ğ ı anasından ayırıb zirzəm iyə salsalar, orada sü d verib böyütsələr,
anası və dayəsi onunla danışmasalar, ona nəvaziş etməsələr, o heç
kəsin səsini eşitməsə, böyüdükdə la l olar, lakin belə adam uzun
m üddət eşidib öyrəndikdən sonra yenə dilə gəlib danışar. Başqa
bir sübut: anadan kar doğulan lal olar. Görmürsənmi, lalların ha
m ısı kardırlar?
Deməli, sözlərə qulaq as və yadında saxla, xüsusilə, hökmdar
ların və alim lərin dedikləri hikm ətli sözləri. D em işlər ki, alimlərin,
hökm darların nəsihətlərinə qulaq asm aq ağlın gözünü işıqlandı
rar, çünki ağıl gözünün tutiya və sürm əsi hikmətdir. Bu dediyim
sözlərə canla-başla qulaq asıb onlara etiqad etm ək lazımdır.
Azərbaycanda ritorika haqqında bilgilər sistemli elm şəklində
az öyrənilmişdir. Əgər ayn-ayn müəlliflərin epizodik yazılarını
nəzərə almasaq, nəinki bu barədə Avropa mühitində olan ardıcıl
tədqiqatlara, hətta tədris mexanizminə də rast gəlinmir. Elmlərin
universitetlərdə tədrisi ilə xarakterizə olunan, belə desək, “ Sovet
dövründə” də nə üçünsə ən qədim elmlərdən biri olan ritorika “yad
dan çıxmışdır” . Klassik filologiya fakültələrində belə, bu fənnə
ikinci dərəcəli fakültativ predmet kimi yanaşılmış, ünsiyyətin
m üxtəlif səviyyələrində nitq bacarıqlarının aşağı düşməsi
əhəmiyyətli dərəcədə hiss olunmuşdur. M üstəqillik illərinin ya
ratdığı imkanlar, m üxtəlif mitinqlərin mövcudluğu, teledebatlann,
parlament iclaslarının canlı yayımı, açıq söz azadlığı bir tərəfdən
kimin kim olduğuna aydınlıq gətirdiyi kimi, digər tərəfdən, bəzən
layiq olmasalar da, nitq qabiliyyətinə malik insanlara müəyyən
üstünlüklər verdi. M əhz populist çıxışların öhdəsindən gəlməyi
bacaran, bununla da bir çox ziyalılan üstələyən “dil qəhrəmanlan”
80-ci illərin sonlannda xalq arasında nüfuz qazandılar, hətta son-
ralar hakimiyyətə gələ bildilər. Bu həqiqətlərin özü ritorikanın
bir elm kimi öyrənilməsinə, nitq mədəniyyətinin vacib bacanq
keyfiyyətləri kimi aşılanmasına zərurət, bununla birlikdə bir neçə
sual yaratdı:
• Nə üçün ali təhsilli adamlar belə fikirlərini aydın və təsirli
ifadə edə bilmir?
21
• Xüsusi hazırlaşmasa, niyə heç kəs rahat danışa bilmir?
• Niyə küçədə intervyu görürülən insanlar danışarkən belə
əzab çəkirlər?
• Nə üçün başqa xalqların nümayəndələri sərbəst danışmağı
bacardığı halda, bizimkilər belə dolaşığa düşür?, və s.
Yuxanda qeyd edilənlər, üstəlik də, təxminən 3 min il yaşı
olan bir həqiqət hamıya məlum olduqdan sonra (“natiq doğulmur
lar, ağıl, savad, təcrübə insanı natiq edir”) ümid artır ki, ritorika
ya son dövrlərdə artan məhəbbət onu əsl elm kimi öyrənməklə
nəticələnəcəkdir.
1.2. N atiqlik sənəti sosial hadisə kimi
Anlayışların müəyyən edilməsi
Natiqlik sənəti termini (latın
dilində oratio -nitq, gözəl danışıq) antik mənşəlidir. Yunan sözü ri
torika (rhetorike) və rus sözü «krasnoreçiye» (gözəl danışıq) onun
sinonimləridir.
Natiqlik sənəti dedikdə, ictimaiyyət qarşısında çıxışların ən
yüksək səviyyəsi, natiq nitqinin keyfiyyət özəlliyi, canlı sözü
söyləyə bilmə ustalığına malik olması başa düşülür. Natiqlik
sənəti dedikdə, nitqin auditoriyaya arzu olunan təsiri göstərmək
məqsədilə gözəl qurulması və söylənməsi ustalığı nəzərdə tutulur.
Natiqlik sənətinin bu şəkildə şərh edilməsi hələ antik dövrlərdə
qəbul edilmişdir. Məsələn, Aristotel ritorikanı «hər bir əşyaya aid
mümkün inandırma üsullarını tapa bilmək bacarığı» adlandırırdı.
Bununla bərabər, natiqlik sənəti anlayışını gözəl nitq haqında
elmə, həm də natiqlik ustalığının əsaslan haqqında tarixən forma
laşmış elmə aid edirlər.
Ənənəvi olaraq, gözəl damşıq incəsənətin bir növü kimi qəbul
edilirdi. Onu tez-tez poeziya və aktyorluq yaradıcılığı ilə müqayisə
edirdilər.
Bəs natiqlik sənətini başqa elmlərlə əlaqədə nəzərdən keçir
məyə nə imkan verir?
22
1.
Natiqlik sənəti bütün elmlərin nailiyyətlərindən və
kəşflərindən istifadə edir, eyni zamanda onları geniş təbliğ edib
populyarlaşdınr.
2.
B ir çox ideya və fərziyyələr ilkin olaraq şifahi şəkildə,
ictimaiyyət
qarşısındakı
nitqlərdə,
mühazirələrdə,
elmi
məruzələrdə, məlumat və söhbətlərdə şərh edilir.
3.
Natiqlik sənəti müvafiq elmlərin kateqoriyalar sisteminə
əsaslanır, bu da onları əsaslandırmanın, təhlil və mühakimələrin,
sübut və ümumiləşdirmələrin mexanizmini təyin edir.
Beləliklə, nitq mədəniyyətində incəsənət və elmilik insanlara
göstərilən müstəqil təsir üsullarının mürəkkəb qovuşuğunu təşkil
edir. Ritorika ictimai nitqlərin mürəkkəb intellektual-emosional
birliyidir.
Bir çox müasir tədqiqatçılar natiqlik sənətini insan fəaliyyətinin
xüsusi növlərindən biri hesab edirlər.
Natiqlik sənəti yalnız şərti olaraq incəsənət adlanır, lakin o,
əhəmiyyətli dərəcədə daha çox elə bir fəaliyyətdir ki, ona yiyələnən
insanın heç bir xüsusi bacarığı olmaya da bilər. H ər bir savadlı in
san gərgin zəhmət nəticəsində natiqlik sənətinin əsaslanna, yəni
auditoriya qarşısında anlaşıqlı, maraqlı və inandırıcı nitq söyləmək
bacarığına yiyələnə bilər.
Natiqlik sənətinin meydana gəlməsinin sosial əsası
Natiqlik
sənətinin sosial hadisə kimi meydana gəlməsinin obyektiv səbəbi ic
timai əhəmiyyətə malik olan məsələlərin müzakirə və həll edilməsi
zərurəti oldu. Bu və ya digər nəzər nöqtəsini əsaslandırmaq, irəli
sürülmüş ideyaların və müddəaların düzgünlüyünü sübut etmək,
öz mövqeyini müdafiə etmək, dinləyiciləri inandırmaq və onların
seçiminə təsir etmək üçün söz sənətinə yaxşı yiyələnmək lazım idi.
Tarix göstərir ki, natiqlik sənətinin meydana gəlməsi və inki
şafının, həyati əhəmiyyətli problemlərlə bağlı fikir mübadiləsinin,
mütərəqqi ideyaların, tənqidi fikrin təkanverici qüvvəsinin mühüm
şərti idarəetmənin demokratik formaları, vətəndaşların ölkənin
siyasi həyatında fəal iştirakıdır. Heç təsadüfi deyil ki, natiqlik
sənətini «demokratiyanın mənəvi övladı» adlandırırlar.
23
Yüklə Dostları ilə paylaş: |