16
Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 23.
Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:
icarəyə
verilən sahənin sərhədləri;
işin həcmi (ölçüləri);
icarənin müddəti;
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində
tərəflərin öhdəlikləri;
Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə
tutulmuş başqa şərtlər.
Maddə 24.
Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası
Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan
əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.
Maddə 25.
Meşəqırma bileti, order və meşə bileti
Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması
üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə
fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların
miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi,
meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.
Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü
və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order
meşəqırma bileti əsasında verilir.
Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə
biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.
Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması,
doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 26.
Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası
Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
III fəsil
MEŞƏ FONDUNDAN İSTİFADƏ, ONUN MÜHAFİZƏSİ,
QORUNMASI VƏ MEŞƏLƏRİN BƏRPASI SAHƏSİNDƏ
DÖVLƏT İDARƏETMƏSİ
Maddə 27.
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində
dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir. Bu məqsədlə:
17
meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini
müəyyənləşdirir;
meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun
mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir, onun
aparılması qaydalarını
müəyyən edir;
meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;
investisiya
siyasətini həyata keçirir;
meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının
dövlət proqramlarını
təsdiq edir;
meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;
hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;
meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan oduncağın
minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və
onların ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına
qiymət qoyur;
meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan
istifadə qaydalarını müəyyən edir;
köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması və
meşələrin bərpası qaydalarını təsdiq edir;
meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil edir və
əlaqələndirir;
meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə
quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir;
meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində
beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini
təşkil edir;
meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir;
meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına
təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır,
bunlara xitam verir;
meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün
meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;
meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir;
qanunvericiliklə müəyyən edilmiş digər
səlahiyyətləri həyata keçirir;
meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində
dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı;
ətraf mühitin mühafizəsi;
ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi.
Maddə 28.
Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun
mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti
Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması
və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.
Maddə 29.
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin
bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində
yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.