|
Damğalar, rəmzlər mənimsəmələr Araz QurbanovDamğalar, rəmzlər… mənimsəmələr
Damğalar, rəmzlər… mənimsəmələr
- 305 -
30
Ən qədim variantlarına Midiya
dövləti rəmzləri içərisində
rast gəlinir. Konstruktiv
baxımdan oğuzların çəbni
boyunun damğa işarəsinə
bənzəyir («Divani lüğət-it
Türk»). Göytürk mətnlərində
(z) işarəsinin
(Talas,
Yenisey) və
(ğ) qrafeminin
(Talas)
variantları kimi
istifadə olunub. Altay, Xəzər,
Polşa-Litva tatarları və
Azərbaycan xalçaçılıq sənətində
geniş yayılan ornamentlərdəndir.
79
Damğa adı: «qaz ayağı». Eyni
zamanda, rəmz olaraq onqon yırtıcı
quşların (şahin, qartal, bozdoğan,
ağbaba və s.) caynaqlarının təsviri
kimi qəbul edilir. Oğuz tayfalarının
damğaları içərisində fərqli
variantları vardır. Onun yuxarıya
yönələn tipi
Qərbi Azərbaycan
qayaüstü təsvirlərində yer almışdır.
Oğuzların salur, biçene tayflarının
damğaları, hun və macar
rəmzləri içərisində də rast gəlinir.
31
Damğa adı: «göz» (gözlər).
Mərkəzi Asiya və Krım tatarlarının
arqın (arqun) və altın tayfalarına
aid nəsillərin damğasıdır.
80
Göytürk əlifbasında cingiltili «u»
saitini bildirir. Damğa qismində
«qarmaq» işarəsinin bir variantıdır.
32
Damağa adı: «təkər». Ön və
Mərkəzi Asiyada, Şərqi Avropada,
Altaylarda geniş yayılmışdır.
Tenqri-Günəş rəmzlərindən olan
dairənin
və açanın (xaçın)
birləşməsindən yarandığı bildirilir.
Rəmzin digər yozumuna əsasən,
yenə də Günəşi təcəssüm etdirən
«çərxi-fələk» işarəsinin qrafik
variantlarındandır -
81
Bu qrafem Göytürk əlifbasında
kipləşən sonor «n» samitini ifadə
etmək üçün işlədilir. Damğa işarəsi
kimi «yay» adlanır.
33
Mərkəzi Asiyada damğa adı:
«botagözü» (köşək gözü).
Nəzərlik kimi türk xalqlarının
xalçaçılıq sənətində geniş tətbiq
edilir.
82
Şimali Qafqazda yaşayan
qaraçayların «kosxar» (qoçqar,
qoşqar), tülpar, semen nəsillərinin
damğası. Azərbaycan qayaüstü
təsvirlərində işarənin
variantına da rast gəlinir.
Damğalar, rəmzlər… mənimsəmələr
- 306 -
34
Damğa işarəsi kimi semantikası
«alaçıq qapısı» şəklində izah
edilir. «Bucaq» adı ilə də tanınır.
Dərbənd işarələri arasında
variantları da vardır.
Orxon və Yenisey mətnlərində
açıq «o» və qapalı «u» saitlərini
ifadə edir. Uyğur əlifbasında
(«Kutadqu-bilik») sözün
əvvəlində işlədilən «i» səsini
ifadə edir. Mahmud Kaşğarinin
təsnifatında qoşa variantı
oğuzların dodurğa tayfasının
damğasıdır.
83
Dilarxası kar «k» samiti. Yalnız «ı»
saiti ilə qonşuluqda işlədilir. Onun
variantı damğa təsnifatında
Humay Ananın sakral rəmzi kimi
«bitik», «tumar», «nəzərlik duası»
adlarını daşıyır. Azərbaycan
xalçaçılıq sənətində işarəyə
«nəzərlik» deyilir. Mərkəzi Asiya
və Altaylarda bir adı da «üç
tolukdur». Damğanın
variantı isə
«qalxan» adlanır. Antik müəlliflərin
əsərlərində Qafqaz Albaniyası atlı
döyüşçülərinin üçkünc qalxanla
silahlandıqları bildirilir. Eyni tipli
müdafiə vasitəsi ilkin orta əsrlərdə
Mərkəzi Asiyada da yayılmışdı.
35
Damğa adı: «Barxan». Mərkəzi
Asiya, Azərbaycan, o cümlədən
Qafqaz Albaniyasının maddi-
mədəniyyət nümunələri arasında
rast gəlinir. «Məskunlaşma»,
«binə salma» kimi izah olunur.
Oğuzların dögər boyunun
damğası ilə
eyni
semantikaya malikdir. «Yurd
salmaq», «çadır (alaçıq qurmaq»,
«məskunlaşmaq» anlamını verən
bu damğa işarələri Mərkəzi
Asiyada «barxan» adlanır.
84
Damğa adları: «çəkic», «kərki»,
«təbər», «sakar» (ikiağızlı saka-skif
baltası). Mərkəzi Asiyanın, Şimali
Qafqazın və Krımın qıpçaq tayfaları
arasında daha çox yayılmışdır.
«Təvarixi al- i Səlcuq» əsərinə
əsasən, oğuzların çəbni tayfasının
damğası olmuşdur. Noqayların
toymas və saray tayfalarının da
rəmzidir.
36
Göytürk mətnlərində qalın samitli
sözlərdə sonor «r» samitini ifadə
edir. Tək halda «ar» kimi oxunur.
Altaylarda damğa işarəsi kimi
«teqelü sarkay» (qarmaqlı xaç)
adlanır.
85
Kipləşən dilortası «k» samitini
(kitab, kök, kəmər) bildirir. Mərkəzi
Asiyada, Volqaboyunda damğa adı:
«kuray» (qarğı ney)
37
Qıpçaq kökənli xalqlar bu damğa
işarəsini «Ay yürektü» (ürəkli Ay)
adlandırırlar.
86
«Təvarixi al- i Səlcuq» əsərinə
görə, oğuzun bügdüz tayfasının
damğasıdır.
38
Qazaxların baybaktı tayfasına
məxsus işarədir. «Kutadqu-
bilik» mətninin yazıldığı uyğur
əlifbasında
işarəsi «n» səsini
bildirir. Damğa adı: «barmaq».
87
Mərkəzi Asiyada qazaxların «suan»
(suvar) tayfasına aid edilir. Uyğur
əlifbasında («Kutadqu-bilik») sözün
əvvəlində işlədilən «ö», «o» səslərini
bildirmək üçün istifadə edilir.
39
Uyğur əlifbasında («Kutadqu-
bilik») sözün sonunda işlədilən
«g», «k» səslərini ifadə edir.
88
Kipləşən, dilortası cingiltili «g»
samitini ifadə edir. Damğa adı «ney»
və ya «kuray».
Dostları ilə paylaş: |
|
|