Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə6/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   37

buynuz  pulcuqlarla  örtülüdür.  Bəzi  növlərdə  sümük  lövhələr, 
buynuz  təbəqənin  üstündə  yerləşir.  Əksər  növlərin  fəqərələri 
prosöldür.  Kvadrat  sümüyü  kəllə  ilə  hərəki  birləşmişdir.  Ko- 
pulyativ  orqanı  vardır.  Pulcuqluların  6  mindən  çox  növü  mə­
lumdur.
Kərtənkələlər (Sauria) dəstəsi
Xarici  görünüşləri  çox  müxtəlifdir.  Əksəriyyəti  hərəkətli 
quyruğa  malik  uzunsov  bədən  formasına  və  aydın  seçilən 
boyuna malikdirlər.  Ətraflar bir çoxunda yaxşı inkişaf etsə də, 
tamam  ayaqsız  və  reduksiya  etmiş  formalar  da  məlumdur. 
İlanlardan fərqli olaraq ayaqsız kərtənkələlərdə döş sümüyü və 
ətraf qurşaqlar  vardır.  Qırpma  pərdəsi  və  təbil pərdəsi  vardır. 
Bəzi  növlərdə  qırpma  pərdəsi  ilanlarda  olduğu  kimi  bitişib, 
bütöv şəffaf pərdə əmələ  gətirir.  Çənələr üzərində yaxşı  inkişaf 
etmiş dişlər oturur ki, bəzi növlərdə onlar çənənin daxili (plev- 
rodont),  digərlərində  isə  xarici  (akrodont)  kənarına  birləşir. 
Akrodont dişlər heyvan  qocaldıqca  yeyilir və  heç zaman dəyi­
şilmir. Plevrodont dişlər isə zədələndikdə və ya düşdükdə yeni­
si ilə əvəz olunur.
Bütün  reptililərdə  olduğu  kimi,  kərtənkələlərdə  də  qoxu 
orqanının  sərbəst  şöbəsi  kimi  qoxu  kisəsinin  hissəsi  olan,  Ya- 
kobson  orqanı  vardır.  Hesab  edirlər  ki,  bu  orqan  ağızda olan 
qidanın iyini duymağa xidmət edir.
Dəri  buynuz  pulcuqla  örtülüdür  və baş  hissədə  onlar böy­
üyərək qalxan ölçüsünə çatır.  Onların hər biri xüsusi ada malik 
olub diaqnostik əhəmiyyət kəsb edir.  Kərtənkələnin dərisi vəz­
lərdən  məhrumdur.  Yalnız bəzi  girdəbaşlarm  belində  funksiy­
ası  məlum  olmayan  əsl dəri  vəzləri  vardır.  Budun  alt  səthində 
yerləşən bud məsamələrinin də rolu tam aydın deyil.
Ürək üç kameralıdır. Yırtıcı tərəfindən yaxalandıqda əksər 
növlər  quyruğunu  atır  (autotomiya)  (şəkil  2).  Müəyyən  vax-
17
downloaded from KitabYurdu.org


tdan  sonra quyruq  bərpa olunur (regenerasiya),  lakin nisbətən 
qısa  halda  formalaşır.  Erkəklərin  kopulyatıv  orqanı  cütdür. 
Yumurta  qoymaqla,  yumurta  diribaladoğmaqla  və  diribala- 
doğmaqla çoxalır.
Şəkil 2.  A u totom iya
18
downloaded from KitabYurdu.org


Dəstənin  20-dək  fasiləsi,  4300  növü  məlumdur.  Bu  dəstə­
nin  nümayəndələrinin ölçüləri  müxtəlifdir:  bəzi  gekkonlar  3,5- 
4 sm uzunluğa,  ən  iri  hesab edilən varan  150 kq olmaqla  3  m-ə 
çatır.  Azərbaycanda  26  növ,  13  cins və 5  fasilənin  nümayəndə­
ləri yayılmışdır.
İlanlar (Ophidia,  seu Serpentes) dəstəsi
İlanlar  -   ayaqsız  pulcuqlular  olub,  müxtəlif substrat  üzə­
rində  sürünməyə  uyğunlaşmışlar.  Antarktidadan  savayı  bütün 
materiklərdə  yaşayırlar.  Ayaqsız  kərtənkələlərdən  çənələrin 
sağ və sol yarısının  hərəki  birləşməsi ilə fərqlənirlər.  Bu isə on­
lara  ağız  yarığını  geniş  açmağa  və  qənimətinin  bütöv  halda 
udmağa  imkan  verir.  İlanların  qırpma  pərdəsi,  təbil  pərdəsi, 
çiyin  qurşağı,  sərbəst  ətrafları  və  döş  sümüyü  olmur;  orta  qu­
laq  sadələşib  və eşitmə  seysmikdir;  yalnız sağ  ağ ciyəri  inkişaf 
edir, sol ağ ciyər rudimentardır, sidik kisəsi olmur (şəkil 3).  Diş­
lər yaxşı inkişaf etmişdir.  Bəzilərində zəhəri şikarın bədəninə
Şəkil 3.
19
downloaded from KitabYurdu.org


yeritmək üçün şırımlı və ya boru şəkilli dişlər  olur.  Kopulyativ 
orqanları  cütdür.  Yumurta  qoymaqla,  yumurta  diribala- 
doğmaqla,  diribaladoğmaqla  çoxalır.  12  fəsilədə  cəmləşən 
3000-dək növü məlumdur. Azərbaycanda 4 fəsilə,  15 cins və 26 
növ yayılmışdır (şəkil 4).
Yarımsinif Arxozavrlar -  
Archozauria
Arxozavrlar  mezozoy  dövrünün  reptililəri  olub  öz  ekoloji 
uyğunlaşmaları  və  forması  ilə  xüsusilə  fərqlənir.  Onlara  tim­
sahlar,  pterozavr  və  dinozavrlar  aiddir.  Bu  günədək  yaşayan 
arxozavrlar  -   timsahlardır.  Arxozavrların  psevdozuxilərdən 
(tekodontlar -  Thecodontiä) meydana gəldiyi güman olunur.
Ornitozuxi  adlanan  bəzi  psevdozuxilərin  ağac  həyat  tərzi 
keçirdiyi və  quşlara  məhz  ornitozuxilərin  başlanğıc verdiyi  də 
istisna  edilmir.  Digər  tekodontlar  su  həyat  tərzinə  keçmişlər 
ki,  bu da triasın  sonunda  timsahların  meydana gəlməsi ilə nə­
ticələnmişdir.  O  dövrün  timsahları  müasir  növlərdən  əsl 
sümüklü  damağın  olmaması  və  fəqərələrinin  amfisöl  quruluşu 
ilə fərqlənirdilər.
Pterozavrlar və ya qanadlı kərtənkələlər (Pterozauria) uçan 
heyvanlar  olmuşlar.  Bədənin  yan  tərəflərini  birləşdirən  qanad­
ları dəri qatlaq və ön ətrafda çox uzun  barmaqla səciyyələnirdi. 
Döş tili və çənədə oturan dişləri var idi. Beləliklə, pterozavrlarm 
skeletində  quşlarla  konvergent  olan  cəhətlər  əmələ  gəlmişdir. 
Lakin  pterozavrlar  və  quşlar  təkamülün  müstəqil  qollarıdır. 
Təbaşir dövrünün sonunda pterozavrlar məhv olmuşlar.
Dinozavrlar  triasın  ortalarından  məlumdur.  Quruda  ya­
şayan  reptililərin  sırasında  ən  zəngin  sayçoxluğuna  və 
növmüxtəlifliyinə  malik  dinozavrlar  olmuşlar.  Onlar  vəhşi  te- 
kodontlardan  ayrılmışlar.  İlk  zamanlar onların  əksəriyyəti  A. 
Karrın  ifadəsinə  görə  cücədən  böyük  olmayan  xırda  canlılar 
olmuşlar. Arxa ətrafları üzərində hərəkət edirdilər.
20
downloaded from KitabYurdu.org


Triasın  sonunda  dinozavrların  2  böyük  qrupu  formalaş­
mışdır.  Onlar  əsasən  çanaq  qurşağının  müxtəlifliyi  ilə  fərqlə­
nirdilər:  kərtənkələçanaqlılar  -   Saurischia  və  quşcanaqlılar  -  
Ornithischia.  Hər  iki  qrupun  inkişafı  paralel  gedirdi.  Kərtən- 
kələçanaqlıların  həm  dördayaqlı,  həm  də  ikiayaqlı  nümayən­
dələr  də  aid  olmaqla,  ot  yeyən  və  yırtıcı  formaları  var  idi.  Bu 
reptililər yer üzərində mövcud olan ən iri onurğalılar idi:  bron- 
tozavrın  uzunluğu  -   20  m,  diplodokun  uzunluğu  isə  26  m-ə 
çatırdı.  Bu  nəhənglərin  əksəriyyəti  yarımsu  canlıları  olub,  su 
bitkiləri ilə qidalanırdılar.
Quşçanaqlılar  qida  xarakterinə  görə  ancaq  bitkiyeyən 
heyvanlar olmuşlar.  Hündürlüyü 9  m-ə çatan  iquanodont arxa 
ətrafları  üzərində  hərəkət  edirdi.  Bədəninin  uzunluğu  8  m-ə 
çatan  triseratopsun  burnunun  üstündə  onu  kərkədana  oxşa­
dan bir  buynuz,  gözlərinin  arxasında  isə  iki  buynuz olub.  Ste- 
qozavrlar  belində  2 cərgə  üçbucaq  şəkilli  iri  sümük  lövhələrin 
olması ilə fərqlənirdi.
Ümumiyyətlə,  dinozavrlar  geniş  yayılmaqla  çox  müxtəlif 
şəraitdə  məskunlaşmışlar:  səhralarda,  meşə  və  bataqlıqlarda. 
Daha  çox  yüksəlişə təbaşir  dövründə çatan  bu canlılar,  həmin 
dövrün sonunda məhv olmuşlar.
Tarixdə  meydana  gəldiyi  zamandan  demək  olar  ki,  Yer 
üzərində bütün  ekoloji mövqeləri  tutmuş dinozavrların  ixtisas­
laşmış  müxtəlifliyə  malik  formaları  yaranmış  və  bu  nəhəng, 
zəngin  müxtəlifliyi  olan  qrup  müəmmalı  şəkildə  məhv  olmuş­
dur.
Dinozavrların  sirli  məhvinə  dair  kifayət  qədər  nəzəriyyələr 
irəli  sürülmüşdür.  Qeyd  etmək  lazımdır  ki,  təbaşir  dövründə, 
iqlim  və  landşaftların  kəskin  dəyişməsi  quru  və  dəniz  sahələri­
nin  yenidən  paylanması  və  alp  dağəmələgəlməsi  ilə  üst-üstə 
düşmüşdür.  Bu  zaman  Yerin  yaxınlığından  iri  kosmik  cismin 
keçdiyi güman edilir.
Kanada paleontoloqu Rasselin mülahizəsinə görə bizim
21
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə