Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə21/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   17   18   19   20   21   22   23   24   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

813



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

QÖVSİ TƏBRİZİNİN QƏZƏLLƏRİNİN DİLİNDƏ İŞLƏNMİŞ 

XİTABLARIN LEKSİK-QRAMMATİK VƏ SEMANTİK-ÜSLUBİ 

XÜSUSİYYƏTLƏRİNƏ DAİR 

 

İlkin QULİYEV 

Bakı Slavyan Universiteti 



guliyevilkin@mail.ru 

AZƏRBAYCAN



 

 

XVII əsr Azərbaycan şairi Qövsi Təbrizinin dilinin tədqiqi göstərir ki, xitablar şairin dilində aktiv 

işlənmə  tezliyinə  malikdir  və  əsasən,  üslubi-ekspressiv  mahiyyət  daşıyır,  yəni  bədii  mətn  üçün 

xarakterik  olan  obrazlı  ifadə  üsulu  yaratmağa  xidmət  edir.  Şairin  dilində  işlənmiş  xitabları  əhatə 

dairəsinə görə bir neçə qrupda birləşdirmək  mümkündür:  

1. Mənşəyinə görə: a) Türk mənşəli olanlar: ey gözüm, könül, ey könlüm quşu, ey yoxdan məni 

var eyləyən; b) Ərəb və ya fars mənşəli olanlar: təbib, ey pərvanə, mütrib, ey ney, ya Əli, zahid, səba, 

qibləgahim; c) Komponentlərindən biri (bir neçəsi) türk, digəri ərəb və ya fars mənşəli olanlar: gözüm 

çırağı, boyun bəlasın alım, ey gözlərim çırağı; ç) Hər iki komponenti ərəb və ya fars mənşəli olanlar: 

ey sipəndi-təmkin, ey sərvi-rəna, ey güli-xəndan, nazlı yarım, ey dəryayi-rəhmət, ey səbzeyi-gülgün 

və s. 


2.  Quruluşuna  görə;  Qövsinin  dilində  işlənən  xitablar  quruluşuna  görə  müxtəsər  (ey 

firəngizadələr, yarəb, ilahi, könül) və geniş (nazlı yarım, ey odlu nalə, ey anın rüxsarı ilə bəhs edən 

xurşid)  olmaqla  iki  yerə  bölünür.  Geniş  xitabların  sayı  olduqca  azdır.  İzafət  və  izafət  tərkibləri 

şəklində  işlənən  xitabların  (ey  saqiyi-yağı,  ey  leyliyi-afaq,  ey  məsti-bipərva,  ey  məşhədi-qəribi-



Xorasan) sayı yetərincədir, onları da müxtəsər xitab kimi dəyərləndirmək mümkündür. Bundan başqa 

şairin  dilində  elliptik  və  sadə  cümlə  quruluşlu  xitablara  da  rast  gəlinir;  məs.:  Ey  odlu  nalə,  küçəvi 



bazar  əmanəti;  Getdin  əldən,  ey  dolanım  başına,  dildar,  hey;  Ey  gözləri  meyxanə,  ayaq  çəkmə 

gözümdən; Boyun bəlasın alım, bəsdir intizar mana və s. 



3.  Mövqeyinə  görə:  Qövsinin  dilində  xitabların  fərqli  mövqelerdə  işləndiyini  görmək 

mümkündür.  Xitabın  intonasiya  cəhətdən  ən  zəif  mövqeyi  cümlənin  əvvəli,  güclü  mövqeyi  isə 

cümlənin  sonu  sayılır;  maraqlıdır  ki,  alınma  mənşəli  xitablar  daha  çox  cümlənin  əvvəlində  və 

ortasında, türk mənşəli xitablar isə əsasən, cümlənin sonunda işlənmişdir; məs.: Xəndeyi-zirləbi üçün 

olma  xunindil,  könül,  Açılur  ol  qönçeyi-sirab,  sən  açil,  könül.  Bağrına  bas  dağını,  zəxm  içrə  yaşur 

bəxyəsin,  Xublər  ehsanının,  zinhar,  qədrin  bil,  könül..  Şairin  yaradıcılığında  rədifləri  xitablardan 

ibarət оlan qəzəllər də vardır. “Ey həkim” rədifli qəzəl bu qəbildəndir: Sanma könlüm tək mənim dərd 

əhli çox var, ey həkim, Var, əmma az düşər bir böylə bimarey həkim... 



4.  Canlılara  və  ya  cansızlara  ünvanlanmasına  görə  (insana  müraciət,  başqa  canlılara 

müraciət,  cansız  və  ya  mücərrəd  varlıqlara  müraciət):  Təəmmül  eylə,  saqi,  yetir  xümar  mana, 

Boyun  bəlasın  alım,  bəsdir  intizar  mana;  Ey  bad,  söylə  könlümə,  yetdinsə  kuyinə,  Key  hərzəkərd, 

seyrü  səfər  böyləmi  olur;    İlahi,  nola  gər  lal  olsalar  şeydayi  bülbüllər  Ki,  yarın  bivəfavü  bitəhü 

hərcayidir güllər; Yeri, şəbi-qəmim, ey şəm, rövşən eyləməgil, Bu gündə çün məni ol atəşin üzar istər; 

Bir  dəm  ağız  yumub,  göz  açıb  həsrət  ilə  bax,  Ey  əndəlib,  hərzədəra  keçdi  çağlar;  Guşeyi-çeşmin 

mənimlə  gah  vardır,  gah  yox,  Ey  gözüm,  təbində  xəlqin  istiqamət  yaxşıdır;  Zəkati-hüsnini,  ey  mah

məndən  etmə  dəriğ,  Bu  gün  ki,  yeddi  fələkdə  bir  ulduzum  yoxdur....  Misallardan  göründüyü  kimi, 

insana  müraciət  bildirməyən  xitablar,  əsasən,  canlı  varlığın  əlamətlərini  cansızların  üzərinə  köçürən 

məcaz  yaratma  funksiyası daşıyır  və  bədii  ədəbiyyatda  işlədilən bu  cür xitablarda  emosionallıq daha 

artıq  olur.  Bu  tip  bədii  xitablar  sadəcə  müraciət  məqsədi  ilə  işlənmir,  bеlə  xitablar  vasitəsilə  şairin 

daxili aləmi, hiss və münasibətləri, arzu və istəkləri öz ifadəsini tapa bilir. 

Qəzəllərdə  şairin  öz-özünə  müraciətini  də  müşahidə  etmək  mümkündür,  ümumiyyətlə,  qəzəlin 

sоnunda  şairin  öz  adını  xitab  kimi  işlətməsi  Şərq  şеirinin  xaraktеrik  cəhəti sayılır. Şair  bu  zaman  öz 

şəxsiyyətinə müraciət еdir, özünə məsləhət vеrir, özünü tənqid, tənbеh еdir və ya özünə təsəlli verir; 

məs.:  Ümidim  var  şəhidi-Kərbəladən  bir  nəzər,  Qövsi,  Səfi-məhşərdə  hər  yaxşı-yəman  mümtaz  olan 

yerdə; Gərçi mən ərz etmənəm, bilməzmi, Qövsi, yar özi  Kim, təmənna rüsxəti-ərzi-təmənnadır mana; 

Ta mən etdim əzm, Qövsi, Kəbədən meyxanəyə, Rişteyi-təspih zünnar ilə olmuş aşina...  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

814



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

5. İfadə vasitələrinə görə: Qövsinin dilində xitablar əsasən isimlərlə, izafət və izafət tərkibləri 

ilə,  feli  sifət  və  feli  sifət  tərkibləri  ilə  ifadə  olunmuşdur.  Bunların  arasında  feli  sifət  və  feli  sifət 

tərkibləri  ilə  ifadə  olunmuş  xitablar  diqqət  çəkir,  bunlar  şairin  xitab  etdiyi  varlığa  səmimi  müraciəti 

təsiri  bağışlayır,  bəzən  feli  sifət  tərkibinin  komponentlərinin  inversiyası  isə  XVII  əsr  danışıq 

üslubunun  fonunda  Azərbaycan  dilinin  sadəliyini,  şirinliyini,  yeri  gəldikdə  obrazlılığını  açıq  şəkildə 

göstərir; məs.: Ey deyən kim, yaxşıdır etmək nisari-can ana, Yetsə növbət, düşsə fürsət, versə rüsxət 

yaxşıdır;  Ey  deyən  Məcnun  hanı,  Məcnun  mənəm,  Leyli  gərək,  Surəti-divar  çoxdur,  dəhrdə  məni 

gərək;  Ey  mənim  zülm  ilə  könlüm  kişvərin  viran  edən,  Dəmbədəm  bir  özgə  nirəng  ilə  bağrım  qan 

edən;  Gərçi  naqisdir  vücudim,  feyzsiz  olmaz  vücud,  Göz  götürmə  məndən,  ey  yoxdan  məni  var 

eyləyən; Naxuni-səy ilə Qövsinin açılmaz üqdəsi, Sən yetiş fəryadə, ey hər müşkili asan edənEy bir 

az ehsan ilə aləmləri təmir edən, Mən nə təqsir ilə, yarəb, böylə viran qalmışam... Xitabların, əsasən, 

çağırış  bildirən  ərəb  mənşəli  “ya”  nidasının  yerinə  türk  mənşəli  “ey”  nidası  ilə  birgə  işlənməsi  də 

danışıq dili xüsusiyyətidir, müvafiq ritm və intоnasiya ilə müşayiət еdilən bu xitablar eyni zamanda 

şeirin emosionallığını, ifadəliliyini və təsir gücünü artırmağa xidmət edir. 



 

 

FONOSEMANTİKA NƏZƏRİYYƏSİNİN                                   

FORMALAŞMASI VƏ  TƏŞƏKKÜLÜ 

 

Sahilə İBRAHiMOVA 

ADPU 

sahila.ibrahimova@yahoo.com 

AZƏRBAYCAN 



 

Səsin  məna  ilə  əlaqədar  olması,  onların  arasında  müəyyən  rabitənin  və  məzmun  vəhdətinin 

mövcudluğu qədim dövrlərdən diqəti cəlb etmiş bir məsələ olmuşdur. Bu barədə görkəmli filosoflar, 

mütəfəkkirlər,  elm  xadimləri  müxtəlif  fikirlər  söyləmişlər.  Həmin  məsələ  ilk  olaraq  sözün  və  dilin 

yaranması  fövqündə  ortaya  atılmışdır.  Sözdə  işlənən səslərin  həmin  sözlərin  verdiyi  mənanın  əmələ 

gəlməsində  xüsusi  rol  oynaması  haqında  runlarda, Kabbalada,  Upanişad  mətnlərində,  müqəddəs  dini 

kitablarda bir çox fikirlər vardır. 

Səslə  məna  arasındakı  əlaqə  antik  filosoflarının  əsərlərində  geniş  müzakirə  obyekti  olmuşdur. 

Heraklitin  fikrinə  görə,  sözlər  əşyaların  “kölgəsi”,  onların  obrazlarıdır.  Heraklitin  davamçıları  ilk 

sözlərin necə əmələ gəlməsi məsələsində iki qrupa bölünürdülər. Onların birinci qrupu sözləri canlı və 

cansız  təbiət  obyektlərinin  çıxardığı  səslərin  təqlidi  sayırdı.  Bu,  sözlərin  yaranmasının  səstəqlidi 

nəzəriyyəsi  adlandırılmışdır.  Heraklit  nəzəriyyəsinin  digər  davamçılarının  fikrinə  görə  ilk  sözlər 

şüursuz  şəkildə  çıxarılan  səslər  əsasında  yaranaraq,  insanın  hal  və  təsəvürlərini  ifadə  etmişdir. 

İnsanların  özlərindən  asılı  olmayaraq  çıxardığı  səslər  onların  halını,  hissini  ifadə  edən  sözlərə 

çevrilmişlər. Bu, sözlərin yaranmasının nida nəzəriyyəsi adını almışdır. 

Fonosemantika  müasir  dilçilikdə  tarixən  qədimliyi  ilə  seçilən,  leksikanın  öyrənilməsində  geniş 

istifadə  olunması  baxımından  isə  yeni  bir  istiqamət  kimi  diqqət  mərkəzindədir.    Müasir  fono-

semantikanın  yaranması,  onunla  bağlı  müxtəlif  məsələlərin  ortaya  atılması  uzaq  keçmişə  gedir.  Bu 

sahə səs və məna arasında əlaqənin axtarılması zəminində meydana çıxmışdır. 

Dilçiliyin təşəkkül tapdığı ilk dövrlərdə diqqət mərkəzinə çəkilən əsas məsələ sözün  mahiyətini 

aydınlaşdırmaq olmuşdur. Dilə dair ən qədim fikirlər sözün forması, onun təşkilediciləri və mənasına 

həsr  olunmuşdur.  Dilin,  sözün  mənşəyi,  mənası  barədə  fikirlərdə  dil  vahidlərinin  fonetik,  qrafik  və 

semantik tərəflərinə fərq qoyulmur, onlar eyniləşdirilirdi. 

Rus  dilçiliyində  fonosemantika  sahəsində  yazılmış  fundamental  tədqiqat  işi  S.V.Voroninə 

məxsusdur. Alim 250 dildə səstəqlidi ilə yaranmış onoomatopik quruluşları araşdırmışdır. Gerçəkliyin 

əsas  səslənmə  tiplərini  və  onların  korrelyatlarını  dilin  fonetik  müstəvisində  öyrənən  S.V.Voronin 

səslərin  differensiaı  əlamətlərinə  əsaslanmışdır.  Müxtəlif  dillərin  fonoloji  tərkibində  variantivliyi 

nəzərə alaraq, S.V.Voronin ilk işlərində “fonemotip”, sonrakı tədqiqatlarında “fonotip” terminlərindən 

istifadə etmişdir. Onun daxil etdiyi termin fonemlərə münasibətdə invariant vahidi ifadə edir. Fonotip 

müəyyən  artikulyasiya  və  ya  akustik  əlamətlərə  görə  fonemə  yaxınlığı  ilə  seçilir.  Fonosemantika 

tarixində  S.Voronin  ilk  dəfə  olaraq  təkcə  ayrı-ayrı  fonemləri,    yaxud  differensial  əlamətlərə  deyil, 

sözlərin vokal vəm konsonantlara görə kök modellərinə (məs,cvc,vcc,vcv,ccv və s.) də diqqət yetirmiş, 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə