı kollektiv monoqrafiyada və 

M.İ.Lvoviçin  (1974  və  b.)  əsərlərində  geniş  material  verilir.  Qlobal  ekoloji 

problemləri 



12 


öyrnnmək üçün M.l.Budıko  (1956, 1974 vo b.)  və Y.Odumun  (1971 və  b.) 

əsərlərindən istifadə olunmuşdur. 

Geockologiyanın 

inkişafında 

V.B.Soçava, 

V.S.Preobrajenski, 

r.D.Aleksandrova,  K.M.Pctrov,  A.A.Veliçko,  Q.N.Qolubev  (1999),  sosial 

ekologiyanın  inkişafında  isə  E.V.Qirusov,  V.A.Los,  N.M.Məmmədov, 

Y.A.Markov və b. alimlərin böyük rolu olmuşdur. 

Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə qədər 

olan  dövr).  XX  əsrin  ikinci  yarısında  ətraf  mühitin  çirklənməsinin 

intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar ekologiya 

elmi xüsusi əhəmiyyət kəsb edir. 

Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və 

ətraf mühitin qorunması elmini də özündə cəmləşdirdi. Ciddi bioloji elmdən 

ekologiya  biliklərin  tsiklinə  çevrilərək  özünə  coğrafiya,  geologiya,  kimya, 

fizika,  sosiologiya,  mədəniyyət  tarixi,  iqtisadiyyat  bölmələrini  daxil  etdi 

(Reymers, 1994). 

Ekologiyanın  dünyada  inkişafının  müasir  dövründəki  inkişafı  xarici 

ölkələrin  görkəmli  alimləri  Y.Odum,  C.M.Andersen,  E.Pianka,  R.Rik-  lefs, 

M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel və 

b.  adları  ilə  bağlıdır.  Rusiya  ekoloq  almilərindən  İ.P.Gerasi-  mov, 

A.M.Qilyarov,  V.Q.Qorşqov,  Y.A.  İzrael,  Y.N.Kurajskovski,  K.S.Losycv, 

N.N.Moiseyev, N.P.  Naumov,  N.F.Reymers, V.V.Ro- zanov, Y.M.Sviriyev, 

A.L.Yanşin, İ.A.Şilov və b. göstərmək olar. 

Müasir mərhələdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və 

fəaliyyəti qanunlarını öyrənməklə yanaşı, həm də təbiət və insan cəmiyyətinin 

qarşılıqlı  əlaqələrinin  səmərəli  formalarını  əsaslandırmalıdır.  Beləliklə, 

ekoloji  biliklərin  sosial  rolu  artır.  Ekologiya  sahəsində  fundamental 

tədqiqatların  inkişafının  əsas  məqsədi  xalq  təsərrüfatının  aşağıdakı  gərgin 

problemləri ilə müəyyənləşdirilir: ətraf mühitin vəziyyətini saxlamaq şərtilə 

istehsalı  intensivləşdirmək  və  təbii  resurslardan  istifadənin  iqtisadi 

effektivliyini yüksəltmək. Təbii və süni qruplaşmaların bioloji məhsuldarlığı 

və sabitliyi məsələləri ön plana çəkilir. Bu problemlər yalnız bütün ölkələrin 

ekoloqlarının  birgə  gücü  ilə  həll  oluna  bilər.  Odur  ki,  qlobal  ekologiya 

sahəsində beynəlxalq əməkdaşlıq geniş həyala keçirilir. İndiki vaxtda insanın 

geniş  ekstensiv  təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  olaraq  geniş  böhranın 

təhlükəliyi, planetar sistemin qeyri- bərabər ölçüdə fəlakətli dəyişməsi aydın 

dərk  edilir.  Bu  böhranın  qarşısının  alınması  mümkünlüyü  yalnız  ekoloji 

biliklərin  inkişafı  əsasında  tapıla  bilər.  Ekoloji  biliklərin  kəsərli  gücü  təbii 

resurslardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd 

təsərrüfatı  problemlərinin  yeni  həllini  və  sənaye  istehsalının  təşkilinin  yeni 

prinsiplərini tapmağa kömək edər. 

13 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə