Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə7/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   37

10
5
Anakonda  (Eunectes murinus)
Yatağan  (Boa constrictor)
Kobra (Ophiophagus hannah)
Buşmeyster (Lachesis muta)
Boz təlxə (Elaphc
Romblu zinqirovlu  (Crot 
Qara təlxe
22
downloaded from KitabYurdu.org


ə (Coluber constictor)
Adi suilanı  (Natrix natrix)
Qonur ilan  (Coronella austriaca)
Dekeya  ilanı (Typhlops braminus)
23
downloaded from KitabYurdu.org


Qalaktikada  əmələ  gələn  yeni  ulduzun  partlayışı  baş  verm iş­
dir.  Bu  qəbildən  olan  partlayışların  hər  50  milyon  ildən  bir 
Yerin yaxınlığında  baş verməsi təxmin edilir.  Partlayışın  dino- 
zavr  dövründə  baş  verdiyini,  ulduza  qədər  olan  məsafənin  isə 
yüz işıq  ilinə bərabər  olduğunu  nəzərə  alsaq,  bu  bütün canlıla­
ra  güclü  təsir etməli  idi.  Bu  hadisə dinozavrlar və  digər reptili- 
lərin məhvinin səbəbini açıqlamağa açar ola bilər.
Timsahlar  müasir  sürünənlər  içərisində  ən  nəhəng  fo rm a­
lar olmaqla,  dinozavrların  aid olduğu həmin  budağın sonuncu 
varisləridir.  Triasın  sonunda  əmələ  gələn  timsahların  y u ra- 
təbaşir dövründə müxtəlif formaları meydana gəlmişdir.
Paleontoloji  materiallara  əsasən  müasir  timsahlara  xas 
olan  quruluş  tipinin  tədricən  necə  formalaşdığını  izləmək 
mümkündür:  burun  dəliklərinin  yerinin  dəyişməsi,  ikinci  d a ­
mağın əmələ gəlməsi,  körpücük sümüklərinin reduksiyası,  p ro - 
söl fəqərələrin meydana gəlməsi və s.
Kaynazoy  erasında  quşlar  və  məməlilər  hökmranlıq  ed ir­
lər,  sürünənlər  arasında  isə  yalnız kiçik  və  hərəkətli  pulcuqlu- 
lar  (ilan  və  kərtənkələlər),  yaxşı  mühafizəsi  olan  tısbağalar  və 
kiçik qrup olan su arxozavrları -  timsahlar sağ qalmışlar.
Timsahlar (
Crocodylia
) dəstəsi
Müasir  sürünənlər  arasında  nəsli  kəsilmiş  dinozavrların 
yaxın  qohumları  kimi  timsahlar  xüsusi  mövqeyə  malik  olub, 
onlardan  60  mln.  il  çox davam gətirmişlər.  Bu canlılar su həy­
at  tərzinə uyğunlaşmış,  ali  quruluşa malikdirlər.  Bədən  sümük 
lövhələr üstündə yerləşən  buynuz  qalxanlarla  örtülüdür.  Əksər 
reptililərdən  fərqli  olaraq,  az  sayda  olsa  da  dəri  vəzlərinə  ma­
likdirlər. Görmə və eşitmə orqanları yaxşı inkişaf etmişdir.
Kəllə  diapsid  tipdədir.  Yakobson  orqanı  yoxdur  və  buna 
görə  də  onlar  iyi  və  dadı  ilanlara  nisbətən  zəif hiss  edirlər.  Si­
dik kisəsi yoxdur, sidik kloakadan nəcislə birgə ifraz olunur.
24
downloaded from KitabYurdu.org


Timsahlar  yalnız bu qrupa xas  bir  sıra  proqressiv  əlamət­
ləri ilə də  seçilir.  Onların dörd  kameralı  ürəyi digər  reptililərin 
ürəyindən  təkmildir;  nəfəs  yolları  ağız  boşluğundan  sərt  da- 
maqla  ayrılır.  Dişlər yuvalarda yerləşdiyindən  damaqda  möh­
kəm oturur.  Daha  ali  baş  beyinə,  xüsusilə  də  beyinciyə  malik­
dirlər.  Döş  və  qarın  boşluğu  arasında  məməlilərin  diafraqma- 
sını xatırladan arakəsmə vardır.
Yumurta  qoymaqla  çoxalırlar.  Tısbağalarda  olduğu  kimi 
yumurta  sərt əhəng qabıqla örtülüdür.  Erkəklərin cinsi  orqanı 
təkdir. Nəsil qayğısı var.
Hazırda  hər 2 yarımkürənin  tropik və  subtropik vilayətlə­
rində yayılan 3 fəsiləyə aid 25-ə qədər növü məlumdur.
25
downloaded from KitabYurdu.org


COĞRAFİ  YAYILMASI
Areallar
Dəri  tənəffüsünün  olmaması  və  buynuzlaşmış  dəri  örtüyü 
hesabına  reptililər  ətraf mühit  rütubətindən  asılılığı  itirmişlər. 
Dərinin  quruluşu  onlara  duzlu  torpaq  və  dəniz  suyunu  mə­
nimsəməyə  imkan  vermişdir.  Lakin,  əcdadlarında  olduğu  ki­
mi,  reptililər  də  ətraf mühit  temperaturundan  asılıdırlar,  yəni 
poykilotermdirlər.  Bu  isə  maddələr  mübadiləsinin  zəifliyi  ilə 
izah  olunur.  Sürünənlər  əsasən  rütubətli  tropikalarda,  səhra­
larda və dağlarda geniş  yayılmışlar.  Temperatur məhdudlaşdı- 
rıcı  faktor  olduğundan,  qütblərə  doğru  getdikcə  növlərin  sayı 
da azalır.
Ümumiyyətlə,  aydındır  ki,  soyuq  reptililərin  yayılması 
üçün  effektiv  maneədir.  Hətta  mülayim  iqlim  belə  tropik  növ­
lər üçün maneədir.  Lakin, Yer kürəsinin heç bir yerində, soyuq 
iqlim elə uzun müddətli  olmamışdır ki, bütün reptililərin birdə­
fəlik yayılmasının  qarşısını alsın.  Müxtəlif reptililərə digər  növ 
maneələrin  təsiri  fərqli  təzahür  edir.  Quraq  ərazilər  rütubətse- 
vərlər üçün,  rütubət isə -  səhra növləri üçün səddir.  Duzlu sulu 
yerlər  bir  qisim  növlərin  yayılmasının  qarşısını  aldığı  halda, 
digərləri  üçün  maneə  deyil.  Bütün  sadalanan  maneələr  yayıl­
manı  nə  qədər  ləngitsə  də,  dominant  qrupların,  məsələn  Co- 
lubrudae  fasiləsinin  nümayəndələrinin  bütün  Yer  Kürəsində 
yayılmasının qarşısını ala bilmədi.
Reptililər üçün  ən  əlverişli  şəraitli  yer  iqlimi  isti  və  mülay­
im rütubətli  olan rayonlardır.  Məsələn,  İndoneziya adalarında 
150-200  növ,  Cənubi  Qafqazda  -   40-50,  Orta  Asiyada  -   50, 
Şimali  Qafqazda  -   28,  Qərbi  Avropada  isə  cəmi  12  növ  sürü­
nən  məskunlaşır.  Həmçinin  dağlara  qalxdıqca  növlərin  sayı 
azalır.  Sürünənlərin Mərkəzi Asiyada ən yüksək yayılma həddi 
okean  səviyyəsindən  500  m  hündürlüyə  malik  dağlara  təsadüf
26
downloaded from KitabYurdu.org


edir.  Cənubi Amerikanın  Kordilyer  dağlarında,  dəniz səviyyə­
sindən 4900 m hündürlükdə yalnız  1  növ kərtənkələ (Liolaemus 
multiformes)  rast  gəlinir.  Tibet  girdəbaşı  isə  dəniz  səviyyəsin­
dən  5000  m  hündürlükdə  yaşayır.  Azərbaycanda  -  dəniz  sə­
viyyəsindən  1800  m-dən -  2000  m-ədək  hündürlükdə dağlarda 
11  növ,  dəniz  səviyyəsindən  2000  m-dən  -   2500  m-ədək 
hündürlükdə  isə  6  növ  sürünən  yayılmışdır.  Yalnız çəmən  kər­
tənkələsi  (Lacerta  praticola)  dəniz  səviyyəsindən  2600  m 
hündürlükdə rast gəlinir.
A.  Karr qeyd  etdiyi  kimi  sürünənlər təkamülün xarakterik 
məhsuludur,  yəni,  hər  bir qrup yalnız müəyyən ərazidə forma­
laşıb və buna görə də reptililərin planetdə yayılmasının  ümumi 
xəritəsi müəyyən nizama malikdir.
Kərtənkələ  və  ilanların  maksimal  sayı  Yer  kürəsinin  tro­
pik  və  subtropik  zonalarında  yaşayır.  Mülayim  iqlimli  ölkə­
lərdə  azalan  say,  şimala  və  cənuba  getdikcə  tamamilə  aşağı 
düşür.  Şimal  polyar  qütbə  isə  yalnız  1  növ  gedib  çatır  -   diri- 
doğan kərtənkələ (Lacerta  vivipurä).
Kərtənkələlərin adalarda sayı qeyri-proporsional dərəcədə 
çoxdur  və  bu  onu  sübut  edir  ki,  onlar  duzlu  su  sədlərini  keç­
məyə  qabildirlər,  lakin  belə  uyğunlaşmanın  digər  faktlarla 
əlaqəsi də mövcuddur.  Belə  ki,  ilanlardan  fərqli  olaraq  kərtən­
kələlər  qida  əldə  etmək  və  öz  populyasiyasını  daha  yığcam  və 
təcrid  olunmuş  ərazilərdə  saxlamaq  bacarığına  malikdirlər. 
Materiklərdən  uzaq  adalarda  ilanların  yoxluğu  və  ya  azsaylı 
olması  kərtənkələlərin  sayının  artmasına  və  qorunmasına  çox 
əlverişli təsir göstərir.
Məlumdur  ki,  növ  yayıldığı  ərazini -   arealı  tamamilə  tut­
mur:  o  yalnız  özünəməxsus  olan  yaşayış  sahələrində  rast  gəli­
nir.  Müxtəlif  növ  reptililərin  arealları  ölçüsünə,  formasına, 
sərhədlərinin xarakterinə  görə çox  fərqlidir.  Məsələn,  gürzələri 
(fəs.  Viperidae)  Avstraliyadan  savayı  bütün  kontinentlərdə 
görmək  olar;  timsahlar  fasiləsinin  nümayəndələri  Amerikanın,
27
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə