Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə204/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   200   201   202   203   204   205   206   207   ...   216

bi-qərb,  həm  də  kifayət  qədər,  lakin  qısa  müddətli  yağıntı  düşən,  şərq 

ştatlarında  aparılır.  Burada  suvarma  əsasən  sənaye  meyvəçilikdə  və 

tərəvəzçilikdə aparılır. 

Su  təsərrüfatı  və  əkinçiliyin  düzgün  olmayan  metodlarla  aparılması  ilə 

əlaqədar bataqlaşma və təkrar şorlaşma kimi neqativ nəticələri istisna etsək, 

suvarma  yer  səthi  havasında  və  torpağın  üst  qatlarında  bitki  üçün  əlverişli 

istilik və rütubət nisbəti yaradır, yüksək temperaturun və bitki vegetasiyasmm 

ayrı-ayrı  dövrlərində  rütubət  çatışmazlığını  aradan  qaldırır.  Suvarma 

torpaqların  mikroiqlimini  və  su  rejimini  dəyişir:  radiasiya  balansı  yüksəlir, 

torpağın  nəmliyi  və onun səthindən, həmçinin  bitkinin özündən buxarlanma 

çoxalır, havanın rütubətliyi artır, havanın və torpağın temperaturu aşağı düşür. 

Biokimyəvi proseslərin intensiv gedişi üçün şərait yaranır, torpağın münbitliyi 

artır. Hidroloji və hid- rogeoloji şəraitin dəyişməsilə bitki örtüyü də dəyişir. 

Kanal boyu zəngin hidrofil və mezofıll bitki örtüyü inkişaf edir, ağac bitkiləri 

peyda olur, yerli fauna yeni növlərlə'zənginləşir, yerli növlərin əksəriyyətinin 

sayı çoxalır, lakin onların bir hissəsi, xüsusən kserofillər sıradan çıxır və sayı 

azalır. Vahələrdə çoxlu miqdarda həm təsərrüfat üçün faydalı, həm də zərərli 

heyvanlar və həşəratlar toplanır. 

Kanalların  sahili  boyu  qarğı,  qamış  və  cil  bitkiləri  ilə  zəbt  olunan 

sahələrdə müxtəlif rütubətsevən gəmiricilər geniş məskunlaşır. 

Avropanın  bozqır  zonasında  hər  cür  suvarma  üsulları  nəticəsində 

sahələrdən ilk növbədə gəmiricilərin bozqır, kserofıt növləri (ərəb dovşanı, çöl 

siçanı,  cənub  siçanı  və  s.)  sıxışdırıiır.  Şırımlarla  suvarma  aparılan  çəltik 

tarlalarında ev siçanı məskunlaşır. Səthi suvarma aparılan sahələrdə, zolaqlar 

boyu ev siçanı, meşə siçanı, adi çöl siçanı, pis plani- rovka aparılan yerlərdə və 

zolaq boyu təpəciklərdə isə sünbülqıran qalır. Drenaj  suvarmada bu növlərə 

boz  dağ  siçanı  da  əlavə  olunur.  Səthi  suvarma  aparılan  sahələrdə  torpaq 

quruduqdan sonra ev siçanı  və meşə siçanı  yenidən qayıdır, həm  də onların 

sayı burada yaxşı yem olduğundan dəmyə tarlalara nisbətən daha çox olur. 

Qaraqum  kanalı  tikildikdən  sonra  kanal  boyu  və  ona  bitişik  suvarılan 

sahələrdə rütubətsevər faunanın nümayəndələri (ağcaqanad, mığmığa, milçək, 

ev siçanı, boz dağ siçanı, lövhədişli siçovul, qırmızı- quyruq qum siçanı və b.) 

burada  əlverişli  mikroiqlim  və  yem  şəraiti  tapdığından  bir  çox  kserofıl 

heyvanları sıxışdıraraq uzaq məsafələrə çəkilməyə məcbur edir. 

Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının tikilməsi Şirvan, 

Mil,  Muğan  və  Qarabağ  düzlərinin  yarımsəhra  mənzərəsini  dəyişdirərək 

oradakı biotopların xarakterik əlamətlərini və növ strukturunu də dəyişmişdir. 

Belə ki, tulyaremiya xəstəliyi infeksiyasmm əsas yayıcısı 



515 


olan su siçovulu suvarma kanalları ilə yarımsəhranın dərinliklərinə soxularaq 

bura  özü  ilə  tulyaremiyanın  spesifik  parazil  daşıyıcılarını  (L.mûris, 

Il.anphibius, H.glasgowi) (Hacıyev və b., 1970) gətirdi. 

Kəskin yoluxucu xəstəlik leptospirozlarm törədicilərinin yayıcıları olan 

gəmiricilər çəltik tarlalarında da müşahidə olunur, burada onların  yayılması 

suyun  bolluğu,  müxtəlif  cür  heyvan  və  bitki  yeminin  mövcudluğu  və  yuva 

qurmaları üçün əlverişli yerlərin olmasıdır. Açıq suvarma kanalları şəbəkəsi 

inkişaf etmiş Şimali İsraildə, su tarlalara borularla verilən ölkənin cənubuna 

nisbətən  leptospirozdan  əziyyət  çəkənlər  daha  çoxdur.  Çində  leptospiroz 

xəstəliyinə  çox  vaxt  kənd  əhalisi  tutulur,  onlar  bu  xəstəliyə  əsasən  çəltik 

tarlalarında alaq işləri və məhsulun  yığımı  zamanı  yoluxurlar.  İtaliyanın  Po 

çayı vadisində  yerləşən əyalətlərində (Paviya, Modena, Kremona, Mantuya, 

Balonya)  çəltik  tarlalarında  çalışan  mövsümi  fəhlələr  arasında  hər  il  düyü 

məhsulu yığımı dövründə leptospiroz xəstəliyinə yoluxanlar qeydə alınmışdır, 

çəltik tarlalarından kənar yerlərdə isə bu xəstəliyə yoluxanlara rast gəlinmir. 

Leptospiroz  xəstəliyinin  yayıcıları  həm  suvarma  kanallarından  və  ya  çöldə 

olan və yol- kənarı gölməçələrdən xəstəliyə yoluxan ev heyvanları (iri və xırda 

buynuzlu  mal-qara,  donuz),  həm  də  vəhşi  heyvanlar,  əsasən  gəmiricilər  ola 

bilər. Bataqlıqlarda və ya bataqlaşmış su kanalları boyu yerləşən kolluqlarda, 

həmçinin  çox  suvarılan  bağlarda  bu  xəstəliyin  yayıcı  mənbəyi  ev  siçanları 

hesab olunur. 

Qrunt  sularının  səviyyəsinin  qalxması,  sahil  xəttinin  su  ilə  basılması, 

suvarılan  torpaqdan  düzgün  istifadə  edilməməsi  müxtəlif  qızdırma xəstəliyi 

növləri,  ensefalit  və  ilk  növbədə  malyariya  yoluxucu  xəstəliklərinin 

yayıcılarının  artmasına  səbəb  olur.  Belə  xəstəliklərin  yayıcılarının 

yayılmasında çəltik tarlalarında günəşlə yaxşı qızdırılan dayaz su hövzələri və 

işin qeyri səmərəli təşkil olunması hesab edilir. Çəltik tarlası, bəzən su alaq 

bitkiləri  ilə  birlikdə  ağcaqanadların,  o  cümlədən  Culex  cinsinin  ən  sevimli 

yerinə çevrilir. 

Quruducu  kanalların  və  nasos  qurğulu  suqəbuledicilərin  tikilməsi, 

lazımsız  su  hövzələrinin  torpaqla  örtülməsi,  ağcaqanadların  sürfə  qoyduğu 

yerlərin  şumlanması,  suvancılann  sudan  istifadə  qaydalarına  riayət  etməsi, 

həm  ağcaqandlarm  artmasının  qarşısını  alar,  həm  də  kənd  təsərrüfatında 

istifadə üçün münbit torpaq sahələrini artırar. 

Beləliklə, quraqlıq ərazilərin suvarılması deyil, onun layihələşdiril- məsi, 

tikilməsi  və  irriqasiya  qurğularının  istismarı  zamanı  buraxılan  ayrı-ayrı 

səhvlər təbii infeksiya ocaqlarının aktivləşməsinə səbəb olur. Bu nöqsanların 

aradan qaldırılması suvarılan ərazilərin sağlamlaşdırılması- na şərait yaradar. 



516 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə