ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

 

95 


bir də var tədrici məhəbbət. Şüurlu məhəbbət sipiçkaya bənziyir, 

yandırdın  alışdı, söndü.  Tədrici  məhəbbət  isə  yavaş-yavaş olur. 

Uzun çəkir. Tədrici məhəbbət də sönür. Bunun təkamülü eşqdi. 

Eşq  nədi,  eşq  Allahadır.  Məhəbbət  bitə  bilər,  eşq  bitə  bilməz. 

İlahi  eşq,  o,  insanın  mayasındadır.  Necə  ki  maqnit  dəmiri 

çəkirsə,  o  eşq  də  səni  Tanrıya  tərəf  çəkir.  Biz  ondan  qopmuş 

hissəciklərik. O eşq bitərsə, kafir olursan. O sönmür. 

 

*  *  * 



Peyğəmbər  Əleyhisalam  buyurub  ki,  kafirin  qəlbində 

Quran  qərarlaşmaz.  Ancağ  o  sözlər  ki  eşidilir,  kimnənsə  onu 

gərək götürəsən, istifadə edəsən. 

 

*  *  * 



İmam Həzrət Əlidən hədis var: Sədəqə ver ki, gələn bə-

lanın  qarşısın  alsın.  İnam  böyük  şeydi,  gərək  inamın  ola  ki, 

inanasan. 

 

*  *  * 



Çox diqqətdi insan idi Mir Tağı Ağa. Qonşuya, qonuma, 

cəmiyətə  qarşı  tamam  başqa  adam  olub.  Onun  bırda  hüzürü 

düşəndə, inanun o qədər millət  tökülmüşdü. Mənim heç ağlı-

ma sığmazdı ki, elə adamlar orda ağleerdı ki, şəxsən oların öz 

valıdeynləri öləndə oları ağlıyan görməmişdim. 

Ağanın  yanına  nəinki  ətraf  kətdərdən,  respublikadan 

gələnnər  olurdu.  Bı  Asif  Kəngərlinin  anası  rəhmətə  getmişdi, 

bizim bi Vasif Məmmədəliyev, sora bir cox alimlərimiz iştirak 

eliyirdilər.  Orda  ağaya  bi-iki  sual  vermişdilər.  Sualnan  bağlı 

məsələ  çıxdı  ortiya.  Demə,  bu  da  Bibliyada  yazılıb  əslində  o 

hadisə.  Mən  də  bilmirdim,  sən  demə,  bı  kitab  külliyatda 



 

96 


satışda-zadda  yoxdu.  Bı  Ermitajda-zadda  saxlanan  kitablardı. 

Bı  ədədnən  olan  kitablardı.  Ağam  dedi  ki,  o  kitabdan  məndə 

var.  Vasif  məllim  dedi,  əşi,  ay  ağa,  ay  ağsaqqal,  o  kitabdan 

sizdə ola bilməz axı. Qoy təfərrüatıynan o qardaşım danışsın. 

Deer  peyğəmbər  salavatullah  deyir  ki,  Quranda  yazılır 

ki,  dağları  yerə  bir  dirəy,  dayanacağ  olaraq  düzəltdim  mən. 

Ağalar  da  elə  bil  ki,  bı  yer  uzündə  cəmiyətin  bi  dirəyidilər. 

Ağaların elə möcüzəsi elə ağalığlarıdı. Hökman döör ki, ağa-

lar  hansısa  bi  sehirbazdığ  eliyə,  deyələr  hə,  bı  ağadı.  Ağanın 

kəraməti onun dediyi sözündədi, onun o nəfəsinin gücündədi.  

Hə,  böyük  qardaşımın  dediyi  kimi  söhbət  Bibliyadan 

getmişdi, qayıdıram o söhbətə. Orda demişdilər ki, ay ağa, bı 

kitab sizdə ola bilməz. Bibliya belədi ki, o tomnan verilir, özü 

də abunəçilərə. 

Mən bir az kənara çıxacam mövzudan. Mən də Rusiya-

da olanda bir sosyoloq qadın var idi, onnan bir dini mübahis-

əli  söbətimiz  alındı.  O  bizim  peyğəmbərimiz,  qadınlarımız, 

millətimiz  haqqinda  artığ-əskik  danışdı.  Mən  ona  cavab  ver-

dim  ki,  siz  qadınsuz,  amma  etikanı  gözdəmirsüz.  İkincisi  də, 

əgər  siz  doğurdan  da  dindarsuzsa,  mən  belə  görrəm  ki,  sizin 

heç din aləminnən xəbərivüz yoxdu. Çünki din elə bi xətti ki, 

bütün  insanları  ümumbəşər  dəyərlərə  çağırır.  Siz  isə  tərsinə, 

insanları ayirmağa başdıyırsuz bırda. Cəmiyyət  formalaşanda 

əvvəldən bir sual qoyulur ki, bu niyə belə oldi. Hər şey sual-

dan  başlayır.  Niyə  insan  yarandı?  Niyə  Allah-tala  belə  elədi 

və  s.  Niyə  bı  insannarın  seçilmişin  deyəy  seyyidləri,  ağaları 

yaratdı? Nə idi səbəb? Yəni hər hansı bir cəmiyətdə lider ol-

masa, o cəmiyəti  irəli aparan,  təkamülə aparan  qüvvə  yoxdu. 

Yanı  lider  olmalıdı.  Mən  belə  başa  düsürəm  ki,  ağalar  da  bı 

nöqteyi, nəzərdən Allah-talanın yer üzünə göndərdiyi hərəkət-




 

97 


verici, aparıcı  lider qüvvələrdi. O qüvvələr cəmiyyəti sağlam 

düşünciyə, sağlam fikrə  və cəmiyyətdə Allahın dediyi qayda, 

qanunlara əməl eləməyə aparan insanlardı. 

Qayıdıram  bayağkı  söbətə,  mən  bı  qadını,  rusu,  laqiçnı 

dayandırdım. Dedim mən sizə sualar verəcəm, siz mənə hə və 

yox cavabları verün. Kankret. Sora mən bına belə suallar ver-

dim.  Mən  başdadım  Quranın  tədrisinnən.  Dedim,  Adəm  (ə.) 

sizdə 1-ci peyğəmbərdi?  

Dedi: 

– Bəli.  



Dedim, bizdə də. 

Sizdə, Həvvadı?  

– Bizdə də Həvvadı. 

Sizdə Avraamdı?  

- Bizdə İbrahimdi. 

Sizdə İosifdi?  

– Bizdə Yusifdi.  

Əlqərəz,  diyə-diyə  gəldim,  dedim,  bəs  yaxşı,  əyər  səndə 

deyənnəri  bizdə  də  deyirsə,  sənə  elə  gəlmirmi ki,  sən öz kita-

bıvı təhqir eliyirsən? Bı, qalxdı ayağa, oturdu. Onda mənin 29 

yaşım var idi. Dedi, mənimlə hələ bu yaşda cavan bir uşağ, bu 

mövzuda belə məntiqqnən mubahisə etməmişdi. Soradan mənə 

dedi  ki,  mən  sosioloq  professoram.  Həmən  o  qadın  mənə 

Bibliyanı  göndərdi.  Bax,  Bibliyanın  bizə  gəlmə  tarixi  belə 

olub. Getdim bir gün Bibliyanı götürməyə, aparanda Asif Kən-

gərli  dedi,  ağa,  ver  mənə,  mən  baxım.  Mən  dedim  ki,  ola 

bilməz ki, sizdəki ariginaldı. Məndə var, detski Bibliyadı. De-

dim, buyurun. Aldı, baxdı. Qalxdı ayağa, dedi, ağa, mən sizdən 

üzr istiyirəm dəfələrnən. Dedi, ağa, səhf elədim. Xalam oğlan-

narı məə təkid elədi, amma doğurdan da arginal Bibliyadı. 




 

98 


Ümumiyyətlə  mənim  fikrimcə  yer  üzərində  ariginal 

xristian,  yəhudi  kitabı  yoxdur.  Bı  dəqiqdi.  Cünki  Buxtir  Na-

sirin dövründə bütün kitab və kitabələr ləğv olunub.  

Atam bizə başqa dinin kitablarının oxunmasına heç vaxt 

qadağa  qoymamışdı.  Sadəcə  bi  şeyi  deyirdi.  Yadıvuzda  sax-

lıyun,  deyirdi,  Allah  birdir.  Bizdə  deyirük  üsuliddin  və  fi-

rudiddin  var. Üsuliddin 5 şərtdi, firudiddin 10 şərtdi. Bı 5-10 

şərt biri onun  ideyasıdı, biri də əməllər  formasıdı. Biri dindi, 

biri  şəriyətdi.  Bu,  ümumiyyətlə,  İslamdı.  İslam  sözünün  mə-

nası Allaha təslim olmaqdı. 

Atam  deyərdi  elmi  elə  öyrənün  və  nəticə  çıxardun  ki, 

küfrə  getmiyəsüz.  Elmi  varranmaqçün  oxuma,  elmi  insan 

olmaqçın oxu. 

 

*  *  * 



Ona  görə  də  Mir  Tağı  Ağanın  təbliğatdarınnan,  məslə-

hətdərinnən biri də bu idi ki, övladdarım, həmişə dinin bizdən 

tələb elədiyi normaları gözdüyün. Yəni heç  vaxt  yerli-yersiz, 

artığ-əksik  danışmeyun.  İnsannar  arasında  özüvüzü  heç  vaxt 

üstün  göstərmiyün.Yanı  bu  etikadan  kənar  olan  şeylərdi, 

dinimiz  də  bunu  bizə  qadağan  eliyir.  Çünki  peyğəmbərdən 

bizə hər şey nümunə gəlir ki, o zaman biz kimi belə dördkünc 

mizdə oturmuyub, həmişə dairəvi mizdə oturub. Bu özü bizə 

bi örnəgdi ki, o dəyirmi mizin arxasında oturmağın özü bəra-

bər  hüququ  göstərir.  Ona  görə  peyğəmbər  (sav)  bizim  üçün 

bir  etalon  və  bəşər  üçün  böyük  bir  nümunədir.  Ən  pisi  indi 

odur  ki,  insanlar  dinin  pərdələri  altında  cürbəcür  vasiyələrə 

gedillər.  Yəni  peyğəmbər  (sav)  özü  də  narahat  idi  bu  kimi 

məsələlərdən  ki,  mənim  ümmətim  73  firqiyə  bölünər.  Bının 

72-si batil olar. Biri düz olar. Yəni biz indi ayırd eliyəy görəy 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə