ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə19/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

 

76 


nə  adam  yetir.  Mən  yetirmişəm,  niyə  onun  qəlbinə  dəydin, 

durğuzdurdun?! Ona görə indi qəlbini aldın, oturtdun.  

 

Nuh peygəmbərin insanları dinə dəvət eləməsi 

 

Nuhun üc dənə oğlu var idi. O, oğlanlarına o qədə təlim-

tərbiyə  elədi,  iksi  Nuhun  dediginən  getdi,  biri  ama  getmədi. 

Həmmeşə Nuhun əksinə getdi. Vaxt oldu ki, dünyanı su basdı, 

su basanda Nuha xəbər gəldi ki, (o dağın adın bilmiyəcəm, s-

nan  başlanır)  sən  bir  gəmi  bağlatdırırsan, eni bu  qədər,  uzunu 

bu  qədər,  nə  boyda.  Sənə  biət  eliyib  sənin  sözünə  qulaq 

asanları  yığacaqsan  o  gəmiyə.  Yeri-göyü  su  basacaq,  gedə-

cəksən orda qalacaqsan. Nuh da cağırdı, Nuha biət edib sözünü 

eşidənləri. Hərə gətirdi  taxta,  usta,  necə  min  metrə  eni,  uzunu 

gəmi  bağlatdırdı.  Kim  Nuhu  istiyirdi,  oları  yığdı  gəmiyə.  Elə 

gəmiyə  yığmışdı,  su  gəldi.  Aparanda,  o  biət  eləmiyən  oğlan 

minməmişdi, gəldi gəmiyə. Su cıxmışdı bura. Əlin atdı, ay ata! 

Gəmini  saxla,  məni  götür!  Peyqumbərin  ürəgü  yumşaldı,  əlin 

uzatdı ki, oğlun cəkə, səda gəldi Allah Təbərak Taladan ki, ey 

mənim  həbibim!  Burax  onun  əlini!  O  sənə  biət  eləmiyib,  qoy 

getsin!  Peyqumbər  əlin  cəkdi,  o  orda  qərq  oldu  suda.  Oları 

yığdı  götürdü  getdi.  Getdi  o  qədər  ki,  orda  qaldılar,  su,  sel 

dayandı,  bular  ordan  düşdü  gəldi.  Axı  bular  cölə  cıxmıyıb, 

gəmini  mundarliyıblar.  Allah-Talah  bulara  bir  yara  qismət 

elədi,  o  gəmidə  olanlara,  bir  yara  qismət  elədi  ki,  qaldılar. 

Dərman yox idi. Biri getdi o gəmidən elə bidəə bi şey götürdü. 

Belə  ozibildən  belə  cəkdi,  bıy  yaxşı  oldu.  Bay  filankəs  yaxşı 

olub, Arif yaxşı olub, bay, Həsən də düşdü dalına, Əli də düşdü 

dalına. Bular getdilər o gəmini belə qaşıdılar, o yaralarna belə 

sürtdülər,  gəmi  qaldı  gül  kimi  tər–  təmiz.  Hindi  bular  aşağı 




 

77 


düşəndən  bir-birinən  danışıqlarından,  bir-birinə  səda  gəlmədi. 

Bir-birinin sözün başa düşmədilər. Odu bizim yetmiş iki olub, 

onnan əmələ gəlib. Talış dili, fars dili və başqa ordan yarandı.  

 

Allahın Əyyub peyğəmbəri sınağa cəkməsi 

 

(Əyyub peyqumbərin nuru camalına Salavat!) 



Əyyub  peyqumbər  o  qədər  Allahın  istəkli  peyqumbəri 

idi, o qədər istiyirdi. (Allah ləhnət eləsin Şümürə!) On bir də-

nə övladı varıydı. On bir dənə oğlu varıydı. 

 Dedi: 


 –  Siz  biət  eləmirsiz,  siz  Allah  tanımırsız,  Allahın 

dediginən getmirsiz. 

 Dedi: 

– Sən gedirsən? 



Dedi:  

– Bəli! Mən gedirəm!  

Dedi:  

– Sən gedərsən dana! Dövlət, on bir oğul, peyqumbərlik 



səndə.  Mən  nə  qayırram,  işdiyirəm,  hec  qarnım  da  doymur. 

(Bi dənə də inəyi bütöy yeyirdilər, ləhnət eləmişlər.)  

Dedi:  

–  O  dövlət  olmasa  da,  mən  yenə  də  Allahın  dediginən 



gedərəm! 

Allahdan  səda  gəldi!  Allah  Təbarak  Talah  Əyyubun 

oğlanlarını bir-bir qətl elədi ömrün. Qaldı öyladsız. Allah ona 

bir  dərt  verdi,  bir  dərd  verdi,  onu  day  şəhərdə  qoymadılar. 

Özü  də  götürdü  ailəsini  şəhərdən  cıxdı.  Bir  qalayca  yapdı, 

getdi  orda  qaldı.  Yarıya  dərman  qoymiyasan,  yemiyə,  nə 

olar?!  Bu  o  qədər  incəldi,  incəldi,  bədənini  qurd  basdı.  Qurd 



 

78 


əmərdi,  onu  düşərdi  yerə,  qurdu  götürərdi  qoyardı  bədəninin 

üstünə,  diyərdi  ye,  ay  heyvan,  Allah  Təbarak  Talah,  məni 

sənə ruzu yaradıb, düşmə yerə, ye məni. 

Ailəsi burdan düşərdi gedərdi, kəntlərdən, əvlərdən belə 

cörək yığardı, gətirərdi, verərdi, bu, yiyərdi. 

Bir gün gənə bu ailə getdi gəzdi hər yanı, cörək tapmadı.  

– Allah! Mən nətəhər gedim peyqumbərin yanına?! 

Allah ləhnət eləmiş şeytan buna rast gəldi.  

– Haradan gəlirsən? 

Dedi:  


–  Peyqumbərə  cörəgə  getmişdim,  tapmadım.  Allah 

Talah qismət eləmədi, eli boş gedirəm. 

Dedi: 

– Cörəg mən verim sənə. 



 Dedi: 

– Versən yaxşı olar. 

 Dedi: 

– Sacının birini kəs ver mənə, verim. 



Dedi:  

– Yox! Sacımı yox! Nə olar be belə ver də, peyqumbərə 

aparım.  

Dedi:  


– Yox, sacını ver.  

Sacının birin arvad verdi. 

Gətdi ona be belə cörəg verdi.  

  (Allah ləhnət eləsin! Min təsbeh şeytana ləhnət!) Allah 

ləhnət  eləmiş  o  yandan  fırlandı,  arvatdan  qabaq  getdi Əyyub 

peyqumbərin yanına, dedi:  

  –  Arvadı  buraxibsan,  pis  yola  düşüb.  Şahidəm  mən. 

Sacların da kəsdirib.  




 

79 


Peyqumbər tanıyır, dedi: 

  – Allah sənə ləhnət eləsin! 

Dedi: 

– Bu da onun sacı. 



 Dedi: 

– Görərsən, kişi də onnan gələr. 

 Bu cıxdı getdi, şeytan, Allah ləhnət eləmiş! 

  Arvad gəldi. Peyqumbərin gözü gəzdi, belə baxdı, gör-

dü arvadın sacları yoxdu. Baxdı, dedi: 

– Biy, şeytan, ləhnət olsun ona! Düz deyirmiş. 

Dedi: 

– Sacın sənin hanı bə? 



 Dedi: 

 –  Ya  peyqumbər!  Cörəg  tapbadım,  cıxmışdım  kətdən, 

bi dəə kişi rast gəldi, sacımı kəsdim, cörəg aldım. 

 Dedi: 


  –  Allah  ona  ləhnət  eləsin!  O  kişi  deyil,  Allah  ləhnət 

eləmiş şeytandı! Sənin sacını kəsib, o cörəgi verdi. Allah ona 

ləhnət eləsin! Qabaxdan da mənə xəbər gətirdi. 

 Allah Təbarak Taladan səda gəldi!  

Ey mənim həbibim! Get natəmiz şey  ye, onnan bədənin 

yaxşı olar. 

Peyqumbər salavatullah hər Allahın dediginnən agah idi.  

Dedi: 


–  Getginən  mənə  namaz  qılmiyandan,  məni  tanımıyan-

dan cörəy al gətir. 

Getdi  arvad  girdi  kəndə,  gördü  bir  arvad  təndirə  cörək 

yapır.  Getdi  onnan  bi  az  danışdı  elədi,  gördü  həə,  bu  namaz 

qılmır. Ondan bi az cörəg aldı gəldi. 

Dedi: 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə