Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə207/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   203   204   205   206   207   208   209   210   ...   216

da  olmaq  imkanı  kəskin  artır.  Analoji  vəziyyət  hədsiz  otarma  nəticəsində 

sovrulan  və  yarımbərkiyən  qumların  sahəsinin  çoxalması  ilə  bağlıdır,  belə 

halda bir sıra təbii ocaq infeksiyası daşıyan psammofıl heyvanlar yeni yerlərdə 

məskunlaşmağa məcburdur. 

Səhra  landşaftı  və  quru  bozqırların  təmas  xəttində  yerləşən  köçəri 

otlaqlarda iksod gənələrinin sayının yüksək olması nəticəsində kənd təsərrüfatı 

heyvanları Ku-rikketsioz törədicilərinə intensiv yoluxurlar. 

Meşə  və  meşə-çöl  zonalarında  dırnaqlı  vəhşi  heyvanlar  azlıq  təşkil 

etdiyindən  Ku-rikketsiozun  qalmasında  kənd  təsərrüfatı  heyvanları  əsas  rol 

oynayır. 

Keçmiş SSRİ-nin cənub rayonlarında köçəri maldarlıq metodu üstünlük 

təşkil  edir,  ona  görə  də  mal-qara  bütün  il  boyu  aktiv  Ku-  rikketsioz  təbii 

ocaqları  ilə  sıx  təmasda  olur.  İsti  iqlim  şəraiti  gənələrin  tez  inkişafına  və 

onların  yüksək sayda qalmasına əlverişli  şərait  yaradır, nəticədə mal-qarada 

yüksək gənəlik dərəcəsi müşahidə edilir. 

Meşə zonasında yaxşı meşəsiz otlaqların çatışmazlığı ilə əlaqədar burada 

meşə sahələri və atılmış əkin sahələrindən otlaq altında istifadə olunur. Meşə 

otlaqlarında  mal-qaranın  otarılması  nəticəsində  yerli  biosenozlar  dəyişilir. 

Bitki  örtüyünün  dəyişməsi  faunanın  növ  tərkibinin  dəyişilməsi  ilə  müşayiət 

olunur, bu da yerli epizootik və epidemioloji vəziyyəti dəyişdirir. 

Meşə  otlaqlarında  mal-qara  iksod  gənələrini  yetişkənlik  fazada 

yemləməkdə  birinci  dərəcəli  rol  oynayır.  Meşə  zonasında  bir  qayda  olaraq 

iksod gənələrinin ən böyük miqdarı otlaqlarda olur. 

Uzun müddət belə fikir irəli sürülürdü ki, meşədən istifadə olunması gənə 

ensefalitini azaldır. Lakin meşə zonasında istifadə ərazisinə çəmən- bozqır və 

sinantrop məməli heyvan növləri soxulur, bu meşə gənələri üçün davamlı yem. 

bazası sayılır və xəstəlik mənbəyində virusun dövranına şərait yaranır. Vəhşi 

məməlilərin növ müxtəlifliyinin son dərəcə ka- satlaşması və onların sayının 

azalması  ev  heyvanları  ilə  əvəz  olunur,  vahid  sahədə  onların  sıxlığı  vəhşi 

heyvanlarla müqayisədə aşağıdır. Nəticədə meşə otlağında gənələrin sayı artır. 

Beləliklə, kənd təsərrüfatı heyvanları iksod gənələrinin həm yedizdiricisi, həm 

də onların yayıcıları rolunu oynayır. 

Heyvandarlıq  binaları  tikilərkən  çox  vaxt  yanlarında  süni  suvatlar 

düzəldilir, bu isə binalarda və ətraf ərazilərdə boz siçovul, ev siçanı, çöl siçanı, 

bəzi  hallarda  qum  siçanının  toplanmasına  səbəb  olur.  Bu,  təbiətdə  gedən 

epizootik  prosesə  kənd  təsərrüfatı  heyvanlarını  da  cəlb  edir  və  nəticədə 

infeksiyanın antropogen (antropurqik) mənbələri formalaşır. Belə antropogen 

ocaqlar  epidemioloji  təhlükə  sayılır,  belə  ki,  onların  axar  suları  açıq  su 

hövzələrini də yoluxdura bilər. 

521 



Çoxlu  sayda  heyvanların  məhdud  sahədə  cəmləşməsi  epizootiyanın 

təsərrüfat daxilində baş vermə təhlükəsini yaradır, bu hər hansı bir en- demik 

infeksiya  rayonundan  gətirilmiş  damazlıq  (cins)  heyvanlardan  və  ya 

heyvandarlıq kompleksi zonasında toplaşan xəstəliyə yoluxmu-ş vəhşi, yaxud 

xırda sinantrop məməlilərdən keçə bilər. 

Məhdud  ərazidə  çoxlu  saylı  heyvanların  cəmləşməsi  təsərrüfatın  ek- 

stensiv  formada  aparılması  ilə  müqayisədə  baytar-səhiyyə  şəraitinin  kəskin 

dəyişməsinə  səbəb  ola  bilər.  Odur  ki,  xəstəliklərin  törədicilərinin  həm 

kənardan  gətirilməsinə,  həm  də  intensiv  təsərrüfatlardakı  mal-qara  arasında 

yayılmasının qarşısını almağa yönəldilən baytarlıq-səhiyyə tədbirləri sistemi 

hazırlamaq lazımdır. Bu zaman profilaktik karantin tədarükçü təsərrüfatlara 

nəzarəti təşkil etmək  yolu ilə kənardan infek- siyanın  qarşısını  almağa  əsas 

diqqət yetirməlidir. 

Zoogigiyena  tələblərinə  və  baytarlıq-səhiyyə  qaydalarına  (profilaktik 

dezinfeksiya, deratizasiya, dezinseksiya və əlbəttə profilaktik peyvənd daxil 

olmaqla) ciddi riayət edilməsi iri ixtisaslaşdırılmış təsərrüfatlarda infeksiyanm 

yayılma yollarına maneə yaradır. 

522 



XXVI FƏSİL 

KƏND TƏSƏRRÜFATINDA TƏBİƏTİ MÜHAFİZƏ 

FƏALİYYƏTİ 

Kənd  təsərrüfatı  istehsalında  elmi-texniki  tərəqqidən  istifadə  miqyası 

çoxaldıqca  təbii  sərvətlərin  dəqiq  uçotuna  tələbat  getdikcə  artmaqdadır. 

Elmi-texniki tərəqqi maddi sərvətlərin mənbəyi kimi ixtisaslaşdırılmış əməyin 

əhəmiyyətini artırdı. Torpaq əvvəlki kimi təbii sərvətlərin «anası» olaraq qalır. 

Kənd təsərrüfatı istehsalının təbii proseslərlə üzvi bağlılığı qalmaqda davam 

edir. Bu qanunauyğundur. 

Aqrosənaye  kompleksi  sferində  istehsalın  təşkilində  elmi-texniki 

tərəqqidən  istifadəni  təbii  uyğunluq  prinsipləri  ilə  uyğunlaşdırmalıdır 

(birləşdirməlidir).  Kənd  təsərrüfatını  ekologiyalaşdırmaq  lazımdır.  Hələ  XX 

əsrin  70-80-ci  illərində  əkinçilik  sistemində  «Təbiəti  mühafizə»  -  müstəqil 

bölmə kimi  ayrıldı, burada  gübrələrdən istifadə,  pestisidlərin tətbiqi, sənaye 

tərəfindən  pozulmuş  torpaqların  rekultivasiyası,  çay  hövzələrində 

suqoruyucuğu zonanın təşkili, tullantılarla mühitin çirklənməsinin qarşısının 

alınması məsələləri təhlil edilirdi. 

26.1.

 

EKOLOGİYANIN (SOSİAL EKOLOGİYANIN) 

QANUNLARI 

Sosial ekologiyanın vəzifəsi vahid sistem daxilində cəmiyyət, texnika və 

təbiətin qarşılıqlı əlaqəsini əks etdirən yeni tip qanunların izahını, qısa şərhini 

verməkdir. 

Qanun  -  təbiətdə  və  cəmiyyətdəki  hadisələr  arasında  zəruri  olan, 

təkrarlanan münasibətlərdir. Hələ indiyə kimi heç bir elm cəmiyyət və təbiətin 

birliyini  əks  etdirən  qanunların  üzə  çıxarılması  problemi  ilə  məşğul 

olmamışdır. İlk dəfə sosial ekologiya bu cür sosiotəbiət qanunlarının müəyyən 

edilməsinə öz iddiasını bildirir. Bu qanunların xüsusiyyətləri ondan ibarətdir 

ki, onlar müxtəlif səviyyəli sosioekosistemlərin davamlı inkişafı üçün zəruri 

şəraiti müəyyən etməlidir. 

Bu  şəraitlər  biosfer  hüdudunda  bəşəriyyətin  fəaliyyətinin  xarakterini, 

istiqamətini təbliğ etməlidir. 

Sosial  ekologiyanın  qanunları  iki  yerə  -  ekoreqress  (biosferi  və 

bəşəriyyəti məhvə aparan) və ekoinkişaf (yəni bu məhv olmanın qarşısını alan) 

qanunlara  bölünür.  Təbiəti  mənimsəyən  zaman  elə  şərait  texniki-  təşkilati 

əlaqə  yaradıla  bilər  ki,  dağıdıcı  qanunlar  deyil,  yaradıcı  qanunlar  üstünlük 

təşkil edə bilsin. Ekoloji optimal strategiyanın mahiyyəti də ondan ibarətdir ki, 

iki tip qanundan sağqalma qanunları seçilsin. Bu qa 

523 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə