Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

14 
 
növmüxtəlifliyindən) əmələ gəlmişdir. Birinci dəfə şəkər çuğun-
duru
nun  yarpaq forması mədəni hala salınmış, sonra (XVIII əsr) 
kökümeyvə  formasına  keçilmişdir.  Şəkər  çuğundurunun  müasir 
mədəni  növlərinin  hamısı  Aralıq  dənizin  Avropa  və  Afrika, 
Atlantik  okeanı,  Qara  dəniz  və  Xəzər  dənizi  sahillərində  məkan 
salmış  yabanı növlərdən  yaranmışdır. Zaqafqaziyanın özündə də 
belə  yabanı  növlər  mövcuddur.  Bu  növlərin  hamısından  əvvəl 
çuğundurun yarpaq forması adlanan manqold istifadə edilmişdir. 
Bu növ dərman bitkisi kimi istifadə olunmuşdur. Dəclə və Fərat 
çayları  vadilərində  yaşayan  insanlar  bu  bitkinin  yarpaqlarından 
müxtəlif xörəklər hazırlayırlarmış. Çuğundurun kökümeyvə kimi 
becərilməsinə XVIII əsrin əvvəllərindən başlanılmışdır. 
Şəkər  çuğunduru  öz  başlanğıcını  ağ  tərəvəz  çuğundurundan 
götürmüşdürki, o da  az məhsuldar yarpaq çuğunduru ilə məhsul-
dar yem çuğundurunun çarpazlaşdırılması yolu ilə alınmışdır. On-
un mədəni bitkilər sırasına daxil edilməsi XVII əsrin ikinci yarı-
sına  təsadüf  edir.  Yabanı  çuğundur  bitkilərinə  Kiçik  Asiya, 
Zaqafqaziya,  Aralıq  dənizi,  Xəzər  dənizi  və  Qara  dəniz  sahillə-
rində  rast  gəlinir.  Bu  bitkinin    becərilməsinə  eramızdan  1500-
2000 il əvvəl başlanılmışdır.  
Asiya  qitəsində  çuğundurun  kökümeyvəli  formaları  bizim 
eradan əvvəl I minillikdə peyda olmuşdur. Çuğundurun kökümey-
vəli formasının Avropaya keçməsi bizim eranın X-XIII əsrlərinə 
təsadüf  edir.  Ukrayinada  Avropadan  əvvəl  becərilməsi  güman 
olunur. 
Çuğundur  İran  sözü  olub  müxtəlif  dövrlərdə  “çundur”, 
“çuvundar”,  “çakendar”,  “
şaqonder”, “şuqundar”, “çuğundur”, və 
s. adlandırılmışdır. 
Çuğundur  sonralar  Aralıq  dənizi  ölkələrinə,  Fransa,  İtaliya, 
İsveçrə, İspaniyaya və s. yerlərə yayılmışdır. 
Çuğundurda  saxoroza  olduğunu  1747-ci ildə  Markqraf  (Al-
ma
niya) qeyd  etmışdır. Şəkər çuğundurundan zavod üsulunda şə-
kər  istehsalına  başlamaq  təklifini  1799-cu  ildə  Axard  vermişdir. 
Şəkər  çuğundurundan  şəkər  istehsal  edən  birinci  şəkər  zavodu 


15 
 
1801- 
ci ildə Almaniyada tikilmişdir.  Rusiyada ilk dəfə  1792-ci 
ildə Moskva universitetinin professoru  İ. Bindqeym kökümeyvəli 
çuğundurdan şəkər almağı  təklif etmışdır. M. Q. Pavlov (1792-
1840)  çuğundurun  Moskva  ətrafında  becərilməsinin  mümkünlü-
yünü sübut etmişdir. 1802- ci ildə Rusiyada Tula quberniyasının 
Alyabevo kəndində Yesipov tərəfindən ilk şəkər zavodu tikilmiş-
dir. 
Qədimdən  əkilən başqa bitkilərin tarixi ilə müqayisədən ay-
dın olur ki, şəkər çuğunduru nisbətən yeni (cavan) əkilən bitkilər 
sırasındandır.  XIX  əsrin  əvvəllərinə  kimi  bütün  dünyada  şəkər 
istehsal  edilən  yeganə  bitki  şəkər  qamışı  olmuşdur.  Тropik  və 
subtropik qurşaqlarda müstəmləkələri olan Qərbi Avropa ölkələri  
--
İngiltərə, Fransa, Portuqaliya, İspaniya, Hollandiya və s. müs-
təmləkə  ölkələrində  yetişdirdikləri  şəkər  qamışı  hesabına  dün-
yanın şəkər ixraç edən başlıca ölkələrinə çevrilmişdir. XVIII əsr 
müharibələri  bu  ritmi  pozaraq,  müstəmləkələrlə  əlaqəni  çətin-
ləşdirir. Buna görə də  İngiltərə Aropaya şəkər gətirməni dayan-
dırır.  Bütün  bu  tarixi  hadisələr  nəticədə  şəkər  xammalı  almaq 
üçün yeni mənbələr axtarmağa sövq edir. 
Çuğundur  becərildiyi  ənənəvi  rayonlardan  kənarlarda  da 
becərilməyə başlamışdır. Azərbaycan müstəqillik yollarına qədəm 
qoyduqdan sonra (1989-  1990-
cı illərdə) ölkəmizdə şəkər çuğun-
duru əkilməyə başlanmışdır. Respublikada şəkər sənayesi yaradıl-
dığından  çuğundurun  İran  zavodlarında  emal  edilməsinə  ehtiyac 
qalmır.  Respublikada  əkilib-becərilən    şəkər  çuğunduru  İmişli  
şəkər zavodunda emal edilir. Respublikamızda şəkər çuğunduru-
nun məhsuldarlığı,  yeni texnikanın tətbiqi, bu qəbildən olan sort 
və  hibridlərin  yaradılması,  bitkinin  sənaye  texnologiyası  ilə 
becərilməsi,  həmin  sahəyə  gübrə  və  bitki  mühafizəsi  üçün  kim-
yəvi maddələrin daha çox tətbiqi çuğundurun tədarük edilməsin-
dən asılıdır. 
Yayılması və məhsuldarlığı. Şəkər çuğunduru əsasən Ukra-
ynada,  Rusiyada,  Çində,  Polşada,  Fransada,  İngiltərədə,  Alma-
niyada,  İtaliyada  çox  yayılıb.  Onu  Belarusda,  Yaponiyada,  Bel-


16 
 
çikada, Macarıstanda, Türkiyədə Gürcüstanda və ABŞ - da becə-
rirlər. Çexoslovakiyada  da çuğundurun  əkin sahələri əhəmiyyətli 
dərəcədə  böyükdür.  Yer  kürəsində  becərilən  şəkər  çuğunduru 
əkinlərinin 80%-i Avropanın payına düşür. 
Dünya əkinçiliyi sistemində (2003-cü il) 5,86 milyon hektar-
dan çox əkin sahəsi mövcuddur. Orta məhsuldarlığı  isə 34,3 t/ha-
dır.  Orta  məhsuldarlıq  Krasnodar  diyarında  hektardan  450  sen. 
Ukraynada isə 300-400 sentnerə, Azərbaycanda  isə 304  sen.- ə 
(2010)  çatır. (2008-ci ildə 301 sen., 2009- cu ildə isə 251sent).  
Rusiyada 1,3 mil. ha-
a yaxın (24,5 mil. ton) əkin sahəsi var, 
məhsuldarlığı isə 17,8 ton/ha-dır. Azərbaycanda bu bitkinin əkin 
sahəsi  2009- cu ildə 7667 ha, 2010-cu ildə isə 8499 hektar olmuş-
dur. Respublikanın şəkərə olan illik tələbatı 300 min tondur. 2009-
cu ildə respublikada 188 670 ton, 2010 - cu ildə isə 251 854 ton 
şəkər  çuğunduru  istehsal  edilmişdir.  Mətbəx  çuğundurunun  isə 
Azərbaycanda  əkin sahəsi 2010 - cu ildə 425 ha, ümumi yığımı 
4959 ton., məhsuldarlığı isə 117 s/ha olmuşdur. 
Bu bitkinin məhsuldarlığı son illərdə 23,7-24,4 t/ha arasında 
olmuşdur.  Qabaqcıl  təsərrüfatlarda  30  və  bəzən  də  55-60 t/ha 
məhsul ala bilirlər. 
Kimyəvi tərkibi. Şəkər çuğunduru bitkisinin müxtəlif orqan-
ları kimyəvi tərkibcə eyni olmur, onun beçərilmə şəraitindən, yaş 
həddindən  və  sortdan  asılı  olaraq  kəskin  surətdə  dəyişir.  Şəkər 
çuğundurunun  yarpaqlarının  havada  quru  kütləsində  11-12% su, 
38-39% sellüloz, 29-
30% nişasta və digər karbohidratlar 7,5-8% 
azotlu maddələr, 5-6% yağlar və 5%-ə yaxın kül maddələri var-
dır. Тoxumlarında nişasta, yağlar və azotlu maddələr üstünlük təş-
kil edir, toxu
mun  meyvəyanlığı  hissəsində  linqin,  sellüloz  və 
hemisellüloz daha çoxdur. 
Vegetasiya  dövrünü  davam  etdirən  yarpaqlarda  78-  85% su 
və  15-22%  quru  maddələr  toplanır,  cavan  yarpaqlarda  quru 
maddə,  yaşlı  yarpaqlara  nisbətən 1,5-2 dəfə azdır.Yarpağın quru 
madd
əsi  əsasən  karbohidratlardan  (9-15%)  ibarətdir.  Bundan 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə