Ümid edirik ki, bu vəsait sizə gözəl danışmağın nəzəriyyə və
ustalığına yiyələnməkdə kömək edəcək. Əminik ki, bu təkcə xü
susi qabiliyyətlərdən - vergi və istedaddan yox, həm də insanın
əməksevərliyindən, məqsədyönlülüyündən asılıdır və deməli, hər
bir öyrənmək istəyən üçün tamamilə əlçatandır.
8
I FƏSİL
KLASSİK VƏ MÜASİR RİTORİKA
1.1. R itorikanın tarixindən
Antik dünyada, Orta əsrlərdə, İntibah və Maarifçilik
dövrlərində ritorika
Artıq iki min beş yüz ildən bəri Avropa mədəniyyətinin in
kişafına xidmət edərək, gah heyranlıq doğuran, gah heç kəs tərə
findən qəbul edilməyən ritorika elm sahəsi kimi təxminən e.ə. V
əsrdə cəmiyyətin praktik tələbinə cavab olaraq meydana gəlmişdir.
O zaman siyasi məsələlər xalq yığıncaqlarında, camaat qarşısında
həll olunurdu. Çox böyük insän kütləsinin toplandığı yerlərdə
məhkəmələr qurulur, bayramlar, yas mərasimləri, dostluq görüşləri
keçirilirdi.
Qədim Yunanıstanın ritorik təlimi bizə şöhrətli, tanınmış na
tiqlər olan Demosfenin, Litsinin, Sokratın, Periklin (onlar hamısı
ictimai xadim, yüksək təhsil almış insanlar idi) nitqlərindən nü
munələr və natiqlik ustalığına yiyələnmək üçün hazırlanmış nəzəri
əsərlər - Qorginin, Aristotelin, Platonun qələmindən çıxmış kitab
lar şəklində gəlib çatmışdır.
Natiqlik ustalığı e.ə. VI-III əsrlər qədim yunan ədəbiyyatının,
həmçinin Sokratın ( 469-399), Platonun (430/427-347), Aristotelin
(384-322) adlan ilə bağlı olan fəlsəfənin əsasında və müsbət mə
nada əhatəsində inkişaf etmişdir.
Ritorika ilk zamanlardan həm incəsənət, həm də elm kimi inki
şaf edirdi. Ritorikaya aid kitablann yaradılması təhsil məqsədlərinə
görə zəruri idi, bu sahədə Sirakuzamn, Attikanın, Afinanın ritorika
məktəbləri apancı rol oynayırdı. Bu məktəblərə 7 yaşlı oğlanlan
9
qəbul edir və onlara 21 yaşınadək təlim keçirdilər. Burada fəlsəfə,
məntiq, ədəbiyyat, dil, riyaziyyat öyrədilirdi. Amma aparıcı fənn
ritorika idi və heç də təəccüblü deyil ki, ritorikaya aid ilk traktatlar
bu məktəblərə rəhbərlik edən natiqlər tərəfindən yazılmışdı.
Adətən onların sırasında birinci filosof- sofıst Qorginin (e.ə.
493-376) adı çəkilir. Onun əsərləri bizim günümüzə tam halda gəlib
çatmamışdır. M üasir dövrdə Platonun «Qorgi» dialoqu bəllidir.
Həmin dialoqda onun əsas elmi mövqeyi şərh olunur. Qorgi ritori
kanı tədris edərkən çox səyahətlər etmiş və bu zaman Olimpiya
və Delfıya bayramları üçün nitqlər də hazırlamışdır. Aşağıdakı fi
kir də ona məxsusdur: söz çox böyük hökmdardır. O, çox kiçik və
tamamilə gözəgörünm əz bir bədənə m alik olsa da, m öcüzəli işlər
görür. Belə ki, o həm qorxunu qova bilər, həm kədəri m əhv edər,
həm sevinc gətirər, həm rəhm oyadar... Sözə m əxsus olan inandır
m a qüvvəsi həm də ruhu istədiyi kim i form alaşdırır. B iz burda İnci
lin ilk cüm ləsini - “Öncə söz olmuşdur, söz A llahın olmuşdur, söz
A llah olm uşdur ” xatırlatm aya bilmərik. ”
Ellinlər (yunanlar) ənənəvi ritorikanı sözlə inandırma, nitq us
talığı kimi qiymətləndirirdilər. Ellin ritorlannın fikrincə, ritorika
nın üç ayrılmaz əsası var: mənəviyyat, müdriklik (həqiqət) və akt
yorluq bacarığı; eyni zamanda, onlar savadlılıq, mədəniyyət və
natiqlik istedadına da böyük dəyər verirdilər. Düzdür, sonralar Sise-
ron deyəcəkdi: «Şair doğulurlar, natiq olurlar» - lakin heç şübhəsiz,
onun özünə də Yupiter tərəfindən böyük istedad bəxş olunmuşdu.
Köhnə, yaxud kanonik ( nümunəvi) ritorika beş hissəyə bölü
nürdü:
1. İnvensiya - tərcümədə mənası «fikrin kəşf edilməsi», yaxud
nitqin məzmununun hazırlanması;
2. D ispozisiya (mövqe tutma), yaxud kompozisiya- rus ritorika
larında-yerləşmə (adətən nitqin janrı ilə əlaqələndirilirdi);
3. Elokusiya (bəlağət) və ornament - ifadə və bəzəmə; bu so
nuncu və ən geniş hissə sonralar aparıcı mövqeyə yüksəldi (dil
vasitələrinin, üslubun, nitq mədəniyyətinin seçilməsi, poetika);
4. M em oria (yaddaş üçün müxtəsər qeyd)- hazırlanmış mətnin
yadda saxlanması, yaddaşın, onun yüksək hazırlığının məşqi;
10
5.
Aksiya, yaxud ifa - nitqə qüsursuz yiyələnmə, şifahi ifadəlilik
ustalığı, özünü idarə etmək bacarığı, jestlər və s.
Qədim ənənələrə müvafiq olaraq, ritorikanın digər elmlərlə
əlaqələrini müəyyənləşdirmək mümkündür. Onu:
m əntiqlə - nitqi mühakimələr, sübutlar, əsaslandırmalar, eyniy
yət və kifayət qədər əsaslandırma qanuni an;
fəlsəfə ilə - əxlaq, mənəviyyat problemləri, xeyir və şər, xoş
bəxtlik və əzab, dünyagörüşü problemləri;
siyasətlə - hakimiyyət və azadlıq, mülkiyyət, ictimai münasi
bətlər, müharibə və sülh problemləri;
hüquqsünaslıqla - insan hüquqlan, məhkəmə praktikası;
filologiya ilə - dil, onun vasitələri, üslublan, nitqin ifadəliliyi,
prosodiya (hecalann tələffüz üsulu), ədəbiyyat, poetika, janrlar, te
atr birləşdirir.
İnandırma, həqiqətəuyğunluq məsələsi çox qəti şəkildə qoyulur
du - ellinlər mövqelərində dönməz idilər: məlum olduğu kimi, Sok
rat, Demosfen əqidələrindən dönməkdənsə, ölümü üstün tuturdular.
O dövrün ritorikasındakı filoloji məsələlər üzərində bir qədər
ətraflı dayanmağa dəyər: yüksək və aşağı üslublar, bədii və işgüzar
üslublar, həmçinin prosodik (tələffüz) kateqoriyalar- nitqin ritmi,
intonasiyanın yüksəkliyi, səslənmə qüvvəsi, nitqin sürəti, vurğu,
fasilə kimi məsələlərə xüsusi olaraq diqqət yetirilir, fiqurlar və sayı
200-ə çatan məcazlar dərindən öyrənilirdi.
İmprovizələr kifayət qədər yüksək dəyərləndirilsə də, hərtə
rəfli, fəal hazırlığa -söylənəcək nitqin mətninin yazılmasına, hər
bir ifadənin cilalanmasına üstünlük verilirdi. Yeri gəlmişkən, əgər
bunlar olmasaydı, Qədim Yunanıstan və Romamn böyük natiqləri
olan - Demosfenin, Siseronun və başqalarının nitqləri bizə, sadəcə
olaraq, gəlib çatmazdı.
Hərtərəfli biliyə malik olan alim, «Metafizika», «Məntiq»,
«Siyasət», «Poetika», «Anälitika» əsərlərinin müəllifi, Böyük Pla
tonun şagirdi olan Aristotel öz dövrü üçün çox əhəmiyyətli əsəri
ni- üç kitabdan ibarət «Ritorika»nı yazmaqla insanın təfəkkür və
mənəvi zənginliklər aləmini əhatə etmişdi.
11
Yüklə Dostları ilə paylaş: |