Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə5/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   37

döş  sümüyü və  körpücük  sümükləri  ilə  birləşir.  Qabıq  dəyişmə 
zamanı onlar atılmır.
Tısbağaların  çənələri  dişlərdən  məhrumdur  və  iti  buynuz 
kənarlara  malikdir.  Baş  uzun  və  hərəkətli  boyun  üzərində  ol­
maqla, adətən zirehin  içərisinə yığıla bilir.  Ə traf əzələləri güclü 
inkişaf etmiş, gövdə əzələləri isə demək olar ki, itmişdir.
Həzm traktmda kor bağırsaq yoxdur.  Yoğun  bağırsaqdan 
ayrılan  iki  anal  qovuq  su  ilə  dolur.  Bəzi  su  formalarında  bu 
qovuqlar əlavə  tənəffüs orqanı rolunu oynayır.  Ürək üç kame- 
ralıdır.  Ağciyərlər  iri  həcmli  olub  karapaksın  daxili  qatı  (dö­
şəməsi)  ilə  bitişmişdir.  Zireh  hərəkətsiz  olduğundan,  tənəffüs 
dilaltı  aparatın  titrəyişi  hesabına  «udulan»  hava  ilə  baş  verir. 
Bundan  əlavə,  ağciyərlərdə havanın  dəyişilməsi  ətrafların yığı­
lıb-açılması zamanı həyata keçirilir.
Tısbağaların  baş  beyni  zəif inkişaf etmişdir.  Görmə,  dad 
bilmə,  lamisə  -   yaxşı,  eşitmə  orqanı  isə  zəif  inkişaf etmişdir. 
Onlar  yalnız  alçaq tezlikli  səsləri  qəbul  edir,  su və  torpaqdakı 
titrəyişləri duymaq üçün dəri örtüyü və qalxanlarından  istifadə 
edirlər.  Dişilərin  cinsi  sistemi  cüt  yumurtalıqlardan  ibarətdir. 
Erkəklərin  kopulyativ  orqanı  təkdir.  Əksər  tısbağaların  yu­
murtası  sərt  qabıqla  (əhəng)  örtülüdür.  Hazırda  onların  250 
növü,  90 cinsi və  13 fəsiləsi məlumdur.
Yarımsinif -  Proqanozavrlar (
Proqanozauria)
Proqanozavrların  nümayəndələri  kotilozavrlardan  əmələ 
gəlib,  yenidən su həyat tərzinə keçən reptililəri özündə birləşdi­
rir.  Karbon dövrü ilə aşağı perm dövrünün sərhədində yaşayan 
mezozavrlar  timsahabənzər  heyvan  olub  balıqla  qidalanırdı. 
İxtiozavrlar  mezozoy  dövrü  dəniz  məkanında  «müasir  balina­
larım)  mövqeyini  tuturdular.  Yumurta  diribaladogma  onların 
su həyat tərzini təmin edirdi.
İ4
downloaded from KitabYurdu.org


Xarici  görünüşünə  görə  kərtənkələyə  bənzər  və  yuxarı 
karbon  dövründən  məlum  olan  kiçik  heyvanlardır.  Yerüstü, 
ağac  və  su  formaları  mövcud  idi.  Hotozavr  və  pleziozavr  adlı 
dəniz  reptililərinin  ətrafları  kürək  şəkilli  idi.  Onların  da  yu­
murta  diribaladoğan  olması  güman  edilirdi.  Proqanozavr  və 
sinaptozavrlar isə məhv olmuşlar.
DİAPSİDLƏR
Perm  dövründə  kotilozavrlardan  ayrılan  digər  reptililərin 
kəlləsində  bir  və  ya  2  gicgah  çuxuru  var  idi.  Əcdadlarından 
birinci  ayrılan  sinapsidlər  (Synapsida)  -   3  əsas  sümükdən  (al­
macıq,  pulcuq  və  gözarxası)  ibarət  mürəkkəb  qövs  ilə  əhatə 
olunan  aşağı  gicgah  çüxuruna  malik  idilər.  Sinapsidləri  digər 
adla  teromorflar  da  adlandırırlar.  Onların  dişləri  alveollarda 
oturmaqla,  artıq  diferensiasiyaya  uğramışlar.  Məməlilərə  baş­
lanğıc verən  teromorflar  bir  qrup kimi  böyük  maraq  doğurur. 
Diapsid  reptililər  sonralar  2  yarımsinfə  ayrılır:  lepidozavrlar 
və  arxozavrlar.  Paleontoloqlar  bu  yarımsiniflərdən  hansının 
daha  tez  meydana  gəldiyini  söyləməyə  imkan  verən  dəlillərə 
malik  deyillər.  Daha  primitiv  diapsidlər  lepidozavrlar  yarım- 
sinfinə  aid  olan  eozuxilər  (Eosuchia)  hesab  olunur.  Kərtənkə­
ləyə  oxşar  bu  kiçik  heyvanlardan  xortumbaşlılar və  pulcuqlu- 
lar ayrılmışlar.  Eozuxilər triasın əvvəlində məhv olmuşlar.
Xortumbaşlılar  (Rhynchocephalia)  eozuxilərdən  perm 
dövründə  ayrılmış,  yura  dövründə  isə  məhv  olmuşlar.  Yalnız 
bir  növ  -   Yeni  Zelandiya  hatteriyası  bu  günədək  yaşayır. 
Pulcuqlular  dəstəsinə  aid  kərtənkələlərin  də  perm  dövründə 
hansısa eozuxilərdən ayrıldığı güman  edilir.  Bu dövrün sonun­
da  kərtənkələlərdən  ilanlar  əmələ  gəlmişlər.  Müasir  reptililər 
sırasında  pulcuqlular ən  çox  tərəqqi  etmiş və  müxtəlifliyə  ma-
Yarımsinif -  Sinaptozavrlar (
Synaptosauria
)
15
downloaded from KitabYurdu.org


Lepidozavrlar 
(Lepidosauria
yarımsinfi
Xortumbaşlılar (Rhynocephalia) dəstəsi
Bu dəstə yalnız bir fəsilə -  Pazdişlilər (Sphenodontidae),  1 
cins  və  hatteriya  adlı  bir  növə  malikdir.  Xortumbaşlılar  165 
mln.  il əvvəl  meydana gələn çox qədim qrupdur.  Hatteriya  ar- 
xaik  quruluşu  ilə  xarakterizə  olunur.  O,  kərtənkələni  xatırla­
dır.  Belin üstü ilə peysərdən quyruğadək üçkünc vertikal lövhə­
lərdən  ibarət  alçaq  daraq  uzanır.  Görmə  qabiliyyəti  yaxşıdır. 
Başın  üst  tərəfində,  gözlərdən  arxada,  dərinin altında  təpəüstü 
göz -  qovuqlu orqan  yerləşir  ki,  o da büllura xas  işıq  hissedici 
hüceyrələrə  malikdir.  Bu  orqanın  funksiyası  məlum  deyildir, 
lakin işıq qıcıqların qəbul etməsi güman edilir.
Orta  qulaq  boşluğu  və  təbil  pərdəsi  yoxdur.  Kəllənin 
gicgah payında 2 çuxur yerləşir (diapsid tipli).  Hatteriyanın kəl­
ləsi üçün kinetizmin olması xarakterdir: üst çənə, damaq və kəl­
lə qapağı beyin qutusu ilə hərəkətli birləşmişdir.  Fəqərələr amfi- 
söl tiplidir. Qarm qabırğaları vardır. Ürəkdə vena sinusu olur.
Hatteriya  -   kopulyativ  orqanı  olmayan  yeganə  müasir 
sürünəndir. Yumurtaqoyandır.
Hal-hazırda  hatteriya  yalnız  Yeni  Zelandiyanın  ətrafında 
yerləşən  13  kiçik  susuz  adada  qalmışdır.  Hatteriya  primitiv 
diapsid reptililərin «kor» yan qolunu (eozuxiləri) təmsil edir.
Pulcuqlular (Squamata) dəstəüstü
Müasir  reptililərin  ən  çoxsaylı  qrupudur.  Bütün  materik­
lərdə yayılmış və çox müxtəlif şəraitlərdə yaşayırlar.  Kərtənkə­
lələr,  buqələmunlar  və  ilanlar  bu  dəstəüstünə  aiddirlər.  Fərqli 
quruluşlarına  baxmayaraq,  ümumi  cəhətləri  də  vardır.  Bədən
lik qrupdur.
16
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə