ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə13/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

 

49 


– Ya Peyğəmbər, Allah-tala sənə nə dedi? 

Dedi:  


– Mənə dedi ki, əlli bir dəfə namaz qıl.  

Dedi:  


–  Yox,  sənin  bəndələrin  qılmayacaq.  Ya  Məhəmməd, 

qayıt Allahdan xahiş elə, rica elə ki, azaltsın bunu.  

Qayıtdı  Allah-tala  əlli  bir  rukəti  gətirdi  otuz  beş  rukət 

elədi namazı. Musa Peyğəmbər dedi:  

– Yenə çoxdu. Mən ümmətlərimə qıldıra bilməmişəm.  

Yenə  qayıdır,  yenə  rica  eylədi.  İkinci  ricadan  sonra  on 

yeddi  rukətə  gətirdi.  On  yeddi  rukətə  gələndə  Musa  Əleyhi-

salam yenə dedi:  

– Yenə çoxdu.  

Dedi:  


– Yox, day üzüm gəlməz, qayıda bilmərəm. Day  bəsdi, 

üzüm gəlməz Allahnan danışmağa.  

Odur  ki,  on  yeddi  rukət  namaz  qaldı.  Dedi,  Allah-tala 

Amənə Rəsulda nə dedi sənə? Deyir, Allah-tala əvvəla nama-

zı dedi mənə. İkincisi Allah-tala mənə dedi, sənin ümmətlərin 

keçmiş  ümmətlər  kimi  deyil.  Keçmiş  ümmətdərin  hər  hansı 

günahı olurdu, o günahı mən boynuna yüz qat, min qat yazır-

dım.  Sənin  ümmətdərin  üçün  sənin  xətrinə  onu  azaltmışam. 

Əgər  bir  işi  yerinə  yetirməzlərsə,  mən  onu  yazmaram.  Yeti-

rərlərsə, yerinə mən yenə tövbə edəndə oların tövbəsindən ke-

çərəm. Tövbələrin qəbul eliyərəm. 

“Dünyada  Seyidlər  vardır  ki,  duası  ilə  yanan  zəmiləri 

söndürür!...  Onların  qəlbini  sındıranlara  Pərvərdigar  tərəfin-

dən  ən  dəhşətli  cəzalar  qismət  olur...  Güllənin  icadı  möcüzə 

deyil.  Möcüzə onun hədəfdən  yayındıran Cəddin ağırlığında-



 

50 


dır.  (hacı  Azərin  Hacı  Mir  Sultan  ağanın  xatirəsinə  yazdığı 

“Behişt zəvvarı” kitabından).  



 

Mansurla Hüssam 

 

Abbasi  xəlifələrindən  Mənsur  Dəvaniqi  haqqında  belə 



yazırlar. Mənsur Dəvaniqi Bağdadın bünövrəsini qoymuşdur. 

Elmə çox maraq göstərən olub, öz dövründə yunan filosofları-

nın  əsərlərini  Bağdada  gətizdirib  ərəb  dilinə  tərcümə  etdirib 

yaydırmışdır. Lakin Quranı oxumağı  yasaq etmişdir. O, Əhli-

beytin  düşməni  olub.  Mənsura  Allah  elə  iti  bir  yaddaş  verib-

miş  ki,  hər  kim  onun  yanında  həcmindən  asılı  olmayaraq  bir 

kitab oxusaymış, o, yadında saxlayarmış. Oğluna verilən yad-

daş isə ikinci oxunuşda həmin əsərin yadda saxlanılmasına ki-

fayət  edərdi.  Mənsurun  bir  kənizi  olub,  o,  üçüncü  dəfə  eşit-

diyin yadda saxlayarmış.  

Mənsur  baxıb  görür  məndə,  oğlumda  və  kənizimdə  bu 

məharət  var.  Bizim  yanımızda  heç  kəs  yazdığın  deyə  bilmə-

yəcək ki, mən yazmışam. Odur ki, car çəkdirir hər kəs yazdığı 

əsəri  başqası  bilmədən  oxuyub  Xəlifəyə  təqdim  etsə,  həmin 

yazılan əsərin ağırlığı qədər ona xəzinədən, qızıl, ləl-cəvahirat 

verəcəyəm.  Xəbər  yayıldı.  Yazanlar  öz  əsərlərini  gətirdilər. 

Xəlifə məclis tərtib etdirdi. Yazana dedi:  

– Oxu!  


Yazan öz əsərini oxudu. Mənsur dedi: 

– Mən bunu bilirəm,  inanmırsan bax, mən sənə sətirbə-

sətir söyləyim. Yazan kitaba baxdı. Mənsur əvvəldən axıra ki-

mi  yazını  söylədi  və  dedi,  bunu  elə  mənim  oğlum  da  bilir. 

Odur ki, oğluna dedi:  

– Bala, sən de, o da dedi. Dedi: 




 

51 


–  Üstəlik  pərdənin  arxasında  olan  kənizim  də  bilir. 

Üçüncü oxunuşda kəniz də əzbərləmişdi. O da dedi. Bu qayda 

ilə  nə  qədər  yazanlar  gəldisə,  istəklərinə  nail  ola  bilmədilər. 

Ona görə ki, iti yaddaşlılar onları əzbərləyirdilər. 

O  dövürdə  İmam  Cəfər  Sadiqin  (ə)  Hüssam  adında  bir 

şagirdi var idi. Gördü ki, Allah bəndəsi Allahın ona verdiyi iti 

yaddaşa xatir camaatı məsxərəyə qoyur. Gedib mərmər qırıq-

larına, daş parçalarına, ağır kütləli qırıntılara kəlmə və cümlə 

təsiri  bağışlamayan  qarışıq  həriflərdən  ibarət  cümlələr  yazdı. 

Həmin yazdığlarını iki cuvala yığıb ulağın belinə çatdı. Gəldi 

xəlifə sarayının qarşısına. Təğyiri-libas olan Hüssamı heç kəs 

tanımadı. Nəhayət, Xəlifə hüzurunda  yazdığını oxudu. Xəlifə 

yadda saxlaya bilmədi. Dedi:  

– Oğul, oxu. O da bilmədi.  

Dedi:  

– Kəniz, oxu. O da bilmədi.  



Xəlifə dedi:  

– Kişi vədim vəddir. Gətir yazılarını qoy tərəziyə, qızılı al. 

Hüssam dedi:  

– Xəlifə yazdıqlarımın çoxu həyətdə ulağın yanındadır.  

Dedi:  

– Get gətir.  



Bir kisə dolusu ağır yükü gətirib yerə qoydu.  

Xəlifə dedi:  

– Bu qədər qızıl versəm, xəzinənin sərvəti tükənəcək. 

Hüssam ikinci çuvalı gətirməyə gedəndə Xəlifə dedi:  

– Hara gedirsən? 

Dedi:  


– Bir çuval qalıb, onu da gətirim. 

Dedi:  



 

52 


– Ay kişi,  mənim evimi  yıxdın, de görüm bu ağılla sən 

kimsən? 


Hüssam təğyiri-libas olub özünü bildirərək dedi:  

– Xəlifə, Allah sənə, oğluna, kənizinə bu iti yaddaşı ve-

rib ki, camaatı ələ salasan? Bəsdir, çəkil bu yoldan. Hüssamın 

bu işindən xəlifə nəticə çıxarıb bir daha belə addım atmadı. 



 

Qəbr əzabı 

 

Bir  nəfər  peyğəmbərin  dostu  olur.  Bu  peyğəmbərdən 



xahiş eliyir ki, mən rəhmətə gedəndə məni qəbrə özün qoyar-

san ki, mənim qəbir əzabım  yüngül olsun. O adamı peyğəm-

bər  yaxşı  bir  adam  kimi  tanıyırdı.  Elə  də  olur.  Bu  adam  rəh-

mətə  gedir.  Vəsiyyət  elədiyi  kimi  o  adamı  qəbrə  peyğəmbər 

özü qoyur. Qəbirdən çıxanda peyğəmbərin simasında dəyişik-

lik oldu. Yaxınları soruşur ki,  ya peyğəmbər, qəbirə qoyanda 

adamlar  deyirdi  ki,  xoş  bunun  halına  onu  peyğəmbər  qəbrə 

qoydu. Qəbir əzabı  yüngül olacağ. Buna peyğəmbər qəzəblə-

nir.  Adamlara  cavab  vermir.  Bir  az  keçənnən  sora  adamlar 

deyir: 


–  Ya  peyğəmbər,  niyə  sual  verəndə  əsəbləşdüz?  Onlar 

hardan bilir ki, Peyğəmbər onu qəbrə qoyubdu, onun əzabları 

yüngül  oldu.  O,  elədiyi  əməllərə  görə  cəzasın  almalıdır. 

Mömnin idi, adamlarla  yaxşı rəfatr eliyərdi.  Ailəsinə o qədər 

əzazil olub ki, sizlərin görmədiklərini mən gördüm. Mən onun 

qəbr  əzabını,  qəbirin  onu  necə  sıxdığını  gördüm.  Bu  əzazil 

olduğuna  görə,  ailəsini  incitdiyiynə  görə  ailə  ilə  rəftarında 

əzazil olduğuna görə, onun əzabı böyükdür.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə