283
Oyuna hazırlıq. Meydançanın hər iki başında eninə xətlər çəkilir. Bir xəttin arxasında
oyunçular
dayanırlar, digər xəttin üzərində uşaqların sayına müvafiq bayraqlar (estafet ağacları) düzülür.
Meydançanın ortasında 3-5 nəfər «gözətçi» dayanır.
Oyunun gedişi. Müəllimin işarəsi ilə oyunçular meydançanın bayraqlar olan tərəfinə qaçaraq
bayraqları dayandıqları yerə gətirməyə çalışırlar. «Gözətçilər» isə onlara mane olurlar, bayraq arxasınca
qaçan oyunçuya əlləri ilə toxunarlarsa, həmin oyunçular yerlərindən tərpənməyərək dayanırlar. Başqa
oyunçular vurulmuş oyunçuya toxunmaqla onu xilas edə bilərlər.
Vurulmuş oyunçunun əlində bayraq olarsa, «Gözətçi» bu bayrağı alır və meydançanın
yan tərəfində
kvadrat şəklində cızılmış sahəyə qoyur.
Kvadrat içərisinə qoyulmuş bayraqları qorumaq üçün xüsusi gözətçi təyin edir (əvvəlki
gözətçilərdən biri). Oyunçular bu bayraqları da qaçıra bilərlər.
Bu oyunda gözətçilərlə oyunçular arasında mübarizə gedir. Əgər oyunçular kvadratda olan 1-4
bayraqlardan başqa bütün qalan bayraqları öz sahələrinə gətirə bilsələr, qalib gəlirlər.
Gözətçilər isə o zaman qalib gəlmiş sayılırlar ki, bayraqlardan 5-ni ələ keçirmiş olsunlar (şərtə
görə).
İki şaxta
Oyuna hazırlıq: Meydançanın müxtəlif yerlərində dördbucaq şəklində iki növ «ev» çəkilir.
Oyunçular bu «evlərə» doluşub gözləyirlər. Onların içərisindən iki nəfər «şaxta» rolunu oynayır. Hər iki
«şaxta» özlərinin arasındakı sahədə sərbəst dayanırlar.
Oyunun gedişi: Müəllimin işarəsi ilə iki «şaxta» aşağıdakı sözləri oxuyur:
Biz iki cavan qardaşıq,
Mən qırmızıburun şaxtayam.
Mən göyburun şaxtayam.
Hər kəs bizdən qorxmursa,
Qoy bu evdən yola çıxsın.
Uşaqlar bir səslə cavab verirlər:
- Biz şaxtadan qorxmuruq.
Bunu deyən kimi uşaqlar evdən çıxıb o biri «evə» tərəf qaçırlar. «Şaxtalar» onları tutmağa, yaxud
əlləri ilə toxunmağa çalışırlar. Onlar
qaçanlardan kimə toxunsalar, həmin oyunçu tərpənmədən yerində
«donub» qalır (növbəti qaçışa qədər). Qaçıb qarşı tərəfdəki «evə» dolmuş uşaqlara toxunmaq olmaz.
Sonra yenə də mahnının sözləri oxunur və uşaqlar cavab verirlər, bununla da oyun davam edir. Ancaq
oyunda bu dəfə meydançada donub qalmış uşaqlar da qaçıb özlərini xilas edə bilərlər. Oyun bir neçə dəfə
təkrar edilir.
Axırda iki «şaxta»
tərəfindən heç tutulmayan, yaxud nisbətən az tutulan oyunçular qalib gəlirlər.
Ləkə vurma
Oyuna hazırlıq: Oyunçular sərbəst şəkildə meydançaya dağılışırlar. Bir nəfər aparıcı «Ləkə» təyin
edilir. Aparıcı ortaya çıxıb bərkdən deyir: «Mən ləkəyəm». Uşaqlar onu tanıyırlar.
Oyunun gedişi: Müəllimin işarəsi ilə aparıcı oyunçuları qovur və onlara çatıb əli ilə toxunmağa,
«ləkə vurmağa» çalışır. Oyunçular isə qarmaqla özlərini mühafizə edirlər. Aparıcı onlardan hansına
toxunarsa, həmin oyunçu aparıcını əvəz edir, əvvəlki aparıcı isə oyunçulara qoşulur. Aparıcı «ləkələnmiş»
oyunçunu yerində dayanır və əlini yuxarıya qaldıraraq deyir: «Mən ləkəyəm», bundan sonra oyun
yenidən başlayır. Təzə «ləkə» həmin anda köhnə ləkəyə toxunmamalıdır.
Oyun müəyyən vaxt ərzində (8-12 dəqiqə) keçirilir. Axırda heç ləkələnməmiş oyunçular qalib
sayılırlar.
Metodik göstərişlər: I. Oyun keçirilən sahəni xətlərlə cızmaq lazımdır və oyunçulara bu xətlərdən
kənara çıxmağa icazə verilməməlidir. 2. Oyunu həm açıq meydançada, həm də idman zalında keçirtmək
olar.
Hoppanan sərçələr
Oyunçulardan bir nəfəri (aparıcı) «Böyük quş» hesab edilir. «Böyük quş»
dairənin mərkəzində
dayanır.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «sərçələr» iki ayaqları üzərində gah dairənin içərisində dayanır
(hoppanır), gah da hoppanıb oradan çıxırlar.
284
Sərçələr dairəyə dən yemək üçün daxil olurlar. «Böyük quş» isə onları dən yeməyə buraxmamağa
çalışır. «Böyük quş» dairənin içərisində qaçaraq sərçələri dən yeməyə qoymamaq üçün onları dimdiyi ilə
vurur (Əli ilə dairənin içərisinə toxunur). Vurulmuş «sərçə» müəllim tərəfindən qeydə alındıqdan sonra,
oyun davam edir.
Aparıcı tərəfindən heç vurulmamış sərçə qalib sayılır.
Metodik göstərişlər: I. Aparıcının (Böyük quşu) ya müəllim tez-tez dəyişməli,
ya da hər vurulmuş
sərçə onu əvəz etməlidir. 2. Şagirdlərin sayına görə oyun bir neçə dəfə dairə ətrafında aparıla bilər. Belə
olduqda müəllim özünə köməkçi-şagird ayırmalıdır. 3. Oyun fasilələrlə bir neçə dəfə təkrar olunur.
Tülkü və toyuqlar
Oyuna hazırlıq: Dörd gimnastika skamyasını kvadrat şəkildə qoyurlar. Skamyaların arasında qalan
sahə «toyuq damı» hesab olunur. Bütün «toyuqlar» burada yerləşirlər.
Aparıcı «tülkü» isə skamyaların arasında dayanır.
Oyunun gedişi: Müəllimin işarəsi ilə «tülkü» skamyanın üzərindən içəriyə tullanır və «toyuqlardan»
mümkün qədər daha çox tutmağa (toxunmağa) çalışır. Bu vaxt «toyuqlar» gah tara (skamyanın üzərinə),
gah da yerə hoppanmaqla özlərini xilas etməyə çalışırlar. Tara qalxmış toyuqlara tülkünün toxunmağa
ixtiyarı yoxdur.
Müəllim ikinci dəfə işarə verdikdə «tülkü» toyuq damından çıxır və tülkünün toxunmuş olduğu
bütün «toyuqlar» hesaba alınır. Sonra aparıcı dəyişdirilir və oyun yenidən başlanır.
Axırda tülkü tərəfindən tutulmamış və daha az tutulmuş oyunçular qalib sayılırlar.
Metodik göstəriş oyunu zal və meydançada keçirmək olar.
Şəkil 3.
«Tülkü və toyuqlar» oyunu 1-ci yuva; 2-ci-tülkü; 3-cü-toyuqlar; 4-cü-müəllim; 5-ci-skamyalar
Şəkil 4.
«Dovşanlar, gözətçi və Tula» oyunu. 1-ci «dovşanlar»; 2-ci «gözətçi»; 3-cü «Tula»; 4-cü-«ev»; 5-ci
«həyət»; 6-cı «bostan».
Dovşanlar, gözətçi və Tula
Oyuna hazırlıq: Oyun meydançasını xətlərlə hissələrə ayırırlar. Meydançanın qısa xətlərindən 2-3
addım qabağa
bir xətt, onlardan da 3-4 addım qabağa yenə bir xətt çəkilir.
Bir sahədə gözətçi, ikinci sahədə (həyətdə) tula dayanır. Meydançanın mərkəzində hasar çəkilir.
Məşğələdən azad edilmiş şagirdlər, yaxud müəllimin tapşırığı ilə bir neçə şagird hoppanma xətlərindən
(iplərindən) 40-60 sm.
hündürlükdə maneə tuturlar, hasar ilə ikinci xəttin arasında sahə bostan adlanır.
Meydançanın qarşısındakı xətdən 3-4 addım qabaqda 4 dairədən ibarət dovşan yuvaları çəkirlər. Oyunu