Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə22/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   18   19   20   21   22   23   24   25   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

815



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

onların  ifadə  etdikləri  xarici  səslənmə  tiplərini  aydınlaşdırmağa  çalışmışdır.  Gerçəklik  səslərinin 

differensial akustik parametrləri (instantlar, kontinuantlar, frekvantlar və onların müxtəlif növləri) və 

onları dilin  fonetik imkanları ilə uyğunluğu S.V.Voroninin tədqiqat işində əhəmiyyətli yer tutmuşdur. 

S.V.Voronin səs təqlidi ilə səs simvolizmini səs təsviri adlanan eyni bir dil prosesinin tərkibi saymış 

və bu prosesi dilin yaranması ilə inkişafının əsasında qoymuşdur (primar genetik motivləşmə). 

Qeyd etmək lazımdır ki, fonosemantika nəzəriyyəsinin formalaşması və inkişafı haqqında bir sıra 

dilçilərin əsərlərində xülasələr verilmişdir. Qismən geniş xülasə və şərh Ştefan Etzelin (Etzel 1983) və 

Marqaret  Maqnusun  (Magnus  1998),  A.B.Mixalyovun  tədqiqatlarında  yer  almışdır.  Azərbaycan 

dilçiliyində  fonosemantika  sahəsində  ilk  dövrlərdə  ümumi  aspektli  fikirlər  verilmişdir.  Sonralar 

etimologiya və ilkin köklərin bərpası ilə bağlı işlərdə (A.Ələkbərov, V.Aslanov) fonosemantik inkişafa 

müəyyən  qədər  toxunulmuşdur.  F.Cəlilov  Azərbaycan  dilinin  morfonologiyasına  dair  işlərdə  fono-

emantik  inkişaf  məsələləri  diqqət  mərkəzinə  çəkilmişdir.  Azərbaycan  dilinin  leksikasının  fono-

semantik inkişafı sahəsində Azərbaycan dilçiliyində ilk fundamentla tədqiqat işini prof. B.Ə.Xəlilov 

aparmışdır.  “Azərbaycan  dilində  fellərin  fonosemantik  inkişafı”  adlı  doktorluq  dissertasiyasında  və 

“Fellərin ilkin kökləri” monoqrafiyasında müəllif fonosemantikanın leksikologiyaya tətbiqi məsələsini 

də araşdırmış, eyni zamanda fonosemantik tədqiqatlarla bağlı çox qısa və yığcam xülasə vermişdir. 

Amerika alimi Leonard Blumfild səslə məna arasında əlaqəyə də xüsusi yer ayıraraq yazmışdır: 

“Nitq  səslərini  mənadan  təcrid  edilmiş  şəkildə  öyrənmək  düzgün  deyildir.  Gerçəklikdə  nitq  səsləri 

siqnallar  kimi  istifadə  olunur.  Biz  dil  formasının  mənasını  danışanın  onu  tələffüz  etməsi  və  həmin 

tələffüz olunanın dinləyəndə hansı reaksiya yaratması halı kimi təyin edirik.” 

Səslə məna arasındakı əlaqə məsələsinə dair  XX əsrdə aparılan tədqiqatlar yalnız səsin və dilin 

yaranması,  səsin  və  dilin  təbiətini  müəyyənləşdirmək  müstəvisindən  çıxaraq  daha  çox  elmi  səciyyə 

almışdır. 

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərinə  qədər  fonosemantikaya  dair  işlərdə  tədqiqatçıların  irəli 

sürdüyü fikirlər, gəldikləri nəticələr məhdud səciyyə daşıyırdı. Belə bir cəhət, qeyd olunduğu kimi, bir 

tərəfdən  məsələnin  fəlsəfi  köklərinə  daha  çox  diqqət  yetirilməsi,  digər  tərəfdən,  mövcud  faktların 

azlığı, natamamlığı ilə bağlı olmuşdur. Eyni zamanda, aparılmış tədqiqatlarda fonosemantikanın elmi-

nəzəri  əsasları,  prinsipləri  işlənməmişdi.  XIX  əsrin  sonlarından  başlayaraq  V.El,  V.Aston,  V.Vundt, 

M.Qrammon,  H.Hilmer,  K.Brokkelman,  X.Marçand,  N.İ.Aşmarin,  N.K.Dmitriyev  və  başqalarının 

əsərlərində fono-semantikanın nəzəri məsələləri daha geniş planda ifadəsini tapmışdır. 

Fonosemantikaya  dair  XX  əsrin  əvvəllərindən  başlayaraq  aparılmış  tədqiqat  işlərində  nida  və 

səstəqlidi  sözlərin  fonetik,  struktur,  semantik,  sintaktik  xüsusiyyətləri,    səstəqlidi  sözlərin  fonetik, 

struktur,  semantik,  sintaktik  xüsusiyyətləri,  səstəqlidi  sözlərin  təsnifi,  səstəqlidinin  funksional-

kommunikativ  səciyyəsi,  səstəqlidi  sözlərlə  onların  denotatları  arasındakı  münasibət,  səstəqlidi 

sözlərlə imperativlər oxşar və fərqli cəhətləri və bir sıra digər məsələlər diqqət mərkəzinə çəkilmişdir. 

XX əsrin əvvəllərində sözlərdə səs və məna uyğunluğu, səs təqlidi, səs simvolizmi, ümumiyyətlə 

fonosemantikaya dair müxtəlif səpkili fikirlər səslənmişdir. 

Leksik  sistemin  fono-semantik  inkişafı    bir  sıra  anlayışların  təyini  və    bu    cür    tədqiqat    üçün  

materialın    seçilməsini  zəruriləşdirir.  Azərbaycan  dilinin  leksik  kateqoriyalarının  fonosemantikası 

üçün həmin məsələləri ümumi şəkildə nəzərdən keçirmək lazım gəlir. 

 

 

CÜMLƏDƏ SÖZ SIRASININ POZULMASI – İNVERSİYA 

 

Sona HƏSƏNOVA 

Sumqayıt Dövlət Universiteti 



sdu.qrup.974@hotmail.com 

AZƏRBAYCAN



 

 

Cümlə bitmiş fikri ifadə edən ən böyük dil vahididir. Cümlənin fikir ifadə edə bilməsi üçün onun 

müxtəlif sözlərdən, cümlə təşkil edən üzvlərdən ibarət olması zəruridir. Azərbaycan dilində ədəbi dil 

normalarına uyğun olaraq cümlədə söz sırası mübtəda→xəbər formasında olur. Məs.Onlar tələbədir. 

Bu  sıra  normal  sıra  adlanır.  Lakin  bəzən,  nitq  daha  emosional  və  ekspressiv  olduqda  cümlədə  söz 

sırası dəyışır və qeyri – normal sıra yaranır. Cümlədə baş verən belə sintaktik hadisə inversiya adlanır. 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

816



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Inversiya  söz  sırasının  pozulmasıdır.  Qeyd  etməliyik  ki,  “söz  sırası”  anlayışı  ilə  “cümlə  üzvlərinin 

sırası”  anlayışı  fərqlidir  bunları  eyniləşdirmək  olmaz.  Bəzən  inversiyanı  “cümlə  üzvləri  sırasının 

pozulması” da adlandıranlar olur. Lakin bu fikrə münasibət olaraq demək olar ki, inversiyanı cümlə 

üzvləri  sırasının  pozulması  adlandırmaq  düzgün    deyildir.  Çünki  üzvlənmə  zamanı  söz  hesab  edilən 

köməkçi  nitq  hissələrinin  də  yerdəyişməsi  baş  verir  və  bu  hadisəni  cümlə  üzvlərinin  yerdəyişməsi 

adlandırmaq doğru hesab olunmaz. İnversiyaya əsasən şeirlərdə rast gəlinir. B.Vahabzadənin yazdığı 

misralara diqqət edək: 

Niyədir gecənin bu səssizliyi? 

Bütün yatanlarmı dərdsizdir belə... 

Burada yazılan “Niyədir gecənin bu səssizliyi” cümləsini nəzərdən keçirdikdə görünür ki, xəbər 

cümlənin əvvəllində, mübtəda isə sonda işlənmişdir.Cümlə isə normalda “Gecənin bu səssizliyi niyədir?” 

şəklində olmalıdır. İkinci cümlədə də həmçinin eyni söz sırası pozulmuşdur, yəni inversiya  baş vermişdir.  

Dilimizdə cümlə üzvü vəzifəsində işlənməyən sözlər də vardır.  Bunlar köməkçi nitq hissələridir 

ki,  onların  cümlədə  yeri    sərbəstdir.  Məsələn  modal  sözlər  istər  cümlənin  əvvəlində  işlət,  istər 

cümlənin sonunda heç bir məna dəyişkənliyi  yaratmayacaq. Köməkçi nitq hissələrinin cümlədə yeri 

sərbət olsa da, nitqimizdə daha çox bu sözlərinin özünəməxsus yeri vardır. Məs: 

Dost bilmişik biz sən demə 

Pis günə  yoldaş olanları... 

Bu  misrada  olan  “sən  demə”  modal  sözü  cümlənin  sonunda  işləndikdə  daha  obrazlı,  ahəngdar 

səslənir. Nitqimizdə isə biz bu cümləni daha çox bu şəkildə “sən demə, biz dost bilmişik” kimi işlənir. 

Məhz  bu  məsələlərə  görə  inversiyaya  “cümlə  üzvlərinin  yerini  dəyişməsi”  əvəzinə  “söz  sırasınım 

pozulması” tərifini vermək daha düzgün olardı. 

Yuxarıda qeyd etdiyimiz kimi inversiyada sözlərin sırası dəyişdikdə mənası dəyişmir. Dilçilikdə 

söz  sırasinın  iki  əsas  funksiyası  vardır:    Bunlardan  biri  sintaktik-semantik  funksiya,  digəri  uslubi 

funksiyadır. Sintaktik-semantik funksiya adından göründüyü kimi cumlədə söz sırasının pozulması ilə 

cümlənin mənasının dəyişməsi deməkdir. Bu hadisə bir sıra dillərdə olsa da Azərbaycan dilində yalnız 

mübtəda ilə qeyri-müyyənlik vasitəsiz tamamlığın münasibətində özünü göstərir. Məs: Canavar insan 

parçalayıb  cümləsində  mübtəda  olan “canavar” tamamlıq  vəzifəsində işlənən  “insan”  sözü ilə  yerini 

dəyişdikdə cümlə “ İnsan canavar parçalayıb” şəklini alır və həm məna dəyişir, həm də cümlə üzvləri 

sintaktik  vəzifəsini  dəyişir.  Bayaq  cümlədə  mübtəda  vəzifəsində  işlənən  “canavar”  sözü  yerini 

dəyişməklə “tamamlıq” oldu və cümlənin mənasını da dəyişdi.  

Söz sırasının digər funksiyası olan üslubi funksiya isə sintaktik-semantik funksiyasının əksi olar-

aq söz sırası yerini dəyişdikdə məna dəyişmir. İnversiya məhz bu cür sintaktik hadisədir və şeirlərdə 

ahəngdarığı artırır, oxucuya, dinləyiciyə bədii zövq verir. “Baxıram ətrafa böyüyüb hamı” (B.Vahab-

zadə)  bu  misrada  mübtədanın  xəbərdən  sonra  işlənməsi  cümlədə  emosionallıq,  ifadəlilik  yaradır  və 

inversiya  öz  funksiyasın  yerinə  yetirmiş  sayılır.  Biz  qeyd  edirik  ki,  inversiya  əsasen  şeirlerdə  olur. 

Yalnız bəzən yazıçı sözlərdən öz üslubuna uyğun şəkildə istifadə edir, hətta söz sırasını belə pozmaq-

dan  çəkinmir.  Nitqin  təsir  qüvvəsini  artırmaq  məqsədiylə  sözlərin  adi,  normativ  axarını  dəyişir  ki, 

buna anakoluf deyilir. Məs:  Ah İskəndər, İskəndər , axır ki gəldi İskəndər! 

Ümumiyyətlə,  inversiya  hadisəsinin  öyrənilməsi  və  tədqiqi  həmişə  aktual  olan  məsələlərdəndir. 

Çünki  şeir,  sənət  nümunələri  yarandıqca  inversiyaya  müraciət  artacaq    və    bəzən  bu    nümunələrin 

emosional gücü, əsas qayəsi  məhz inversiya ilə nəzərə çarpacaqdır.    

 

 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə