Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə33/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   29   30   31   32   33   34   35   36   ...   83

N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
Yuxarıda qeyd olunanlara baxmayaraq, hamin dövrdə Şərq 
mütəfəkkirləri,  o  cümlədən,  Azərbaycan  mütəfəkkirləri də milli 
birlik, ictimai ittifaq, müstəqil dövlətçilik idealları üzərində daha 
ardıcıl, daha intensiv düşünməyə ehtiyac duyurlar. Azərbaycanda 
da  belə  ideallı  mütəfəkkirlər  də  çox  olmuşdur.  Onlardan  A. 
Bakıxanovun, M.F.  Axundovun,  Ş.C.Əfqaninin adlarını  qeyd etmək 
olar.  Məhz  bu  dövrdə  geri  qalmış  Şərqlə  irəli  getmiş  Qərbin  yeni 
dövrdəki  çoxtərəfli  münasibətlərinin  tarixi  xarakteri  ən  obyektiv 
şəkildə  Ş.C.Əfqaninin  fəlsəfı-ideoloji  yaradıcılığında  öz  əksini 
tapmışdır.  Onun  fəlsəfi  yaradıcılığının  əsasında  “milli  vəhdət 
fəlsəfəsi”  dayanırdı.  O,  bu fəlsəfi  ideyasını  çox cəsarətlə irəli sürüb, 
hər  bir  müsəlman  eyni  zamanda  bir  türk,  ərəb,  fars,  yaxud  hind 
olduğunu dedi...  Həmin dövrdə o xalqlann milli özünüdərk prosesini 
tam  dəyəri  ilə  yaşayırlar,  onlarda  milli  dövlətçilik  düşüncəsi  lazımi 
keyfiyyətdə  qərarlaşır...  Bu  baxımdan,  müsəlman  xalqlan  arasında 
Azərbaycan türkləri xüsusi fərqlənmişlər...
Bu  münasibətlə,  C.Əfqani  “Milli  vəhdət  fəlsəfəsi  və dil birliyi­
nin həqiqi  mahiyyəti” traktatında yazmışdır:  “ Heç  şübhə yoxdur ki. 
dil  birliyi,  yəni milli  birlik din birliyindən  daha möhkəm və sabitdir. 
Çünki dil az müddət ərzində dəyişməyi və başqası  ilə əvəz olunmağı 
qəbul  etmir.  Din  isə  belə  deyil.  Tarix  göstərir ki,  eyni  dildə danışan 
bir  millət  min  illər  ərzində  öz  dilinə  ciddi  xələl  gətirmədən  dinini 
dəyişir,  başqası  ilə  əvəz  edir.  Buna  görə  də,  dil  birliyindən yaranan 
əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha güclüdür”.
Ümumiyyətlə,  C.  Əfqani  dilin  fəlsəfi  mahiyyəti  barədə, nəinki, 
müsəlman  dünyası  (bütövlükdə)  dünya  üçün  maraqlı  və  orijinal 
mülahizələr  söyləmişdir:  “Dil  birliyi  olmasa,  milli  vəhdətin  həqiqi 
mahiyyəti və həyati gücü ola bilməz”.
132
A zərb a yca n şü n a slığ ın   əsasları
C.Əfqaninin  müsəlman  Şərqini  tənəzzüldən  xilas  etmək 
uğrunda apardığı  ideya  mübarizəsi  XIX  əsrin  sonu  və XX  əsrin  əv­
vəllərində, nəinki, davam etdirildi, həm də, daha da genişləndirildi və 
bu ideya XX əsrin əvvəllərindən yeni tarixi şəraitin mütəfəkkirləri tə­
rəfindən  ümumiləşdirildi:  “Milliləşməli,  İslamlaşmalı,  Müasirləşmə­
li...”.
Onu da qeyd edək ki, həmin dövrdə C.Əfqaninin fəlsəfi  ideyala- 
n  Azərbaycanın,  ümumən,  türk-müsəlman  dünyasının  böyük  ideo­
loqları  İsmayıl  bəy Qasparlı, Ziya Göyalp, Əli  bəy Hüseynzadə, Əh­
məd  bəy Ağayev,  Məmməd Əmin  Rəsulzadə...  üçün bir məktəb ol­
muşdur...
XX əsrin ikinci onilliyində, yəni 28 may  1918-ci ildə yaradılmış 
Azərbaycan  Xalq  Cümhuriyyəti  1828-ci  ildə  Türkmənçay  Müqa­
viləsinin qərarı  ilə tamamilə dağıdılmış Azərbaycan  milli  dövlətçilik 
təfəkkürünü yenidən bərpa etdi və canlandırdı...  M.Ə.Rəzsulzadənıin 
təbirincə desək,  AXC  “millətə azadlığın  nə olduğunu  anlatdı”...  La­
kin, AXC-nin ömrü çox qısa-cəmisi 23  ay oldu, “xalqlar həbsxanası” 
adlanan  Çar  Rusiyasının  varisi  kimi  çıxış  edən  Sovet  Rusiyası  28 
aprel  1920-ci  ildə Azərbaycanı yenidən -  ikinci  dəfə işğal  etdi.  Belə­
cə də, milli dövlətçilik təfəkkürünün inkişafına son qoyuldu... Onu da 
qeyd  edək ki,  Sovet  dövründə Azərbaycanda  milli  dövlətçilik  təfək­
kürünün  bilavasitə  imkanı  olmasa da, az da  olsa,  milli  kadrların  ha­
zırlanmasında  və  mədəni  muxtariyyət  sahəsində  böyük  işlər  görül­
müşdür...
Azərbaycanın  xilaskarı.  XX  əsrin  ortalarında  Azərbaycanda 
milli  dövlətçilik  təfəkkürünün  yenidən  inkişaf  etməsi  üçün  daha 
münasib  şərait  yaranır.  Lakin  milli  dövlətçilik  təfəkkürü  olan 
kadrların  yetişməsinə  diqqət  yetirilməlidir...  Ancaq,  Heydər  Əliyev 
14  iyul  1969-cu  ildə  Azərbaycanda  rəhbər vəzifəyə gəldikdən  sonra
133


N   C əfa ıo v,  M.  Ç obanov,  Q.  P aşayeva
Mərkəzi  hökumət  tərəfindən  düşünülmüş  müəyyən  maneələri  dəf 
edərək,  müstəqil  düşüncəyə  meydan  açıldı.  XX  əsrin  70-80-ci  illə­
rində  Azərbaycanda  gedən  milli  oyanış,  siyasi-ideoloji  dirçəliş 
prosesinin  nəticələri  80-cı  illərin  sonu  və 90-cı  illərin  əvvəllərindəki 
xalq  hərəkatında  özünü  göstərdi.  Məhz  bu  dövrdə  Heydər  Əliyev 
xalqın  eneıjisini,  milli  müstəqillik  hissinin  təzahürünə  çalışır,  onu 
dünyanın  inkişaf etmiş  xalqlarının  səviyyəsinə  çatdırmaq  istəyirdi. 
Onu  da  qeyd  edək  ki,  1920-1993-cü  illərdə  Azərbaycanın  dövlət 
rəhbərləri arasında Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə 
(və  istedadına)  malik  ikinci  bir  şəxs  olmamışdır...  Heydər Əliyevin 
yaratdıqları  (birinci  rəhbərliyi  dövründə  -  1969-1982)  xalqın gözləri 
qarşısında  dağıldıqca  böyük  dövlət  qurucusuna,  ictimai  harmoniya 
ustasına  meyl  də  güclənirdi.  Bütün  bunları  nəzərə  alan  müdrik 
xalqımız  1993-cü  ilin  ortalarında  parçalanmaq  və  dağılmaq 
astanasında  olan  Azərbaycanı  xilas  etmək  üçün  Heydər  Əliyevi 
Bakıya dəvət edərək, onu ikinci dəfə ölkəyə rəhbər seçdi...
Beləcə  də,  Heydər  Əliyev  Azərbaycanın  milli  dövlətçiliyini 
itirməkdən  xilas  etdi...  Onu  bir  dövlət  kimi  məhv  olmaq 
təhlükəsindən  azad  etdi.  Bizim  mülahizəmizə  görə,  Azərbaycanın 
Qurtuluşu  Heydər  Əliyevin  şəxsində  təzahür  edən  böyük  bir  milli, 
ictimai-siyasi  eneıjinin  fəaliyyəti  nəticəsində  mümkün  ola bilərdi  və 
oldu  da...  Ümummilli  liderin  Azərbaycanın  xilası  üçün  gördüyü 
işlərin  miqyasını  müəyyənləşdirmək  yox,  ancaq  təsəvvür  etmək 
mümkündür.  Bu,  epik  bir miqyasdır -   bu  fəaliyyət  xalqın  yalnız  bu 
gününü  müəyyən  etmir,  onun  gələcəyinə  də  əhəmiyyətli  dərəcədə 
təsir  göstərir.  Bu  mənada,  Azərbaycanın  qurtuluşu  bu  günlə 
məhdudlaşmayan,  gələcəyə də  getdikcə,  tarixi  məzmunu daha yaxşı 
dəyərləndiriləcək və böyük bir hadisəyə çevriləcəkdir...
134
A zərb a yca n şü n a slığ ın  əsasları
Bir  sözlə,  Azərbaycanın  qurtuluşunun  yekunu,  yaxud 
nəticəsi  qurtuluşun  Azərbaycanıdır.  O  Azərbaycan  ki,  müxtəlif 
nəsillərdən olan azərbaycanlılar daim onu arzulamış, onun qurulması 
uğmnda  fəal  mübarizə  apannışlar...  Azərbaycan  Respublikası  Milli 
Məclisinin  15  iyun  1993-cü  il  tarixli  iclasındakı  çıxışında  xalqın 
iradəsini ifadə edərək Heydər Əliyev demişdir:
“Azərbaycan  Respublikasının  Dövlət  müstəqilliyi  1918-ci  ildə 
yaranmış  ilk  Azrəbaycan  Demokratik  Respublikasının  ənənələri 
əsasında  müasir  tələblərlə,  dünyada  gedən  proseslərlə  bağlı  olaraq 
təmin  olunmalıdır.  Bu  sahədə  mən  daim  çalışacağam  və  heç  kəsin 
şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa 
-   olsun,  yalnız  və  yalnız  Azərbaycan  Respublikasının  müstəqil 
dövlət  kimi  inkişaf  etməsinə  həsr  edəcəyəm”.  Həqiqətən  də, 
görkəmli strategiyaçı Heydər Əliyev öz xalqına verdiyi bütün vədləri
demək olar ki, artıqlaması  ilə yerinə yetirdi. O, Müstəqil Azərbaycan 
Dövlətinin  əsaslarını  yaratdı,  onu  demokratik  inkişaf  yoluna 
istiqamətləndirdi... Obrazlı desək, Heydər Əliyevin zəkası öz nuru ilə 
yalnız  bu  günü  deyil,  sabahı  da,  Müstəqil  Respublikanın  gələcəyini 
də  işıqlandıracaq,  ona  müasir  dünyanın  üzvi  tərkib  hissəsi  olmaq 
üçün  hər cür stimul  verəcəkdir.  Çünki,  Heydər Əliyev  müdrikliyi  və 
kamilliyi, onun strateji görüşləri, ümumilikdə, mənsub olduğu xalqın 
tarixi təfəkkürünün -  iradəsinin ifadəsidir...
Milli  Məclisdə  çıxış  edən  Heydər Əliyev  daha  sonra  demişdir: 
“Azərbaycan 
Respublikası,  bundan  sonra  onun  başına  nə 
gəlirsə-gəlsin,  müstəqilliyini  itirməyəcək,  yenidən  heç  bir  dövlətin 
tərkibinə  daxil  olmayacaq,  heç  bir  başqa  dövlətin  əsarəti  altına 
düşməyəcəkdir”...  Bununla  belə,  Heydər  Əliyev  bildirdi  ki, 
müstəqillik  uğrunda  illər  boyu,  tədricən,  həm  tələsmədən,  həm  də 
gecikmədən  mübarizə  aparmaq,  millətin  daxilindəki-beynindəki
135


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə