12
Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan,
lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri,
yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş
meşə əkinləri və digərləri) aid edilir.
Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar
(kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar),
habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar,
qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.
Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və
qeyri-meşə torpaq sahələri aid edilir.
Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və
plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir.
Maddə 7.
Meşə fonduna daxil olmayan ağac-kol bitkiləri
Aşağıdakı ağac-kol bitkiləri meşə fonduna daxil deyildir:
kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaq-
ları, habelə
digər ağac-kol bitkiləri;
dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaq-
lardakı
qoruyucu ağaclar;
şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə
yaşıllıqlar;
həyətyanı
sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.
Maddə 8.
Meşə münasibətləri obyektlərinin dövriyyəsi
Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə
gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir.
Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu
Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir.
Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının
meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə
mülki qanunvericiliklə həyata keçirilir.
Ağac-kol bitkiləri bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanun verici-
liyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər.
Maddə 9.
Meşə münasibətlərinin subyektləri
Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respub-
likası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə münasibətlərində
öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı
ilə verilən səlahiyyət daxilində iştirak edirlər.
Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və
hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır.
Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı
yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar
Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu