Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə124/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   120   121   122   123   124   125   126   127   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 311 -
Nəticə əvəzi
Adətən, hər hansı bir mövzuya həsr olunmuş kitab nəticə ilə tamamlanır. 
Burada  qaldırılan  məsələlərin  əhəmiyyəti,  araşdırma  metodları,  müəllifin 
əldə  etdiyi  qənaət  və  təklifləri  yer  alır. Amma  biz  mövzuya  nöqtə  vurmaq 
iddiasından  çox  uzağıq.  Çünki  məqsədimiz  etnik  damğa  işarələrinin 
öyrənilməsinin  vacibliyi  məsələsini  aktuallaşdırmaq  və  türk  xalqlarının, 
o  cümlədən  Azərbaycan  türklərinin  etnogenezi,  tarixi,  etnik  mədəniyyəti, 
dövlətçilik  ənənələri,  əski  inancları,  mifoloji  təfəkkürü  və  estetik  baxışları 
və  s.  ilə  üzvi  şəkildə  əlaqəli  olan  bu  mövzunu  gündəmə  gətirmək  və 
saxlamaqdır. Və sizə təqdim olunan bu kitab həmin mövzunun ictimai rəydə 
aprobasiyasıdır. Hazırda onun daha da genişləndirilmiş variantı üzərində işlər 
davam  etdirilir.  Burada  digər  məlumatlarla  yanaşı  xristian  simvolizmində 
yer almış ortaq türk damğa işarələri, erməni-qriqorian kilsəsində «xaçkar», 
«kaçkar» kimi təqdim olunan, əslində isə Mərkəzi Asiyadan Şərqi Avropaya, 
Ural  dağlarından  Cənubi  Qafqaza,  Anadoluya,  Cənubi  Azərbaycana  kimi 
nəhəng bir coğrafi ərazidə geniş yayılan, ayrı-ayrı türk xalqlarında «koçkar», 
«kaçkar», «qoçkar», «qoşqar», «koçkarok», «koçmüyüz», «aşamay», «yoncalı 
xaç», «elşən», «sarkay» və s. adlarla tanınan bərabərtərəfli Tanrı (Tenqri xan) 
rəmzi, Avropada «Georgi xaçı», «Malta xaçı» kimi yayılan hun işarəsi, rus 
tarixşünaslığının  türk  etnik  nişanlarını  özününküləşdirmə  səyləri  arxasında 
dayanan  siyasi  iddiaları,  Qafqaz  Albaniyası  əlifbası  qrafemlərinin  etnik 
mənşəyi, ermənilərin Midiya, Manna, saka-skif, massaget, hun, xəzər maddi-
mədəni  irsini,  səlcuqların,  məmlüklərin,  Ağqoyunlu,  Qaraqoyunlu,  Səfəvi 
xanədanlarının  dövlətçilik  rəmzlərini  mənimsəmə  cəhdləri,  erməni  kilsə 
tarixində açıq saxtakarlıq elementləri… ilə bağlı materiallar imkan daxilində 
öz əksini tapacaqdır. 
Britaniya tarixçisi və filosofu Tomas Karleyl deyirdi: 
«O xalq xoşbəxtdir 
ki, onun tarix kitabının bir hissəsi öyrənilməyib». Bu baxımdan türk xalqları 
ikiqat «xoşbəxt» və «bəxtəvərdirlər». Çünki onların etnik tarix kitabının çox 
hissəsinin  qatı  hələ  də  açılmayıb.  Azərbaycanda,  Türkiyədə,  Qazaxıstanda, 
Qırğızıstanda, Krımda, Tatarıstanda, Başqırdıstanda, Şimali Qafqazda və s. etnik 
damğa işarələrinə həsr olunmuş materiallarda bu təsvirlərə, bir qayda olaraq,
 
məhdud  etnomədəni  irs  müstəvisindən  yanaşılır,  bu  ərazidəki  ayrı-ayrı  nəsil 
və  tayfaların  tanınma-fərqləndirmə  nişanları  milli  ornamentlərin  prototipləri, 


Damğalar, rəmzlər… mənimsəmələr
- 312 -
ən yaxşı halda isə ilkin dövlətçilik rəmzləri kimi səciyyələndirilir. Lakin indiki 
şərait tamamilə fərqli yanaşma tərzi tələb edir. Məhz müasir dövrdə cərəyan 
edən  geosiyasi  və  etnosiyasi  proseslər  konkret  regionda  etnik  mövcudluğun 
qədimliyinin  təsdiqlənməsi  üçün  saxtalaşdırılması  mümkün  olmayan 
şəhadətnamələrin - damğa işarələrinin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə 
artırır. Yəni hər hansı bir ərazidəki qədim qayaüstü təsvirlər, tikililər və maddi-
mədəni irs nümunələri üzərindəki damğaların lokal milli maraqlar çərçivəsindən 
çıxarılması, vahid və ortaq irs, ümumtürk dəyərləri kontekstində öyrənilməsi, 
təqdim və təbliğ edilməsi türk xalqları arasında inteqrasiyanın, mədəni-mənəvi 
birliyin yaranmasında da əhəmiyyət daşıdığını önə çəkir. Tədqiqatlar göstərir 
ki,  bu  gün  damğa  işarələri  unudulmuş  artefakt  sayılsa  da,  əslində,  təkcə  bir 
xalqın deyil, etnosiyasi maraqlar çərçivəsində «türkdilli xalqlar» kimi təqdim 
olunan böyük və vahid subetnosun
 birliyinin təcəssümlərindən, rəmzlərindən, 
tarixi təsdiqlərindən  biridir. Damğa işarələri «Turan» anlayışını coğrafi məkan 
hüdudları ilə məhdudlaşdırmır, əsl Turanın daha geniş və daha qədim etnomədəni 
əraziyə malik olduğunu sübuta yetirir. Çünki türk xalqlarının məskunlaşdığı elə 
bir region yoxdur ki, orada damğa işarələrinə rast gəlinməsin. Tarixi Azərbaycan 
ərazilərində  isə  belə  tanınma-fərqləndirmə  nişanları  rəsmi  tarixşünaslığın, 
qondarma Altay  nəzəriyyəsi  tərəfdarlarının  bütün  iddialarının  əksinə  olaraq, 
«VII-XI əsrlərdə köçəri türk tayfalarının regiona kütləvi miqrasiyasından» qat-
qat qədimdir. O da həqiqətdir ki, türk tayfalarının regionda mövcudluğu tarixinin 
hunların, savirlərin, xəzərlərin, oğuz və qıpçaqların buraya orta əsrlərdə gəlişi 
ilə bağlanması və bu fikirlərlə razılaşmağımız nəticəsində böyük bir ərazidəki 
maddi-mənəvi irsin, dövlətçilik tarixinin başqaları tərəfindən mənimsənilməsinə 
ilk növbədə özümüz, məhz özümüz şərait yaratmışıq. 
Beləliklə, həmin işarələrin yaranma tarixi, semantikası, üslubu türklərin 
hələ  eramızdan  bir  neçə  il  əvvəl  burada  yaşadıqlarını  təsdiqləyir  və  rəsmi 
tarixşünaslığın  təlqin  etdiyi  məskunlaşma  dövrlərindən  min  illərlə  əvvəlki 
çağları  əhatə  edir.  Qobustan,  Gəmiqaya,  Kəlbəcər,  Geğam,  Dəvəboynu, 
Abaran  qayaüstü  təsvirlərində,  arxeoloji  qazıntılar  zamanı  aşkar  olunmuş 
materiallar üzərində damğa və rəmzlər tarixi Azərbaycan torpaqlarının coğrafi 
ərazisini  göstərməklə,  əski  türklərin  (prototürklərin)  Qafqazda, Anadoluda 
məskunlaşma  tarixi,  Aratta,  Midiya,  Manna  dövlətlərinin  etnik  mənzərəsi, 
Qafqaz  Albaniyasının  dominant  etnomədəniyyəti  haqqında  dəqiq  məlumat 
verməklə, mənimsəmə səylərinin qarşısına sədd çəkir. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 313 -
Bu kitabda ilkin məqsədimizə nə dərəcədə nail olduğumuzu dəyərləndirməyi 
isə Sizin - oxucuların ixtiyarına buraxırıq. Əminik ki, deməyə xeyli sözünüz 
olacaqdır.  Odur  ki,  Sizin  də  təklif  və  iradlarınızı,  tapıntılarınız  barədə 
məlumatları gözləyirik. 
Birlikdə güclüyük!


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə