5
Sənayenin inkişafı ilə əlaqədar olaraq ölkəmizdə əlavə yem
mənbələri də yaranmışdır ki, bunun da əsasını fabrik-zavod tullan-
tılarından istehsal olunan müxtəlif texniki istehsalat qalıqları,
heyva
ni və mineral yemlər (jmıx, kəpək, spirt istehsalının qalığı,
barda, qan unu, sümük və ət unu, pendir suyu, ayran, balıq unu,
xörək duzu və s.) təşkil edir. Məsələn: ən qiymətli şirəli yemlər-
dən biri hesab edilən şəkər çuğundurunun emalından sonra
zavodlarda çoxlu tullantılar (30 ton məhsuldan 24 ton tullantı)
alınır ki, bu tullantılardan heyvandarlıqda yem kimi və təsərrüfat-
larda üzvi gübrə kimi də istifadə olunur. Tullantının quru halda 1
sentneri 80-85 yem vahidin
ə, yaş və turş halda isə 8-10 yem vahi-
dinə bərabərdir.
Yemlilik dəyərinə görə şəkər çuğunduru yem çuğundurun-
dan 2 dəfə üstündür. Yarpaqları xüsusilə qida elementləri ilə daha
zəngindir. Yarpaqlarda 2-3% zülal, 0,4% yağ və müxtəlif vita-
minlər vardır.
Şəkər çuğundurunun 1 sentneri 26
yem vahidi, yaxud 1,2 kq
proteinə bərabərdir. Yarpağın bir sentneri isə 20 y.v.-nə bərabər-
dir. Yem çuğunduru müvafiq olaraq 12 və 9 y.v.-ə bərabərdir.
Heyvandarlıq məhsullarının artırılması hər şeydən əvvəl, öl-
kəmizdə yemçiliyi inkişaf etdirmək və möhkəm yem bazası yarat-
maq yolu ilə təmin edilə bilər. Bu mühüm məsələni müvəf-
fəqiyyətlə həll etmək üçün yeni, yüksək keyfiyyətli və məhsuldar
yem bitkiləri o cümlədən də şirəli yem bitkiləri sortları yaratmaqla
yanaşı, ayrı-ayrı elmi-tədqiqat müəssisələri tərəfindən əldə edilmiş
müxtəlif yem bitkisi sortları Azərbaycanın iqlim-torpaq şəraitində
sınaqdan keçirilməli, onların bioloji və təsərrüfat xüsusiyyətləri
öy
rənilməlidir. Bundan başqa perspektiv sortların təsərrüfatlarda
be
cərilməsinə, onların əkin sahələrinin genişləndirilməsinə və
yem
çiliyin inkişafına mane olan nöqsanlar aradan qaldırılmalıdır.
Şirəli yem bitkilərinin əkin sahələrinin və istehsalının geniş-
ləndirilməsi, məhsuldarlığının artırılması, ölkəmizdə heyvandar-
lığın inkişaf etdirilməsi işində başlıca şərtdir.
6
Heyvandarlığın inkişaf etdirilməsi isə xalqın güzəranını dur-
ma
dan yaxşılaşdırmağa, yüngül və yeyinti sənayesinin, habelə
əhalinin heyvandarlıq məhsullarına getdikcə artan tələbatını lazı-
mınca ödəməyə imkan verir.
Məhz buna görə də respublikamızda son dövrlər
qəbul olun-
muş qanun və fərmanlarda
(2008-2015-ci ill
ərdə Azərbaycan res-
pub
likasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövl
ət Proqramı; 2008-2015-ci illərdə Azərbaycan respublikasın-
da yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı;
Az
ərbaycan respublikası regionlarının 2004-2008 və 2009-2013 -
cü ill
ərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı
)
şirəli yem bit-
kilərinin yetişdirilməsi, onlardan yüksək məhsul götürülməsi və
onlar
la heyvanların qidalandırılması fermer təsərrüfatları qarşı-
sında ən zəruri vəzifə kimi qoyulmuşdur.
2008-2015-ci ill
ərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında
d
ənli bitkilərin əkin sahələrini 900
min hektara, məhsuldarlığını
3,2 ton/ha-
ya, ümumi istehsalını 2,8 milyon tona, ət istehsalını
340 min tona, süd v
ə süd məhsulları istehsalını 2,4 milyon tona,
s
ənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta is-
teh
salını 1,3
milyard ədədə, kartof istehsalının həcmini 1,12 mil-
yon tona, t
ərəvəz və bostan məhsulları istehsalını 1,72 milyon to-
na, meyv
ə istehsalını 800 min tona, yağlı bitkilərin əkin sahələri-
ni 1
35 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hek-
tara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sa-
h
ələrini 500 min hektara, yüksək keyfiyyətli balanslaşdırılmış qa-
rışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq kimi mühüm
v
əzifələr qarşıya qoyulmuşdur.
Ümumiyyətlə faydalı və məhsuldar yem bitkilərinin yetişdi-
ril
məsinə və əkin sahəsinin genişlənrilməsinə nə qədər ciddi fikir
verilərsə, heyvandarlığın inkişafını və onun məhsuldarlığını tələb
olunan səviyyəyə qaldırmaq daha asan olar.