Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə134/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   145

 285
aparmaq üçün iki nəfər aparıcı ayrılır, onlardan biri gözətçi, biri tula olur. Qalan oyunçuların hamısı 
«dovşan» sayılır və dovşan yuvalarında yerləşirlər. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə hər yuvada dayanmış birinci 3 dovşan qaçıb hasarın üzərindən 
tullanır, bostana daxil olaraq hoppanıb düşür və «kələm yeyirlər». Bu vaxt müəllimin birinci şərti işarəsi 
ilə gözətçi həyətə çıxır, ikinci işarə ilə üç dəfə əl çalır (sanki tüfəngdən atəş açır). 
Birinci atəşdən sonra dovşanlar öz yuvalarına doğru qaçırlar. Geriyə qaçarkən onlar hasarın (ipin) 
altından keçməlidirlər və elə etməlidirlər ki, ona toxunmasınlar. 
Üçüncü atəşdən sonra «tula» dovşanları tutmağa buraxılır. Tula hasarın üstündən tullanaraq hansı 
dovşana çatarsa, ona əli ilə toxunur. Tutulmuş dovşan yerində dayanır, dovşanlar öz yuvalarına girdikdən 
sonra onlara toxunmaq olmaz. 
Qaçanlar keçib axırda dayanırlar. Müəllim tutulmuş dovşanları  və sonra öz yuvalarına buraxır. 
Yuvalarda olan dovşanların hamısı qaçana qədər oyun davam edir, hər növbəti qaçışdan sonra gözətçi ilə 
tula rollarını dəyişirlər. Oyunda bir dəfə də olsun tutulmayanlar ən cəld dovşanlar hesab olunurlar. 
Metodik göstərişlər: I. Müəllim «tula» əvəzinə başqa söz, «Aslan» və s. kimi sözlər işlədə bilər. 2. 
Hoppanma ipləri elə tutulmalıdır ki, uşaqların ayaqları iplərə ilişməsin. 
Qurd dərədə 
Oyuna hazırlıq: Meydançanın mərkəzində bir-birindən 60-70 sm. aralı iki paralel xətt çəkilir. 
Xətlərin arasındakı sahə  xəndək sayılır. Xəndəkdə bir, ya da iki nəfər aparıcı – «qurdlar» dayanır. 
Meydançanın hər iki başında qarşı  xəttə paralel xətlər çəkilir. Beləliklə bir başda «keçi damı», o biri 
başda mühafizə sahəsi alınır. Oyunçu- keçilər hamısı keçi damında dayanırlar. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə keçilər damdan çıxıb xəndəyə  tərəf qaçırlar və  xəndəyin 
üzərindən tullanıb qarşıdakı mühafizə sahəsinə keçməyə çalışırlar. Bu vaxt qurd xəndəkdən çıxmaq şərti 
ilə  xəndəyin üzərindən tullanıb keçən keçilərdən tutmağa (toxunmağa) çalışır. Hər qaçışdan sonra 
tutulanlar sayılıb hesaba alınır və oyun yenidən başlanır. Oyun müəyyən vaxt ərzində keçirilir. Axırda 
qurd tərəfindən heç tutulmamış oyunçular qalib sayılırlar. 
Metodik göstərişlər: hər iki – üç qaçışdan sonra aparıcıları dəyişmək lazımdır. 
 
Kim uzağa atar? 
Oyuna hazırlıq: Sinif şagirdləri 3 komandaya bölünür. Onlar meydançanın müxtəlif tərəfində cərgə 
ilə dayanırlar.  
Meydançanın bir qısa tərəfində top atmaq üçün xətt çəkilir. Bu xətdən 3 m qabaqda isə bir nəzarət 
xətti, onun üzərində isə 2,5 m hündürlüyündə ip çəkilir. İpin yaxşı görünməsi üçün ondan kiçik lentlər 
asılır. Nəzarət xəttindən qabaqda isə yenə də 5 xətt çəkilir. Əvvəlki xətlərin arasında olan sahə 3 m olur. 
 Atma  xəttinin arxasında dayanan oyunçuların hərəsinə içərisi qumla doldurulmuş iki kisə verilir. 
Kisənin ölçüsü 8x12 sm, çəkisi 200-250 q. olmalıdır. 
  Oyunun gedişi: Müəllimin işarəsi ilə oyunçular növbə ilə kisələri ipin üzərindən atmaq şərti ilə 
mümkün qədər uzağa atmağa çalışırlar. Nəticələr qeydə alınır. Kisəni V sahəyə atan oyunçu 5 xal, IV 
sahəyə atan oyunçu dörd xal, I sahəyə atan isə bir xal qazanır. 
Atılmış kisələri növbəti komanda toplayır və onlar atma xətti arxasına keçib həmin qayda ilə oyunu 
davam etdirirlər. 
 Axırda daha çox xal qazanmış komanda qalib sayılır. 
 Metodik göstəriş: Oyun üçün lazım olan kisələri əvvəlcədən hazırlamaq lazımdır. 
Düz hədəf at! 
Oyuna hazırlıq: Şagirdlər iki komandaya ayrılıb meydançanın qarşı tərəflərində bir-birindən 10-12 
m aralıda üz-üzə cərgə ilə dayanırlar. Meydançanın mərkəzindən bir xətt çəkilir və bu xəttin kənarlarında 
10 şəhərcik qurulur (yaxud qumbara, toppuz qoyulur). Bu komandanın oyunçularının hərəsinə bir kiçik 
top verilir. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə əllərində top olan komandanın oyunçuları hamısı eyni vaxtda 
topları düz şəhərciklərə atmaqla onları vurub yıxmağa çalışırlar. Vurulmuş, yıxılmış  şəhərcikləri bərpa 
edib yenidən qururlar. 
Digər komandanın oyunçuları atılmış topları  yığıb, öz növbəsində, onlar da şəhərcikləri vurmağa 
çalışırlar. Beləliklə, növbə ilə komandalar hərəsi 4 dəfə hərəkəti yerinə yetiriblər. Vurulmuş şəhərciklərin 


 286
hesabı aparılır. Axırda 4 dəfə atmadan sonra, hansı komanda daha çox şəhərcik yıxmış olarsa, həmin 
komanda qalib gəlir. 
Metodik göstərişlər: 1. Şəhərcik qurmaq üçün ağacları  və atma üçün lazım olan kiçik topları 
əvvəlcədən uşaqların özlərinə hazırlatmaq olar. 2. Topları adi keçə parçadan, əskidən və s. hazırlamaq 
olar. 3. Oyunda qarışıqlıq düşməmək üçün kimin atdığı topu kim götürməli olduğunu müəllim əvvəlcədən 
tapşırmalıdır. 
Zolaqlar üzərindən hoppanma 
Oyuna hazırlıq: Meydançada xətlərlə (iplərlə) koridor düzəldilir. Koridorun eni 2,5 m olur. Bunu 
ensiz 30 sm və enli 50 sm zolaqlara ayırırlar. Cəmi 6-7 zolaq olur. Enli zolaqlardan təkan verirlər, ensiz 
zolaqlar üzərindən isə hoppanırlar. Sinif şagirləri cərgə ilə düzülür. 
Oyunun gedişi: Müəllimin işarəsi ilə hər bir komandanın birinci oyunçusu gəlib koridorun axırında 
dayanır. «Başla» komandası ilə  hər üç oyunçu cüt ayaqlarla ensiz zolaqların üzərindən hoppanmağa 
başlayırlar. Onlar ensiz zolaqların üzərindən hoppanıb enli zolaqlara düşməməlidirlər. 
Hansı oyunçu 6-8 dəfə düzgün hoppansa (dar zolaqları basmasa) öz komandasına bir xal 
qazandırmış olur. 
Bu qayda ilə nömrəlilər və eləcə də bütün başqa oyunçular hoppanırlar. 
Axırda daha çox xal qazanmış komanda qalib gəlir. 
Metodik göstərişlər: I. Dərsin səmərəliliyini artırmaq üçün oyunu bir və iki koridorda keçirtmək 
olar. Bu zaman müəllim özünə köməkçi  şagirdlər ayırmalıdır. 2. Hoppanan zaman dar zolağı basmış 
oyunçu oyunu davam etdirir, lakin komandaya xal qazandırmır. 3. Hoppanmaların sürəti nəzərə alınmır. 
Oyunun başqa variantları: Meydançada 30 sm enində 3 zolaq çəkilir. Zolaqlar bir-birindən 40-50 
sm aralı olur. Birinci zolaqdan 40-50 sm aralı bir start xətti çəkilir. Üç komanda təşkil edilir və 
komandalar zolaqların  ətrafında cərgə ilə dayanırlar. Müəllimin işarəsi ilə birinci oyunçular (hər 
komandadan bir nəfər) gəlib start xəttindən 5 m aralı dayanır. «Marş» komandası ilə onlar qaçırlar, start 
xəttində bir ayaqları ilə  təkan vurub birinci zolağın üzərinə düşürlər. Qalan oyunçular da bu cür 
tullanırlar. 
Sonra oyunçular daha iki dəfə qaçmaqla ikinci və üçüncü zolaqlara tullanırlar. İkinci zolağın üzərinə 
düşmüş oyunçu iki xal, üçüncüyə düşmüş üç xal qazanır. 
Daha çox xal qazanmış komanda qalib sayılır. 
Qaydalar: I. Start xəttindən kənarda təkan vurmuş oyunçu zolağın üzərinə düzgün düşsə də, ona xal 
verilmir. 2. Tullanmanı təkrar etməyə icazə verilmir. 
Milli xalq oyunları 
Bənövşə 
Uşaqlar özlərinə iki başçı seçirlər. «Halay-halay» gəlməklə iki dəstəyə ayrılırlar. Dəstələr bir-
birindən yüz addım aralı  əl-ələ tutmaqla cərgə  təşkil edib qarşı-qarşıya dayanırlar. Başçılardan biri o 
birisinə deyir: 
                    Birinci başçı: - Bənövşə. 
                    İkinci başçı:   - Bəndə düşə. 
                    Birinci başçı: - Bizdən sizə Kim düşə? 
              İkinci başçı uşaqlardan birinin adını çəkib deyir: 
                    - Əli yaxud Qəmər düşə. 
Əli yaxud Qəmər cərgədən ayrılıb yüyürə-yüyürə  əl-ələ tutmuş  uşaqların cərgəsini yarmalıdır. 
Burada güclülük əsas şərtlərdəndir. Əgər oyunçulardan biri güclə əl-ələ tutmuş uşaqların əlini bir-birindən 
ayırıb o biri tərəfə keçsə, bir uşaq da götürüb yenə də öz əvvəlki yerinə qayıdır. Yox, əgər keçə bilməsə, 
orada qalmalı, o dəstəyə qoşulmalıdır. Hansı dəstə uşaqların hamısını öz tərəfində saxlaya bilsə, o dəstə 
oyunda qalib gəlir. 
Çağırış 
Oyunçular iki dəstəyə bölünüb, meydançanın əks tərəfində cərgəyə düzülür və nömrələnirlər.  
Hər dəstənin qarşısında cərimə xətti çəkilir. Meydançanın ortasında diametri 1 m olan dairə çəkilir 
və mərkəzinə toppuz qoyulur. 
Müəllimin işarəsi ilə nömrəsi çağırılan oyunçu cəld dairəyə  tərəf qaçır, toppuzu götürüb öz 
dəstəsinə çatdırmağa tələsir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə