41
çılıqla məşğul olan təsərrüfatlarda 60-90 sm-lik cərgəaralarına və
qarğıdalı-tərəvəz təsərrüfatlarında 70 sm-lik cərgələri becərməyə
imkan verən kompleks maşınlar olur. Ona görə də əgər təsər-
rüfatda çuğundurun becərilməsinə aid xüsusi, kompleks çuğundur
maşınları olmazsa, onda bu bitkinin becərilməsində pambıq,
qarğıdalı və ya tərəvəz texnikasından (CCT-8А, CCH-12, CK-18,
CKP-12, CCT-12A, CCT-12
Б) istifadə etməyə imkan verən səpin
üsulu seçilməlidir
400-
500 sentner kökümeyvə məhsulu almaq üçün yığım-
qabağı hektarda 95-100 min bitki olmalıdır. Cərgəarası 60 sm olan
suvarma zonalarında bitkiarası məsafə 10-15 sm götürülür. Hal-
hazırda punktir səpin üsulu daha geniş tətbiq olunan əlverişli üsul
sayılır. Bu üsulda toxumlar arasında məsafə qoyulur, normal
cücərtilər alındığından seyrəltməyə ehtiyac qalmır. Hər metrə 20
toxum səpilir.
Adi texnologiya ilə becərdikdə cərgəarası 60 sm olduqda
səpin norması hektara 10-12 kq, (bir metrə 35-38 kələfcə) 45 sm
olduqda isə 30 kq götürülür.
Müasir texnologiyaya əsasən çuğundur sıx yuva üsulu ilə
səpilir. Səpən maşınlardan cərgələrarası 45 sm olan, 2 СТСН-6А,
ССТ -12А,WIC-12 və ССТ-12 Б və s. göstərmək olar. Suvarılan
rayonlarda isə səpin SSТ-8A toxumsəpəni ilə 60 sm-lik cərgələrlə
səpilir.
Sənaye texnologiyasında hektara səpin norması 6-8 kq, (bir
metrə 12-14 meyvə), alaqlardan təmiz, münbit, habelə xəstəlik və
zərərvericilərdən təmiz sahələrdə 1 metr cərgəyə 9-10 kələfcə,
(4,5-
6,0 kq) səpmək olar.
Səpin norması aşağıdakı düsturla təyin olunur:
100
×
×
=
T
S
B
N
Burada:
N –
hektara səpiləcək toxum, kq-la; B – hektarda tələb olunan
42
bitki, mln. ədədlə;
S -
1000 ədəd toxumun kütləsi, qr- la; T – səpiləcək toxumun
yararlılıq dərəcəsi, %-lə.
Tutaq ki, B = 0,1 milyon, S = 15 qr., T = 95%-dir.
Onda
kq
x
x
N
58
,
1
100
95
15
1
,
0
=
=
. Deməli bir hektarda
100 min bitki olması üçün 1,58 kq toxum səpilməlidir (təmiz
tox
um). Təsərrüfarlarda isə torpağa ən azı 25-30 kq toxum səpilir
və sonra onu çoxlu zəhmət çəkərək seyrəldirlər.
Çoxtoxumlu diploid şəkər çuğundurunun 1000 ədəd meyvə-
sinin kütləsi 25 qr-dan, birtoxumlu diploid şəkər çuğundurununku
15 qr.- dan, çoxtoxumlu po
liploid şəkər çuğundurunun isə 1000
ədəd meyvəsinin kütləsi 30 qr-dan aşağı olmur.
Torpaq səpinə yaxşı hazırlandıqda və səpin üçün yüksək
keyfiyyətli toxum işlətdikdə hər metr cərgəyə 10-15 toxum səpib
6-
7 cücərti saxlamaq məsləhətdir. Səpin zamanı aqreqat saatda 4-5
km sürətlə hərəkət etməlidir.
Şəkər çuğunduru toxumunun optimal səpin dərinliyi 3-4 sm-
dir. Bəzən yüngül qranulometrik tərkibli, səpin dövründə üst qatı
quruyan torpaqlarda dərinliyi 5 sm-ə qədər artırmaq olar. Тorpaq
lazımı dərəcədə nəmli olduqda ССТ-125 markalı kipvarı toxum
kanalı olan toxumsəpənlə səpin dərinliyini 2,5-3 sm-də götürmək
mümkündür.
Şəkər çuğunduru cücərtilərinin seyrəldilməsində - formaya
salınmasında əl əməyini tam aradan qaldırmaq və ya kəskin
surətdə azaltmaq səpin normasından çox asılıdır. Səpin norma-
sının artırılıb- azaldılmasıi aşağıdakı amillərlə bağlıdır: bölgənin
torpaq-
iqlim şəraiti, əkinçilik mədəniyyətinin ümumi səviyyəsi,
toxumun və torpağın səpinqabağı hazırlanma keyfiyyəti,
ziyanverici və xəstəliklərin yayılma dərəcəsi, tarlanın alaqlanma
səviyyəsi, səpin üçün lazımı texniki vasitələrin olması və s. Şəkər
çuğundurunun səpin normasının təyinatı, ümumiyyətlə bu bitkinin
43
istehsal texnologiyasını müəyyənəşdirən əsas amildir. Cücərtilərin
seyrəldilməsi - formaya salınması əllə aparıldığı hallarda səpin
norması 32-34 kq/ha müəyyənləşdirilmişdir. Bəzi yerlərdə hətta
45-48 kq/ha-
ya çatdırılır. Birtoxumlu sortların yaradılması ilə
norma 15-
20 kq/ha qədər azaldılmışdır. 2 СТСН-6 А markalı
dəqiq üsulla toxumsəpən alətlərin meydana gəlməsi və tətbiqi ilə
çuğundurun cərgəvi səpinindən punktir, yəni sıxyuva üsulu ilə
səpininə keçməyə əlverişli şərait yaranmışdır. Bu halda səpin
normasını toxumun kütləsinə görə yox, daha dəqiq üsulla, yəni
cərgənin 1 m uzununa səpiləçək toxumların miqdarı və ya onların
bir-
birindən neçə santimetr aralı səpilməsinə görə müəyyənləş-
dir
məyə başlamışlar.
Birtoxumlu sortlar üçün 1 m
2
uzununa 25-
35 toxum olmasını
təmin edən səpin norması daha üstündür. Belə ki, bu halda
buketləşmə və cərgədə seyrəltmə üsulu ilə şəkər çuğunduru
cücərtilərinin formalaşdırılmasına sərf edilən əl əməyini 20-50%
azaltmaq mümkündür.
Тoxumun yüksək tarla cücərməsi 50-60% olan birtoxumlu
sortların meyvələrinin (toxumlarının) səpində istifadəsi hesabına
səpin normasını 1 metrə 18-22 ədəd toxuma kimi endirmək müm-
kündür. Bu halda çuğundur cücərtilərinin mexaniki formalaş-
dırılması - seyrəldilməsi üçün də əlverişli şərait yaranır.
Şəkər çuğunduru cücərtilərinin seyrəldilməsi əməliyyatının
tam mexanik
ləşdirilməsi üçün aşağıdakı variantlar tövsiyə edilir:
1)
alaqlardan təmiz tarlalarda, alaqları tam ləğv etmək üçün
herbisidlər sistemi tətbiq edildiyi şəraitdə, ziyanverici və xəstə-
liklərlə mübarizədə lazımi mühafizə tədbirləri həyata keçirildiyi,
cərgənin hər metrinə 9-dan 14-ə qədər toxum səpilməsi şəraitində
bircücərtili toxumların 85%-dən aşağı olmayan cücərmə
qabiliyyəti olması şərtilə. Bu halda hər metrdə 6-7 şəkər çuğun-
duru cücərtisi əmələ gəlməsinə tam şərait yaranır ki, bu da hər
hektarda son bitki sıxlığına müvafiqdir;
2)
tarla alaqlarla ciddi zibillənirsə, səpin norması artıq gö-
türü
lüb, sonra mexaniki seyrəltmə (çox alaqlı yerlərdə buketləmə,
nisbətən az alaqlı sahələrdə isə cərgənin uzununa seyrəltmə yerinə
Dostları ilə paylaş: |