Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə5/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   124

bu elmlərin heç biri ilə, o cümlədən etika ilə eyniləşdirmirik, lakin 
insanın bütün psixi  fəaliyyət sahələrini vahid məqsəd baxımından 
əhatə etməyə can atınq.
4.  Təsir göstərm ənin estetik form alarının xüsusi  rolu  ilk dəfə 
çox  aydın  şəkildə  Siseron  tərəfindən  vurğulanmışdır.  Yalnız  bir 
sitatla kifayətlənək:  "İnsanlar kim in qarşısında həyəcanlanırlar? 
Kim  danışarkən ona sarsılm ış şəkildə baxırlar? K im ə heyran olur­
lar? K im i az qala insanlar arasında A llah hesab  edirlər? Kim   ki 
cəlbedici sözlərlə, rəngarəng obrazlarla diqqəti cəlb edərək sərrast 
danışır...  sonra nəsrin özünə nəsə  bir şeir parçası daxil edir -  bir 
sözlə, gözəl danışır.”
Ümumiyyətlə, göstərdiyimiz nümunədən göründüyü kimi, es­
tetik təsir burada nitqin məzmunundan çox, onun xarici forması ilə 
əlaqələndirilir.
5.  Antik  ritorika  inandırma  prosesinin  məqsəd  istiqamətinin, 
əxlaqi-etik,  məntiqi,  psixoloji  və  estetik  təbiətinin  dərk  edilməsi 
üçün  əsaslar  yaratsa  da,  onunla  məqsədin  həyata  keçirilməsinə 
kömək edən xüsusi vasitə, yəni dil arasındakı qanunauyğun əlaqəni 
aşkara çıxara bilməmişdi. Lakin bu istiqamətdə də müəyyən uğur­
lar əldə edilmişdi.
6.  Özünün,  təəssüf ki,  bizə gəlib  çatmamış «Üslub  haqqında» 
əsərində Teofrast nitqin keyfiyyətləri haqqında təlimi formalaşdır­
mışdır.  Sonralar bu təlim Aristotel,  Siseron və Kvintilian tərəfindən 
inkişaf  etdirilmişdir.  Bu  təlimin  əhəmiyyəti  düzgünlük  kimi  adi 
bir  xassənin  ritorik  nitqin  xüsusiyyətlərini  müəyyənləşdirən  bü­
tün  digərlərinə  qarşı  qoyulmasıdır.  İkinci  mühüm  məsələ  -   rito­
rikanı  digər linqvistik  fənlərdən  ayırmaq  və  onun  qrammatika ilə 
eyniləşdirilməsindən qaçmaqdır.
7.  İlk  «ritorlar»  daha  çox  incəsənət  aləminin  nümayəndələri 
-  aktyorlar,  müğənnilər,  rəqqaslar idi.  Əvvəllər söz  əsas rol  oyna­
mırdı, musiqi, hərəkətlər, jestlər daha əhəmiyyətli sayılırdı. Xarak­
terikdir ki, ritorikanın öyrəndiyi yunan sözü və onun latın analoqu 
«fiqura» - «nitqin əsas bəzəkləri» ilkin mənada rəqslərdə müəyyən 
hərəkətlər,  bir  növ,  rəqs  «pa»lan  mənasını  bildirirdi.  Adi,  sadə, 
təbii  nitq  donmuş,  hissləri  gizlədilmiş,  yaxud  heç  bir  hissi  olma­
15


yan, daşlaşmış bədən və üzlə müqayisə edilirdi. Əksinə, hərəkətlər, 
yaxud jestlər öz hisslərini  ifadə  edə bilmək və  danışmaq bacanğı 
ilə əlaqələndirilirdi.
Ritorika  elm  olmaq  üçün  özünün  xüsusi  vasitələrini  tapmalı 
idi.  Bu baxımdan ən mühümü o idi  ki, Aristotel  «sxem»  terminini 
sadəcə ritorika ilə deyil,  hətta qrammatika ilə əlaqələndirmişdir.
8. Antik ritorikada fikir fiquru və söz fiquru bölgülərinin təqdim 
edilməsi  böyük əhəmiyyətə malik idi,  bunun  ardınca Kvintilianın 
«Ritorik nəsihətlərin on iki  kitabı»  adlı  fundamental  əsərinin  8 və 
9-cu kitablarında dəqiq, demək olar ki, tam təsnifat verilmişdi.
9.  Antik  ritorika  fikir  fiquru  anlayışını  kifayət  qədər  aydın 
müəyyənləşdirməyi,  onun  sərhədlərini  cızmağı,  xüsusi  struktur- 
semantik  təşkil  edilmə  ilə  səciyyələnməyən  təsvir  üsullarından 
ayrılmağı  bacarmamışdı.  Lakin  qarşıya  başqa-  fiqur və  troplann 
(məcazların) fərqləndirilməsi kimi mühüm məsələ qoyulmuş və bu 
məsələnin  həlli  yollan  müəyyənləşdirilmişdi.  Siseron  bu  fərqləri 
məcazi- söz və fiquru söz birləşməsi kimi  qarşılaşdırmaqda görür, 
Kvintilian isə belə hesab edirdi ki, adi nitq parçasını məcazla əvəz 
etmək ona yeni məna verir, fiqurla əvəz etmək isə - yox. Lakin bu 
müəlliflər də m əcazlann tam təsnifatını verməmişlər. Belə təsnifatı 
ilk dəfə m əcazlann 37 variantını və  14 əsas çoxnövlüyünü sadala­
yan Trifonda görürük.
Qeyd etmək lazımdır ki, ritorika XV əsrədək əsasən sxolastik, 
XVI əsrdən humanist, XVII əsrdə isə reformist olmuşdur.
Bunlan sxolastik dövrün əlamətləri  hesab etmək mümkündür: 
üslub  qanun  səviyyəsinə  yüksəlir-  burada  həm  geyim  tərzi,  həm 
nitq etiketi var; təlimin əsasında yüksək, orta və aşağı üslublar du­
rur.  Ritorik qaydalann bu mərhələsinin təsiri XVIII əsrin ünsiyyət 
təcrübəsində aydın şəkildə əks olunur.
H um anist ritorika  İntibah  dövrü  ilə  bağlıdır.  Saray  akademi­
yası  onun  mərkəzi  olur,  Kral  III  Henrix  üçün  Fransız  ritorikası 
tərtib  olunur,  kral  nitq  mədəniyyəti  (fransız  dilində)  tətbiq  olun­
mağa  başlayır.  Ritorika  qrammatika  və  dilin  ədəbi  normalarının, 
ümumiyyətlə,  bu  gün  nitq  mədəniyyəti  adlandırdığımız  bütün 
məsələlərin  işlənməsinə  təkan  verir.  «Nitqin  səhnələşdirilməsi»
16


tətbiq  olunur,  intonasiyaya,  tələffüzə,  nitqin  aydınlığına  diqqət 
artır.  Ədəbiyyat  nümunələrindən  istifadə  olunur,  tərcümə  ustalığı 
inkişaf edir.
Reform ist ritorika  humanitar  elmin  daha  əhəmiyyətli  sahəsinə 
çevrilir.  Onun təsiri  ilə hamı tərəfindən geniş istifadə olunan kitab­
lar,  məsələn,  Şabanelin  «Fransız  nitq  mədəniyyətinin  mənbələri», 
«Yüksək səviyyəli xanımın təlimi üçün gözəl danışıq» nəşr olunur.
Avropa ənənələri barədə danışarkən Qoca Şərqin böyük natiqlik 
ənənələri barədə heç nə deməmək günah olar. Şərq fəlsəfəsində dil və 
söz xüsusi çəkiyə malik olmuş, Füzulinin təbirincə desək, söz ölkələri, 
saraylan fəth edən fatehlərdən daha qüdrətli sərkərdə olmuşdur.Qeyd 
etmək lazımdır ki, hələ eramızdan əvvəl I əsrdə- yəni təxminən Yunan- 
Roma  sivilizasiyası  dövründə  qələmə alınmış Hind  ədəbi  nümunəsi 
olan “Kəlilə və Dimnə” əsərində söz haqqında yazılır:
A talar  deyiblər  ki,  dilini  saxla,  başın  salam at  olar,  yersiz 
danışm ağın  nəticəsi peşm ançılıqdır.  N əql  edirlər  ki,  bir padşah 
m əsləhət  üçün yanm a dörd alim   çağırıb  deyir:  “ H ərəniz  elə  bir 
hikm ətli söz deyin ki,  o,  gö zəl bir tərbiyənin əsası olsun ”.  B irinci 
deyir:  - A ğıllı adam ların həyatında ən layiqli cəhəti danışm amaq- 
dır! İkinci deyir: - D ünyada ən fa yd a lı şey odur ki,  insan öz əqli ilə 
m əsləhətləşm əm iş sözə başlamasın.  Üçüncü deyir: -İn sa n  üçün ən 
xeyirli iş odur ki, fikirləşm əm iş dinməsin. D ördüncü deyir: - İnsan 
üçün ən rahatı odur ki,  özünü taleyin ixtiyarına versin.
Deyirlər,  bir gün  Çin,  Hind,  İran və Rum padşahları  bir yerə 
toplaşıb şərt qoyurlar:  onlardan hər biri elə  bir söz desin ki,  dün­
y a  durduqca dursun.  Çin  şahı  deyir:  - M ən  dem ədiyim  sözü geri 
qaytarmağa, dediyim  sözü geri qaytarmaqdan daha artıq qadirəm. 
H ind şahı deyir: -M ən  o adam a təəccüb edirəm ki,  dediyi söz özü­
nün  xeyrinə  olduqda  ona fa yd a   verməsin,  zərərinə  olduqda  onu 
m əhv  etsin.  İran  şahı  deyir:  -  Sözü  nə  qədər  ki  deməmişəm,  o 
mənim qulumdur,  elə ki dedim,  oldu,  ağam. Rum şahı deyir: - M ən 
dem ədiyim   sözdən  heç  vaxt peşm an  olmamışam,  dediyim dən  isə 
çox tez-tez peşm ançılıq çəkmişəm.
İnsanların  susm ası fa yd a   verməyən  boş  söhbətlərdən  daha 
yaxşıdır. İnsan hər şeydən çax ttihndən bətaya düşür.


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə