Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli


İF R A Z A T  S İS T E M İ V Ə  S U -D U Z  M Ü B A D İL Ə S İ..........................75



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə2/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   37

İF R A Z A T  S İS T E M İ V Ə  S U -D U Z  M Ü B A D İL Ə S İ..........................75
Y A Ş A M A   U Ğ R U N D A   M Ü B A R İZ Ə ....................................................77
M üdafiə və hücum ......................................................................................77
M im ik riya.....................................................................................................82
Ə R A Z İ  M Ə N S U B İY Y Ə T İ........................................................................ 87
Tem peratur  preferendum ları................................................................ 89
S Ü R Ü N Ə N L Ə R İN  H Ə Y A T IN D A   DÖ VRİ  H A D İ S Ə L Ə R ...... 93
P O P U L Y A S İY A N IN  S T R U K T U R U ..................................................... 99
R E P T İL İL Ə R İN  SA Y I  V Ə   SA Y Ğ I  M E T O D L A R I...................... 106
Z O O C O Ğ R A F İY A Y A   N Ə Z Ə R ............................................................ 110
R eptilərin yayılm a sərhədləri  (hüdudları)........................................ 111
R eptililərin  regional yayılm ası............................................................114
S Ü N İ  Ş Ə R A İT D Ə  H Ə Y A T ...................................................................... 118
Süni  şəraitdə yetişdirilmə (artırılm a)............................................... 118
S Ü R Ü N Ə N L Ə R İN   M Ü H A F İZ Ə  P R O B L E M L Ə R İ..................... 121
O nların  gələcəyinə qayğı  ...................................................................... 121
R E P T İL İL Ə R İN   B İO S E N O Z D A  Ə H Ə M İ Y Y Ə T İ ........................129
Ə d əb iy y a t................................................................................................. 133
4
downloaded from KitabYurdu.org


ÖN  SÖZ
Yer  kürəsində  əhalinin  sürətlə  artdığı  müasir  dövrün  ən 
mürəkkəb  vəzifələrindən  biri  canlı  təbiətin  məhvi  prosesini  lə­
ngitməkdir.  Bu,  öz  növbəsində  insan  tərəfindən  yeni  landşaft­
ların  tutulmasına  gətirib  çıxarır.  Arid  zonaların  və  bitki 
örtüyünün  siması  dəyişərək  vəhşi  heyvanların,  həmçinin  də 
reptililərin  yaşaması  üçün  yararsız  olan  süni  əkinlərlə  əvəz 
olunur.  Daha  çox  təhlükəli  olan  isə  insanların  reptililərə  -  
«əhəmiyyəti  aydın  olmayan  varlıqlara»  münasibətidir.  Əhali­
nin  böyük  bir  hissəsinin  ilanlar,  kərtənkələlər  və  reptililərin 
digər  nümayəndələri  haqda  məlumatsızlığı  onların  amansız 
məhvinə gətirib çıxarır.
Təqdim  olunan  bu  kitabda  oxucuların  diqqəti  reptililərin 
yayılmasına,  davranışına,  ekologiyasına,  biosenozda  və  insan 
həyatında  əhəmiyyətinin  açıqlanmasına  yönəlmişdir.  Ümid 
edirik ki, ali onurğalılarm  nəsil ağacının kökü olan bu canlılar­
la daha yaxından  tanışlıq  oxucuların onlara  münasibətini dəy­
işəcək.
5
downloaded from KitabYurdu.org


SİNFİN  XARAKTERİSTİKASI
Sürünənlər  ali  və  əsl  quru  onurğalılarına  mənsub  canlılar 
qrupudur.  Quru  onurğalılarına  məxsus  bütün  əsas  cəhətlər 
sürünənlərdə  aydın  təzahür  edir.  Amfibilərlə  müqayisədə  on­
lar, daha mükəmməl  tənəffüs mexanizmini -  yalnız ağciyərlərlə 
tənəffüsü təmin edən döş qəfəsinə malikdirlər.  Baş beyin nisbə­
tən  yaxşı  inkişaf etmişdir.  Böyük  yarımkürələrdə  ikinci  beyin 
tağının  (neopallium)  -   boz  maddədən  beyin  qabığının  əmələ 
gəlməsi  də  bu  qrup  üçün  xarakterdir.  Quru  həyat  tərzi  ilə əla­
qədar sürünənlərin bədəni amfıbi  və  balıqlarla müqayisədə da­
ha  çox  hissələrə  ayrılmışdır.  Boyunun  olması  kəlləni  daha  hə­
rəkətli  etmişdir.  Epidermis  qatının  buynuzlaşması  və  pulcuq- 
lar  dərini  qurumaqdan  qoruyur.  Sürünənlərdə  skelet  və  əzələ­
nin  proqressiv  dəyişməsi  bərk  substrat  üzərində  onların  hərə­
kətini təmin edir.
İfrazat  və  su  mübadiləsini  metanefroz  (çanaq)  böyrəklər 
həyata  keçirir.  İstiliyi  tənzimləmə  qabiliyyəti  zəifdir.  Bədən 
temperaturu  daimi  deyil  və  ətraf mühit  temperaturundan  çox 
asılıdır.
MƏNŞƏ VƏ TƏKAMÜLÜ
Reptililərin  əcdadları  olan  zirehbaşlı  amfıbilər  və  ya  ste- 
qosefallar,  quruda  365  mln.  il  əvvəl,  yuxarı  devon  dövründə 
təşəkkül  tapmışlar.  Daş  kömür  dövrü  onların  təkamülü  və 
yüksəlişi üçün əlverişli dövr  idi.  Daş kömür  dövrünün sonunda 
quruda  yaşama  şəraiti  dəyişdi.  Dağəmələgəlmə  prosesləri,  qu­
ru  sahələrinin  Yerin  qütblərinə  nisbətən  yerdəyişməsi  iqlimin 
və  bitki  örtüyünün  də  dəyişilməsinə  səbəb  oldu.  Yerdə  daha 
quru iqlim  bərqərar  oldu.  Əksər  vilayətlərdə  geniş səhralı  mə­
kanların  formalaşması,  yumurtasını  suya  qoyan  steqosefalla- 
rın çoxalma imkanını təmin etmirdi.
6
downloaded from KitabYurdu.org


Reptililər  240  mln.  əvvəl  perm  dövründə  əmələ  gəlmişlər. 
Reptililərin  təşəkkülü  mərhələsində  onların  əsas  qidası  olan 
həşəratın  və  müxtəlif  quru  bitkilərinin  əmələ  gəlməsi  bu 
dövrün  şəraitini  çox əlverişli  etmişdir.  Əvvəlcə,  quru  mühitinə 
uyğunlaşan,  lakin  su  və  nəm  biotoplarla  sıx  əlaqəli  formalar 
meydana gəldi.  Onlar daha hərəkətli olub,  daha iri beyinə ma­
lik idilər.
Orta karbon dövründə bu canlılardan  seymuromorflar ay­
rılır.  Bəzi  paleontoloqlar  seymuromorfları  amfıbilərə  aid etsə­
lər  də,  bu  canlılar  daha  çox  reptililərə  məxsus  cəhətlərə  malik 
idilər: fəqərələrin forması, bədəni yerdən qaldıran ətraf və qur­
şaqların skeleti,  kəllədə ənsə çıxıntısı və s.
Beləliklə,  quru mühit şəraitinə uyğunlaşma və onu mənim­
səmək  üçün  vacib  olan  bütün  cəhətlər  reptililərdə  əmələ  gəldi. 
Reptililər  təkamül  yolunu  sürətlə  keçdi.  Rəqibləri  olmadığına 
görə onlar müxtəlif yaşama yerlərini uğurla mənimsədilər.
SİSTEMflTİKflSI
Sinif -  Sürünənlər və ya Reptililər -  Reptilia
I Yarımsinif  Anapsidlər -  Anapsida
+  D əstə  Seym urom orflar -  
S e y m o u r i m o r p h a  
+  D əstə  K otilozavrlar -  
C o t y l o z a u r i a  
Dəstə  Tısbağalar -  Chelonia, seu Testudines 

II 
Y arım sinif  Proqonozavrlar -  
P r o g a n o s a u r i a  
+
  D əstə  M ezozavrlar -  
M e s o s a u r i a  
+ III 
Y arım sinif  İxtiopteriqilər -  
İ c h t y o p t e r y g i a  
+  D əstə  İxtiozavrlar -  
İ c h t h y o s a u r i a  
+  IV 
Y arım sinif  Sinaptozavrlar -  
S y n a p t o s a u r i a  
+  D əstə  Protorozavrlar -  
P r o t o r o s a u r i a  
+  D əstə  Zauropteriqilər -  
S a u r o p t e r y g i a  
Diapsidlər


Y arım sinif  Lepidozavrlar -  
L e p i d o s a u r i a
7
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə