Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə205/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   201   202   203   204   205   206   207   208   ...   216

25.5.

 

İZAFİ RÜTUBƏTLİ VƏ BATAQLAŞMIŞ ƏRAZİLƏRİN 

QURUDULMASI VƏ İNSAN SAĞLAMLIĞI 

İzafi  rütubətliyə  malik  olan  və  bataqlaşmış  ərazilərin  qurudulması 

müxtəlif  təsərrüfat  sahələrində  mühüm  əhəmiyyət  kəsb  edir.  Lazımi  hi- 

dromeliorasiya və aqrotexniki tədbirləri həyata keçirməklə bu potensial zəngin 

torpaqlar qiymətli kənd təsərrüfatı sahələri qrupuna keçir. Meşə təsərrüfatında 

bataqlaşmış 

ərazilərin 

qurudulması 

ağac 

cinslərinin 



böyüməsini 

yaxşılaşdırmaq,  tikintidə  -  bataqlaşmış  sahənin  istifadəsi  və  yol  salmaq 

məqsədilə  aparılır.  Nəhayət  izafi  rütubətli  və  bataqlaşmış  sahələrin 

qurudulması ərazinin sağlamlaşdırılması və abadlaşdırılması məqsədi daşıyır. 

Qurudulmuş, mədəniləşdirilmiş bataqlıqların öz mikroiqlimi formalaşır, 

torpağın və yersəthi havanın temperaturu və havanın nisbi rütu- bətliyi aşağı 

düşür,  temperaturun  gündəlik  amplitudu  yüksəlir.  Qurudulma  torpağın 

aerasiyasını  yaxşılaşdırır,  onun  məsaməliyini  artırır  və  qida  maddələri  ilə 

(nitratlarla)  zənginləşməsinə  səbəb  olur,  bununla  əlaqədar  mikrobioloji 

proseslər intensivləşir. Qurudulma nəticəsində qrunt sularının səviyyəsi aşağı 

düşür və yaz dövründə qar ərinti suları qalmır. Torpaq tez quruyur. Ərazinin 

mikrorelyefı və təbii kompleksi yaxşılaşır. Rütubətlik şəraitinin aşağı düşməsi 

nəticəsində  rütubətsevər  bitki  və  heyvanların  əksəriyyətinin  həyat  şəraiti 

kəskin  pisləşir,  lakin  quraqlıqse-  vən  növlər  üçün  əlverişli  şərait  yaranır. 

Beləliklə, qurudulma tədbirdləri- nin təsiri altında yerli biosenozlar dəyişilir, 

buna xəstəliklərin təbii ocaqları müxtəlif cür reaksiya göstərir. Ərazinin tam 

qurudulması  biosenotik  əlaqələrin  pozulmasına,  törədicilərin  dövranının 

dayanmasına  və  xəstəliklərin  mənbələrinin  ləğvinə  səbəb  olur.  Qurutma 

hissə-hissə  aparıldı-  qda  xəstəlik  ocaqlarının  sahəsi  azalır  və  qismən 

sağlamlaşma gedir. 

Sovet  hakimiyyəti  dövründə  radikal  qurutma  meliorasiyası  aparıla-  raq 

Kolxida düzənliyi kökündən dəyişmişdir. Hazırda düzənliyin ərazisi tamamilə 

qiymətli  subtropik  bitkilər  altında  istifadə  edilərək,  orada  malyariyanın 

ocaqları tam ləğv edilmişdir. 

İzafi  rütubətliyin  və  bataqlaşmış  torpaqların  qurudulması  bir  sıra 

ölkələrdə malyariyaya qarşı kəsərli mübarizə tədbiri vəzifəsini görmüşdür. Bu 

üsul  sayəsində  Panama  kanalı  zonası  sarı  qızdırma  xəstəliyindən  xilas 

olunmuşdur. 

Quruducu 

meliorasiya 

tədbirləri 

leptospiroz 

və 

tulyaremiya 



xəstəliklərinin mənbələrinin ləğv edilməsində radikal üsul sayılır. Bataqlıq və 

bataqlaşmış sahələrin qurudulması infeksiyasınm əsas su ilə ötürülmə yolunu 

təcrid  edir  (gəmiricilər  -  su  -  insan),  həm  də  gəmiricilərin  məskunlaşma 

şəraitini dəyişir, belə ki, əsas yem bazası sayılan bataqlıq bit- 



517 


kiliyi məhv edilir. Bu rütubətsevər gəmiricilərin (çöl siçanı - gkonom siçovul) 

sayının azalmasına, sonra isə tamamilə ləğvinə səbəb olur. 

Ərazinin  qurudulması  ilə  əlaqədar  böyrəklərin  kəskin  zədələnməsi 

inieksiyası leptospiroza xəstəliyiyinin deqradasiyası, hətta tam ləğvi halları da 

məlumdur.  Qurudulan  ərazilərin  şumlanması  zamanı  rütubətsevər 

gəmiriciləri, məsələn, çöl siçanlarını, az rütubətsevər meşə, ev və dağ siçanları 

əvəz edir.  Bu növlərin  nümayəndələri  leptospiroz zamanı ciddi epizootoloji 

əhəmiyyət  daşımadığı  üçün  xəstəliyin  əvvəlki  olduqca  aktiv  təbii  ocaqları 

sönür. 

Beləliklə, ərazinin qurudulması leptospirozun epizootiyasmm gərginliyi 



kəskin aşağı salır. Lakin meliorasiya sistemindən düzgün istifadə edilməməsi 

ilə  əladəqar  təkrar  izafi  rütubətliyin  yaranması  xəstəliyin  təbii  ocağının 

aktivləşməsinə gətirib çıxara bilər. 

Bununla  yanaşı,  çay  vadisində,  subasarlarında  bataqlığın  başdan-  başa 

qurudulması  və  bataqlıqların  tam  ləğvi  təbii  çəmənçiliyin  məhsuldarlığını 

aşağa sala bilər. Odur ki, səmərəli meliorasiya apararaq təbii rütubət balansını 

və meşə, çöl, çəmən, bataqlıq, çay və göllərin müəyyən birliyinin, əlaqəsinin 

saxlanmasına 

çalışmaq  lazımdır.  Bataqlıqlar  dərman  bitkilərinin, 

giləmeyvələrin (mərcanı, sarı böyürtkən və b.) «anbarı», bir sıra quş və heyvan 

növlərinin  məskunlaşdığı  yer  hesab  olunur.  Bataqlıq  qoruğu  bu  mürəkkəb 

ekoloji sistemin öyrənilməsində qiymətli obyekt sayılır. 

Qurudulma  işlərinin  düzgün  aparılmaması  ərazinin  sağlamlaşmasına 

kömək etmir, əksinə xəstəliklərin təbii ocaqlarının aktivləşməsinə səbəb olur. 

Belə  ki,  geniş  bataqlıq  massivinin  quruducu  xəndəklərlə  ayrı-ayrı  xanalara 

(kletkalara)  parçalanması  gəmiricilərin  mozaiki  konsentrasiya-  sına  şərait 

yaradır. Quru isti hava şəraiti və meliorasiya qaydalarına riayət olunmaması 

ilə  əlaqədar  quruducu  xəndəklərin  ətrafı  təpəcik  halını  alır  və  orada  əmələ 

gələn  kol  cəngəllikləri  xırda  heyvanların  daha  da  çox  toplanmasına  şərait 

yaranır. Belə yerlər iksod gənələrin toplanması üçün də əlverşlidir. Beləliklə, 

xəstəliyin mikroocaqları yaranır, oradan infek- siya çaybasara tökülür, burada 

biçin  mövsümündə  axmazlar  və  xırda  çaylar  boyu  ço.xlu  miqdarda  su 

siçovulları  müşahidə  edilir.  Tulyaremiya  epizootiyasmm  sonrakı  inkişafı  su 

siçovulları arasında uçan qansoran həşəratlar vasitəsilə olur. 

Qurutma  işləri  yoluxucu  xəstəliklərin  törədicilərini  yayan  qansoran 

buğumayaqlılarm 

sayının 

azalmasına 

və 

entomoloji 



vəziyyətin 

yaxşılaşmasına səbəb olur. 

F.Q.Fedorova (1976) qeyd edirdi ki, quruducu işləri qurtardıqdan iki-üç il 

sonra  kontrol  sahəsində  sürfələrin,  həmçinin  insana  hücum  edən 

ağcaqanadların sayı 10-20 dəfə azalmışdır. 

518 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə