Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə20/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   16   17   18   19   20   21   22   23   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

811



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Dərgi. Jurnal, almanax. Bu söz Azərbaycan dilində 80-cı illərin sonundan başlayaraq daha tez-tez 

işlənir.  Alınma  jurnal  termini  əvəzinə,  türk  dilindən  götürülmüşdür.  Müstəqillik  dövrü  mətbuatında 

jurnal sözü ilə paralel istifadə edilir. 

Elçi.  Bu  söz  diplomatiya  termini  kimi  sovet  dövrü  və  ondan  əvvəlki  vaxtlarda  da  Azərbaycan 

dilində işlənmişdir. Sonralar göstərilən mənada səfir sözü ilə paralel istifadə edilmişdir. Bu paralelik 

indi  də  qalır.  Lakin  mətbuatda  elçi«səfir»  sözü  ilə  müqayisədə  daha  çox  istifadə  olunur.  Rəsmi 

məlumatlarda səfir sözünə üstünlük verilir. Səfir ərəb sözüdür. Bir dövlətin digər dövlətdə olan yüksək 

dərəcəli  diplomatik  nümayəndəsidir.  –lik  şəkilçisinin  qoşulması  ilə  düzəlmiş  səfirlik  sözü  başqa 

dövlətdəki nümayəndəliyi, bu nümayəndəliyin yerləşdiyi binanı və səfirin yerinə yetirdiyi işi bildirir. 

Eyni model əsasında elçilik sözü də yaradılmışdır. 

Diplomatik  terminlər  lüğətində  səfir  və  elçi  ayrı-ayrı  terminlər  kimi  qeyd  olunmuşdur.  Rus 

dilindəki polannik diplomatik termini dilimizdə elçi sözü ilə verilmişdir. Polannik-elçi (ikinci dərəcəli 

diplomatik nümayəndəliyin başçısı. Elçi dövlət başçısının yanında akkreditə olunur). Posol –Səfir (bir 

dövlətin digər dövlətdə olan ən yüksək dərəcəli nümayəndəsi, elçisi) [181, s.143] 

Terminlərin  verilmiş  izahından  aydın  olur  ki,  elçivə  səfir  diplomatik  nümayəndə  səlahiyyəti 

dərəcəsinə  görə  fərqlənir.  Səfir  daha  yüksək  dərəcəli  diplomatik  nümayəndə  səlahiyyəti  dərəcəsinə 

görə fərqlənir. Səfir daha yüksək dərəcəli diplomatik nümayəndədir. 



Sözçü-  Bir  şəxsin,  qurumun  işi,  fikirləri  barədə  məlumat  verən  şəxs  anlamındadır.  Daha  çox 

müəyyən  təşkilatın  mətbuat  xidməti  rəhbəri  və  ya  bu  xidməti  təmsil  edib  məlumat  yayan  şəxs 

mənasında  işlənir.  Məlumdur  ki,  müstəqillik  illərində  mətbuat  vasitələrinin  sayının  artmasına  görə 

idarə  və  müssisələrdə,  partiyalarda,  təşkilatlarda  mətbuat  xidməti  yaradılmışdır.  Bu  xidmət  həm 

məlumatların qəbulu həm də yayılması ilə məşğul olur.  

Toplantı sözü toplanmaq felinin kökünə -tı sözdüzəldici şəkilçisinin artırılması ilə düzəldilmişdir. 

Azərbaycan  dilində  söz  yaradıcılığı  haqqında  olan  tədqiqatlarda  fellərdən  ad  düzəldən  şəkilçilər 

sırasında  –ıntı, -inti, -untu, -üntü də göstərilir. Toplantı ötən əsrin 70-ci illərində çap olunmuş qəzet 

materialları əsasında tərtib olunmuş Azərbaycan dilinin izahlı lüğətinə daxil edilməmişdir. Hazırda isə 

termin dilimizdə fəaldır və aktiv lüğət fondunda yer almışdır. 

Nəticə  olaraq  deməliyik  ki,  müasir  Azərbaycan  dilində  xeyli  sayda  türk  mənşəli  terminlər 

mövcuddur.  Əslində,  türk  mənşəli  sözlərin  və  terminlərin  ümumişləklik  qazanması  təqdirə  layiq 

hadisədir və dilə kütləvi şəkildə gələn Avropa mənşəli alınmalara qarşılıq olaraq türk kökənli sözlərə 

müraciət  dilin  qorunması  naminə  məqsədəuyğun    addım  hesab  olunar.  Əlbəttə, sürətlə  gedən inkişaf 

prosesi  dilə  yeni  sözlərin  gəlməsini  zəruriləşdirir.  Lakin  işləkliyini  itirmiş  və  bir  çox  hallarda 

unudulmuş  türk  mənşəli  sözlərə  müraciət  olunması  dildə  yeni  söz  yaratmaqdan  daha  asan  və 

kökümüzə qayıdış naminə daha uyğun seçimdir.   



 

 

“YEL” MİFOLOGİZMİ HAQQINDA 

 

Aynur QARAYEVA 

Sumqayıt Dövlət Universiteti 



aynur.qarayeva.1984@mail.ru 

AZƏRBAYCAN 

 

Hər bir xalqın dilinin zənginliyi, qədimliyi, obrazlılığı, təbii ki, folklor nümunələrində daha aydın 



və  sadə  şəkildə  ifadə  edilir.  Alqışlarda,  dualarda  eşitdiyimiz  və  tez-tez  işlədilən  dil  vahidlərinin 

əksəriyyəti mifologizmlərlə bağlıdır və ya başqa sözlərlə ifadə etsək, bu söz və ifadələrin böyük bir 

qismi inancların aynası olan mifologizmlərin dildə işləkliyinin təminatçısı, dayaq nöqtəsidir. Belə ki, 

duaların  leksikasını  toplu  şəkildə  incələdikdə,  təhlil  etdikdə,  burada  mifologizmlərin  dominanat 

mövqedə  olduğunu  çox  asanlıqla  sezmək  olar.  Mifologizmlərin  dualarda  semantik  arxetipin 

(mifologemin)  gerçəkləşdirilməsi  iki  şəkildə  təqdim  edilə  bilər.  Yəni,  birinci  halda  şəraitdən  doğan 

bədahətən  deyilən  duada  hər  hansı  bir  obraza  istanad  və  ya  müraciət  edilə  bilər.  İkinci  halda  isə, 

adətən, artıq hamıya məlum olan şablon formadan istifadə edilir. Bu kimi mətnlərin əsas özəyi olan 

mifologizm  çoxpilləli  bir  yaranış  yolu  keçmiş  leksik  vaiddir.  Belə  ki,  mifologizm  adlandırdığımız 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

812



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

sözlər  bu  statusu  qazanmaq  üçün  özündə  praqmatik,  estetik,  rəmzilik  və  magik  cəhətləri  bir  arada 

birləşdirməli  və  təqdim  etməlidir.  Məsələn,  qədim  türklərin  totemi  olan  “boz  qurd”  mifoloji  varlıq 

kimi türk xalqlarının əcdadı hesab edilir. Lakin müasir dövrdə “Boz qurd” türkçülüyün rəmzi olmaqla 

bərabər, eyni zamanda müstəqillik, azadlıq, mərdliyin təbliğində geniş istifadə edilir.  

Hər  bir  mifologizmin  leksik-semantik  quruluşunun  təhlili  sözlərin  müasir  dövrdə  bu 

parametrlərdən  nə  qədər  uzaqlaşdığını  və  qazandığı  diferensial  xüsusiyyətləri  geniş  şəkildə 

araşdırmağa zəmin yaradır. Mifologizmin leksik-semantik quruluşunda 5 səviyyə qeyd edilir: 1) əsas 

anlayış (özək) səviyyəsi — mifologizmin leksik-semantik quruluşunun özəyi; 2) etimoloji səviyyə — 

sözün leksik-semantik planının tarixi təhlili; 3) kontekstual səviyyə — digər sözlərlə leksik-semantik 

əlaqə  (sintaqmatik  səviyyə)  4)  komponentlik  səviyyəsi  —  frazeoloji  və  sabit  söz  birləşmələri 

yaradabilmə potensialı; 5) mental səviyyə  — hər hansı bir konkrek mifologizmin semantik arxetiplə 

əlaqəsi  (tarixi  kökə  bağlılığı  qoruyub  saxlaması).  Məsələn,  “yel”  mifologizmi  bir  çox  şifahi  xalq 

ədəbiyyatı nümunələrində aparıcı obrazlardan biridir:  

A Yel baba,  

Yel baba,  

Tez gəl, baba, gəl, baba.  

Sovur bizim xırmanı,  

Atına ver samanı.  

Dən dağılıb dağ olsun,  

Yel babamız sağ olsun.  

A Yel baba, Yel baba. 

Qurban sənə, gəl baba. 

Azərbaycan  xalqının  islamaqədərki  dini  görüşlərində  əsas  mifoloji    obrazlardan  biri  olan  “Yel 

Baba”  mifologizmi    yalnız  mərasim  nəğmələrində  deyil,  eyni  zamanda,  nağıl  və  əfsanələrdə  də 

dəfələrlə müraciət edilən obrazlardandır: A yel baba, yel baba, Əlçimimi sal baba (Göyçək Fatmanın 

nağılı) və s. 

Dilimizdə  bu  mifologizmdən  daha  sonralar  törənmiş  yelləmək,  yellənmək  feilləri  və  yelləncək 

isimi ilkin semantika ilə bağını fərqli şəkildə təqdim edirlər. Məsələn, bu sözlər arasında “yel” sözü ilə 

semantik  bağın  ən  güclü  olduğu  söz  “yelləmək”  feilidir.  Belə  ki,  bu  feil  mənaca  tərpətmək  (əlini 

yellədi, başını yellədi) mənası ifadə etməklə bərabər, eyni zamanda hava vermək, suni külək əsdirmək 

mənaları da ifadə edir: Havam çatmır, məni yelləyin (üzümə hava vurun anlamında) (danışıq dilində).   

“Yel” mifologizmini yuxarıda qeyd edilən səviyyələr üzrə təhlil etdikə bunları söyləyə bilərik: 1) 

əsas anlayış mistik qüvvəyə malik təbiət hadisəsi, obrazlaşaraq kişi cinsindən olan varlıq kimi qəbul 

edilir; 2) alınma söz deyil, etimoloji baxımdan qədim türk sözüdür; 3) bir çox frazeoloji ifadələrin və 

birləşmələrin  komponentidir:  Ağzından  yel  alsın  və  s.;  4)  ilkin  inanc  komponenti  kimi  fərqli  şihafi 

xalq ədəbiyyatı nümunələrində təsvir olunan mifik obrazdır.  

Göründüyü kimi mifologizm hər hansı bir təbəit varlığının, hadisəsinin prototipi olmaqla bərabər, 

eyni zamanda, qrammatik cəhətdən tək və ya cəm, kişi və ya qadın cinsində ola bilər. Mifologizmin 

semantik  tutumunda  etimonun  təyin  edilməsi  bu    səpkili  araşdırmaların  əsas  qayəsidir,  çünki  ətraf 

gerçəkliyin, aləmin dərk edilməsi ilkin olaraq bu leksik vahidlər üzərində qurulub.  

 

 



 

 


Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə