ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Qarışqanın balasına yemək verirəm



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə16/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

 

62 


Qarışqanın balasına yemək verirəm,  

sənin balana yemək vermiyəcəm? 

 

Bu  olur  Nil  çayı  sahilində.  Yəni  Səudiyyə  Ərəbistanı 



ərazisində. Zəkəriyyə peyğəmbər olur. Görür ki, Əzrayıl gəlir, 

başdıyır  namaz  qılmağa.  Qutarmır  namazı,  nə  qədər  əlləşir, 

qutarmır.  Əzrayıl  gedir,  ikinci  dəfə  görür  yenə  Əzrayıl  gəlir. 

Başdıyır,  zikr  eləməyə.  Zikr  eliyəndə  Allah-təala,  Əzrayıl 

dəyməz insana. Eliyir, eliyir, eliyir, Əzrayıl da gözdüyür, göz-

düyür,  axırda,  gedir.  Üçüncü  dəfə  Əzrayıl  gəlir,  libasını  də-

yişir, başdıyır külünğü götürür, qəbir qazımağa. Bu da bunun 

yanınnan gəlib keçirmiş. Deyər: 

– Allah qüvvət versin. 

Deyər: 


– Sağ ol.  

Deyir: 


– Amma bu qəbiri qazıram, bilmirəm bu qazdığım qəbir 

həmin ölən adama boy verəcəy, vermiyəcəy? 

Deyir: 

– O adam nə boyda olar? 



Deyir: 

– Elə sən boyda. 

Deyir: 

– Uzan, sənin boyuvu ölçüm də mən. 



Uzanar, labasın dəyişər, deyər: 

–  Mən  Əzrayılam.  Bir  dəfə  gəldim,  gördüm,  namaz  qı-

lırsan, dinmədim, bir dəfə gəldim, gördüm, təsbeh çevirirsən, 

dinmədim. 

Deyir: 

– Onda mənə bir dəqiqə də ver, Allahnan danışım. 




 

63 


Deyir: 

– Hə, buyur. 

Gedir Allahın yanına. Deyər ki, mən öləcəm, mənim bir 

dənə qızım var, məndən sora onun aqibəti nə olacağ? 

Allah deyər: 

– Götür əsanı. 

Götürər əsanı. 

Deyər: 


– Vur çaya. 

Vurar çaya, çay quruyar, altında bir qaya görünər.  

Deyər: 

– Vur o qayaya. 



Vurar qayaya. 

Deyər: 


– Bir dənə də vur qayaya. 

Vurar  qayaya,  görər  bir  qarışqa  ağzında  bir  dənə  bığda 

balasına yeməy aparır.  

Deyər: 


–  Ya  mənim  həbibim,  mən  bu  boyda  çayın  altında  bir 

dənə  qaya  yaratmışam,  qayanın  altında  da  qaya.  Qarışqanın 

balasına yeməy verirəm, sənin balana yeməy vermiyəcəm? 

 

Böyük gələndə ayağa durarlar 

 

Bir  tələbə  bir  alimin  yanında  elm  öyrənirdi.  Tələbə  hər 



gün bulara gələndə din alimi qalxardı ayağa. Bir gün, iki gün, 

beş gün. Tələbə dedi: 

– Qurban olum, mən gələndə sən ayağa durmayasan. 

Dedi: 



 

64 


–  Bala,  sən  nə  karəsən  ki,  mən  ayağa  duram,  mən  sənə 

tərbiyə öyrədirəm. Yəni evə adam gələndə ayağa durarlar.  



 

Daş 

Peyğəmbərə daş atdılar, bu yıxıldı. Daş atan dedi: 

- Ə get gör öldü-ölmədi.  

Gəldi dedi:  

-  Peyğəmbər  deyir  İlahi,  mənə  daş  atanın  taxsırından 

keçmişəm səndə keç o, döndü müsəlman oldu.  

 

Hələ nəzəri üstümdədi 

 

Musa  Əleyhisalam  Turi-Sinaya  Allahla  danışmağa  ge-



dir.  Növbəti  dəfə  gedəndə  kəndlərində  bir  kasıb  lap  belə  lüt 

kasıb dedi: 

– Ya Musa, mənim ərzibəndiyimi eliyərsən Allah-talıya?  

Dedi:  


– Eliyərəm.  

Musa  Səlavatullah  Turi-Sinada  Allahla  danışandan 

sonra dedi: 

 –  Ya  Rəbbim,  bizim  kənddə  sənin  bir  bəndən  var,  lap 

lüt kasıbdı, ərzibəntdiyini eliyirəm.  

Dedi:  


– Gedib ona deyərsən ki, onu ondan da pis günə qoyacam.  

Gəlir. Deyir: 

– Ya Musa, neynədin?  

Deyir:  


– Elədin ərzibəntdiyimi?  

Dedi:  


– Hə, elədim.  


 

65 


Dedi:  

– Nə dedi?  

Dedi:  

– Onu ondan da pis günə




 

66 


Qonağın qəsri 

 

İbrahim Xəlil Peyğəmbər heç bir zaman qonağsız çörəy 



yeməzmiş.  Günlərin  bir  günündə  qonağı  gəlir.  Oturur,  bunu 

çörəy  yeməyə  dəvət  edir.  Bu  vaxt  bir  dənə  sail  gəlir.  Qonağ 

əlini  atır  xurcundan  bir  dənə  çörəy  verir.  Çörəyi  yeyəndən 

sonra yatırlar. Yatandan sonra İbrahim Xəlil Peyğəmbər yatır, 

yuxuda  görür  ki,  getdiyi  göyün  sahibi  odur.  Yeddinci  göydə 

mənim  qəsirimin  yanında  bir  dənə  qəsir.  Deyir  ki,  Ya  Rəb-

bim, bu kimin qəsridir? 

Deyir:  


–  Bu  sənin  evində  çörək  yeyən  qonağın  evidir,  çünki 

son çörəyini də sailə verdi. 

 

Əbabil quşları 

 

Əbabil  quşları  olub.  O  olub  Peyğəmbər  Salavatullah 



anadan  olmamışdan  qabağ.  O  quşlar,  deməli,  Əbabil  adlı  bir 

zalım olub. Gəlib Kəbəni dağıtmağdan ötrü. Qoşunnan gəlib-

di. Şəhər əhli şəhərdən çıxıb, təkcə Peyğəmbər Salavatullahın 

babası Mütəllib qalıb. Heç yerə getmiyib. Axşamçağı olubdu. 

Əbabil sifariş göndəribdir ki, gəlirik dağıtmağdan ötrü Kəbə-

ni. Bu vaxtı Mütəllib gəlib buların qarşısına deyib ki, mənim 

dəvələrimin başını sənin qoşunun kəsiblər. Dəvələrimi qaytar. 

Deyir  bir  bu  boyda  vilayət  üçün  gəlmişik,  sən  bir  dənə  dəvə 

üçün  gəlmisən.  Deyir  dəvənin  sahibi  mənəm,  onun  da  sahibi 

var, özü bilər, qoruyar onun sahibi. Odur ki, Əbabil görüb ki, 

əzəməti  belə  başqa  cürdür,  deyib.  Bunun  dəvələrini  qaytarın. 

Neçə  dəvəsini  kəsmisizsə,  qaytarın.  Bunun  dəvələrini  qayta-

rırlar.  Məqsəd  dəvə  deyildi,  məqsəd  o  idi  ki,  deyirdi  ki,  yəni 



 

67 


mən oranı Allaha tapşırmışam. Oranın yiyəsi var. Dəvənin yi-

yəsi  mənəm,  onun  yiyəsi  özü  bilər.  Gəldi  qapıda  dayandı  ki, 

Pərvərdigara, mənim gücüm çatmır, bu boyda qoşunun qarşı-

sında dayanan deyiləm. Bu sən, bu sənin evin.  Müdafiyə eli-

yərsən, sən bilərsən, eləmirsəndə, özün bilərsən.  

Odur ki, səhər qoşun hücum çəkibdi, fillərnən gəlibmiş-

lər.  Qoşun  ki  hücum  çəkübdü,  Məkkəyə  daxil  olublar.  Bu 

vaxt  göydən  əbabil  quşları  deyirlər,  bu  quşlar  ağızlarında  rə-

vayətə görə palçığdı, amma o palçığ oların dimdiyindən  yerə 

düşən kimi qurğuşun olub gəlib düşüb qoşun başçılarının ba-

şının  üstünə.  Bu  İlahi  bir  qüvvədi.  Qoşun  hamısı  məhv  olub. 

Orda  fillər  hamısı  hürküblər.  Qoşunnan  bi  nəfər  qaça-qaça 

gedib ki, getsin xəbər versin ki, Yəmənə ki, bəs belə qoşun qı-

rıldı.  Hamısı  öldülər.  Qalib  gələ  bilmədik.  O  bir  nəfər  gedə-

gedə  o  qoşundan  biri  onun  başının  üstüynən  uçub  ki,  getsin 

bu möcüzadı xəbər versin. Sora onun da başına atıb gözlərinin 

qabağında görüblər ki, belə bir şey olub. Həmin hadisədən on 

üç gün sonra Peyğəmbər anadan oldu. 



 

Yunis peygəmbərin insanları dinə dəvət eləməsi 

 

Yunis Peyğəmbər qohumunu dəvət elədi, Allaha inanın, 



Allah  var,  bütdən  Allah  olmaz!  İnanmadı.  Yunis  peyğəmbər 

Allahdan bəla istədi, Allah dedi, verrəm bəla. Yunis bilir axı, 

Allah  dedisə,  verəcək  bəlanı.  Bular  inamır.  Yunis  özü  o  ca-

maatın  içinnən  çıxdı,  qalmadı  orda,  bilirdi  axı,  Allah  bəla 

göndərəcək.  Bilir  axı,  peyğəmbərdi,  çıxdı  gəldi  dənizin  qıra-

ğına, gördü gəmiyə adamlar minir gedir. Bu da mindi gəmiyə. 

Bəladan qaçır da, Allahın bəlası camaatı qıracaq, mən də ölə-

rəm.  Bu  çıxır  məna.  Ama  düz  eləmiyib,  adamdı  dana,  nə  ol-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə