Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə123/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   120   121   122   123   124   125   126   127   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 309 -
ayrı  salnaməçilər  bu  keçiddən  danışarkən  «Xəzər  qapısı»,  «Alban  qapısı», 
«Hun keçidi», «Qafqaz qapısı» kimi adlar  işlətmişlər. Bu şəhərin adını və 
qala divarlarının inşaasını sasani hökmdarı I Xosrov Ənuşirəvanın eramızın 
VI  əsrində  Qafqaza  yürüşü  ilə  əlaqələndirənlər,  məsələn,  Rusiya  Elmlər 
Akademiyası Dağıstan  Elm  Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya 
İnstitutunun    işçisi  İqor  Semyonov, 
189
  yəqin  ki,  bu  suala  cavab  verməkdə 
çətinlik cəkməzlər. Belə ki, qədim yaşayış məntəqəsi kimi Dərbəndin tarixinin 
5  min  il  olması  barədə  iddialara  baxmayaraq,  şəhər  kimi  onun  təqribən 
2500  il  yaşı  vardır.  Yəni  onun    təməli  təxminən  eramızdan  450  il  əvvəl 
qoyulmuş  və  sasanilər  orta  hesabla  min  il  sonra  bu  şəhəri  ələ  keçirmişlər. 
Elə isə onda həmin min il ərzində bu şəhərin adı nə olmuşdur? İkincisi, əgər 
rəsmi  tarixşünaslıqda  bildirildiyi  kimi, 
«sasani  şahları  öz  imperiyalarını 
köçəri  hunlardan,  sonrakı  dövrlərdə  isə  xəzərlərdən  qorumaq  üçün 
Dərbənd şəhərinə və onun strateji əhəmiyyətinə xüsusi diqqət verir və 
II  Yezdəgirdin  hakimiyyəti  dövründə  Beşbarmaq  dağının  zirvəsində 
müdafiə əhəmiyyətli ilk istehkamın (Beşbarmaq səddinin) inşasını həyata 
keçirmişdilərsə» nə üçün Dərbənd qala divarlarının və Beşbarmaq tikililərinin 
hörgü daşları üzərində sasani rəmzlərinin bir nümunəsi də yoxdur? Əvəzində 
isə yüzlərlə hun, xəzər və digər türk dayfalarının etnik damğa işarələri həkk 
edilmişdir?! 
 Eramızın VIII əsrinin birinci yarısında İkinci Türk Xaqanlığının görkəmli 
hərbi-siyasi  xadimlərindən  olan  Tonyukuka  həsr  olunmuş  daş  kitabələrdə 
(725/726)  də  «Temir  Kapığ
»  ifadəsinə  rast  gəlinir.  Bundan  başqa,  Bilgə 
xaqan  (683/4-734)  abidəsində  də  müdafiə  səddi  anlamında  «Temir  Kapığ» 
ifasinə təsadüf olunur: «
Temir Kapığka təgi konturmuş. İki ara idi oksuz 
ili  ança  olur  etmiş».
190
  Bu  mətnin  sadələşdirilmiş  yozumu  belədir:  «Dəmir 
Qapıya,  iki müdafiə səddi (divarları) arasındakı ərazidə  (Bilgə xaqan) oxsuz 
(oxlara  bölünməyən,  tayfalara  parçalanmayan)  xalqı  yerləşdirmişdir».  Əski 
türk dillərində hərbi termin olan və «keçilməz yer», «qorunan keçid» anlamını 
verən bu ifadə «Dəmir Qapı», «Temir Kapïğ», «Vaskapu», «Dömörkapu» kimi 
toponimlər şəklində Mərkəzi və Ön Asiyada, Şərqi Avropada da qalmaqdadır. 
Tədqiqatçıların qənaətinə görə, ən məşhur «dəmir qapı» Amudərya və Sirdərya 
çayları arasında yerləşən bölgədə – Baysuntau dağında, Səmərqənd-Termez yolu 
üzərindəki dar keçid olmuşdur. Buradakı kəndlərdən biri isə «Dərbənd» adlanır. 
189
  И.Семенов. «Сасаниды и строительство Дербентского оборонительного комплекса», http://www.
gumilev-center.az/sasanidy-i-stroitelstvo-derbentskogo-oboronitelnogo-kompleksa/ 
190  
Ə.Rəcəbli. «Qədim türk yazısı abidələri», 1-ci cild. Bakı, 2009


Damğalar, rəmzlər… mənimsəmələr
- 310 -
Mərkəzi  Asiyada  digər  «dəmir  qapı»  Bəlx  şəhərini  Səmərqəndlə  bağlayan, 
eni  12-14  metr,  uzunluğu  isə  3  kilometrə  çatan  ensiz  keçiddir.  Türklərin 
məskunlaşdıqları başqa bir ərazidə - Şimali Karpat dağlarında, Dunay çayının 
keçdiyi  boğazlardan  biri  də  «Dəmir  qapı»  kimi  tanınmaqdadır.  Macarıstan 
Elmlər Akademiyasının professoru, tanınmış altayşünas İmre Baski Qafqazdakı 
«Dəmir  qapı»  toponiminin  Dərbənd  şəhərinin  ilkin  adlarından  olmasına 
əmindir    və  bu  toponim  ilk  dövrlərdə  təkcə  şəhəri  deyil,  onun  yaxınlığında 
strateji xarakter daşıyan keçidi də əhatə etmişdir. Belə ki, türk xalqları (hunlar, 
avarlar, xəzərlər) qədim advermə tərzlərini Qafqazda da tətbiq etmiş, Mərkəzi 
Asiyadakı strateji keçidlərin  analoqunu bu regionda da tapmış, onu «Dəmir 
qapı» adlandırmışlar. Müəllif «Kitabi-Dədə Korqud» eposundakı 
«Dəmir qapı 
Dərbənddəki dəmir qapını təpip alan Kıyan Səlcuq» ifadəsini misal çəkərək, 
ikinci  «dəmir  qapı»  sözlərinin  şəhərə  deyil,  məhz  Xəzər  dənizi  və  Qafqaz 
dağları arasındakı dar keçidə aid olduğunu bildirir. İ.Baski türklərin regiondakı 
qədim müdafiə səddini Dərbənd və onun ətrafları ilə məhdudlaşdırmır, onun 
mürəkkəb sistem olaraq, Azərbaycanın şimal bölgələrini də əhatə etməsindən 
əmindir. Alim yazır:
 «Təbii ki, qapının olduğu yerdə möhkəm divarların və 
ya hər hansı bir barmaqlığın mövcudluğu vacibdir. Bu, belə də olmuşdur! 
Təqribən 508-ci ildə «Beş barmaq» adlanan yerdən daş və bişmiş kərpicdən 
divarın inşaasına başlanılmışdır. Bu sədd şimala doğru 3650 metr, cənub 
istiqamətinə isə 3500 metr uzanırdı. Bir-birindən 350-450 metr aralıda olan 
bu iki paralel divar Xəzər dənizinin hüdudlarınadək davam etmişdir».
191
 
Burada  maraq  doğuran  və  tədqiqatçının  qənaətini  təsdiqləyən  məqamlardan 
biri  Dərbənd  qala  divarlarındakı  işarələrlə  Beşbarmaq  dağındakı  damğaların 
(L.Lavrovun  təsnifatı)  identikliyidir.  Bundan  başqa,  İmre  Baski  araşdırmalar 
nəticəsində  türk  xalqlarının  tarixən  məskunlaşdıqları  ərazilərdə  –  Mərkəzi 
Asiyada,  Qafqazda, Azərbaycanda,  Türkiyədə,  Macarıstanda,  Makedoniyada 
ensiz  keçidlər,  möhkəm  müdafiə  sədləri  ilə  bağlı  olan    və  sonralar  yaşayış 
məntəqələrinə çevrilən 30-dan çox «Dəmirqapı»,  «Dəmirqapıy»,  «Dömirqaı» 
və  macar  dilinə  kalka  şəklində  tərcümə  olunmuş  «Vaskapu»  toponimini  də 
müəyyən etmişdir.
191  I. Baski. “Demirkapilar  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
  I. Baski. “Demirkapilar  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
I. Baski. “Demirkapilar  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
. Baski. “Demirkapilar  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
Baski. “Demirkapilar  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
. “Demirkapilar  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
Demirkapilar  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
  (Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
Temir Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
 Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
Qapïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
ïğ, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
, Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
Vaskapu, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
, Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
Dömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
ömörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
mörkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
örkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
rkapu)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
)”,  makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
makale  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
  I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
I. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
. Uluslararası Türk Dünyası Kültür Kurultayı 
Uluslararası Türk Dünyası Kültür Kurultayı 
ı Türk Dünyası Kültür Kurultayı 
Türk Dünyası Kültür Kurultayı 
ürk Dünyası Kültür Kurultayı 
rk Dünyası Kültür Kurultayı 
 Dünyası Kültür Kurultayı 
Dünyası Kültür Kurultayı 
ünyası Kültür Kurultayı 
nyası Kültür Kurultayı 
ı Kültür Kurultayı 
Kültür Kurultayı 
ültür Kurultayı 
ltür Kurultayı 
ür Kurultayı 
r Kurultayı 
 Kurultayı 
Kurultayı ı 
(9-15 Nisan 2006 Çeşme-İzmir)’nda bildiri olarak sunulmuştur,  http://www.turkishstudies.net/Makaleler/1415210500_
baskiimre.pdf


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə