Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

26 
 
siya dövründə düşən atmosfer çöküntülərinin miqdarından    asılı-
dır. 
Тorpağa  tələbatı.  Şəkər  çuğunduru  bir-birindən  çox  fərqli 
torpaq-
iqlim  şəratində  becərilə  bilir.  Çuğundur  əsasən  adi, 
qüvvətli qələvi, zəif qələvi, podzollaşmış qara torpaqlar və digər 
müxtəlif  torpaqlarda  becərilir.  Çuğunduru  boz-meşə,  çimli-pod-
zol
laşmış,  çəmən-boz,  şabalıdı  və  boz  torpaqlarda  da  becərmək 
olar. Humus təbəqəsinin qalınlığı-sıxlığı, kimyəvi tərkibi və su - 
fiziki xüsusiyyətlərinə görə yuxarıda adı çəkilən torpaq tipləri də 
bir-
birindən  kəskin  surətdə  seçilməklə,  çuğundurun  bioloji 
xüsusiyyətlərinə  eyni  qaydada  müvafiq  deyildir.  Qalın  humus 
təbəqəsinə malik (humusu üst təbəqədə olan) qara torpaqlar şəkər 
çuğunduru  yetişdirmək  üçün  ən  əlverişli  torpaqlar  sayılır.  Bu 
torpaqlar eyni zamanda neytral reaksiyalı və ya zəif turş reaksiyası 
və yaxşı su-fiziki xüsusiyyətlərə malik olmalıdır. 
Тorpaq  yumşaq  quruluş  və  strukturda  olduqda  onda  şəkər 
çuğunduru üçün ən əlverişli (1:1) hava və su nisbəti təmin edilmiş 
olur. 
Şəkər  çuğundurunun  boy  proseslərinin  yavaşıması  və  kökü-
meyvə məhsulunun azalması əsas mineral elementlərin - azotun, 
fosforun,  kaliumun 
və  başqa  qida  maddələrinin  çatışmazlığı 
şəraitində baş verir. 
Azot. 
Şəkər  çuğundurunun  istifadə  etdiyi  külli  miqdar 
mineral qida elementləri içərisində azotun xüsusi rolu vardır. Belə 
ki,  bu  maddə  bitki  orqanizmin  normal  həyatı  üçün  mütləq  olan 
bütün amin turşuların, fosfamidlərin tərkib hissəsi -- komponenti 
sayılır. Hər hektardan 30 ton şəkər çuğunduru alındıqda, bu bitki 
120-
160 kq azot, yəni, dənli taxıl bitkilərində olduğundan (3 t/ha 
məhsuldarlıqla) 1,9-2 dəfə çox azot tələb edir. Məşhur aqrokimya 
alimləri müəyyən etmişlər ki, şəkər çuğundurunun azot qidasının 
əsasını  azot  birləşmələrinin  ammiak  və      nitrat  formaları  təşkil 
edir. 
Şəkər  çuğunduru  bütün  vegetasiya  boyu  azota  tələbat  gös-
tərməsinə baxmayaraq, vegetasiyanın birinci yarısında, yəni assi-
milyasiya  səthinin  intensiv  artan  vaxtı  azotun  çatışmaması  bit-
kinin  boyatma  və  inkişafını  çiddi  surətdə  pozur.  Azotun  çatış-


27 
 
maması birinci növbədə bitkinin boyverməsini zəiflədir. Bununla 
yanaşı  toxum  cücərən  dövrdə  torpaqda  azotun  həddən  artıq 
olması,  cücərtilərin  sıxıntı  çəkməsinə  səbəb  olur.  Xüsusən, 
bitkinin şəkər toplama fazasında azotun çox olmasına heç vaxt yol 
vermək  olmaz.  Bu  dövrdə  güclü  azot  qidalanması  yeni  yarpaq-
ların  intensiv  surətdə  əmələ  gəlməsinə  səbəb  olur  ki,  bunun 
sayəsində də əvvəlki fazalarda toplanmış plastik maddələr, hətta 
belə  şəkər  həmin  təzə  yarpaqlara  sərf  edilir.  Bu  hal  isə  öz 
növbəsində  kökümeyvədə  şəkər  faizinin  azalmasına  təsir   
göstərir. 
Ançaq  bilmək  lazımdır  ki,  podzollaşmış  torpaqlarda  şəkər 
çuğunduru  əkinlərində  azotun  kaliumla  əlaqəli  verilməsi 
kökümeyvə  məhsulunu  kəskin  surətdə  artırmaqla  yanaşı,  burada 
şəkər  faizini  də  artırır.  Əksinə,  qartorpaqlarda  azotun  yüksək 
normalarının  tətbiqi  şəkər  çuğundurunda  şəkər  faizinin  aşağı 
düşməsinə səbəb olur. 
Fosfor. 
Şəkər çuğunduru azot və kaliuma nisbətən fosfora az 
tələbkardır, lakin bu elementin yüksək məhsulun formalaşmasında 
rolu  böyükdür.  Fosfor  yarpaqların  boyverməsini  yaxşılaşdırır  və 
köklərin  torpağın  daha  dərin  qatlarına  getməsinə  əlverişli  şərait 
yaradır.  Şəkər  çuğunduru  fosforla  tələb  edilən  qədər  təmin 
e
dildikdə, o, quraqlığa davamlı olur və bununla yanaşı istər vege-
tasiya dövründə və istərsə də məhsulun saxlanılması müddətində 
göbələk xəstəliklərinə qarşı davamlı olur, həmçinin kökümeyvədə 
şəkərin toplanmasında da   fosforun rolu böyükdür. 
Bütün vegetas
iya  ərzində  fosforun  istifadəsi  nisbətən  eyni 
miqdarda  olur.  Fosfor  aclığında  yarpaqların  və  kökümeyvənin 
boyvermə tempi zəifləyir və eyni zamanda yarpaqların vaxtından 
qabaq  qocalıb,  məhv  olması  baş  verir.  Həmin  hal  eyni  ilə 
torpaqda həddən artıq fosfor  olduqda da müşahidə edilir. 
Kalium. 
Bu element də şəkər çuğunduru üçün azot və fosfor 
kimi vacibdir. Protoplazmanın yaşama fəaliyyəti, karbohidratların 
əmələ  gəlməsi  və  bunların  hərəkətinin  intensivliyi  və  digər 
proseslər  kaliumun  olması  ilə  sıx  surətdə  bağlıdır.  Тorpaqda 
kalium çatışmadıqda kökümeyvə və şəkər məhsulu azalır. 


28 
 
Şəkər  çuğunduru  yaşama  fəaliyyətinin  birinci  ili  kaliumu 
azotdan 1,5-
2 dəfə, fosfordan isə 4-5 dəfə çox sərf edir. Çuğun-
durun  torpaqda  kaliumdan  istifadəsi  cücərmə  fazasından  məhsul 
y
ığımına kimi davam edir. Ancaq, bu elementə nisbətən çox tələ-
bat bitkinin cavan vaxtında, yəni üçüncü-dördünçü cüt yarpaqlar 
fazasında  baş  verir.  Kaliuma  tələbat  ölçülərdə  yarpaq  və  kökü-
meyvənin intensiv artması ilə əlaqədardır. 
Bundan  başqa,  kalium  bitkinin  soyuğadavamlılığını  artırır. 
Kaliumla  tələb  olunan  qədər  gübrələmə  bitkinin  xəstəliklərə  da-
vam
lılığını  artırır,  yığılmış  məhsulun  keyfiyyətini  xeyli  yaxşı-
laşdırır,  Əksinə  torpaqda  kalium  çatışmadıqda,  yarpaq  və  kökü-
meyvənin  boyverməsi  zəifləyir,  yarpaqlar soluxur, plastik qida 
maddələrinin  axımı  pozulur,  bakteriya  və  göbələk  xəstəliklərinə 
dözümlülük azalır. 
Kükürd. 
bitki  hüceyrələrinin  tərkib  hissəsinə  daxil  olur. 
Əgər  torpaqda  kükürd  çatmazsa,  çuğundur  yarpaqlarının  səthini 
qonur ləkələr bürüyür, yarpaq əvvəlcə saralır, sonra isə quruyur. 
Maqnezium.   
xlorofil  dənəciklərinin  tərkibinə  daxil  olub, 
bitki tərəfindən fosfor turşusunun mənimsənilməsinə kömək edir. 
Manqan. 
çuğundur yarlaqlarında şəkərin toplanaraq köklərə 
doğru  hərəkət  etməsinə  təsir  edir.  Bununla  bərabər,  bitkinin 
böyüməsini sürətləndirir və xloroz xəstəliyinin qarşısını alır. 
Bor. 
bitkidə  katalizator  kimi  iştirak  edir  və  çuğuidur 
kökündə şəkərin toplanmasına təsir edir. Çuğundur yarpaqlarında 
bor  çatmadıqda  bitki  saralır,  boy  nöqtəsi  tələf  olur  və  bitki 
kökünün özəyində çürümə xəstəliyi baş verir. 
Sort və hibridləri. Şəkər çuğundurunun daha məhsuldar sort 
və  hibridlərinin  alınmasında  böyük  işlər  görülmüşdür.  Dünya 
praktikasında birinci olaraq, şəkər çuğundurunun birtoxumlu sort 
və hibridləri alınmışdır. Birtoxumlu sort və hibridlərin istehsalat 
şəraitində geniş yayılması çuğundurçuluğun sənaye texnologiyası 
əsaslarına  keçməsinə  şərait  yaratmışdır.  Belə  səpinlərdə  sənaye 
texnologiyasına müvafiq kompleks tədbirlərin həyata keçirilməsi 
əsasında çuğundurun əl əməyi tətbiq etmədən becərilməsinə tam 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə