Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə6/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

Maraqlıdır  ki,  Şərqdə  Qərbdə  olduğu  kimi  ritorika  sahəsində 
qəliblənmiş,  strateji  tədqiqatlar  apanlm asa  da,  yazılan  kitablarda 
nitq mədəniyyətinin bütün vacib  nəzəri  çalarlan  öz əksini tapmış­
dır. Misal üçün Fars ədəbiyyatının böyük nümunələrindən biri olan 
və  1082-ci  ildə  Ziyarilər  xanədanının  son  hökmdarı  Qabus  ibn 
Vəşmgir tərəfindən yazılmış  “Q abusnam ə” əsərində söz haqqında 
yazılanları göstərmək olar:
E y  oğul,  insan  söz  anlam ağı  və  söz  dem əyi  bacarmalı,  p is 
adamlardan isə dilini saxlamalıdır.  Ey oğul,  sən doğru danışan ol, 
özünü  doğru  danışan  tanıt  ki,  işdir,  bir gün  zərurət  üzündən y a ­
lan dem əli  olsan,  doğru  qəbul etsinlər.  Lakin yalana oxşar doğru 
danışma.  D oğruya  oxşar yalan,  yalana  oxşar  doğrudan yaxşıdır, 
çünki  o yalana  inanarlar,  bu  doğruya yox.  Q əbul edilm əyən doğ- 
rulardan qaç.
Onu  da  bilm əlisən  ki,  söz  dörd cürdür:  birini  nə  bilərlər,  nə 
deyərlər,  birini həm bilərlər,  həm də deyərlər,  birini deyərlər,  lakin 
bilməzlər,  birini bilərlər,  lakin deməzlər. Bilinm əyən və deyilm əyən 
sözlər dinə ziyanı olanlardır; bilm ək lazım olm ayıb deyiləsi sözlər: 
H aqq-təalanın  kitabında,  peyğəm bərin  hədislərində,  elm i  kitab­
larda,  üləmanın  əsərlərində  olan  sözlərdir,  çünki  belə  sözlərin 
şərhi yalnız  təqliddən  ibarət  olar,  onlardakı  ziddiyyət,  ix tila f və 
çətinlikləri  açıb  göstərm ək vəhydən xəbər  verm ək və  ona  bənzər 
bir  şeydir.  Həm  bilməli,  həm  dem əli sözlərə gəldikdə,  onlar həm 
dinə,  həm  dünyaya  lazım  olan,  yən i hər  iki dünyada  işə yarayan 
sözlərdir.  Belə  sözlərin  həm  danışana,  həm  də  dinləyənə fa yd a sı 
olar.  B ilib  deyilm əyəsi  sözə  m isal  onu  göstərm ək  olar  ki,  böyük 
bir adam ın və y a  bir dostun sənin yanında bir eybi ola, y a  ehtim al 
üzündən və y a  işin gedişindən elə güm an edəsən ki,  o,  şəriətə düz 
gəlmir,  desən y a  həm in  böyük adam ın qəzəbinə səbəb olarsan, ya  
o dostuna ziyan vurarsan, y a  qara cam aatın tənəsinə m əruz qalar­
san.  Belə bir söz,  bilib deyiləsi mümkün olm ayan sözdür.  D ediyim  
bu dörd növ sözün ən ya xşısı odur ki,  onu həm bilm ək olar,  həm də 
demək. Lakin bu dörd növ sözün hərəsinin iki üzü vardır: biri gözəl, 
biri çirkin.  Camaat arasında danışarkən gözəllərini danış ki,  xal­
qın xoşuna gəlsin  və  qabiliyyətinin dərəcəsi  məlum  olsun.  Böyük
18


və ağıllı adam ları sözlərinə görə tanıyarlar,  sözləri adam lar görə 
yox. H ər adam öz sözünün altında gizlənmişdir.  Əli əm irəlm öm inin 
belə dem işdir:  “ H ər kəs öz dilinin altında gizlənm işdir  ”.  Söz var 
bir  cürə  deyərsən,  insanın  ruhu  təzələnər,  başqa  cürə  deyərsən 
adam ın qəlbi kədərlənər.
HEKAYƏT. 
Eşitmişəm,  bir  dəfə  Harun  ər-Rəşid  yuxuda 
görür  ki,  bütün  dişləri  tökülübdür.  Səhəri  yuxuyozam  çağı­
rıb  soruşur:  “Bu  yuxunun  mənası  nədir?”  Yuxuyozan  deyir: 
“Əmirəlmömininin  ömrü  uzun  olsun,  bütün  qohum-əqrəba 
səndən  qabaq  öləcək,  belə ki heç kəsin  qalmayacaqdır”.  Harun 
ər-Rəşid  deyir:  “Bu  yuxuyozana  yüz  çubuq  vurun,  o  belə  bir 
ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım 
məndən əvvəl öləcəksə, onda mən kimə lazımam ?! ”
Əmr etdi,  başqa yuxuyozan çağırdılar, yuxunu  ona danışdı. 
Yuxuyozan  dedi:  “ Əmirəlmömininin gördüyü  bu yuxu göstərir 
ki, əmirəlmöminin bütün qohum - əqrəbasından çox yaşayacaq­
dır. ” Harun ər-Rəşid dedi:  “ Ağlın  hökmü eynidir,  təbir haman 
təbirdir,  lakin  ibarələrdə  böyük fərq  vardır”.  Əmr  etdi  haman 
kişiyə yüz dinar versinlər.
Deməli,  sözün  dalına-qabağına fik ir   verm ək  lazımdır,  dediyin 
sözü ən gözəl tərzdə dem ək lazımdır ki, həm söz anladan olasan, həm 
söz anlayan.  Əgər dediyin sözü anlamasan,  səninlə tutuquşunun nə 
fərq i var?  O da söz deyə  bilir,  lakin söz anlayan deyil.  Söz anlayan 
ona  deyərlər  ki,  onun  da  sözünü  başqaları  anlasın,  belələri  ağıllı 
adamlar  hesab  edilər,  əks  halda  insan  deyil,  heyvan  zümrəsindən 
sayılarlar.  Sözü  böyük hesab  et,  söz göydən enmişdir,  onun qədrini 
bil, yerində deyilməli sözü saxlama,  de,  lakin yersiz danışmaqla da 
onu qiymətdən salm a ki,  hikmətə zülm etm iş olmayasan!
Nə  desən  düzünü  de,  m ənasız  iddialarda  olma.  H ər  iddia 
üçün  isə  çox  da  sübuta  can  atma.  Bilm ədiyin  elm dən  dəm  vur­
ma,  o elmdən çörək gözləmə,  çünki sən elə elmdən,  elə minbərdən 
m əqsədinə  çata  bilməzsən,  yalnız  bildiyin  elmdən  məqsədə  çata 
bilərsən. Bilm ədiyin şeydən heç şey əldə edə bilməzsən.
Söz  ustaları  yanında  doğru  adam  kim i  tanınsan  da,  özünü 
hörm ətdən salm aq istəmirsənsə,  heç bir şey haqqında şahid olm a­
19


ğa   razılıq  vermə.  Əgər  versən,  canfəşanlıq  göstərm ə  və  könüllü 
olaraq şahidlik etmə. H ər deyilən sözə qulaq as,  lakin əm əl etməyə 
tələsmə, fik irləş  danış.  D ediyindən peşm an  olm am aq  üçün  əvvəl 
düşün,  sonra sözü ağzından çıxar.  Əvvəlcədən düşünə  bilm ək ba­
carığa bərabərdir.
İşinə yarasa da,  yaram asa da,  heç  bir sözü  dinləm əkdən da­
rıxma,  beləliklə,  qoyma söz qapıları sənin üzünə  bağlansın,  sözün 
faydasından məhrum  olasan.  H eç  vaxt soyuq danışma,  soyuq da­
nışm aq elə toxumdur ki,  onun m eyvəsi düşm ənlik olar.
Alim   olsan,  özünü  nadan  hesab  et  ki,  bilik  qapıları  sənin 
üzünə  açılsın.  Nə  qədər  ki,  sözün  eybini  və  hüsnünü  anlam ayıb­
san,  heç  vaxt onu  kəsm ə  və y a   tərifləmə.  İstər  böyük olsun,  istər 
kiçik,  hər kəslə  öz dili  ilə  danış ki,  hikm ətdən xaricə  çıxmayasan 
və dinləyicini darıxdırm ayasan. Lakin danışarkən səndən d əlil sü­
but tələb edilərsə,  belə yerdə elə danışm alısan ki,  onları razı sala 
biləsən və onların arasından ccmını salam at qurtara biləsən.
Əgər  sən  söz  ustadı  olsan,  özünü  bildiyindən  az göstərm əyə 
çalış  ki,  söhbət  vaxtı  piyada  olduğun  m eydana  çıxmasın.  Çox 
bilən,  lakin az danışan ol,  az bilib çox danışan olma.  D eyiblər ki, 
susm aq salam atlığa,  çox danışm aq isə ağılsızlığa bərabərdir.  Çox 
danışan adam ağıllı olsan da,  onu ağılsız hesab edərlər, az danışan 
ağılsız olsa da, az danışdığı üçün cam aat onu ağıllı hesab edər. Nə 
qədər düz,  təm iz və mömin adam olsan da özünü öymə,  çünki sənin 
özün  haqqındakı  şahidliyini  heç  kəs  qəbul etməz,  çalış  səni  xalq 
tərifləsin,  nəinki özün özünü.  Çox bilirsənsə, yalnız kara gələnini, 
işə yarayanını de.
Ey oğul,  söz danışan ol,  söz güləşdirən olma.  Söz güləşdirm ək 
divanəlik kim i bir şeydir. H ər kim lə danışsan, diqqət et, gör,  o sənin 
sözlərinin müştərisidir, y a  yox.  Əgər yağlı m üştəri tapsan əl çəkmə, 
sözlərini sat, yox,  m üştəri deyilsə,  o sözü saxla,  onun xoşuna gələn 
başqa  şeylər  danış,  qoy dönüb  sənin  m üştərin  olsun.  Lakin  çalış 
adam la adam ol,  insanla insan,  çünki adam başqadır,  insan başqa. 
Q əflət yuxusundan ayılanlar xalqla m ən dediyim  kim i rəftar edər.
Bacardıqca söz deyib,  söz eşitməkdən çəkinmə,  çünki insanlar 
söz eşitm əkvasitəsi ilə söz dem əyi bacaran olarlar. Sübut: əgər uşa­
20


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə