Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 05. 2016-cı il tarixli 354 №-li əmri ilə təsdiq olunmuşdur



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə4/51
tarix01.02.2018
ölçüsü3,9 Kb.
#23035
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

 
 
15 
 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

dondu. İribuynuzlu, qumral ana maral astanada dayanmışdı. Onun 
yelinindən süd axırdı. Fatimə tez sərnici bulaq kimi qaynayan 
südün altına tutdu. Sərnic ağappaq köpüklü südlə doldu. Arvad 
baxıb-baxıb ah çəkdi: 
– Həkim qatıq demişdi, ay maral, sən süd verirsən... 
Fatimə südlə dolu sərnici götürüb içəri keçmək istəyəndə maral 
ona mane oldu. İsti südün içinə hər gözündən bir damla yaş saldı. 
Süd o saat qatığa çevrildi. Fatimə maralın üzünü, gözünü tu-
marlayıb yola saldı. 
 
 
 
 
1.
 Əsəri oxuyun (bunu fərdi səssiz oxu, səsli oxunun dinlənilməsi və s. 
şəkildə yerinə yetirə bilərsiniz). 
2.
 Aşağıdakı suallara cavab hazırlayın: 
a)
  Nurəli kişi marala niyə güllə atmadı? 
b)
  Ovçu maralı necə xilas etdi? 
c)
  Nurəli kişinin xəstəlikdən sağalmasına səbəb nə oldu? 
d)
 Əsərdə əfsanəyə aid olan xüsusiyyətləri müəyyənləşdirin. 
3.
 Parta yoldaşınızla birlikdə əsərin məzmununa aid üçdən az olmayaraq 
sual və onlara cavab yazın. 
4.
 Kiçik qruplarda birləşib, hazırladıqlarınız da daxil olmaqla, bütün 
sualların  cavablarını dəqiqləşdirin. 
5.
 Çıxardığınız nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və 
müzakirə aparın. 
6.
 Əfsanədən seçdiyiniz hissəyə  ad  verin,  məzmununu hazırladığınız 
plan əsasında geniş nağıl edin. 
 
 
 
I   d ә r s
 
M ә z m u n   ü z r ә   i ş  
· 
Geniş nağıletmə
Kənddə məşhur ovçu kimi tanınan, hamının hörmət etdiyi Nurəli 
kişi bir gün meşədən çox pərişan qayıtdı. Həmişə olduğu kimi, bu 
dəfə də arvadı Fatimə, oğlu Bəhruz onu qarşılamağa çıxdı. Kişi 
fikir dəryasına qərq olmuşdu, heç kimin üzünə baxmaq istəmirdi. 
Fatimə irəli gəlib  ərinin çiynindən lüləsi aşağı sallanan tüfəngi 
götürmək istədi. Amma Nurəli kişi ona mane oldu. Hiss olunurdu 
ki, o, nə isə mühüm qərar qəbul etmək istəyir. Nurəli kişi tələs-
mədən evin arxasına keçdi. Tüfəngi çiynindən aşırdı, diqqətlə 
ona baxdı.  Əlini yavaş-yavaş lüləsində, qundağında gəzdirdi. 
Sonra arvadının və oğlunun gözləri qabağında uzun illər yoldaş-
lıq etdiyi tüfəngin lüləsindən tutub onu daşlara çaxdı. 
N ü m u n ә
 
 
Çap üçün deyil


 
 
16 
 
 
Mövzulardan birini seçib yerinə yetirin: 
a)
   Əfsanə ilə səsləşən atalar sözləri müəyyənləşdirin. 
b)
   Əfsanədən seçdiyiniz bir hissəni geniş nağıletməyə hazırlaşın. 
 
 
· Əsərlə bağlı açıqlamalar. 
  
Siz  əfsanələrlə tanışsınız. Bilirsiniz ki, möcüzəli hadisələrin  əks 
olunduğu əfsanələr şifahi xalq ədəbiyyatına aiddir. Yaranma tarixi çox 
qədim olan əfsanələr müxtəlif mövzularda olur; heyvanlar və quşlar 
haqqında, yer adları və tarixi hadisələr barədə çoxlu əfsanələrimiz var. 
“Ana maral” əfsanəsinin maraqla oxunmasının bir mühüm səbəbi onun 
bədii gözəlliyidir. Bu gözəlliyi yaradan vasitələr isə çoxdur, rənga-
rəngdir. Onlardan biri bədii sözdür. Hər gün eşitdiyimiz adi sözlər 
bədii əsərdə fərqli mənalarda işlədilməklə bizdə güclü hislərin, duyğu-
ların yaranmasına səbəb olur, bu sözlərin köməyi ilə təsirli, yaddaqalan 
səhnələr yaradılır.  
Əfsanədə oxuyuruq: “Tüfəngi gözümün tuşuna qaldırdım, niyyəti-
mi başa düşən maral yanıqlı bir mələrti ilə  mənə yalvardı”. Maralın 
mələrtisinin “yanıqlı” olması, onda yalvarışın duyulması bizi həyəcan-
landırır, gözümüzün qarşısında canlanan mənzərəni unuda bilmirik... 
Əsərin üzərində müşahidələrinizi davam etdirin, onda bədii gözəlliyi 
yaradan vasitələri müəyyənləşdirməyə çalışın. 
 
 
1.
  Nurəli kişi necə insandır, onun xarakterindəki başlıca cəhətlər, 
sizcə, hansılardır? 
2.
  Əsərin maraqla oxunmasına səbəb, sizcə, nədir? 
3.
   Aşağıdakı iki fikirdən hansını əfsanənin əsas ideyası saymaq olar?  
a) Əfsanədə ananın balasına böyük məhəbbəti ifadə 
olunmuşdur.  
b) Əfsanədə “yaxşılıq heç vaxt itmir” fikri ifadə edilmişdir. 
 
 
 “Ana maral” əfsanəsində gerçək hadisələrlə səsləşmələr varmı? Varsa, 
buna səbəb nədir?” mövzusunu müzakirə edin. 
 
 
Mövzulardan birini seçib təqdimata hazırlaşın. 
a) Əfsanədə mənə daha çox təsir edən epizod hansıdır?  
b) Əfsanəyə çəkilmiş illüstrasiyaya münasibətim. 
 
E v d ə   i ş  
I I   d ə r s
T ə h l i l   ü z r ə   i ş  
Araşdırın. Fikirləşin. Cavab verin
T ə t b i q .   M ü z a k i r ə .   Y a r a d ı c ı   i ş
 
E v d ə   i ş  
Çap üçün deyil


 
 
17 
 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
İfadəli oxuya hazırlaşın.  
1.
 Aşağıdakı mətni oxuyun və müzakirə edin. 
İfadəli oxunun ən mühüm şərti – əsərdəki sevinci, kədəri, həyəcanı...  
səslənən sözlə dinləyiciyə çatdırmaqdır. Yəni həyatda gördüklərinizi 
dostlarınıza, yoldaşlarınıza necə  səmimi, inandırıcı danışırsınızsa, 
əsərdəki əhvalat və hadisələri də o qaydada ifadə etməlisiniz. Amma 
bu, asan deyil. Buna o vaxt nail ola bilərsiniz ki, əsərdəki əhvalat və 
hadisələr sizə təsir etsin, yəni sizi kədərləndirsin, sevindirsin, həyə-
canlandırsın. Axı siz həyatda müşahidə etdiyiniz kədərli, yaxud fə-
rəhli hadisə barədə danışanda qəmli olduğunuz və ya sevincli anlar 
yaşadığınız səsinizdən aydınca duyulur. Bax əsərdəki hadisələr də 
sizə o cür təsir etməli, keçirdiyiniz hislər səsinizdə duyulmalıdır. Bu-
nun üçün əsərdə  təsvir olunanlar xəyalınızda canlanmalıdır, siz 
özünüzü həmin aləmdə hiss etməlisiniz. Deməli, əsəri dönə-dönə oxu-
malısınız, ondakı  təsvirlərlə  həyatda gördüklərinizin arasında ox-
şarlıqlar tapmalısınız. 
 
2.
 İfadəli oxuda istifadə olunan şərti işarələri dərsliyin 199-cu səhifəsin-
dən öyrənin. 
3.
 Əfsanədən seçdiyiniz parçanı bir daha diqqətlə oxuyun. Fasilələrin, 
məntiqi vurğulu sözlərin yerini, səsinizin yüksəldiyi, aşağı düşdüyü 
məqamları müəyyənləşdirib şərti işarələrlə göstərin.  
 
 
4.
  İfaları dinləyib müzakirə edin. 
 
 
Kitabxana və ya internetdəki mənbələrdən bir əfsanə seçib oxuyun. On-
dakı başlıca fikri müəyyənləşdirməyə çalışın.  
 
 
I I I   d ә r s
 
Ә s ә r i n   i f a d ә l i   o x u s u  
“[Kəntdə] məşhur ovçu kimi tanınan Nurəli kişi | meşədən çox 
pərişan qayıtdı. | |  Arvadı Fatimə, | oğlu Bəhruz | onu qarşılamağa 
çıxdılar. | | Kişi | fikir dəryasına qərq olmuşdu. 
 
N ü m u n ә
 
 
 
E v d ә   i ş  
Çap üçün deyil


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə