Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə119/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   115   116   117   118   119   120   121   122   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 301 -
7
Əlifbada liqatür işarə kimi 
«nt» səsini bildirir. Qədim 
qardaşlaşma, qana and içmək 
ənənəsini özündə əks etdirən 
sakral türk damğalarından biridir 
və «and» adlanır.
56
 
Göytürk əlifbasında «a» saitini 
bildirir. Orxon mətnlərində   
 
bəzən isə   şəklində yazılır. Damğa 
işarəsi və xalça ornamenti kimi 
«qarmaq», «çəngəl», «qaz boynu», 
«dəvə boynu» və «it quyruğu» 
adlanır. «Divani lüğət-it Türk» 
əsərində   işarəsi oğuzların bəydili 
tayfasının damğalarından biri kimi 
göstərilib.
8
Türk damğaları təsnifatında 
«Döngələk», «domalaq», «Gün 
belgisi» (Gün nişanı), «Domalaq 
ana», «Gün domalaq», 
«Nurullah», «Sarı baybişe», 
«Baybike», «Altun top», «Altun 
alma», «xalxa/halqa» kimi adları 
vardır. Eyni zamanda, Atillanın 
damğası kimi tanınır. Bu işarə 
Səfəvi hökmdarı II Təhmasibin də 
bayrağını bəzəmişdir. «Şəcəreyi-
Tərakimə» əsərində bu işarə həm 
də oğuzların alkaevli boyuna  aid 
edilmişdir.
57
 
   
Göytürk əlifbasında burunda tələffüz 
olunan «ŋ» səsini bildirmək üçün 
istifadə edilir. Yenisey mətnlərində 
 şəklində də yazılır. «Cami ət-
Təvarix» əsərində göstərilir ki, 
damğanın 
 
variantı oğuzların 
yazır boyunun damğasıdır. «Təvarixi 
al- i Səlcuq» və «Hünərnamə» isə 
onun tərs tipini   kızık tayfasına aid 
etmişdir. Həmin işarəyə «kuelqan» 
adı ilə başqırd damğaları içərisində 
rast gəlinir. Başqırdıstanın Ufa 
yaxınlığında yerləşən Çeşmə 
stansiyası ərazisindəki qədim məzar 
daşları üzərində orta əsrlərə aid 
analoji   damğa işarəsi aşkar 
olunmuşdur. 
9
Qalın əsaslı sözlərdə «ı», incə 
əsaslı sözlərdə isə «i» saitlərini 
bildirir. Damğa işarəsi kimi adı: 
«kösov».
58
«Cami ət-Təvarix» əsərində 
oğuzların karaevli boyunun damğası 
 kimi göstərilmişdir. 
10
 «Hünərnamə» və «Təvarixi 
al- i Səlcuq» əsərlərindəki 
damğa təsnifatında 
 işarəsi 
oğuzların bügdüz boyunun 
tanınma-fərqləndirmə nişanı kimi 
göstərilib.
59
Yenisey əlifba işarələrində «ŋ» 
səsini Talas işarələrində isə «nt» 
səsini, ifadə edir. Damğa nişanı kimi 
«ama», «abak» adlanır və qadın 
başlanğıcını - Yaranışı, Ana bətnini 
bildirir. 
11
    
«Şəcəreyi-Tərakimə» əsərinə 
əsasən, oğuzların dögər boyunun 
damğası 
 sayılır. Azərbaycan 
xalça ornamentləri sırasında 
«daraq» adlanır.
60
«Təvarixi al- i Səlcuq» və 
«Hünərnamə» əsərlərindəki damğa 
təsnifatlarında bu işarənin oğuzların 
yaparlı boyuna məxsus olması 
bildirilir. 
12
Həm Orxon, həm də Yenisey 
kitabələrində incə saitli sözlərdə 
kipləşən kar «t» samitini bildirən 
işarələrdəndir.
61
Göytürk yazılı abidələrində cingiltili 
«l» samitini ifadə edir. Damğa adı: 
«qarmaq».


Damğalar, rəmzlər… mənimsəmələr
- 302 -
13
Kipləşən qoşadodaq cingiltili 
«b» samitini bildirir. Damğa 
işarəsi xalça ornamenti kimi 
«qarmaq» adlanır.
62
Kipləşən, qoşadodaq kar «r» 
samitini bildirir. Damğa adı: 
«kösöv». Qədim uyğur əlifbasında   
qrafeminin bənzəridir.
14
«
Ocaq» anlamı verən damğa  
həm Krımın qıpçaq tayfalarında, 
həm də oğuzların alayuntlu 
boyunda (Əbdülqazi Bahadur 
xanın təsnifatında) vardır. 
Gəmiqaya, Qərbi Azərbaycan 
qayaüstü təsvirlərində rast gəlinir 
Azərbaycan xalça ornamenti kimi 
bu gün də istifadə olunur.
63
Damğa adı: «ikipıçak» (iki bıçaq), 
«qoşa süngü», «qıpçaq» olan bu 
işarə iki və daha çox tayfanın 
birliyini ifadə edir. Mərkəzi Asiyanın 
qıpçaq kökənli tayfaları arasında 
geniş yayılmışdır. «Şəcəreyi-
Tərakimə» əsərində   oğuzların 
karkın boyunun damğası olaraq 
göstərilib.
15
  
Damğa işarəsi kimi «ot» adlanır. 
Mərkəzi Asiyanın, Azərbaycanın 
xalça ornamentlərində bu gün 
də qalmaqdadır. «Quyruqlu ay» 
damğa işarəsinin   tərs formasıdır. 
64
Damğa işarəsi kimi «nal» adlanır. 
Mərkəzi Asiya, Şərqi Sibirin türk 
kökənli tayfaları arasında geniş 
yayılmışdır. 
16
Uyğur əlifbasında («Kutadqu-
bilik») 
 «d», «t» səslərini 
bildirir. Bu işarənin bənzərlərinə 
Xınalıq yazılı daşlarında da 
təsadüf olunur.
65
Ənənəvi hun damğalarından 
hesab olunur. V.Flerovanın  xəzər 
damğaları təsnifatında da təsvirləri 
verilmişdir. Qazax tayfalarının nəsil 
nişanlarında da rast gəlinir.
17
Şimali və Cənubi Qafqazda, o 
cümlədən Qafqaz Albaniyasında, 
Mərkəzi Asiyada, Volqaboyunda 
geniş yayılmış bu işarə «alban» 
adlanır. Xristian dini ilə 
əlaqəsi yoxdur. Hunların dulo 
tayfa ittifaqına daxil olmuş iri 
nəsillərdən birinin - suvarların 
damğa nişanlarındandır. 
Tenqri xan 
 və Günəş 
 
rəmzlərinin birliyini ifadə edir. 
Dərbənd işarələri arasında onun 
 variantına da rast gəlinir.
66
Damğa işarəsi kimi ilkin semantikası 
«ikiağızlı balta», «baltavar» olmuş, 
islam dininin türkdilli xalqlar 
arasında geniş yayılmasından 
sonra semantikası  «qazan» kimi 
yozulmuşdur. Yazıçıoğlu Əlinin 
«Təvarixi al- i Səlcuq» əsərindəki 
təsnifatda oğuzların alkaevli 
boyunun damğası kimi göstərilir. 
Bulqarların, Krım tatarlarının, 
noqayların tayfa-nəsil rəmzlərində 
də təsadüf olunur. Mərkəzi Asiyada 
«toskur» (təknə) adlanır.
18
Təkağızlı baltaya bənzəyən  işarə 
qədim türklərin hakimiyyət, 
dövlətçilik rəmzlərindən biri 
sayılıb. Damğa işarəsi kimi 
«balta» adlanır. Azərbaycanda, 
o cümlədən Qərbi Azərbaycanda 
baltalı tayfası ilə bağlı etnonimlər 
vardır. Bu damğa qazaxların 
baltalı tayfasının da rəmzidir.
67
İlkin damğa adı «qarmaq» 
olan işarə həm də «axar su» 
adı ilə Azərbaycan etnik xalça 
ornamentlərində qalmaqdadır. 
«Şəcəreyi-Tərakimə» əsərində bu 
damğanın oğuzun iqdır və kızık 
boylarına aid oduğu bildirilir. 
19
Damğa işarəsi kimi «eşik» 
adlanır və «qapı» anlamını verir.  68
Damğa adı: «çömçə». Mərkəzi 
Asiyada, Volqaboyunda və Krımda 
«çemiş» adı ilə yayılmışdır.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə