Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə9/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

ƏSflS YflŞflMfl  MÜHİTLƏRİ 
VƏ  ONLRRƏ  ÜYĞUNLƏŞMƏLƏR
Yaşama mühitlərinin hər üçü -   quru, su və hava -  dəfələr­
lə  reptililər  tərəfindən  mənimsənilmişdir.  Məlumdur  ki,  qalıq­
ları tapılan  reptililər sırasında müasir  delfinlərin  analoqu  olan 
ixtiozavr  və  sinaptozavr  kimi  su  formaları  daha  geniş  yayıl­
mışdır.  Maraqlıdır,  mühit  olaraq  suyun  cəlbediciliyi  nədən 
ibarətdir?  Əvvəla  iqlimin  sabitliyi,  ikinci  -   suyun  sıxlığı  və 
yüngül çəkisi bu canlılara maddələr mübadiləsinin son məhsul­
larından  azad  olmağa  imkan  yaradır.  Problem  yalnız  tənəffüs 
sistemində və oksigenlə  bağlıdır,  çünki  suda onun miqdarı az­
dır.  Müasir  reptililərdən  bəzi  tısbağalar,  ilanlar  və  timsahlar 
suya meyllidir.  Müəyyən  tısbağa,  ilan və kərtənkələ  növləri sa­
hil və su ətrafı biotoplarla bağlıdır.
Suda həyat
Su  ilə  əlaqəli  olan  tısbağalar  arasında  şirin  su  və  dəniz 
növləri  ayırd  edilir.  Şirin  su  tısbağaları  25  cinsdə cəmlənən  75 
növdən  ibarətdir.  Onlar,  əsasən  kiçik  və orta  ölçülü  heyvanlar 
olub,  hündür  olmayan  zireh  və  üzmə  pərdələrinə  malikdirlər. 
Şirin  su tısbağaları  çox  geniş -  Asiya,  Avropa,  Şimali  Afrika, 
Şimali və Cənubi  Amerikada yayılmışlar.  Ən çox  nümayəndə­
ləri  qədim  mərkəzlərdən  hesab  edilən  Cənub-Şərqi  Asiyada  -  
17  cins  rast gəlinir,  qədimliyinə görə  ikinci  yerdə  Şimali  Ame­
rikanın  şərq hissəsi durur  ki,  orada  8  cinsdən  olan növlər  qey­
də alınıb.
Şirin  su  tısbağaları  zəif  axarlı  sularda  yayılmışlar,  istər 
suda,  istərsə  də  quruda  asanlıqla  hərəkət  edirlər.  Hər  iki 
mühitdə  həm  heyvani,  həm  də  bitki  mənşəli  qidadan  yararla­
nırlar.
Bizim  respublikamızda  şirin  su  tısbağalarından  bataqlıq
33
downloaded from KitabYurdu.org


tısbağası  -  Emys orbicularis  (Amerika  şirin  su  tısbağaları  fasi­
ləsi) və Xəzər  tısbağası -  Mauremus caspica (Asiya  şirin su tıs­
bağaları fəsiləsi) yayılmışlar.
Bataqlıq  tısbağalarının  sevimli  biotopları  bataqlaşmış  sa­
hələr,  gölməçə və göllərdir.  Tısbağa  üzməyi,  suya  baş vurmağı 
çox  yaxşı  bacarır  və  uzun  müddət  suyun  altında  qala  bilir. 
Təhlükə yarandıqda gildə və ya suyun dibində gizlənir.
Xəzər  tısbağasının  həyat  tərzi  bataqlıq  tısbağası  ilə  eyni­
dir,  fərqli  cəhət  onların  həm  də  duzlu  körfəzlərə  keçə  bilmə- 
sindədir.
Dəniz  sularında  yaşayan  növlərə  dəniz  tısbağaları,  dərili 
tısbağalar  və  üçcaynaq  tısbağalar  fasiləsinin  nümayəndələri 
daxildir.  Dəniz  tısbağaları  Yer  kürəsinin  bütün  ekvatorial  və 
tropik  dəniz  sularında  yaşayırlar.  Bəzən  mülayim  qurşaqlara 
da  keçirlər.  Bu  tısbağaların  ətrafları  kürəyə  çevrilmiş,  ayaq 
barmaqları  isə  birləşərək  1-3  ədəd  qısa caynaqla  nəhayətlənir. 
Sümük  zirehin  çəkisi,  qabırğaların  uc  hissədə  sümükləşməmiş 
sahələrin -  «sümük əmgək» hesabına yüngülləşmişdir.
Yumşaqbədən  tısbağalarda  zireh  təbəqə  olmur  və  sümük 
lövhə  yumşaq  dəri  ilə  örtülü  olur.  Bundan  əlavə,  yumşaq  bə­
dən  tısbağaların  əksərində  sümük  zireh  reduksiyaya  uğramış­
dır.  Qarın  nahiyədə  də  qalxan  lövhə  tam  şümükləşməmişdir. 
Müasir  tısbağalar  sırasında  su  sakini  kimi  daha  çox  ixtisas­
laşmış  növ -  çəkisi  600  kq-a  çatan  və sümük əsasını  itirmiş zi­
rehə  malik  dərili  tısbağadır.  Sadalanan  dəyişikliklər  ikincili 
olub, sy həyat tərzi ilə bağlıdır.
Burun  dəlikləri  uzanmış  və  hərəkətli  xortumun  ucunda 
yerləşdiyindən,  tısbağalara  nəfəs  almaq  üçün  yalnız  xortumu­
nu sudan çıxarmaq kifayət edir.
Əsas yayılma sahəsi  Cənub-Şərqi  Asiyada  yerləşən üçcay­
naq  tısbağalar  fəsiləsinə  aid  növlərin  tənəffüs  prosesi  çox  ma­
raqlıdır.  Hava  tənəffüsü  ilə  yanaşı  onlarda  suda  tənəffüs  aktı 
mövcuddur.  Bu  su  heyvanları  ağız  boşluğunda  olan  əmziklər
34
downloaded from KitabYurdu.org


və  xovlardakı  çoxsaylı  kapillyarların  köməyi  ilə  oksigeni  bir­
başa  sudan  qəbul  edir.  Bəzi  tısbağalar  udlaq  və  kloakadakı 
xüsusi  selikli  qat  vasitəsilə  oksigeni  alır.  Hesab  edirlər  ki,  cə­
nub  muskus  tısbağası  öz  tənəffüsünü  qlikogenin  anaerob  par­
çalanmasından ayrılan enerji hesabına tamamlayır.
Dəniz  tısbağasının  erkəyi  yumurtadan  çıxan  kimi  özünü 
suya çatdırır və bir də heç zaman quruya çıxmır.
Kərtənkələlər  arasında  əsl  su  formaları  olmasa  da,  bəzilə­
rinin su biotopları ilə bağlılığı kifayət qədər sıxdır.
Panama  və  Kosta-Rikidə  rast  gəlinən  iquanalar  fasiləsin­
dən olan dəbilqəli  kərtənkələ çox yaxşı üzür və suya baş vurur. 
Bu  növün  yalnız  arxa  pəncələri  ilə  suda  qaçmaq  qabiliyyəti 
vardır.  Ayaqların  hərəkəti  o  qədər sürətlidir ki,  kərtənkələ su­
da batmır.  Dəniz iquanası çox uzaq məsafələrə üzüb gedə bilir.
Duzla  zəngin  olan  dəniz  yosunları  ilə  müntəzəm  qidalan­
ma, axarları  ağız boşluğuna açılan  vəzlərin funksiyası sayəsin­
də,  bu  heyvanlarda  artıq  duzları  ifraz  edən  mexanizmin  ya­
ranmasına gətirib çıxarmışdır.
Bir  çox  varanlar  su  ilə  sıx  bağlıdır.  Zolaqlı  varan  ( V.  sal- 
vator),  Nil  varanı  (V.  niloticus)  və  nəhəng  Komodo  varanı 
V.komodoensis)  suda  yaxşı  üzür.  Müasir  reptililər  arasında 
suya  daha  çox  uyğunlaşmış  növlər,  Hind  okeanı  və  Sakit 
okeanın  sakinləri  olan  dəniz  ilanlarıdır.  Eynəkli  ilanlara  qo­
hum olan bu ilanlar əsl dəniz heyvanlarıdır.
Dəniz ilanlarının böyük  əksəriyyəti yumurta qoymaq üçün 
quruya  çıxmır  -   onlar  diribaladoğan  növlərdir.  Quruya  çıxa­
rılmış fərd yalnız aciz halda qıvrılaraq yerində çapalayır, çünki 
dəniz  ilanlarının  qarın  pulcuqları,  quruda  yaşayan  növlərin 
qarın  nahiyəsində  hərəkətə  xidmət  edən  genişlənmiş  qal- 
xancıqlardan  məhrumdur.  Dəniz  ilanlarının  burun  dəlikləri 
sifətinin  üst  nahiyəsində  yerləşir  və  klapanlarla  bağlanır.  Sol 
ağciyəri  yoxdur,  sağ  ağciyər  bəzi  növlərdə  hətta  anal  dəliyə 
qədər  uzanmışdır.  Ağciyərlərin  həm  də  hidrostatik  orqan  ol­
35
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə