Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43


 
lardan (yarpaqlar da buraya daxildir) 5000 yem vahidi almaq olar. 
Bəzi rayonlarda şəkər çuğunduru yem bitkisi kimi də becərilir. 
Geniş yayıldığı rayonlarda kənd təsərrüfat bitkilərinin ən ren-
ta
bellisi  şəkər  çuğunduru  sayılır.  Belə  rayonlarda  şəkər  çuğun-
duru  əkinə  yararlı  torpaqların  10-20%-i  də  əkilməyinə  baxma-
yaraq, bitkiçilikdən gələn gəlirin 30-50%-ni verir. 
Şəkər çuğunduru hektardan 40-50 ton məhsul verərsə bundan 
7-
8 ton şəkər alınır. 
Botaniki  xüsusiyyətləri.  Çuğundur  (Beta)  cinsi  unluca 
(
tərəçiçəklilər) (Chenopodiaceae, маревые) fəsiləsinə daxil olan 
birillik, ikiillik və çoxillik növləri (14 yabanı, 1 mədəni) özündə 
birləşdirir.  Cücərtisi  açıq  yaşıl  rəngli,  yarpaqcıqları  uzun  lanset-
vari, oval ürək formalı, tam kənarlı, səthi tüksüzdür. Cücərmənin 
başlanğıcında kökcük və ləpəaltı dizcik qabığı partladaraq xaricə 
çıxır,  ləpələr  müəyyən  müddət  meyvənin  içərisində  qalır.  Lakin 
toxumda  olan  ehtiyat  qida  maddəsi  ilə  cücərən  hissə  arasında 
əlaqə kəsilmir. Qida maddələri çuğundurda və yerkökündə ləpələr 
vasitəsi  ilə  sorularaq  cücərtiyə  ötürülür.  Cücərti  torpaq  səthinə 
çıxdıqdan təxminən 8-10 gün sonra bitkidə əsas (həqiqi) yarpaqlar 
əmələ gəlməyə başlayır.  
Çuğundurun ən çox yayılan  növləri aşağıdakılardır: 1.İrimey-
vəli çuğundur, 2. Haşiyəli meyvəli çuğundur, 3. Üç sütuncuqlu çu-
ğundur, 4. Çoxillik  çuğundur. 
İrimeyvəli çuğundur - Beta maerorrhiza – nəmliyə tələbkar, 
şaxtaya davamlı, dağlıq zona bitkisidir. Dəniz səviyyəsindən təx-
minən  1700-2000 m-ə  qədər  yüksəklikdə  olan  dağ  zonalarında 
bitir. 
Torpağın 1,5 m dərinliyinə işləyən yan kökləri əmələ gətirir. 
Meyvəkökünün  kütləsi  10  kq-a  çatır.  Tərkibində  8-12%-ə  qədər 
şəkər toplanır.  
Gövdəsi şırımlı kimidir. Kökboğazı yarpaqları uzun saplaqlı, 
demək olar ki, dairəvidir. Gövdə yarpaqları yumurta formalı, iri-
dir. Bu növün bütün yarpaqları antosian rənglidir. Meyvəsi (toxu-
mu) olduqca iridir.  



 
Haşiyəli  meyvəli  çuğundur  –  Beta lomatogona  –  buna bir 
toxumlu çuğundur da deyilir. Şaxtaya və quraqlığa davamlı, çoxil-
lik alaq bitkisidir.  
Azərbaycanın  karbonatlı  torpaqlarında  təsadüf  edilir.  Şaxə-
lənən və torpağın dərin qatlarına işləyən kök əmələ gətirir. Xüsusi 
kök hissəsi bir qədər yoğunlaşmış, qaba lifli kimidir. Meyvəkökün 
çəkisi 30-150 qram, şəkərliliyi isə 3,5-11%-ə qədərdir. Kolu çox-
gövdəlidir, ancaq yarpaqlanması zəifdir. Yarpaqları uzun saplaqlı, 
uzunsov,  yumurtavari,  yaxud  lansetvaridir.  Çiçəkləri  gövdələrin 
üzərində  bir-bir  yerləşir.  Çiçək  yanlığının  dilimləri  ağ  haşiyəli 
olduğuna görə haşiyəli adlanır. Meyvəsi çox toxumludur.  
Üç sütuncuqlu  çu
ğundur -  Beta triguna -  yabanı növləri 
ən  çox  yayılanlar  sırasındadır.  Əksər  formaları  şaxtaya  davam-
lıdır.  Azərbycanda  Xəzər  dənizi  sahilində  təsadüf  edilir.  Kökü-
meyvənin kütləsi 7-10 kq, şəkərliliyi 9,6-14%-ə qədərdir. Gövdəsi 
qabırğılı,  antosian  rəngli,  gövdə  yarpaqları  yumurtavarı,  yaxud 
lansetvarıdır.  Çiçək  qrupu  sıx  və  çoxçiçəkli  sünbülə  bənzərdir. 
Meyvəsi (kələfcəsi) 2-3 toxumludur. 
Çoxillik  çuğundur – Beta perenneae – quraqlığa, şoranlığa 
və xəstəliklərə qarşı davamlıdır. Kökü silindirşəkilli, şaxəli, odun-
caqlaşmışdır.  Tərkibində  10-12%  şəkər  olur.  Kolu  dağınıqdır. 
Göv
də  yarpaqları  yuxarı  hissədə  lansetvarı,  orta  və  aşağı  mər-
təbədə bir qədər enlidir. Kök boğazı yarpaqları (1-ci ili) uzun sap-
laqlı, az hallarda zəif  tüklü olur. Meyvəsi 2-3 toxumludur. Azər-
baycan respublikasının Apşeron rayonunda təsadüf edilir. 
Çuğundur  (beta)  cinsinin  bir  neçə  yarımnövü  vardır.  Onlar-
dan adi çuğundur  ssp. vulgaris  polimorf olmaqla çuğundurun bü-
tün mədəni birillik və ikiillik formalarını özündə birləşdirir.  Öz 
növ
bəsində bu yarımnöv bir neçə növmüxtəlifliyinə bölünür:  şə-
kər çuğunduru (v. saccharifera), mətbəx çuğunduru (v. esculenta), 
yem  çuğunduru  (v. crassa)  və  yarpaq  (Manqold)  çuğunduru  (v. 
cicla). 
(Şəkil 1-3, s. 109 -111).
  
Şəkər çuğunduru  (Beta saccharifera ) ikiillik bitki olduğu üç-
ün birinci ili yarpaq və şirəli kökümeyvə əmələ gətirir, ikinci ili 


10 
 
isə  zoğ  verərək  çiçəkləyir  və  meyvəsini  verir  (yəni  toxumunu). 
Bəzən  həyatının  birinci  ilində  çiçək  verən  bitkilərə  də  təsadüf 
edilir.  Belə  hal    adətən  yarovizasiya  və  işıq  mərhələsini  birinci 
ildə keçirən bitkilərdə rast gəlinir.  
Şəkər çuğundurunun yarpaqları kökün üzərində rozet şəklində 
düzülür. Yarpaq  ayası  enli, saplaqları isə uzun olur. Hər bitkidə 
50-
90 ədəd yarpaq əmələ gəlir. Yarpağın ömrü 25-70 gün arasında  
dəyişir.    İlk  yarpaqların  ayası  dəyirmi,  sonrakılar  isə  uzunsov  - 
ürəkvari olur.  Bir bitki 3000 m
2
 
yarpaq səthi əmələ gətirə bilər. 
Bitkinin  həyatının  ikinci  ilində  kökümeyvədə  əvvəlcə  rozet 
yarpaqlar,  sonralar  isə  yarpaqlı  zoğlar  əmələ  gəlir.  Zoğun  aşağı 
hissəsində  yarpaqlar  iri,  yuxarı  hissəsində  isə  xırda  olur.  Ən 
keyfiyyətli yarpaqlar orta müddətdə (iyul ayında) əmələ gələnlərdi 
ki,  sürətli  böyüməsinə  baxmayaraq  60-70  gün  ömür  edirlər.  İlk 
yarpaqlar 20-
25 gündən sonra məhv olur. Əsas yarpaqların əmələ 
gəlməsi  və  inkişafı  bütün  kökümeyvəli  bitkilərdə  eynidir.  Lakin 
quruluşuna  görə  hətta  bir-birinə  yaxın  olan  növlər  də  kəskin 
fərqlənirlər.  
 
Bitkinin  yerüstü  hissəsinin  artması  ilə  bərabər,  kökün 
inkişafı,  onda  karbohidratların  və  başqa  maddələrin  toplanma 
prosesi də başlanır. Ehtiyat maddələrin mənimsənilməsi torpağın 
aşağı qatlarına  işləyən xırda kök telləri (yan köklər) vasitəsi ilə 
gedir. 
Yankoklər  əvvəlcə  torpağın  üst,  sonralar  isə  dərin  qat-
larında əmələ gəlir. Bitkinin iki-üç cüt həqiqi yarpaqlar fazasında 
yan  kokcüklər  üfiqi  istiqamətdə  10-15 sm-ə  kimi  uzanır.  Bu 
köklər üzərində külli miqdar kök tükçükləri yaranır. 
Digər meyvəköklərdə olduğu kimi bitkinin boyatma dövründə 
kök sisteminin quruluşunda növbələşmə əmələ gəlir. Kökün ilkin 
quruluşu  cücərti  fazasında  bir  cüt  əsl  yarpaq  fazasının  xüsusiy-
yətlərini  əks  etdirir.  Bu  dövrdə  cavan  kökün  en  kəsiyində  aşa-
ğıdakı  hissələri  asanlıqla  aşkar  etmək  mümkündür.  İbtidai  qabıq 
və  bunun  əhatə  etdiyi  silindrik  həqiqi  yarpaqlar  əmələ  gəldikcə 
kökdə  dəyişiklər  baş  verir.  Bu  dəyişiklər  ikinci  struktur  dəyişik-
ləridir. Mərkəzi silindirdə ilkin alt qabıq altında kambi hüceyrələri 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə