Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 05. 2016-cı il tarixli 354 №-li əmri ilə təsdiq olunmuşdur



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə6/51
tarix01.02.2018
ölçüsü3,9 Kb.
#23035
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   51

 
 
22 
 
 
1. Sözlərin məcazi mənada işləndiyini bilirsiniz. Məsələn: yüngül 
çanta – yüngül xasiyyət, şirin meyvə – şirin söz.  
Dilimizdə işlənən belə məcazi mənalı sözlərə – məcazlara aid nümunə-
lər söyləyin, cümlədə işlədin və mənalarını müzakirə edin. 
2. Bədii təsvir vasitələrinin – məcazın növlərindən biri epitetdir
Epitet yunanca “əlavə” deməkdir. Bədii əsərdə sözün mənasını qüvvət-
ləndirmək, fikri qabarıq ifadə etmək üçün ona məcazi sözlər (sifətlər) ar-
tırılır. Məsələn, Hüseyn Arifin aşağıdakı misrasında “şirin” sözü “arzu” 
sözünə əlavə olunaraq epitet yaratmışdır: 
 
Dağların sinəsində 
Şirin arzular yatar. 
 
Bu nümunədə “şirin” sözü həqiqi yox, məcazi mənada işlənmiş, fikri 
bədii cəhətdən qüvvətləndirmişdir. 
3. Oxuduğunuz əfsanədə fərqləndirilmiş hissələrdə işlənmiş epitetlə-
rin fikrin təsir gücünü necə artırdığını müzakirə edin.  
4. Mətndə məqsədəuyğun saydığınız bir neçə sözə epitet artırın, baş 
verən dəyişikliyi izah etməyə çalışın. 
 
 
Mövzulardan birini seçib işləyin. 
a)
  Əfsanənin sizdə yaratdığı təəssüratı əks etdirən şifahi təqdi-
mat hazırlayın. Öyrəndiyiniz yeni sözlərdən istifadə etməyi 
unutmayın.  
b)
  “Güc”, “mərdlik”, “dəyanət” kəlmələrinə mənaca yaxın olan 
sözlər müəyyənləşdirin. Həmin sözləri  əfsanədən seçdiyiniz 
cümlələrdə işlədin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
T ә t b i q .   M ü z a k i r ә .   Y a r a d ı c ı   i ş
 
E v d ә   i ş  
Çap üçün deyil


 
 
23 
 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

 
 
 
 
 
Biri var idi, biri yox idi, yoxsul bir ovçu var idi. Ancaq 
bu ovçu başqa ovçulara bənzəmirdi. Ömrü 
boyu nə bir heyvan öldürmüşdü, nə bir quş 
yaralamışdı. Bəli, bu ovçunun qan tökmək-
dən xoşu gəlməzdi.
 
Onun min bir hava çalan gözəl tütəyi, 
bir də at tükündən toxunmuş möhkəm bir cələsi var idi. Gündə me-
şəyə gedər, cələni qurardı, özü də bir tərəfdə oturub tütəyi çalardı. 
Ovçu gözlərdi, elə ki quşların birisi cələyə girdi, ipi çəkərdi, quşu 
tutub evinə gətirərdi. Beləliklə, onun evi həmişə cürbəcür quşlarla 
dolu olardı. Həm onları yemlər, bəslər, oxudub qulaq asar, həm də 
hərdən bir-ikisini satıb çörəkpulunu çıxarardı. Ovçunun İbrahim 
adlı balaca bir oğlu var idi. Günlərin bir günündə, İbrahim boya-
başa çatmamış atası  xəstələnib öldü. Dul arvadla balaca İbrahim 
gündəlik çörəkpuluna da möhtac qaldılar.  
İbrahim balaca olsa da, səbirli, dözüm-
lü, iradəli uşaq idi. Nə qədər çətinlik çək-
dilərsə də, İbrahim atasından yadigar qal-
mış tütəyi və cələni satmadı. 
 
 
 
 
Y a d a   s a l ı n  
– Oxuduğunuz,  dinlədiyiniz nağıllarda 
diqqətinizi daha çox çəkən nə olub? 
D ü ş ü n ü n  
– Nağıl qəhrəmanlarının çətin sınaqlardan 
üzüağ çıxmasına səbəb nə ola bilər? 
O x u d a   a y d ı n l a ş d ı r ı n  
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, 
sorğu kitablarının köməyi ilə aydınlaşdırın. 
YETİM İBRAHİMİN 
NAĞILI 
(ixtisarla)
 
•••
 1 
••• 
  • Bu parçada nağıla 
məxsus hansı 
cəhətlər var?
 
  • İbrahimin atası başqa 
ovçulardan nə ilə 
fərqlənirdi? 
• İbrahim haqqında 
sizdə hansı təsəvvür 
yarandı?
 
 
Çap üçün deyil


 
 
24 
 
 
Çap üçün deyil


 
 
25 
 
•  Ş i f a h i   x a l q ə d ə b i y ya t ı i n c i l ə r i •

Ay keçdi, il dolandı, İbrahim böyüyüb cavan bir oğlan oldu. Çox 
yoxsul və atasız olduğundan ona yetim İbrahim deyirdilər. 
Elə ki İbrahimin on beş yaşı tamam oldu, anasına dedi: 
– Ana, mən daha uşaq deyiləm. Gətir atamdan qalan tütəyi, bir 
də cələni mənə ver, sabahdan ova gedəcəyəm. 
Anası gətirib tütəyi də, cələni də ona verdi. 
İbrahim tezdən durub meşəyə getdi. Axşam qaranlıq düşəndə 
əliboş, yorğun halda evlərinə qayıtdı. 
Günlər keçdi, həftələr dolandı.  İbrahim tütəyi çalmağı, cələni 
qurub pusquda durmağı öyrəndi. Birinci gün İbrahimin cələsinə 
çox gözəl bir quş düşdü. Quşun hər tükü 
bir rəngə çalırdı.  İbrahim sevinə-sevinə 
quşu evə  gətirib qəfəsə saldı. Gecəni yat-
dılar. Səhər durub gördülər ki, quş  rəngbərəng bir yumurta yu-
murtlayıb. İbrahim yumurtanı götürüb şəhərə çıxdı.  
Bu  şəhərdə çox acgöz və hiyləgər bir tacir var idi. Yumurtanı 
İbrahimin əlində görcək çağırdı ki: 
– Ay yetim! O yumurtanı neçəyə deyirsən? Sat, alım.  
İbrahim tacirin necə pis adam olduğunu bilirdi. Odur ki, qəsdən 
yumurtanı çox baha dedi. Tacir heç bir söz danışmayıb pulu verdi, 
yumurtanı aldı. Sabahısı yuxudan durub gördülər ki, quş bir 
yumurta da yumurtlayıb. İbrahim bu yumurtanı da aparıb tacirə 
satdı. Bundan sonra quş hər gün bir yumurta yumurtlayırdı. İbra-
him də aparıb tacirə satırdı, dolanırdılar. 
İbrahim çox ağıllı  oğlan idi. O bilirdi ki, tacir bu yumurtadan 
xeyir götürməsə, belə baha qiymətə almaz. Buna görə də o, taciri 
güdməyə başladı. Gördü ki, hiyləgər tacir 
yumurtanı aparıb birə-on baha qiymətə 
padşaha satır. Bu gündən İbrahim yumur-
taları daha tacirə satmayıb birbaşa pad-
şahın yanına aparmağa başladı.
   
Beləliklə, müftə gəlir tacirin əlindən çıxdı. O, İbrahimdən inti-
qam almaq üçün padşahın yanına gəlib dedi: 
– Padşah sağ olsun, sən niyə hər gün bu qədər pul verib bu yu-
murtaları alırsan? Yetim İbrahimin evində gözəl bir quş var, bu 
yumurtaları verən həmin quşdur. Quşu İbrahimin əlindən al, quş 
da sənin olsun, yumurtaları da. 
 
• Bir övçu kimi 
İbrahim atasına 
bənzəyirdimi?
 
 
• Bu hərəkətinə görə 
İbrahimə haqq 
qazandırmaq olarmı?
Çap üçün deyil


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə