Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə208/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   204   205   206   207   208   209   210   211   ...   216

nunlar  sisteminin  üzə  çıxarılması  sosioekologiyanın  əsas  məqsədini  təşkil 

edir. 


Sosial  ekologiyanın  qanunları  insanın  dəyişdirici  fəaliyyəti  və  təbiətdə 

maddə, enerji və informasiya dövranları təsiri ilə yaranmış maddə, enerji və 

informasiya axınlarının sinxronluğunu, uyğunluğunu əks etdirməlidir. Yalnız 

bu  qanunlara  arxalanmaqla  cəmiyyət  ekoloji  və  sosial-  iqtisadi  inkişafın 

qarşılıqlı bağlılıq məsələlərini həll edə bilər. 

İndiyə qədər bizim sivilizasiyanın xüsusiyyətindən, onun ziddiyyətindən 

irəli gələrək, sosial-iqtisadi inkişaf ekologiyanın hesabına olmuşdur. Həmin 

ziddiyyətin həllini sosial-iqtisadi iftkişaf ləngitməkdə deyil, (bu, son nəticədə 

insanların  həyat  səviyyəsini  aşağı  salardı),  həm  cəmi}^əti,  həm  də  təbiəti 

harmonik inkişaf etdirməkdə axtarmaq lazımdır, yəni söhbət davamlı inkişafa 

keçilməkdən  getməlidir.  Bundan  ötrü  isə  cəmiyyət,  təbiət  və  texnikanın 

qarşılıqlı təsirinin qanunauyğunluqlarını dərindən bilmək lazımdır. 

Amerika  ekoloqu  B.  Kommonerin  bu  məsələyə  yanaşması  maraq 

doğurur.  O,  bioekologiya  və  bəşəriyyətin  təbiətdəyişdirici  təcrübəsini 

müəyyən  dərəcədə  ümumiləşdirməklə  dörd  sosial-ekoloji  qanun 

formalaşdırmağa cəhd etmişdir. 



Birinci qamın: 

Hər şey hər şeylə bağlıdır. 

Bu qanun ekosferdə mürəkkəb qarşılıqlı təsir şəbəkəsinin olduğunu əks 

etdirir. Onun məqsədi insanı ekosistemin ayrı-ayrı hissələrinə düşünülməmiş 

təsirdən saxlamaqdır. Belə ki, bu cür təsirlər gözlənilməyən zərərli hadisələr 

törədə bilər. 

İkinci qanun: 

Hər şey harayasa getməlidir? 

Bu  qanun  materiyanın  saxlanması  kimi  fundamental  qanundan  ortaya 

çıxır. O, maddi istehsalın tullantılarına yeni nöqteyi-nəzərdən baxmağa imkan 

verir.  Yerin  təkindən  çıxarılmış  külli  miqdarda  maddə,  yeni  maddələrə 

çevrilərək, «hər şey haradasa olmalıdır» faktı nəzərə alınmadan ətraf mühitə 

səpələnib.  Nəticədə  külli  miqdarda  maddə  elə  yerlərdə  toplanır  ki,  təbiətdə 

onların orada olması məsləhət deyildir. 

Üçüncü qanun: 

Təbiət yaxşı bilir. 

Bu  qanun  o  mövqedən  çıxış  edir  ki,  «indi  yaşayan  canlı  varlıqların 

orqanizmlərinin  strukturu  və  ya  müasir  təbii  ekosistemin  təşkili  o  mənada 

yaxşıdır  ki,  onlar  əlverişsiz  variantlar  içərisindən  diqqətlə  seçilmişdir  və 

istənilən  yeni  variant  yəqin  ki,  indikindən  pis  olacaqdır».  Bu  qanun 

hərəkətsizliyə  yox,  əksinə,  təbii  bio  -  və  ekosistemləri  diqqətlə  öyrənməyə, 

dəyişdirici fə- 

524 



aliyyəto  şüurlu  yanaşmağı  tələb  edir.  Təbiətin  dəyişdirilməsinin  nəticələrini 

dəqiq bilmədən təbiəti «yaxşılaşdırmaq» kimi hərəkətlərə yol verilə bilməz. 



Dördümü qamın: 

Heç nə təmənnasız verilmir. 

B.Kommoner hesab edir ki, dördüncü qanun əvvəlki üç qanunu özündə 

birləşdirir, «Ona görə ki, qlobal ekosistem vahid sistem olub, onun hüdudları 

daxilində uduş və ya ilki ola bilməz, belə ki, insanın əməyi vasitəsilə ondan 

alınmış hər şeyin əvəzi ödənilməlidir». 

Əlbəttə, B.Kommonerin qanunları cəmiyyət və təbiətin qarşılıqlı təsirinin 

bütün  tərəflərini  əhatə  etmir.  Onlarda,  məsələn,  sosial-iqtisadi,  hüquqi 

mexanizmlərin  təbiətdən istifadənin  xarakterinə təsiri, mədəniyyətin təbiətlə 

münasibətlərinin  harmoniyalaşdırılmasmda  mümkün  olan  rolu  öz  əksini 

tapmamışdır. 

Deyilənləri  nəzərə  almaqla  sosial  ekologiyanın  aşağıdakı  prinsiplərini 

formalaşdırmaq mümkündür: 

 



bəşəriyyət  istənilən  populyasiya  kimi  ölçüsüz,  sonsuz  inkişaf  edə 

bilməz; 


 

cəmiyyət  öz  inkişafında  biosfer  təzahürlərinin  imkanlarını  nəzərə 



almalıdır; 

 



cəmiyyətin  davamlı  inkişafı  alternativ  ehtiyatlara  və  texnologiyalara 

vaxtında keçirilməsindən asılıdır; 

 

cəmiyyətin  istənilən  dəyişdirici  fəaliyyəti  ekoloji  proqnoza 



əsaslanmalıdır; 

 



təbiətin  mənimsənilməsi  biosferin  müxtəlifliyni  azaltmamalı  və 

insanların həyat keyfiyyətlərini pisləşdirməməlidir; 

 

sivilizasiyanın  davamlı  inkişafı  insanların  əxlaqi  keyfiyyətlərindən 



asılıdır; 

 



hər bir kəs öz hərəkətlərinə görə gələcək qarşısında məsuliyyət daşıyır; 

 



qlobal fikirləşib, lokal hərəkət etmək lazımdır; 

 



təbiətin vəhdəti bəşəriyyəti əməkdaşlığa məcbur edir. 

Sosial  ekologiya  insan  fəaliyyətinin  uyğun  normativini  müəyyən  edən 

cəmiyyət və təbiətin harmoniyasının şərtlərini açır. 

26.2.

 

TƏBİƏTİ MÜHAFİZƏ FƏALİYYƏTİNDƏ 

ƏSAS İSTİQAMƏTLƏR 

Əkinçiliyin geniş inkişaf tapması hər şeydən əvvəl təbii bitki örtüyünün 

məhv edilməsi ilə əlaqədardır. Əkinçiliyin ətraf mühitə təsiri aşağıdakı kimi 

təzahür olunur: 



525 


 

geniş ərazilərdə təbii bitki örtüyünün məhv edilməsi və onların tarla 



bitkiləri və plantasiya əkinləri ilə əvəz olunması; 

 



təbii biogeosenozların aqrosenozlara çevrilməsi

 



meliorasiya  tədbirləri  ilə  əlaqədar  bəhrəsiz  və  ya  az  məhsuldar 

ərazilərin yüksək məhsuldar əkinçilik sahələrinə çevrilməsi (lakin bəzən əks 

vəziyyətin baş verməsi istisna olunmur); 

 



heyvanların təbii məskənlərinin dağıdılması; 

 



torpaq  örtüyündən  səmərəli  istifadə  edilməməsi  şəraitində  onun 

deqradasiyası  (su  və  külək  torpaq  eroziyası,  torpağın  gücdən  düşməsi, 

torpağın  şorlaşması  və  şorakətləşməsi,  torpağın  bataqlaşması,  səhra-  laşma, 

izafi  miqdarda  gübrələrdən  və  pestisidlərdən  istifadə  nəticəsində  torpağın 

çirklənməsi); 

 



iqlimin dəyişməsinə aparan geniş ərazilərdə radiasiya və su balansının 

dəyişməsi; 

 

ərazinin  hidroloji  rejiminin  dəyişməsi  (səth  axımının  güclənməsi, 



qrunt  sularının  səviyyəsinin  aşağı  düşməsi  və  ya  tükənməsi,  suvarma  ilə 

əlaqədar  qrunt  sularının  səviyyəsinin  qalxması,  çay  yataqlarında  sedi- 

mentasiya  prosesinin  güclənərək  orada  üzvi  və  mineral  çöküntülərin 

toplanması); 

 

səth və qrunt sularının gübrələr, pestisidlər, suda həll olan duzlar və 



istehsalat tullantıları ilə çirklənməsi

 



atmosferin  çirklənməsi  (aviasiyanın  köməyi  ilə  gübrələrin  və 

pestisidlərin  verilməsi,  denitrifıkasiya  yolu  ilə  torpaqdan  gübrələrin,  azot 

birləşmələrinin atmosferə ayrılması); 

 



yararsız torpaqların əmələ gəlməsi; səhralaşma prosesinin inkişafı; 

Heyvandarlığın təbii mühitə təsirinin istiqamətləri: 

 



geniş  ərazilərdə  bitki  örtüyünün  məhv  edilməsi,  otlaqların  hədsiz 

yüklənməsi nəticəsində səhralaşma prosesi

 

otlaqlarda  təbii  bitki  örtüyünün  deqradasiyası;  eroziya  nəticəsində 



torpağın yuyulub aparılması, yarğanların əmələ gəlməsi; 

Sallaxana  və  mal-qaranın  burdaqda  saxlanılan  yerlərin  yaxınlığında, 

həmçinin mal-qaranın təbii su hövzələrinə və çaylara suvata sürülən yerlərdə 

səth sularının çirklənməsi. 

Kənd  təsərrüfatında  təbiəti  mühafizə  haqqındakı  konseptual  fikirlərə 

əsaslanaraq,  lazım  olan  işlərin  aparılması  (layihələşdirilməsi)  aşağıdakı 

aiqoritm üzrə yerinə yetirilməsi məsləhətdir (İ.P.Laptev): 

1.

 

Təsərrüfatın təbii-iqtisadi xüsusiyyətləri 

1.1.


 

İqtisadi xarakteristikası və inkişaf perspektivləri 

1.2.

 

Əhali (sayı, paylanması) 



1.3.

 

Kənd təsərrüfatı sahələri və digər torpaqlar (sahəsi, onların nisbəti və 



istifadəsi, torpağa antropogen təsir, eroziya prosesinin inkişafı) 

526 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə